banner banner banner
Gümüşü şimşək
Gümüşü şimşək
Оценить:
 Рейтинг: 0

Gümüşü şimşək


– Belə başa düşürəm, Fitsroy Simpson növbətçini dərmanla yuxuya verib, hansısa şəkildə əlavə açar ələ keçirib, tövlənin qapısını açıb və atı çıxarıb. Yarış dəstini geydirdikdən sonra qaçırıb, qapını da açıq qoyub. Atı süpürgəotu bitən əraziyə qədər sürdükdən sonra mehtərlə qarşılaşıb. Belə görünür, aralarında dava baş verib. Simpson Strekerin özünü qorumaq üçün istifadə etdiyi bıçaqdan xəsarət almayıb, əvəzində ağır əsası ilə onun beynini dağıdıb. Sonra da oğru atı xəlvət yerə aparıb, ya da at əlbəyaxa zamanı qaçıb. Əgər qaçıbsa, deməli, indi süpürgəotu olan sahədə gəzişir. Polisə görə, cinayət bax bu cür baş verib. Bəli, bu o qədər də real görünmür, amma digər ssenarilər daha zəifdir. Hadisə yerinə getdiyim zaman bütün bu versiyalara göz gəzdirəcəyəm. Hələ ki, bu nöqtədən daha irəliyə aparacaq çıxış nöqtəsi görə bilmirəm.

Nəhəng Dartmur dairəsinin mərkəzində qalxan balığının qarnı kimi görünən kiçik Tavistok qəsəbəsinə çatanda axşam olmuşdu. Stansiyada bizi iki cənab gözləyirdi. Biri saç-saqqalından şirə bənzəyirdi, açıq-mavi gözlü, sarışın və uzunboylu idi. O biri isə frak, uzunboğaz çəkmə geyinmiş, eynək taxmışdı. Bakenbordları da boyu kimi qısa idi. Hər ikisi qıvraq görünürdü. İkincisi məşhur idmançı polkovnik Ross idi. Digəri isə İngilis Detektiv Servisində qısa vaxtda ad qazanmış müfəttiş Qriqori idi.

– Gəlməyinizə çox sevindim, Holms, – polkovnik dedi. Müfəttiş burada lazım olan hər şeyi edib. Ancaq bədbəxt Strekerin qatilinin və atının tapılması məsələsində qaranlıq nöqtə belə qalmasını istəmirəm.

Holms soruşdu:

– Bir yenilik varmı?

– Təəssüflə qeyd edim ki, elə bir yenilik yoxdur. Bayırda bizi fayton gözləyir. Heç şübhəsiz, qaranlıq düşməmiş hadisə yerini görmək istəyirsiniz. Ona görə də izin versəydiniz, söhbətimizi yolda davam edərdik.

Bir az sonra faytonla tarixi Devonşir şəhərinin küçələri ilə gedirdik. Müfəttiş Qriqori özünü bu cinayətə həsr etdiyindən nə bilirsə, tezcə danışmağa başladı. Holms arabir ya sual, ya da şərh verərək müdaxilə edirdi. Polkovnik Ross əllərini bir-birinə keçirib arxaya söykənmiş, şlyapasını gözlərinin üstünə basmışdı. Mən isə bu iki detektivin söhbətini diqqətlə dinləyirdim. Qriqori öz versiyasının detallarını danışırdı. Onun danışdıqları, demək olar ki, Holmsun qatarda söylədiklərinin eynisi idi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)