banner banner banner
Dərinlik
Dərinlik
Оценить:
 Рейтинг: 0

Dərinlik


oturdu, lakin onun bədənində kiçik bir titrətmə var idi.

Cimmi nəzərlərini dənizə yönəltdi. Birdən onun yadına babasının öyrətdiyi qədim bir dua düşdü. O, duanın nəyə

görə məhz bu an yadına düşdüyünə təəcübləndi. Alyaskada sağ qalmaq üçün təbiətə və öz instinktlərinə hörmət etmək çox vacib idi. Cimmi isə buna inanmırdı.

O bir anlıq sanki babasının qarşısında canlandığını və

onunla birgə sonsuz dənizi seyr etdiklərini fikirləşdi. Belə

hallarda babası həmişə deyərdi: küləkdən fırtına ətri gəlir.

Sakit Okean qurşağı ilə 16:05 (yerli vaxtla 10:05)

Alaniya, Quam malikanəsi

Günəş tutulmasının baş verəcəyi gün Cefri Xessmayer hökumət evinin dəhlizində tələskənliklə addımlayaraq, öz uğursuzluğunu lənətləyirdi. ABŞ və Çin Respublikasından müqavilənin bağlanması üçün gələn tərəflər danışıq stolu arxasında yalnız Günəşin tutulmasından sonra duracaqdılar.

10

Təbiət bu nadir hadisənin birgə seyr edilməsi də gündəliyə

daxil edilmişdi.

Kiçik köməkçi olaraq, Cefriyə bu fasilədən səmərəli şəkildə istifadə etmək tapşırığı verilmişdi. Bu vaxt ərzində o amerikalı nümayəndələrə səhər iclasında hökumət katibi tərəfindən yazılmış qeydləri paylamalı idi. Həyat necə də

ədalətsizdir!

Yüksəkvəzifəli nümayəndələr yeməkxanada əyləşib, Günəş tutulmasını gözləyən vaxt Cefri gah stenoqraf, gah da makinaçılıq etməli idi.

O, yenidən öz bəxtsizliyini lənətlədi. Axı burda, Okeanın ortasında onlara nə lazım ola bilər? Bu iki dövlət nüvə si-lahlarına dair müqaviləni bağlayana qədər hətta cəhənnəm belə tamamilə sönüb qurtarar. Gündəlikdə verilən iki bənd daha vacib olduğuna görə heç bir ölkə güzəştə getmək istəmirdi. Çinin tələbinə görə ABŞ öz məşhur raketdən müdafiə

sistemini Tayvan ərazisində tətbiq etməməliydi. Prezident isə

qəti surətdə Çinin bu tələbini rədd edirdi. Bir həftə ərzindəki qızğın iş prosesində sammit iştirakçıları, yalnız ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına nail olmuşdular.

Həmin gün prezident Bişop hədiyyə olaraq Çin nazirindən atlı döyüşçünün kiçik heykəlini qəbul etmişdi.

Jurnalistlər bu tarixi hadisəni, iki dövlət başçısının həmin o qeyri-adi heykəlin fonunda çəkməkdən məmnunluq hissi keçirirdilər. O gün çoxlarının qəlbində baş tutması mümkün olmayan ümidlər cücərmişdi.

Cefri onların nümayəndələri üçün ayrılmış bölməyə

keçdi. Gözətçiyə buraxılış vərəqəsini göstərib içəri daxil oldu.

O, öz stoluna yaxınlaşıb, dəridən olan fırlanan kresloya 11

əyləşdi. Ona verilən tapşırığın təhqiredici hesab etməsinə baxmayaraq, o bunu qüsursuz yerinə yetirmək fikrində idi.

O, əllə yazılmış bir topa kağızı bilgisayarın yanına qoydu və işə başladı. Onun əlləri bilgisayarın toxmaqcıqları üzərində

pərvaz edərək, hökumət katibi Elliotun əyri-üyrü yazılarını bilgisayar mətninin səliqəli, düz sətirlərinə köçürdü. İşin içinə

vardıqca qəzəb və təhqir hisləri onu tərk edirdi. Özünü böyük siyasətin kulis arxasında hiss etmək və daha yaxından tarixin necə əmələ gəlməsini izləmək onun üçün çox maraqlı idi.

Deyəsən, prezident Tayvana dair məsələlərdə güzəştə getməyə hazır idi. Lakin ABŞ bunu Çin nüvə ar-senalını genişləndirməklə, ÇXR-nin raket texnologiyaları üzərində

nəzarəti daxil etməklə və Çin tərəfdən özü üçün daha çox faydalanmağı qazanmaq istəyirdi. Elliot hesab edirdi ki, əldə

olan kartlar düzgün oynanılsa, qoyulan mövqeyə çatmaq daha asan ola bilər.

Cefri dövlət katibinin əlyazmalarına necə aludə ol-muşdursa, arxadan ona yaxınlaşan adamı belə hiss etmədi. O, öskürək səsi eşitdi və başını qaldırıb baxanda, hündür, ağbaşlı bir kişi gördü. Kişinin əynində səliqəli kğynək və qalstuk var idi, pencəyi isə əlində tutumuşdu.

– Belə ki, cənab Hessmayer, bütün bu barədə nə dü-şünürsüz?

Cefri yerindən elə dik atıldı ki, altındakı təkərli kreslo arxadakı masaya dəydi.

– C..... Cənab prezident, – hıqqınaraq, dili dolaşaraq dedi.

– Boş verin, cənab Hessmayer – ABŞ prezidenti Daniel P.

Bişop yazı masasına söykənərək bilgisayarın monitorundakı mətni oxumağa başladı.

12

– Tomun mülahizılıri barədə nə düşünürsünüz? Dövlət katibi? Cənab Elliot? Prezident qalxdı və yorğun-yorğun gülümsündü.

– Bəli. Siz ki, Corcstaunda beynəlxalq hüququ öyrənir-siniz?

Cefri gözünü qırpdı. Prezidentin ona Ağ Evin məmurları və kargüzarları içərisindən xüsusi olaraq diqqət yetirməsi inanılmaz görünürdü.

Bəli, cənab prezident, mən unversiteti gələn il bitiririəm.

Eşitdiyimə görə, siz kursun ən yaxşı tələbəsisiniz və

Asiya üzrə ixtisaslaşırsınız. Necə fikirləşirsiniz, bu müqaviləni imzalamaq üçün çinliləri yola gətirə biləcəyikmi?

Cefri dodaqlarını çeynədi. Dövlət xadimi və lider D.Bişopun baxışlarına tab gətirmək onun üçün çətin idi.

Cavab verin, çəkinməyin, mən ki, adamyeyən deyiləm, sadəcə olaraq düzgün və qərəssiz rəyinizi bilmək istiyirəm.

Əks halda niyə Torndan bu işi məhz sizə həvalə etməsini xahiş etdim ki?

Prezidentin bu etirafına heyran qalan Cefri ağzınaçıb bir söz belə deyə bilmədi.

– Dərindən nəfəs alın – deyə prezident əmr etdi.

Cefri prezidentin məsləhətinə əməl etdi və bu ona kömək oldu. Cefri öskürərək səsini qaydaya saldı və fikrini cəmləyib dedi:

– Mənə elə gəlir ki, dövlət katibi Elliotun, Çinin Tayvan iqtisadiyyatına dair qəribə cəhdləri haqqında söylədiyi fikri ağılabatandır, – Cefri bir neçə saniyəlik nəfəsini dərdi və yenidən davam etdi. – Mən Honq-Konq və Makaonun ye-nidən Pekin hakimiyyəti altına qayıtmasını diqqətlə tədqiq etmişəm. Görünür, çinlilər bu əraziləri demokratik iqtisadiyyatın kommunist strukturlarına inteqrasiyası üçün 13