banner banner banner

О. Генри - Hekayələr

Оценить:
 Рейтинг: 0
Автор: О. Генри
Название: Hekayələr
Аннотация на книгу:

Dünya şöhrətli Amerika yazıçısı yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərlərinə insan kütlələri heyran olmuş və bu, ona böyük uğur gətirmişdir. Yazıçı həyatının son səkkiz ilində 200-dən çox hekayə yazmışdır. Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş
kimi sona çatan gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir «tərz» meydana gətirmiş və bu çoxlarına ilham mənbəyi olmuşdur.
Lakin O. Henrinin kasıbçılıqla keçən həyatı heç də hekayələri kimi xoşbəxt sonluqla bitməmişdir. Dünya şöhrətli yazıçı cavanlıqda hətta həbsxanaya düşmüşdür. O, yaxşı qazanmağına baxmayaraq, çoxlu içir, bütün qazandıqlarını göyə sovururdu.
Heç də təsadüfi deyil ki, o öldüyü zaman cibindən cəmicümlətanı 23 sent çıxmışdır. Həmin zaman onun cəmi 48 yaşı olub.
Əminik ki, bu kitab həyatın qədrini bilənlər üçün daha maraqlı olacaq.

Добавлено: 22.08.2023 22:08 Рейтинг: Будь первым кто оценит книгу Комментариев 0 шт.
Спасибо! Ваш отзыв был отправлен на модерацию.

Читать онлайн