İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.
Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən on…
1991-ci ildə qələmə alınmış roman müharibə sonrası Gürcüstanından bəhs edir. Baş qəhrəman gənc Niko tez-tez keçmişi, uşaqlıq illərini xatırlayır, doğma və yaxınlarının obrazlarını göz önünə gətirir. Romanın əsas mövzusu gənc oğlanan mənəvi kamilləşməsi, özünü tərbiyəsi üzərində qurulub. Kitab «Alatoran» nəşriyyatından, Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub.
“Bibilər” Belçikalı böyük yazıçı Cyriel Buyssenin (1859 -1932) dahiyanə əsəridir. Romanda hadisələr XX əsrin əvvəllərində cərəyan edir və kiçik mülkədar Dufour’un faciəvi taleyindən söhbət açılır. Klemens bibi, Estel bibi və Viktoriya bibi çoxlu var-dövlət sahibi olduqlarına görə ailədə hökmranlıq edirlər və özlərinin əxlaq dəyərləriylə ata Dufoura və oğlu Maksa təzyiq göstərirlər. Qızları Klara, …
“Kopenhagen trilogiyası” Danimarka yazıçısı və şairi Tove Ditlevsenin memuarlar toplusudur. Trilogiya üç kitabdan ibarətdir: “Uşaqlıq”, «Gənclik» və «Evlilik». Skandinaviya ədəbiyyatının önəmli fiqurlarından biri olan Ditlevsen bu əsərlərində həyatının üç dövrünü təsvir edir.
Hal-hazırda biotexnoloji və genetik tərəqqi, insan təbiətinin gələcəyi ilə bağlı bir çox mübahisəni özü ilə gündəmə gətirir. Bu biotexnoloji tərəqqinin fəlsəfi, etik və siyasi nəticələrini qələmə alan Habermasın isə verdiyi ən diqqətçəkici suallarının başında: İnsan yaradıcısının Tanrı və ya başqa uca varlıq deyil, yenə bir insan olmağının, insanın özünü tanıyıb bilməsi baxımından necə bir nəticəy…
Mədəniyyətin sancıları (Das Unbehagen in der Kultur) Sigmund Freud un ölümündən on il öncə yazdığı ən məşhur və ən çox müzakirə olunan, ən parlaq əsəridir. Eyni zamanda böyük alimin ən çox tənqid olunan, yalnış anlaşılan və analiz edilən əsəridir. İlk dəfə 1930-cu illərdə çağp edilən kitab insan cəmiyyəti və onun nizamlanması, təşkil edilməsi üçün təməl sayılan məsələlərə, sivilizasiyanın meydana …
Həyatın amansızlığı ucbatından cəmi bir neçə ay məktəbə gedən, 8 yaşında işləməyə məcbur olan Maksim Qorki bu avtobiorqafik əsərində gənclik illəri zamanı üzləşdiyi dəhşətli məhrumiyyətlərdən danışılr.
"Məsihin qanı" müəllifin ilk kitabıdır. 2015-ci ildə çap olunub. Müxtəlif ovqatlarda yazılmış on bir hekayədən ibarətdir. Bəzi hekayələrdə kədərli, bəzilərində isə gülməli hadisələr qələmə alınıb. Müəllif müxtəlif illərdə keçirilmiş dörd hekayə müsabiqəsinin qalibi olub və iki müsabiqədə mükafatçılar sırasında yer alıb.
Kitabda görkəmli ictimai-siyasi xadim, elm adamı, publisist, dramaturq, yazıçı, ədəbiyyatşünas, Azərbaycan milli istiqlal davasının öndəri, siyasi düşüncə tariximizdə xüsusi yeri olan M.B.Məmmədzadənin “Azərbaycanda köylü hərəkatı. Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir” və “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” əsərləri daxil edilmişdir. XX yüzillikdə A…
Bu həyəcanlandırıcı kitab bir şirkət qurmağa, kosmik gəmilər inşa etməyə və Marsa getmək istəməyinizə kömək edəcək. Kitabın yeganə mənfi cəhəti İlon Mask olmadığınızı xatırladığınız an sizin qarşınıza çıxacaq.
Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi möcüzəsi var. Bu kitabda yunanlara məlum olmayan digər iyirmi yeddi möcüzə haqda danışılır. Oxucu Asiya xalqlarının qədim mədəniyyət abidələrinin – Suriya və Livanın böyük şəhərləri, hind memarlığının möcüzələri və Birma paqodaları, Böyük Çin səddi və Orta Asiyanın məscidləri, Qədim Kambocanın paytaxtı – Anqkorun taleyi və yaranma tarixi ilə t…
Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların demokratik və avtoritar hakimiyyətə nə dərəcə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq Avtoritar Şəxsiyyətin necəliyi əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbə…
"Mənim mübarizəm – 9" kitabında müəllifin məqalələri, müsahibələri və hekayələri yer alıb.