banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr


Qızmar gün idi, ağ kəpənəklər isti otların üzərində, şüşə kimi parlayan gərməşov üzərində bir-birinin arxasınca cüt-cüt uçurdu. Mitya kəpənəkləri müşahidə edə-edə yenə öz-özündən soruşurdu:

− Yollanım, yoxsa bu biabırçı səfərlərin arasını birdəfəlik kəsim?

Dağın ətəyi ilə atlı kovxa darvazanın ağzında göründü. Ayğır belində əyləşən kovxa eyvana baxıb atı düz oraya sürdü. Yaxınlaşaraq atın başını çəkib dedi:

− Sabahınız xeyir! Hey kitab oxuyursunuz?

Gülümsəyib ətrafına nəzər saldı. Yavaşdan soruşdu:

− Ananız yatır?

Mitya cavab verdi:

− Mən bilən, yatır. Necə məgər?

Kovxa bir az susub birdən ciddiləşərək dedi:

− Nə demək olar, ağazadə, kitab yaxşı şeydir, amma hər şeyin vaxtını bilmək lazımdır. Siz niyə rahib kimi yaşayırsınız? Məgər arvad, qızlar azdırmı?


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 640 форматов)