banner banner banner
Rübailər
Rübailər
Оценить:
 Рейтинг: 0

Rübailər

Rübailər
Ömər Xəyyam

Ömər Xəyyam (1048 – 1131) şair, riyaziyyatçı, astronom və filosof olmuşdur. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma o, başqa alimlərdən fərqli olaraq həm Şərqdə və Qərbdə özünün müdriklik və satira dolu rübailəri ilə məşhurdur.

Kitabda Ömər Xəyyamın müxtəlif illərdə dilimizə tərcümə olunmuş rübailəri (o cümlədən, eyni rübailərinin müxtəlif tərcümələri) vardır.

ÖMƏR XƏYYAM

RÜBAİLƏR

«Bir sübh xitab etdi bizim meyxanә…»

Bir sübh xitab etdi bizim meyxanә:
Ey rindi-xәrabәtimiz, ey divanә!
Dur dolduraq al şәrabla peymanәmizi,
“Ey vay” ilә dolmadan bizim peymanә.

«Ey xacә, inandırma bizi boş sözünә…»

Ey xacә, inandırma bizi boş sözünә,
Get, allaha bax, nәsihәti ver özünә.
Biz düz gedirik, sәnin gözün әyri görür,
Bizdәn uzaq ol, çarә elә öz gözünә.

«Beş gün bu cahan oldu bizim mәnzilimiz…»

Beş gün bu cahan oldu bizim mәnzilimiz,
Tәk dәrdü-bәla oldu fәqәt hasilimiz.
Getdik buradan ürәkdә min həsrәt ilә,
Әfsus ki, hәll olmadı bir müşkilimiz.

«Qalx, ey büt, dur qәlbi sevindir, bәri gәl…»

Qalx, ey büt, dur qәlbi sevindir, bәri gәl,
Gәl eylә bu gün dәrdimizә çarә, gözəl.
Bir kuzә şәrab gәtir içәk, lәzzәt alaq,
Torpaqlarımız kuzәyә dönmәkdәn әzәl.

«Heç kim verә bilmir sabaha vәdә bizә…»

Heç kim verә bilmir sabaha vәdә bizә,
Gәl biz bu günü xoş elәyәk könlümüzә.
Mey iç Ayın altında, Ay üzlüm, ki bu Ay
Çox-çox doğacaq, rast gәlәcәkdirmi bizә?

«Öldükdә mәnim cismimi badəylә yuyun…»

Öldükdә mәnim cismimi badəylә yuyun,
Tәlqinimi dә mey şüşәsindәn oxuyun,
Mәhşәr günü tapmaq mәni siz istәsәniz,
Meyxanәdә axtarın mәni, orda duyun!

«İstәr mәni hicranla zavalda saxla…»

İstәr mәni hicranla zavalda saxla,
İstәr şad elә, zövqü vüsalda saxla,
Mәn söylәmirәm sәnә nә cür saxla mәni,
Könlün necә istәyir o halda saxla!

«Eşq әhli gәrәk hәmişә rüsva olsun…»

Eşq әhli gәrәk hәmişә rüsva olsun,
Divanәliyilә mәstü şeyda olsun,
Huşyarlıqda dәrd çәkirik hәr şeyә biz,
Mәstkәn deyirik: qoy nә olursa olsun.

«Quran ki böyük, gözəl kәlamdır deyilir…»

Quran ki böyük, gözəl kәlamdır deyilir,
Az-az oxuyan olur onu hәrdәnbir.
Böyründә piyalәnin bir ayәt var ki,
Hәr yerdә, hәmişә dillәrin әzbәridir.

«İçmirsәn әgәr mәstlәri töhmәtlәmә sәn…»

İçmirsәn әgәr mәstlәri töhmәtlәmә sәn,
Yüz qәlbi qәmә, dәrdә salır hәr fitnәn,
Sәn içmәmәyinlә fәxr edirsәn, lakin
Yüz iş törәdirsәn daha pis içmәkdәn.

«Mey cismimә qüvvәt gətirir, canә qida…»

Mey cismimә qüvvәt gətirir, canә qida,
Çox sirlәrin üstünü mey açmaqda,
Yox bir tәlәbim nә bu, nә o dünyadan,
Yeydir mәnә mey hәr iki dünyadan da.

«Könlüm, bu zәmanәdәn sәn ehsan dilәmә…»

Könlüm, bu zәmanәdәn sәn ehsan dilәmә!
Dövrandan aman gözlәmә, sahman dilәmә.
Dәrman dilәsәn, bir az da artar dәrdin,
Dәrdinlә barış, sәbr elә, dәrman dilәmә.

«Öpsәm ayağından sәnin, ey şux dilbәr…»

Öpsәm ayağından sәnin, ey şux dilbәr,
Varkәn ayağın, özgә lәbindәn kim öpər?!
Әl mәndәn, әtәk xәyalın olsun hәr gün,