banner banner banner
Xosrov və Şirin
Xosrov və Şirin
Оценить:
 Рейтинг: 0

Xosrov və Şirin

Şapur söz bilən idi. Xosrovun nə demək istədiyini anladı. Yeri öpərək dedi:

– Xosrov gərək daim şad olsun.

… Mən qələmlə naxış çəkən zaman Mani “Ərjəng”ini bir anda pozar. Adam başı çəksəm, hərəkət edər. Quş qanadı çəksəm, tez uçub gedər. Qəm yemə, bu işə bir çarə taparam. Bir an da olsun yubanmadan quşdan qanad, ceyrandan ayaq alaram. İnan ki, sevgilin də sənə yetər. Od kimi dəmirdə gizlənmiş olsa, gövhər kimi daşda bəslənmiş olsa, saf gövhəri daşdan, odu dəmirdən çıxarantək onu çıxararam. Səadət yar olsa, onu alar, Xosrovun əlinə salaram. Görsəm, gücüm çatmır, yubanmadan şaha xəbər çatdıraram.

Şapur belə deyib ayağa durdu. Yola çıxmaq üçün hazırlıq başladı. Yolda nə yatdı, nə dincəldi. Bir aya Şirinin yanına gəldi. O gözəllər yayın qızmar çağı yaşıl dağları məskən edərdilər.

Şapur gələn zaman otlar körpə idi. Mavi qayalar güllər içində idi. Orda ilk bahar min rəngə çalırdı. Dağların başındakı zümrüd xalı fikri, xəyalı heyran eləyirdi. Cərrum dağlarından Buğra çölünə qədər hər tərəf bahar gülünə bürünmüşdü.

ŞAPURUN ŞİRİNƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ

Gecə düşdü… Şapur çox gəzdiyi üçün yorulmuşdu. Ona görə də köhnə bir kilsədə özünə məskən saldı. Həmin yerin bilici qocalarına yalvardı ki, ona düzgün cavab versinlər. Desinlər görək, o gözəllər sabah hara gələcəklər? Hansı bulaq üstə, gülzara təşrif gətirəcəklər?

Ağıllı qocalar xəbər verdilər ki, o şux pərilər çox da uzaqda olmurlar. Görünən dağın ətəyində yaşıl bir düzən onların məskənidir. Bu yerin ətrafı sıx meşədir.

Elə ki sincab örtüyünə bürünmüş dövran başaq rəngli paltar geyindi – səhər açıldı, Əlbürzün başında günəş göründü, Şapur oyandı. O ürək oynadan gözəllərdən qabaq oyanmış Şapur onlardan əvvəl çəmənə gəldi. Bir kağız alıb üzərində Xosrovun şəklini yaratdı. Sənətkarlıqla yaratdığı həmin şəkli bir ağacdan asdı. Sonra isə bir xəlvətə çəkildi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)