banner banner banner
Boskomb vadisinin sirri
Boskomb vadisinin sirri
Оценить:
 Рейтинг: 0

Boskomb vadisinin sirri


– Elə isə gecəniz xeyrə qalsın, əlahəzrət, sizə tezliklə gözəl xəbərlər gətirəcəyimə inanıram.

Krallıq faytonu yola düşəndə mənə tərəf döndü:

– Sənin də gecən xeyrə, Vatson. Əgər sabah günortadan sonra saat üçdə bizə gəlsən, bu kiçik məsələ ilə bağlı söhbət edə bilərik.

II

Ertəsi gün üç tamamda Beyker küçəsində idim, ancaq Holms hələ qayıtmamışdı. Ev sahibi saat səkkizdən sonra çıxdığını dedi. Gözləməyə qərar verərək buxarının yanında oturdum. Bu araşdırma çox diqqətimi çəkmişdi. Düzü, əvvəl danışdığım iki hekayədəki qəribə və qaranlıq xüsusiyyətlər yox idi. Amma məsələnin təbiəti və müştərinin yüksək mövqeyinə görə dolayısı ilə bu hekayənin özünəməxsus forması vardı. Aparılan araşdırmalardan daha çox, dostumun hadisələrə vaqif olması, kəskin ağlı və iş sistemi, ən qarmaqarışıq sirləri sürətli, mükəmməl üsulları ilə çözməsi məni çəkirdi.

Qeyd-şərtsiz uğuruna o qədər alışmışdım ki, uğursuzluq ehtimalı ağlımdan da keçmirdi.

Saat dördə az qalmış qapı açıldı və qırmızı üzlü, pis geyinmiş, sərxoş görkəmli mehtər otağa girdi. Dostumun cilddən-cildə girmək məsələsində xüsusi qabiliyyətləri olduğunu bilməyimə rəğmən, Holms olduğuna əmin olana qədər onu diqqətlə nəzərdən keçirmək məcburiyyətində qaldım. Mənə salam verib yataq otağına girdi və beş dəqiqə sonra hər zamanki təmiz və səliqəli paltarları ilə çıxdı. Əllərini cibinə soxub buxarının qarşısında ayaqlarını uzatdı və bir neçə dəqiqə qəhqəhə çəkərək güldü.

– Ola bilməz, – deyə bağırdı və nəhayət, heydən düşənə qədər gülməyə başladı.

– Necə oldu?

– Çox əyləncəli. Əminəm ki, sabahdan bəri nə ilə məşğul olduğumu təxmin edə bilməzsən.

– Təxmin edə bilmirəm. Düşünürəm ki, xanım İren Adlerin vərdişlərini, kim bilir, bəlkə də, evini müşahidə edirdin.

– Demək olar ki. Amma proses olduqca qəribə idi. Sənə danışacağam, onsuz da. Bu gün səhər səkkizdə işdən çıxmış mehtər cildində evdən çıxdım. Mehtərlərə hər zaman rəğbət ilə yanaşırlar. Onlardan biri olsan, istədiyin çox şeyi öyrənə bilərsən. Brioni qəsrini dərhal tapdım. Arxasında bağçası olan, önü küçəyə baxan iki mərtəbəli gözəl bir villa idi. Qapısından böyük qıfıl asılmışdı. Evin sağ tərəfindəki zalın, az qala, yerə çatan uzun pəncərələrinin qıfılları isə uşaqların belə aça biləcəyi gündə idi. Arxadan, yan tərəfdəki fayton dayanacağının taxtapuşundan evin dəhlizinə keçmək mümkündür. Başqa diqqət çəkəcək heç nə gözə dəymirdi. Ətrafında fırlanıb hər künc-bucağı araşdırdım, amma diqqət çəkən heç nə görmədim.

Sonra küçə ilə aşağı düşərkən bağçanın bir divarının başqa küçəyə baxdığını fərq etdim. Atları qaşovlamaqda mehtərlərə kömək etmək qarşılığında bir az pul, bir stəkan içki, iki eşməlik sərt tütün və xanım Adler haqqında mənə lazım olacaq qədər məlumat əldə etdim. Təbii ki, fürsətdən istifadə edib qonşuluqda yaşayan, məni, ümumiyyətlə, maraqlandırmayan insanların həyat hekayələrini də dinləməyə məcbur oldum.

– Yaxşı, İren Adler haqqında nə öyrənə bildin?

– Bu mövzuda hamının ağzının suyu axır. “O bu kainatda ən sevimli canlıdır” – adamlardan biri belə deyirdi. Sakit həyatı var. Konsertlərdə mahnı ifa edir, hər gün saat beşdə evdən çıxır və düz yeddidə axşam yeməyi üçün geri dönür. Mahnı oxumayacağı vaxtlarda nadir hallarda evdən çıxır. Yanına cəmisi bir adam gəlib-gedir, o da kişidir. Əsmər, yaraşıqlı bir adamdır. Gündə ən azı bir dəfə, ən çoxu iki dəfə gəlirmiş. Templdən

Qodfi Norton adlı biri. Faytonçularla dost olmağın faydası budur. Adamı bir neçə dəfə Burden Serpentine küçəsindən evə aparıblar və onun haqqında hər şeyi bilirlər. Danışdıqlarına qulaq asdıqdan sonra Brioni qəsrinin qarşısında sonuncu dəfə dolaşdım və tətbiq edəcəyim planı düşündüm. Bu Qodfi Nortonun məsələdə önəmli rolu olması aydındır. Vəkil olduğunu deyirdilər, mənə maraqlı gəldi. Aralarındakı münasibət və tez-tez gəlib-getməkdə məqsədi nə idi? Xanım onun müştərisidirmi, dostudurmu, yoxsa aşnasıdırmı? Əgər birincisidirsə, fotoşəkli ona əmanət edə bilərdi. Əgər deyilsə, bunu etmək ehtimalı azdır. Bu sualın cavabı araşdırmanı Brioni qəsrində, yoxsa o adamın işlədiyi Templdə davam etdirməyim üçün əhəmiyyətli olacaqdı. Önəmli bir nöqtədə idim və bu da araşdırmanı genişləndirirdi. Mənə elə gəlir ki, səni bu təfərrüatlarla sıxdım, ancaq vəziyyəti başa düşməyin üçün kiçik problemləri sənə danışmağım çox önəmli idi.

– Səni diqqətlə dinləyirəm, – deyə cavab verdim.

– Elə bu məsələni beynimdə təhlil edirdim ki, Brioni qəsrinə fayton gəldi və içindən bir cənab çıxdı. Qartal burunlu, bığlı, əsmər və yaraşıqlı adamdı. Bəlli idi ki, haqqında danışdıqları adam bu idi. Tələsən adama oxşayırdı. Faytonçuya gözləməsini tapşırdı və sanki öz evinə girirmiş kimi, qapını açan xidmətçinin yanından sürətlə keçib içəri girdi.

Evə girdiyi yarım saat olmuşdu: zalın pəncərəsindən adamın otaqda gəzməyini, həyəcanlı-həyəcanlı danışmasını, əl-qolunu yellətməyini görə bilirdim. Qadını görmədim. Nəhayət, adam əvvəlkindən daha tələsik çölə çıxdı. Faytona minərkən cibindən qızıl saatını çıxarıb baxdı. “Dəlicəsinə sür, – deyə bağırdı, – Əvvəlcə Recent küçəsində “Gross&Hankey”də, sonra da Edcver yolundakı Müqəddəs Monika kilsəsinə. İyirmi dəqiqəyə getsən, on peni alacaqsan”.

Gözdən itdilər. “Onları təqib edimmi?” – düşünərkən yolun yuxarısından pencəyinin düymələri açıq, qalstuku qulağının arxasına keçmiş sürücüsü olan kiçik fayton gəldi. Evin qarşısında dayanmamış, qapıdan bir qadın sıçrayaraq faytonun içinə atıldı. Onu bir anlıq gördüm. Amma bir kişinin uğrunda ölə biləcəyi qədər gözəl olduğunu deyə bilərəm. “Müqəddəs Monika kilsəsinə, Con! – deyə bağırdı, – İyirmi dəqiqəyə çatsan, bir qızıl alacaqsan”.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)