banner banner banner
Qulliverin səyahətləri
Qulliverin səyahətləri
Оценить:
 Рейтинг: 0

Qulliverin səyahətləri

– Sizin ölkənizi düşmən hücumundan qorumağa hazıram. Ən azı, ona görə ki, imperator tərəfindən xilas və azad olunduğum üçün ona borcum var. Ancaq mən imperatorun xarici təbəəsi olduğum üçün ölkənizin daxili işlərinə qarışmamalıyam. Bunu deyərkən iki partiya arasındakı ədavəti nəzərdə tuturam. Xahiş edirəm, dediklərimi imperator həzrətlərinə olduğu kimi çatdırasınız.

Beşinci fəsil

Qulliverin Blefusku imperatorluğunun donanmasını ələ keçirməsi. Liliputiya kralının təklifindən imtina etməsi. Blefuskudan gələn elçilərlə söhbəti.

Blefusku imperatorluğu Liliputiyanın şimal-şərqində yerləşən bir adadır. Bu iki dövləti bir-birindən dayaz bir boğaz ayırır. Mən həmin adaya heç vaxt get- məmişdim. Əgər indi getsəm, bu heç də ağıllı hərəkət olmazdı. Çünki müharibə başlayandan bəri hər iki ölkə arasında gediş-gəliş qadağan edilmişdi. Qadağanı kim pozsa, onu ölüm cəzası gözləyirdi.

Hələ bu harasıdır?! Bizim imperator hətta heç bir gəminin Liliputiya limanlarından çıxmasına icazə vermirdi. Ona görə də blefuskulular mənim liliputlar arasında olmağımdan xəbərsiz idilər. Bu isə mənim düş- mən donanmasını gözlənilmədən ələ keçirmək barədə planlarıma uyğun idi. Odur ki mən boğaz tərəfdəki sahildə gözə görünməməyə çalışırdım. Çünki düşmənlər məni görə bilərdilər.

Bir gün kəşfiyyatçılar xəbər gətirdilər ki, Blefusku donanması boğazlardan birində hazır durub. Onlar yelkənlərini qaldırmaq üçün səmt küləyinin əsməsini gözləyirdilər. Mən imperatorla məsləhətləşəndən sonra planımı dərhal yerinə yetirməyi qərara aldım.

Əvvəlcə əmr etdim ki, mənə yoğun kəndirlər və çoxlu dəmir çubuq gətirsinlər. Onların kəndirləri bizim ciyə kimi, dəmir çubuqları isə corab mili boyda idi. Kəndirləri üçqat hördüm ki, daha möhkəm olsun. Dəmir çubuqları isə üç-üç burdum və uclarını qarmaq kimi əydim. Bu cür əlli qarmaq düzəltdim. Sonra onları eyni miqdarda kəndirin ucuna bağladım və qabarmaya yarım saat qalmış şimal-şərq sahilində suya girdim. Əvvəlcə dayaz yerdə ayaqla getdim. Sonra ortada otuz yarda[3 - Yard – 81 sm-ə bərabər ingilis uzunluq vahidi] qədər üzdüm. Nəhayət, ayağım dənizin dibinə çatdı. Bütün bunları mən çox sürətlə et- dim. Beləliklə, aradan heç yarım saat keçməmiş düşmən donanmasının durduğu limana çatdım.

Düşmənlər məni görəndə dəhşətli qorxuya düşdülər. Özlərini gəmilərdən suya atıb sahilə doğru üzməyə başladılar. Orada otuz minə qədər adam yığışmışdı. Mən hazırladığım kəndirləri çıxardım. Hər gəminin burnuna bir qarmaq taxdım. Sonra hamısının ucunu bir yerə yığıb düyünlədim. Bu zaman düşmən mənim üzərimə bulud kimi ox yağdırırdı. Oxlardan bir çoxu əllərimə, üzümə sancılıb möhkəm incidir, işləməyimə mane olurdu.

Mən hər şeydən çox gözlərim üçün qorxurdum. Gözlərimi qorumaqdan ötrü tədbir görməliydim. Yoxsa kor olardım. Mənə lazım olan xırda şeylər arasında gözlüyüm də vardı. Hansı ki onu gizli cibimdə saxlamışdım. Gözlüyümü taxıb möhkəm bağladım. Oxlar tez- tez gözlüyümün şüşələrinə dəysə də, mənə zərər yetirmirdi.

Beləcə, bütün qarmaqları taxıb qurtardım. Bir-birinə düyünlədiyim kəndiri əlimə alıb gəmiləri çəkdim. Ancaq bircə gəmi də yerindən tərpənmədi. Gəmilərin hamısı lövbərlərində möhkəm durmuşdu.

Məcbur olub daha təhlükəli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini bıçaqla kəsdim. Bu zaman iki yüzə qədər ox üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış oldu- ğum kəndirləri yenidən əlimə yığdım. Düşmənin ən iri əlli hərbi gəmisini asanlıqla çəkib apardım.

Özlərini itirən düşmənlər əvvəlcə nə etmək istədiyimi anlaya bilməmişdilər. Onlar lövbər kəndirlərini kəsdiyimi görüb elə güman etmişdilər ki, mən gəmiləri suda batırmaq istəyirəm. Ancaq bütün donanmanı arxamca çəkib apardığımı gördükdə yaman təşvişə düşdülər. Ucadan fəryad qoparmağa başladılar.

Onlardan uzaqlaşdıqdan sonra dayandım. Üzümə və əllərimə sancılmış oxları ehtiyatla çıxartdım. Yerlərini məlhəmlə ovdum. Sonra gözlüyümü çıxardım. Düz bir saat suyun çəkilməsini gözlədim. Axırda boğazın ortasından ayaqla keçib gəmilərlə birlikdə sağ-salamat Liliputiya limanına gəldim.

İmperator və bütün saray adamları sahildə durub qayıtmağımı gözləyirdilər. Boğazın ortasında su xirtdəyimə qədər çıxırdı. Odur ki onlar məni görə bilmirdilər. Bir az sonra onlar sahilə yaxınlaşmaqda olan donanmanı gördülər. İmperator bu fikrə gəldi ki, yəqin, mən batmışam, düşmən donanması isə müharibə məqsədilə ora yaxınlaşır. Ancaq onun bu qorxusu tezliklə yox oldu. Boğaz getdikcə dayazlaşdı. Artıq mən suda daha aydın görünürdüm. Səsim sahildə eşidiləcək məsafəyə çatdıqda mən gəmilərə bağladığım kəndirləri yuxarı qaldırdım. Sonra da ucadan çığırdım: "Yaşasın Liliputiyanın qüdrətli imperatoru!"

Nəhayət, gəlib sahilə çıxdım. İmperator məni tərif yağışına tutdu. Elə oradaca məni ölkənin ən yüksək rütbəsi olan nardak rütbəsi ilə təltif elədi.

Ancaq padşahların şöhrətpərəstliklərinin hədd-hüdudu olmur. İmperator indi də istəyirdi ki, düşmənin qalan gəmilərini də qəsb edəm. Görünür, o, bütün Blefuskunu fəth etmək niyyətində idi. Bununla da orada gizlənən bütün yumurtanı altdan sındırmaq tərəfdarlarını qırdırar, blefuskuluları yumurtanı iti ucundan sındırmağa məcbur edərdi. Beləliklə də bütün kainatın yeganə hökmdarı olardı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)