banner banner banner

Зарубежная поэзия

0
Автор: Mikayıl Azaflı
Название: Qoca Azaflıyam
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Kitabda XX əsr Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yeri və çəkisi olan, çağdaş aşıq sənətinin memarlarından biri, sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) əsərlərinin bir hissəsi toplanmışdır.
Kitab geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulur.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
0
Название: Şəms və Mövlanə
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir. Müəllif Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəx-siyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhini verməyə çalışmışdır.
Kitab şərqşünaslar, filoloqlar, ali məktəblərin müəllim və tələbələri, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraq-lanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
0
Название: Əsərləri
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır. Vaqif lirikası poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hisslərini qüvvətləndirir. Kitaba böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s-dən ibarət əsərləri daxil edilmişdir.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
0
Автор: Омар Хайям
Название: Rübailər
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Ömər Xəyyam (1048 – 1131) şair, riyaziyyatçı, astronom və filosof olmuşdur. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma o, başqa alimlərdən fərqli olaraq həm Şərqdə və Qərbdə özünün müdriklik və satira dolu rübailəri ilə məşhurdur.
Kitabda Ömər Xəyyamın müxtəlif illərdə dilimizə tərcümə olunmuş rübailəri (o cümlədən, eyni rübailərinin müxtəlif tərcümələri) vardır.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
0
Автор: Исмаил
Название: Seçilmiş əsərləri
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai 38 illik həyatında vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli ədəbi bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda gözəl əsərlər yaratmış, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir.
Kitaba onun səmimi, ürəkdən qopub gələn poeziyasından seçmələr daxil etmişik.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
0
Автор: Sədi Şirazi
Название: Gülüstan. Bustan
Жанр: зарубежная поэзия
Аннотация на книгу:

Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələ-ri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlər-dəndir. Qədim mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.
Kitaba onun iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri salınıb. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.
«Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

Добавлено: 22.08.2023 21:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.