banner banner banner
Uşaqların baharı
Uşaqların baharı
Оценить:
 Рейтинг: 0

Uşaqların baharı


C) Bədxasiyyətli sağ qaldı

3. Nə üçün bədxasiyyətli həkim vəfat etdi?

A) Özü zəhər hazırladığı üçün elə bildi içdiyi də zəhərdir

B) Şərbətdən şəkəri qalxdığı üçün

C) İçindəki paxıllıq ürəyini partlatdığı üçün

2. Xeyirsöyləməzin hekayəti

Bir xeyirsöyləməz nadan vardı. Dilinə bir dəfə də xeyir söz gəlməmişdi. Bir şəxs ona dedi:

– Ey yazıq, mən bu gün İraqa səfər eləyirəm. Ey əziz, salamat gəlim deyə mənə dua elə. Səfərdən qayıdanda əynimdəki nə libasım varsa, sənə bağışlayaram.

Xeyirsöyləməz dedi:

– Hə, vəd etdiyini yaxşı olar ki, indi verəsən. Bəlkə qürbətdə vəfat elədin, onda mən səni hardan tapıb vəd elədiyini alım.

3. Toxucunun hekayəti

İsfahanda bir toxucu vardı. Bu toxucu padşaha gözəl bir dibac* toxudu. Doqquz ay ərzində əziyyət çəkdi, dibaca naxışlardan zinət vurdu. Kətibələri* şeirlə yazdı, naxışlarda sehrlər zahir oldu. Cavan şah dibaca baxıb valeh oldu. Böyükdən kiçiyə hamı “afərin” söylədi.

Şah dedi:

– Ey tədbirli vəzir, de görüm, bu incə dibac nə üçün yaxşıdır? Ondan nə hazırlatmaq olar?

Vəzir ərz elədi ki, ondan yaxşı paltar olar, islam şahına xeyli yaraşar.

Biri ərz elədi:

– Ey taxt-tac sahibi, bunun qəbası qəşəng olar.

Başqa biri söylədi:

– Ey şəhi-əşraf, bundan yaxşı yorğan üzü olar.

O məclisdə böyükdən kiçiyə hərə bir təklif verdi. Axırda padşah buyurdu:

– Qoy bu ustadan da sual edək. Görək o nə təklif edir.

Usta dedi:

– Ey hökmdar, çox gözəl olar ki, bu ipək saxlana. Sən öləndə tabuta çəkələr ki, bütün insanlara görünə.

Padşahın bu sözdən ürəyi darıxdı, qəzəbləndi və toxucunun qətlinə fərman verdi.

Nağıla aid testlər Toxucunun hekayəti


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 540 форматов)