banner banner banner
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Оценить:
 Рейтинг: 0

Beynəlxalq Münasibətlər üzrə bələdçi

Wight, Martin (1966) ‘Why is There No International Theory’, in Herbert Butterfield and Martin Wight (eds), Diplomatic Investigations: Essays in the Theory of International Politics. London: George Alien and Unwin. pp. 17-34.

Wight, Martin (1992) International Theory: The Three Traditions (eds Gabriel Wight and Brian Porter). New York: Holmes & Meir.

Wilde, Jaap H. de (1991) Saved from Oblivion: Interdependence Theory in the First Half of the 20

Century. Aldershot: Dartmouth Publishing Co.

Williams, Howard (1992) International Relations in Political Theory. Buckingham: Open University Press.

Willoughby, Westel Woodbury (1918) ‘The Juristic Conception of the State’, American Political Science Review, 12: 192-208.

Wilson, Peter (1998) ‘The Myth of the “First Great Debate”’, Review of International Studies, 24 (Special Issue): 1-16.

Wright, Quiney (1955) The Study of International Relations. New York: Appleton—Century-Crofts.

Zacher, M. and Matthew, R. (1995) ‘Liberal International Theory: Common Threads, Divergent Strands’, in Charles Kegley (ed.). Controversies in International Relations Theory: Realism and the Neoliberal Challenge. New York: St Martin's, pp. 107-50.

2

Sosiologiyanın fəlsəfəsi və Beynəlxalq münasibətlər

COLIN WIGHT

Fənn özünün üsulları üzərində düşünməyə başladıqda, onu təsvir etmək üçün müxtəlif ehtiyatlar və ona yetirilən nəzərlərin yönələ biləcəyi müxtəlif mənbələr diapazonu artıq mövcud olur. Bu cildin 1-ci Fəslində Brian Schmidt fənnin tarixi və tarixşünaslığına müraciət etmişdir. Fənnin inkişafının istənilən tarixi hesabatı üçün zəruri olan məsələlərin çoxunun, istər-istəməz, sosial elmin fəlsəfəsinə (əsas prinsiplərinə) uyğunluq probleminə toxunacağı labüddür (Gordon, 1991; Manicas, 1987). Sosial elmin fəlsəfəsi onun tarixindən ayrılmazdır, və Beynəlxalq münasibətləri formalaşdıran debatların çoxu, sosiologiyanın fəlsəfəsi ilə vəhdətdə olan məsələlərlə məşğul olmuşdur. Schmidt bu məsələlərin tarixi olaraq fənni formalaşdırması (və ya düzgün formalaşdırmaması) tərzi ilə məşğul olurdusa, bu fəsildə diqqət onların mahiyyətinə veriləcək, və onların inkişafının fənni (dissiplinar) inkişaf, fənni siyasət və daha geniş sosial-siyasi məsələlər terminlərində tənqidi təhlilinin aparılmasına cəhd göstəriləcəkdir.

İstənilən sosiologiya fənni üçün əsas məsələ ona hansı dərəcəyə qədər elm kimi baxıla bilməsidir[6 - Bu yarlığın mübahisəli xarakterini onu dırnağa almaqla göstərmək normal olardı. Lakin bu fəsldə diqqətin əsasən terminin mənası üzərində cəmləndiyini nəzərə alsaq belə dırnağa alma lazımsız görünür.] və Schmidt bu məsələyə «sahənin müəyyən edici məqsədi» kimi tərif verir (Bax, Fəsil 1). Lakin Schmidt BM-in inkişafını onun bilik olmaq iddialarına elmi mandat təmin etməyin hələ də davam edən cəhdləri baxımından nəzərdən keçirirsə, mən elm ideyasının məğzi ətrafında dərin mübahisə dəsti kimi strukturlaşmış fənnə və BM-in hansı dərəcəyə qədər elm ola biləcəyi və olmalı olmasına baxıram. BM-in inkişafı elm istiqamətində dönməz yürüş kimi başa düşülə bilməz, çünki fənnə vurulmuş yarlığın (verilmiş adın) gətirə biləcəyi xeyrin dərəcəsindən asılı olmayaraq, onun daxilində çox şey BM elminin əksinədir. Elm nədir, BM elm ola bilərmi və ya olmalıdırmı sualları fənnin daxilindəki qızğın müzakirələrin mövzusudur (Bull, 1969; Ferguson və Mansbach, 1988; Hollis, 1996; Hollis və Smith, 1990; Kaplan 1969; Nicholson 1996a, 1996b; Ogley 1981; Reynolds, 1973; Wendt, 1999). Sosiologiyanın fəlsəfəsi sahəsində işlə(yənlə)rin çoxu üçün bu məsələ faktik olaraq onun predmetinin məzmununu müəyyən edir. (Bhaskar, 1979: 1; Brown, 1979: vii; Fay, 1996: 1). Sosiologiya fəlsəfəsində qəbul edilmiş terminologiyaya uyğun olaraq, mən bu problemi «naturalizm» adlandıracağam (Bhaskar 1979; Hollis, 1996).[7 - «Naturalizm» problemi təbiətin öyrənildiyi üsulla cəmiyyətin hansı dərəcəyə qədər öyrənilə bilməsi ilə əlaqədardır (Bhaskar, 1979: 1).] Adətən bu ümumi sualın kontekstində köməkçi məsələlərin müəyyən diapazonu – izahın xarakteri, səbəb-nəticə əlaqələrinin təbiəti, qanunların təbiəti və s. kateqoriyalaşdırılır (Bunge, 1996; Nicholson, 1996a; Reynolds, 1973; Suganami. 1996).

Təbii ki, bu sualın cavabları sosiologiyanın fəlsəfəsinə müraciət edilməsi ilə legitimləşdirilmişdir. Lakin sosiologiyanın fəlsəfəsi özü elmin fəlsəfəsindən qidalanır və BM-də elm məsələsi haqqında ədəbiyyatın çoxu geniş mənada sosiologiyanın fəlsəfəsindən tamamilə yan keçir (Vasquez, 1995, 1998; Waltz, 1979).[8 - Müasir elmin uğuru elmin fəlsəfəsinin meydana gəlməsinə gətirdi. Elmin fəlsəfəsi elmin praktikası üzərində fikirləşir və nəyin elmi izah və nəzəri konstruksiyalardan fərqli olduğunu; elmi gümanlardan, spekulyasiyadan və psevdo-elmdən nəyin fərqləndirdiyini; nəyin elmi proqnozları etibarlı etdiyini və elmin obyektiv gerçəklik haqqında gizli həqiqətləri göstərib-göstərmədiyi haqqında sualı tədqiq etməyə çalışır. Qısası elmin fəlsəfəsi elmin təbiətini tutmağa cəhd edir. Sosiologiyanın fəlsəfəsi sosiologiyanın təbiətini tutmağa çalışır. Hər ikisi, bu yarlığın altındakı praktikanı təşkil edə biləcək şeyin ümumiləşdirilmiş hesabatını verməyə çalışır. Elmin uğurunu nəzərə alsaq qeyd edilməlidir ki, elmin fəlsəfələri sadəcə izah sxemləri deyil, onlar normativ tələbləri ifadə edir. Elmi praktikanın təbiətini tutmağa çalışan elmin fəlsəfəsi bildirir ki, əgər siz elmi praktika ilə məşğul olmaq istəyirsinizsə fəlsəfədə izah edilmiş prinsiplərə riayət etməlisiniz. Eləcə də aydın olmalıdır ki, hər bir elmin fəlsəfəsinə ontoloji tələblər (mövcudluq haqqında tələblər); epistemoloji mülahizələr (etibarlı bilik iddiasına qoyulan tələblərin və belə tələblər üçün əsasın nədən ibarət ola biləcəyi); və metodoloji nəticələr (əgər siz X-ə (ontologiya) inanırsınızsa və X-ə aid tələbləri Y-də (epistemologiya) əsaslan-dırmaq istyirsinizsə onda siz Y metoduna əməl etməlisiniz) daxil olacaqdir. Elmin fəlsəfəsinin epistemologiya və ya metodologiyadan daha böyük bir şey olması məhz buna əsaslanır. Elmin ontoloji cəhətdən neytral fəlsəfəsi mövcud deyil.] Bu təəssüf doğuran, lakin başa düşülən meyldir, hərçənd ki, elmi BM-i legitimləşdirmək (Kuhn, Lakatos, Popper), və ya BM-i elmdən müdafiə etmək (Kuhn, Feyerabend) üçün elm filosoflarının strukturlarının fikirləşmədən idxal edilməsi, güman ki, fənnə ciddi zərər vermişdir (Ferguson və Mansbach, 1988). Lakin bu zərər elmin nə olduğunun guya açıq-aydın olması barədə fərziyyənin vurduğu ilə müqayisəyə belə gəlmir.

Əlbəttə, bunlardan heç biri sosiologiyanın fəlsəfəsini və sosiologiya fəlsəfəsinin BM-ə genişləndirilməsini yalnız elm məsələsinin narahat etdiyini iddia etməməlidir. Əl-ayağa dolaşan digər fundamental məsələ BM-də agent (vasitəçi, vasitə) – struktur problemi adlandırılan məsələdir (Carlsnaes, 1992; Dessler, 1989; Wendt, 1987; Wight, 1999a). Bu məsələyə sadə tərif vermək çətindir və BM daxilində agent-struktur problemində dəqiq olaraq nəyin təhdid altında olması ilə əlaqədar qarışıqlıq bir para şərhçiləri belə bir gümana gətirmişdir ki, BM daxilindəki debatların iştirakçıları da eyni problemə müraciət edirlərsə, deməli burada heç də hər şey dəqiq deyil (Friedman və Starr, 1997). Bu problemin faktik olaraq nəyi əhatə etməsindən asılı olmayaraq, bütün tərəflər razılaşır ki, onun mühüm elementi Marx tərəfindən çox əla işlənmiş tapmaca ilə əlaqədardır: «Tarixini insanlar özü yaradır, lakin onlar bunu istədikləri kimi, özlərinin seçdikləri şəraitdə edə bilmirlər» (Marx, 1962). Bu halda, agent-struktur problemi fəal və özünü inikas edən agentlərlə onların fəaliyyətinin baş verdiyi struktur konteksti arasındakı münasibətlərlə əlaqədar olur.[9 - Bu sual altında qruplaşdırılanlar yenə də varlıqların təbiətinə aid problemlər dəstidir, məsələn «şəxsiyyət» nədir; kollektiv fəaliyyət problemi; sosial strukturların təbiəti və.s.] Bu problemin çoxlu cəhətləri var və onlar, sosiologiya fəlsəfəsindəki müxtəlif örtüklər altında gizli qalır.[10 - Bu debata agent-struktur debatı yarlığı vurulsa da, bildirilirdi ki, bu, adətən fərd/cəmiyyət və ya makro/mikro problemi adlandırılan şey üçün işlədilən fərqli terminologiyadır. Lakin, bu problemlər əlaqəli olsa da, onları müxtəlif problemlər kimi nəzərdən keçirmək üçün yaxşı əsas vardır (bax, Layder, 1994).] (Singer, 1961). Naturalizm məsələsi ilə birləşdirildikdə, bu problemləri Şəkil 2.1-dəki matris formasında təsvir etmək şirnikləndirici olur və çoxları elə belə də edir (Hollis və Smith, 1990; Wendt, 1999).[11 - Belə demək olar ki, Şəkil 2.1 naturalizm problemini agent-struktur problemi ilə birləşdirdikdə tutula biləcək dörd mümkün mövqeyi təsvir edir. İzahın strukturla görüşdüyü yuxarı sol qutu diqqətini struktur qüvvələrdə cəmləyən sosial tədqiqata elmi yanaşma kimi başa düşülə bilər. Aşağı sol qutu (izah və agentlər) diqqəti agentlərə yetirən elmi yanaşmadır. Diaqramın sağ tərəfindəki qutular sosial tədqiqatda diqqəti struktur amillərində (yuxarı sağ), ya da agent amillərində (aşağı sağ) cəmləşdirən qeyri-elmi yanaşmanı (məsələn, hermenevtika) təmsil edir.]

Belə təsvir-təqdimatların problemi onların, təsvir edə biləcəyi detalların sayının məhdud olması kimi öz-özünə aydın olan məsələdən də kənara çıxır (Bourdieu, 1977; Hollis və Smith, 1992: 216). Belə diaqram qurğuların gerçək çətinliyi onların məsələlərin tərkibliliyini (mürəkkəbliyini) nəzərə ala bilməməsinin faktik səhv xətlərindən daha böyük təqribiliyə gətirməsindədir. Yəni matris məsələ başqa diskursiv (mücərrəd) və daha az dixotom (ikiləşmiş) üsullarla nəzərdən keçirilən zaman dəyişməz saxlanıla bilməyən bərk sərhədlər təsviri verir. Bundan əlavə BM-i əsasən onun praktiklərinin qurması faktını ciddi nəzərə alsaq, müasir BM-in səhv xətlərinin özlərinin də onların iki vuraq iki matris formasında təsvir-təqdimatının artefaktları olduğunu görə bilərik. Qısası, fənnin bölmələrinin izahı üçün belə vasitələrin istifadə edilməsi onların quruluşuna öz payını verir. Mürəkkəb məsələləri öyrədərkən və ya başa düşərkən belə qurğular mühüm köməkçi vasitələr ola bilər, lakin biz həmişə Mario Bunge-nin «Sadəlik Əfsanəsi» adlandırdığı şeydən xəbərdar olmalıyıq (Bunge, 1963).

Fəslin məqsədi BM-də sosiologiya fəlsəfəsinin müxtəlif cür işlədildiyini təsvir etmək, və şeylərin ədəbiyyatın onları təsvir etdiyindən daha mürəkkəb olması haqqında dəfələrlə istifadə edilmiş və zəhlətökən bəyanatları sadəcə olaraq təkrar etmək deyildir.

Şəkil 2.1 Sosial tədqiqatla əlaqədar fəlsəfi mövqelərin mənzərəsi.

Fəslin başlıca məqsədi fənnin strukturunu təşkil edən müasir nəzəri layların onların üzərinə qoyulmuş yükü çəkmək imkanında olmadıqlarını göstərmək məqsədi ilə sosiologiya fəlsəfəsinin BM çərçivəsində dəyərləndirilməsini aparmaqdır. Qısası, fənnin istifadə etdiyi müasir meta-nəzəri karkas qurucu dialoq üçün səddir; həyati maraq daşıyan məsələləri tədqiq etmək üçün maneədir; məsələlərin xaotik təhrifidir; və ən vacibi, sahənin daxilində işləyənlərin quraşdırmasıdır və deməli onlar bunu dəyişdirmək gücündədirlər.

Mən sosiologiya fəlsəfəsinin ciddi qəbul edilməsinin xeyrinə dəlillər gətirməkdən başlayacaq və sosiologiya fəlsəfəsinin inkişafı haqqında qısa xülasə verəcəyəm. Növbəti bölmədə mən fənnin əvvəlki inkişafını, onun sosial hadisələr elmi olması barədə bəyanatlar kontekstində qısaca müzakirə edəcəyəm. Sosiologiya fəlsəfəsi fənnin inkişafının məhz həmin dövründən itirilmişdi, çünki, bu bir fakdır ki, o vaxt fəlsəfənin alt-fənni kimi elmin fəlsəfəsi hələ meydana gəlməmişdi. Üçüncü bölmə BM-i elmin fəlsəfəsi və sosiologiyanın fəlsəfəsini təsvir edən ədəbiyyatın əsasında bir elm kimi yaratmaq üçün göstərilmiş ilk həqiqi cəhdə həsr edilir. Burada həlledici toplanan pozitivmizmin rolu və onun fənn daxilində istifadəsinin başa düşülməsi olacaqdır.[12 - Mən pozitivizmə elmin fəlsəfəsi kimi baxıram. Bu mənada o, elmi təşkil edən yeganə hesabatdır. Elmin pozitivizmin mərkəzi prinsiplərinin əksəriyyətini inkar edən çoxlu sayda hesabatları mövcuddur. Aydın olmalıdır ki, bu fəslin əsas məqsədlərindən biri pozitivizm kimi mövqelərə aydın və müəyyən məna verməyin mümkün olması ideyasını müzakirə mövzusuna çevirməkdir. Pozitivizmin müxtəlif variantları və pozitivist olduğunu bəyan edənləri bir-birindən ayıran çoxlu şeylər mövcuddur. Lakin bu etirazlardan kənarda pozitivizm aşağıdakı tərzdə xarakterizə edilə bilər, (i) Fenomenalizm: əşyaların bizə təzahür etdiyi çərçivədən kənara çıxa və ona görə də gerçəklik haqqında etibarlı bilik əldə edə bilmədiyimizi qəbul edən nəzəri baxışlar – başqa sözlə, biliyin yeganə obyekti gerçəkliklər deyil təzahürlərdir. (ii) Nominalizm: istifadə etdiyimiz sözlərin obyektiv mənaya malik olmadığını qəbul edən nəzəri baxışlar – sözlər və anlayışlar gerçəkliyin hər hansı faktik obyektini və ya universal cəhətini ifadə etmir, onlar yalnız bizim rahatlığımız üçün düşəndən-düşənə istifadə etdiyimiz şərti rəmzlərdir (simvollardır). (iii) Koqnitivizm (idrakçılıq): mühakimə və normativ bəyanatları qiymətləndirmək üçün onlara heç bir idraki dəyər yazıla bilməz hökmünü qəbul edən nəzəri baxışlar. (iv) Naturalizm: elmi metod elə bir vəhdətə malikdir ki, ictimai elmlər də təbiət elmlərinin öyrənildiyi tərzdə öyrənilə bilər hökmünə inam (bax Kolakowski, 1969). Pozitivistlərin çoxu bu fəlsəfi fərziyyələrdən elmin praktikası barədə aşağıdakı inamları qəbul edirlər: (1) İzahın «çətir qanunu» (covering-law) modelinin (tez-tez D-N modeli də adlandırılan) qəbul edilməsi. İzah yalnız o halda etibarlıdır ki, prosesə izah edilməli hadisənin bütün hallarını, birinin o birisinə gətirməsi mənasında, əhatə edən qanunu cəlb etsin. (2) Nəzəri terminlərin instrumentalist emalı. Nəzəri terminlər gerçək obyektlərə aid deyildir, lakin belə obyektlər hadisəni izah etmək üçün «sanki» mövcud olan kimi başa düşülməlidir. Lakin burada belə obyektlərin gerçək olaraq mövcud olmasına heç bir epistemoloji təminat (inam üçün əsas) yoxdur. Nəzəri anlayışlar və təkliflərin dəyərləndirilməsinin uyğun yolu düz və səhv kateqoriyalarından deyil, onların səmərəliliyindən keçir. (3) Humea səbəbiyyət prinsipinə uyğunluq (cavab vermək). A hadisəsinin B hadisəsini zəruri etdiyini demək, A hadisəsi baş verdikdə B hadisəsi də baş verir deməkdən artıq bir şey deyil. Bu, «sabit əlaqələr» kimi yozulan səbəbiyyət qanunlarına gətirir. (4) Operasionalizmə uyğunluq (istifadəyə yararlıq), hansı ki, elmin anlayışlarının operasionallaşdırılmasına gətirir – onlar təyin edilməli, onların mənası məhdudlaşdırılmalı, onların ölçülməsində konkret əməliyyatlardan istifadə edilməlidir. Misal üçün, əqli anlayışın mənası onun istifadəsini müəyyən edən müşahidə edilən əməliyyatlarla tükətilmişdir. Belə ki, «P susuzdur» o deməkdir ki, soruşulanda P susuz olduğunu deyir, imkan veriləndə sü içir və s.] Dördüncü bölmədə mən diqqəti müasir debatlar üzərində cəmləyəcəm və xüsusi halda şərhçilərdən birinin sözləri ilə desək, getdikcə daha çox «fəlsəfi bataqlığa» (Walker, 2000) çevrilməyə başlayan şeyə müəyyən aydınlıq gətirməyə çalışacağam. Burada mən fənni debatları çərçivəyə salmağın müasir üsullarının öz-özlərini hansı sürətlə məhv etdiyini göstərirəm.[13 - Mənim təhlilim problemlərə İngilis-Amerikan mövqeyindən baxışdır, və belə deyilə bilər ki, Kontinental Avropa BM-i problemləri başqa tərzdə həll edə bilər. Lakin bu fəsildə mənim müraciət etdiyim anti-elmi mövqelərin çoxu öz başlanğıcını Alman idealizmindən götürür, və bu mənada əsaslandırmaq olar ki, debatın terminləri fərqli ola bilərsə belə, təməldə dayanan problemlər eynidir (bax Jergenson, 2000).]

LEGİTİMLƏŞDİRMƏ: BM-İN SOSİOLOGİYANIN FƏLSƏFƏSİNƏ EHTİYACI VARMI?

BM-də sosiologiya fəlsəfəsini tədqiq etməyin faydalı olması açıq-aşkar deyil. Tənqidi mövqedə duranlar belə tapşırığı yerinə yetirmək üçün fənnin intellektual ehtiyatları və ya ehtiyacının olmasına tez-tez şübhə edirdilər (Griffiths və O'Callaghan, 2001:199; Skocpol, 1987). Çoxları belə ezoterik (sirrli) nəzəriyyələri daha uyğun adamlara, məsələn filosoflara saxlamağı üstün tutur (Wallace, 1996). Digərləri fəlsəfənin fərqli «tərtibli mülahizə» kimi, legitimləşdirməni tələb olunan qaydada öz adından təmin edə biləcəyinə şübhə edir (Gunnell, 1975: 54; 1998: 6). Fənnin özünü inikas edə bilməsi ilə əlaqədar olan bu bədbinlik, bu cür tədqiqatların adətən bilik yaratmanın daha substantiv formalarını nəzərə almamağa gətirdiyinə inamdan doğur (Gunnell 1998: xii; Halliday, 1996: 320; Mann, 1996; Skocpol, 1987). «Quru»ların qohum fənnlərdən götürmüş olduğu məsum təxsisatlarla bağlı qanuni narahatlıqlar da mövcuddur (Hollis and Smith, 1991).

Əlbəttə, sosial elmlərin öz fəaliyyətini sosiologiyanın fəlsəfəsi baxımından legitimləşdirməyə ehtiyac duyması faktında nəsə dərin bir istehza var. Bəzi diqqətəlayiq istisnaları kənara qoysaq, alimlər öz praktikalarını elmin fəlsəfəsi baxımından çox nadir hallarda legitimləşdirirlər (Gordon, 1991; Gunnell, 1998; Nicholson, 1996a). Doğrudan da, müasir elm yalnız fəlsəfədən müstəqil olması möhkəm müəyyən edildiyi andan elm kimi meydana çıxmışdır (Easton, 1965; Gordon, 1991; Gunnell, 1975; Little, 1980). Bəziləri təbiət qanunlarının, qalanları da ona bənzətmək istəyinin müttəfiqi olan uğurunu nəzərə alaraq, belə fikir söyləyirdilər ki, sosial tədqiqatlar özlərini elm kimi təsdiq etmək istəyirlərsə onların da sosial fəlsəfədən bu qaydada boşanması qaçılmazdır. (Little, 1980: 3; Nicholson, 1996a: 8-10).

Lakin bu prosesə qaçılmaz kimi baxılması güman ki, çox kəskin təklifdir. Təbiət elmləri ilə məşğul olan alimlərin çoxu spekulyativ fəlsəfəni tərk etməkdən məmnuniyyət duysalar da, sosial tədqiqatlarla məşğul olanlar məmnun deyildilər. (Gadamer 1977; Winch, 1958; BM-də bax Bull, 1969; Gamett, 1984; Hollis və Smith 1990; Little, 1980). Bu, müasir sosial elmləri hələ də strukturlaşdırmaqda davam edən intellektual parçalanmadır, lakin qeyd etmək vacibdir ki, bu, təkcə sosial tədqiqatlarda fəlsəfi mövcudluğu təmin etmək yox, həm də elmin müəyyən formalarını içəri buraxmamaq istəyindən yaranır (Bull, 1969; Reynolds, 1973). Ümumiyyətlə, elmi BM-i inkar edənlər per se (öz-özlüyündə) sistemli tədqiqatların əleyhinə deyillər (Gamett, 1984; Reynolds, 1973). Doğrudan da sosiologiyanın əleyhinə olanların nüfuzlu mənbə kimi tez-tez iqtibas etdikləri Vico özünün əsas işini New Science[14 - Məqalənin orijinal sərlövhəsi Principles of a New Science Concerning the Common Nature of Nations idi.] adlandırmışdı (Vico, [1744] 1984). Hermenevtika (hermeneutics) elmi tədqiqata fərqli yanaşma kimi meydana çıxdıqda, onun erkən tərəfdarları özlərini hələ də məna elmi (mənaşünaslıq) yaratmaqla məşğul olan kimi görürdülər. (Bauman, 1978; Dilthey, 1976; Husseri, 1982; Outhwaite, 1975). Sosial dünya haqqında elmin inkar edilməsi, çox vaxt, müəyyən insansızlaşdırma tələbləri ilə əlaqədar elmin nüvəsində dərin kök salmış qorxudan yaranır (Aliotta, 1914; Ashley, 1987, 1989; Morgenthau, 1946; Thompson, 1981).

Ayrıca bir tədqiqat sahəsi kimi, elmin fəlsəfəsi gerçək olaraq yalnız 1930-cu illərdə meydana çıxmışdı (Dingle, 1952; Gordon, 1991; Gunnell, 1998; Oldroyd, 1986). Elmin ilkin anlayışları rüşeym halında idi, və ümumi halda Thomas Hobbes, John Stuart Mill, David Elume və Rene Descartes-in yaratdıqları hesabatlara əsaslanırdı (Gordon, 1991). Lakin, belə demək olar ki, insan tədqiqatlarının təbiəti barəsində şüurlu mühakimələr, humanitar elmlərdə öz rolunu insan şəraiti haqqında fikirləşməyin ayrıca fəaliyyət növünə çevrildiyi vaxtdan oynamağa başlamışdır (Gordon 1991; Manicas, 1987). Məsələn, Thucydides ilk elm tarixçisi (Abbott, 1970; Gilpin, 1986: 306; Tellis, 1996), və güman ki, hətta poztitvist olduğu deyilir (Bluhm, 1967).

Pozitivizmin inkişafına tarixi perspektivdə baxıldıqda, Thucydides-in pozitivist kimi qələmə verilməsinin müdafiə ediləcəyi şübhə doğurmur (Kolakowski, 1969; Oldroyd, 1986) (Bagby, 1994; Garst, 1989). İstənilən halda bu, iyirminci əsrdə pozitivizm və elmin bir-birini əvəz edən terminlərə çevrilməsinin necə baş verdiyinə işıq salır (Bhaskar, 1986). Eyni ilə də bu, bütün sosial elmlərin bilik olmaq iddialarının əsaslandırılmış olması barədə fikirləşmək üçün vacib səbəb olduğuna işarə edir. Elmin fəlsəfəsinin təbiət elmləri üçün legitimləşdirici struktur təmin edə bilməsi ilə əlaqədar şübhələrə baxmayaraq, elmin, xüsusən də texnoloji yeniliklər formasında, nəticələri çətin ki, şübhə altına alına bilsin (Gunnell, 1998; Nicholson, 1996a, 1996b). Eşidilməkdə olan az miqdarda müxalif səslərə baxmayaraq, bu uğur müasir cəmiyyətlərdə elmə onun hələ də əhəmiyyətli dərəcədə saxlamaqda olduğu nəhəng bir nüfuz qazandırmışdır (Appleyard, 1992; Dunbar, 1995).

Əgər sosial tədqiqat təbiət elmlərinin bənzəri olmalıdırsa, onun onların metodlarını, prosedurlarını və təməlində dayanan məntiqi əsaslandırmaları öyrənməsi tələb olunur. Elm olmaq iddialarının ölçülə biləcəyi arşın tələb olunur. Onları axtarmaq üçün elmin fəlsəfəsindən yaxşı yer varmı? Beləliklə, təbiət elmləri fəlsəfə ilə zorla boşanma nəticəsində elmə çevrildiyi halda, sosiologiya legitimlik əldə etmək üçün üzünü elmin fəlsəfəsinə çevirmişdir. Sosiologiyada bilik iddiaları həmişə müəyyən legitimləşdirici fəlsəfi struktur terminlərində ifadə edildiyindən, müxtəlif fənnlər bu iddiaların statusunu yoxlamağa ehtiyac duyurdu. (Reynolds, 1973: 14). Ən azı ona görə ki, kiminsə tədqiqatlarının elm olması iddiası, əlbəttə ki, biliklərin digər formalarına verilməmiş legitimliyə iddia etmək deməkdir (Ashley və Walker, 1990; Smith, 1987).

Gunnell (1975: 54) buna qeyri-mümkün iş kimi baxır və belə hesab edir ki, siyasi «elm öz metodoloji marşrutunu cızmalıdır və bu marşrutu müdafiə elmin nüfuzu hesabına əldə edilə bilməz». Bu fikirlə əlaqədar iki problem var. Birincisi, elmin fəlsəfəsinin sosial tədqiqatlara təsiri təkcə metodoloji deyildir, və ikinci, bu arqument belə bir fərziyyənin üzərində dayanır ki, elmin fəlsəfəsi bizə elmin praktikası (metodları) haqqında heç nə deyə bilmir; əlbəttə bu belə olsaydı, o, haqlı olardı.

Lakin elmin fəlsəfəsi həqiqətən də elmin praktikası üzərində düşündüyünü və onun bəzi mühüm elementləri haqqında fikir söylədiyini iddia edir. Şübhə yoxdur ki, bunların çoxu səhv də ola bilər, lakin bu başdan onların hamısının səhv olduğunu bildirmək üçün əsas yoxdur. Elmin fəlsəfəsi, elmi anlamaq terminlərində müəyyən legitimlik iddiasında olduğundan, sosial tədqiqatların resurs üçün ona müraciət etməsi tamamilə qanunauyğundur. Əgər Gunnell-in mülahizəsi öz məntiqi nəticəsinə qədər davam etdirilsəydi, politologiya və BM, fənnin daxilində yaradılmış resurslardan başqa, bütün resursları cəlb etməkdən kənarlaşdırılmalı idi (Gunnell-in arqumentlərinin əksinə olanlar üçün bax Reynolds, 1973). Bundan başqa, akademik fənlər Gunnell-in təklif etmək istədiyi qədər hermetik möhürlənməyib və fəlsəfi konsepsiyaları strukturlarının mühüm elementləri kimi öz daxilində saxlayır.

Elmin fəlsəfəsində inkişaf etdirilmiş konsepsiyaların çoxu fənnin toxumasına tamamilə birləşdirilmişdir (Gunnell, 1975: xiii), və ola bilsin ki, fənnin portretini hər hansı digər amillərdən daha çox formalaşdırmışdır və formalaşdırmaqdadır (Nicholson, 1996a, 1996b; Smith, 1995). Bu baxımdan, BM-in sosiologiyanın fəlsəfəsi ilə birgə işləməsinə alternativ yoxdur. Bütün dərsliklərdə bu problem barədə giriş bölmələri və ayrıca fəsillərə yer ayrılması faktdır. Digər səbəb konseptual tədqiqatın empirik tədqiqat üçün ilkin şərt olmasıdır. (Walker, 1993: 82). Empirik tədqiqatlara keçməzdən əvvəl, tədqiqatçılara izah etmək istədiklərinin nə olması, və onu hansı yolla daha yaxşı izah etməyin mümkünlüyü barədə müəyyən ideyalar lazım olur. Bütün tədqiqatlar müəyyən fərziyyələrdən başlayır və onların əsaslarının başa düşülməsi tədqiqatın mühüm hissəsidir.

Belə mücərrəd konseptual tədqiqatların niyə vacib olması barədə yekun arqument ondan ibarətdir ki, təbiət elmlərinin alimləri konkret izahların faktik məzmunu ilə razılaşmayanda belə, ən azı verilmiş hadisənin izahının nəyə bənzəyə biləcəyi barədə razılığa gəlirlər (Nicholson, 1996a: 2; Reynolds, 1973). Sosial elmlərin tədqiqatçıları isə yox (Hollis və Smith, 1990; Reynolds, 1973). Güman ki, müharibənin səbəblərini aydınlaşdırmaq istəyi ilə yaradılmış fənnin belə tədqiqatın edilə biləcəyi şəraiti bilməməsi lənətlənmə hökmünə bərabərdir (Nieholson, 1996a: 3). Müharibənin səbəblərini bilmək bir şeydir; bizim onları bildiyimizi bilmək isə tamamilə başqa məsələdir.

İstənilən halda, işlə məşğul olmaq öz-özlüyündə uğuru təmin etmir, və etiraf edilməlidir ki, BM-də sosiologiyanın fəlsəfəsindən istifadə edilməsinə etirazlar, və onun düzgün tətbiq edilməməsi haqqında şikayətlər müəyyən əsasa malikdir. (Halliday, 1994: 23; Kratochwil, 2000; Wallace, 1996). Ümumi halda bu problemlər konseptual aydınlığın olmaması, əsas terminlərin düzgün işlədilməməsi və qohum fənnlərdə inkişaf etdirilmiş həlledici konsepsiyaların istifadə xüsusiyyətlərini və ya inkişaf kontekstini nəzərə almadan bəsit tətbiqi nəticəsində yaranır. Bu narahatlıqların ən parlaq nümunəsi ontologiya, epistemologiya və metodologiya kimi terminlərin işlədilməsidir, hərçənd ki, Kuhn-un paradiqmlər anlayışının geniş və tənqidsiz qəbulu ikinci nümunə olmağa çox yaxındır yaxınlaşır. (Banks, 1985; Vasquez, 1998). (Banks, 1985; Vasquez, 1998). Bu terminlər sosiologiya və elmin fəlsəfəsində, analitik aydınlığı təmin etmək və sahənin özünəməxsus cəhətlərini təsvir etmək üçün çox konkret istifadəyə və funksiyaya malikdir. BM-də isə bu terminlər çox vaxt onların necə və nə üçün istifadə edilməsinə kifayət qədər diqqət yetirilmədən ətrafa fəlsəfi əl qumbaraları kimi atılır.

Məsələn, özünün başqa cəhətlərinə görə nümunəvi olan işlər silsiləsində Michael Nicholson pozitivizmə müxtəlif formalarda «epistemologiya» (Nicholson, 1996a, 1996b), «metodologiya» (fəslin sərlövhəsinin «Beynəlxalq münasibətlərin epistemologiyası» olmasına baxmayaraq) (Nicholson, 1996a; Nicholson və Bennett, 1994), 'biheviorizm''' (Nicholson, 1996a;129) və «sosial davranışa elmi yanaşma» (Nicholson, 1996a: 190) kimi müraciət etmişdir, hərçənd ki, hamı sonuncunun böyük təəssüf hissi ilə edildiyini başa düşür. Eləcə də Steve Smith pozitivizmi epistemologiya (Smith, 1996: 24); «empirik epistemologiyaya» malik olan (Smith, 1996: 22), və realizmin təməlini bərkidən «metodologiya» (Smith, 1997: 166) kimi nəzərdən keçirmişdir. Mən bu iki tədqiqatçını meylin ən pis deyil, tipik nümunəsi kimi gətirmişəm. Lakin aydındır ki, burada müəyyən qarışıqlıq var.[15 - Ontologiya, epistemologiya və metodologiya arasındakı fərqi yadda saxlamaq vacibdir. Fəlsəfi terminlərdə ontologiya başlanğıcda metafizikanın bir bölməsi kimi başa düşülürdü; bu, ümumilikdə varlıq haqqında, mövcudluğun təbiəti və gerçəkliyin kateqorial strukturu kimi məsələləri əhatə edən elmdir. Elmin və sosiologiyanın fəlsəfələrində bu, konkret nəzəriyyə və ya təfəkkür sistemi vasitəsilə mövcudluğu bəyan edilmiş və ya qəbul edilmiş şeylər dəstinə istinad etmək üçün istifadə edilir: məhz bu mənada nəzəriyyənin «ontologiyası» haqqında, və ya bu və ya başqa ontologiyaya (məsələn, anarxik strukturların və ya maddi substansiyaların ontologiyası) malik nəzəriyyə haqqında danışılır. Epistemologiya termini mənşəyini, mənası bilik olan yunan sözü episteme-dən götürür. Sadə ifadələrdə, epistemologiya biliyin və ya necə öyrənməyimizin fəlsəfəsidir. Metodologiya da biliyi necə öyrənməyimizlə məşğuldur, lakin təbiətinə görə daha praktikdir. Metodologiya diqqətini xüsusi yollar – dünyamızı daha yaxşı anlamaq üçün istifadə edə biləcəyimiz metodlar üzərində cəmləşdirir. Epistemologiya və metodologiya sıx əlaqəlidir: əvvəlki biz dünyanı bilməyə necə gəliriyin fəlsəfəsini, sonrakı isə praktikasını əhatə edir. BM-də bu cəhətlərin birləşdirilməsi və qarışıq salınması adi hala çevrilmişdir. Məsələn, Adier (bu kitabın 5-ci Fəslində) bəyan edir ki, «Materializm maddi gerçəkliyin, onun qavranılması və yozulmasından asılı olmayaraq, mövcudluğunu və bizim bildiyimizin bizdən kənarda olan gerçəkliyin dəqiq təsviri olmasını qəbul edən dünyagörüşüdür». Aydın olmalıdır ki, burada biri o birisindən zəruri olaraq çıxmayan iki təklif irəli sürülmüşdür. Birincisi ontoloji – «maddi gerçəklik mövcuddur»; ikincisi isə epistemoloji – bizim «bildiyimiz gerçəkliyin dəqiq təsviridir» təklifdir. Bunu görmək vacibdir ki, materialist birinci ontoloji təklifi qəbul edə bilər, ikinci epistemoloji təklifi qəbul etmək onun üçün zəruri deyil. Materializm mövcudluğun (ontoloji təklif) nəzəriyyəsidir, epistemoloji təklif ya artıqdır, ya da əlavə əsaslandırma tələb edir. Lakin mən şübhə edirəm ki, BM daxilində kimsə «bizim bildiyimiz gerçəkliyin dəqiq təsviridir» təklifini əsaslandıra bilsin.]

ERKƏN BM: FƏLSƏFƏSİZ ELM

Fənnin erkən tarixində elmin problemli anlayış hesab edilmədiyi vaxtlar olub (Bluhm, 1967; Boucher, 1998; Dougherty və Pfaltzgraff, 1996; Tellis, 1996). İlk praktiklərə güman ki, elm anlayışının tam mənası məlum deyildi, lakin BM-in elm olmalı olması və elm olacağı haqqında ümumi bir razılıq var idi. Ashley J. Tellis bildirirdi ki, realizmin Thucydides-dən bu günə qədər inkişafı «elmi nəzəriyyəyə doğru uzun bir yürüş» (Tellis, 1996) kimi başa düşülməlidir. Thucydides-ə realist kimi baxmağın düzgünlük dərəcəsini şübhə altına qoyan çoxlu tənqidlərə baxmayaraq, onun Peloponnes Müharibəsi haqqında mülahizələrinin «bitərəf mövqedən, kifayət dərəcədə intellektual səviyyədə, banallıq və əxlaqi dəyərləndirmə ilə yüklənməmiş, soyuq və tənqidi yazılmış» olmasına çox az adam şübhə edirdi (Bury, 1975: 252).

Düzdür Hobbes hansı predmetlərin elm kimi qəbul edilməsi haqqında təhrikçi fikirlərə malik idi, lakin onun öz işlərinə elm kimi baxdığına şübhə yox idi, və o, ola bilsin ki, özünü hətta politologiyanın ixtiraçısı hesab edirdi (Ryan, 1996; Sorell, 1996). Artıq Hobbes-un politologiya anlayışının özündə, onun «politologiya» və «siyasi praktiklik» adlandırdıqları arasında dəqiq konturlanmış fərq toxumları var idi (Ryan, 1996). Hobbes-a görə Thucydides-in təhlili siyasi praktikliyə əsaslanırdı; ümumi halda bu praktik müdrikliyə bərabər tutulur və bizim müəyyən tarixi nümunələr diapazonundan çıxara bildiyimiz ən yaxşı məsləhət vasitəsilə əldə edilirdi. Siyasi müdriklik biliyin həqiqi forması olmuşdur, lakin istənilən halda bu təfsilatların məlum olmasını tələb edən bilikdir. Sanki Charles Reynoldsun bütün tarixi izahların bu formada olduğunu hesab etdiyi görünür (Reynolds, 1973). Bu, biliyin keçmişin təcrübəsinə və artıq baş vermişlərə əsaslanan formasıdır. Lakin bu, şeylər necə işləməlidir və nə baş verməlidir biliyi deyildir. Hobbes-a görə elm hipotetik, ümumi və səhvsiz olmalıdır. Buna baxmayaraq siyasət elm ola bilər və həqiqətən də olmalıdır.

Hətta müharibələr arası idealizmi də bəşəriyyətin inkişafında elmin roluna uyğun gələn kimi yozmaq olar (Carr, 1946; Long, 1995: 306). BM-in bu dövrü İntibahın biliyə əsaslanan inkişaf ideyalarını daşıdığından, belə mövqe çətin ki, şübhə altına alına bilsin (George, 1994: 74-7). Lakin Richard Little bildirirdi ki, erkən BM təbiət elmləri vasitəsilə özünü modelləşdirmə cəhdlərinin göstərilmədiyi, və «sonsuz mürəkkəb gerçəkliyi anlamaqda kömək edə bilən qanunların kəşfi ilə məşğul» olunmadığı dövrlərdə meydana çıxmış başqa sosial elmlərdən fərqlənirdi (Little, 1980: 7; bax, habelə Smith, 1987). Lakin Little-in mövqeyi (bax, habelə Smith, 1987) iki problemdən əziyyət çəkir.

Birincisi Schmidt-in fənnin pis tarixləri müasir anlayışları təhrif edə bilər hökmünün doğruluğunu nümayiş etdirir (Bax, bu kitabda Fəsil 1). Little-in BM və digər sosiologiya fənləri arasında kəskin sərhədd qoyması yalnız o vaxt mənaya malikdir ki, 1919-cu ildə Aberystwyth-də ilk akademik bölmənin əsasının qoyulmasının unikal bir hadisə olduğu və buna qədər fənnin tarixinin olmadığı qəbul edilsin. Schmidt çox aydın göstərir ki, konkret BM bölməsi 1919-cu ildə yaradılsa da, fənni biliklərin yaradılması daha uzun tarixə malik idi. Bu mənada, Little-in doğrudan da özünü elm kimi modelləşdirmyə çalışdığını iddi etdiyi fənnlər içərisindən yeni BM fənninin çıxarılmalı olduğu mənbələr idi (Schmidt, 1998; bax, habelə Butterfield, 1951).

Little-in təhlili ilə əlaqədar ikinci problem ondan ibarətdir ki, o, elmin çox konkret təyinata malik hesabatını geriyə – müharibələr arası idealistlərin işinə tətbiq edir. Və deyəsən belə hesab edir ki, normativ ölçü tədqiqatı elm olmaqdan kənarlaşdırır; elm ancaq faktual təhlillə məşğul olur və dəyərlə yönləndirilən (dəyərdən çıxarılan) tədqiqat nəsə başqa bir şeydir. (Little, 1980: 7). Bu, elmdə fakt/dəyər nisbətinin çox özünəməxsus və mübahisəli hesabatıdır və fənnin erkən nümayəndələrinin onu himayə etməsi haqqında heç bir dəlil yoxdur. Bundan başqa, elmi BM-in elmi izahları məhz sosial dəyişikliklərə gətirmək məqsədi ilə təmin edilməsi məsələsinə sadiq olan çoxlu sayda müdafiəçiləri var. (Nicholson, 1996a: 3; 2000: 197; Wright, 1962).

Fənnin ilkin mənşələrinin «qeyri-elmi» olduğu barəsində ittiham E.H. Carr-ın ortaya qoyduğu öldürücü tənqidin daxilində idi. Carr bildirirdi ki, strateji polemikanın aparıla biləcəyi yeganə şey «beynəlxalq siyasət elmi özünün körpəlik dövründədir» fikri çərçivəsində aparıla bilər (Can", 1946: 14). Carr-a görə belə elmi realizm «faktları qəbul, onların səbəbləri və nəticələrini isə təhlil etmək» təklifində təkid etməklə təmin edilə bilərdi (1946: 14). Carr-a görə bu elmə alternativ, onun «kimyagarlıq» kimi xarakterizə etdiyi idealizm idi (1946: 14).

Maraqlıdır ki, Carr-ın elmə sadiq olduğunu hamının qəbul etməsinə baxmayaraq, bəziləri ona fənndəki yozumçu ənənənin ən yaxşı nəzərdən keçirilmiş bir hissəsi kimi (Dunne, 1998: 7), digərləri isə həm elmi, həm də yozumçu baxışlarından istifadə edən kimi baxırlar (George, 1994: 77). Lakin Carr-a hansı ənənə daxilində (burada doğrudan da dəqiq sərhədlər varsa) baxılmasından asılı olmayaraq, onun idealistləri tənqidi belə yarlıqların fənni siyasətləri barəsində nəsə vacib bir şeyə işarə edir. Carr-ın realizmin faktların qəbul edilməsi, və onların səbəb və nəticələrinin təhlilinə əsaslanması barədə bəyanatı Norman Angell-in beynəlxalq siyasət məsələləri ilə əlaqədar təhsilin inkişaf etdirilməsi çağırışında öz əksini tapdı. Angell bildirirdi ki, belə təhsilin çatışmaması «həqiqətin qərəzsiz axtarışı və bütün faktların düzgün yozulması» yolunda səddir (Angell, 1947:17); bu inamsız isə biz «davamlı inkişaf əldə etməyə ümid etdiyimiz yeganə metodu: sosial nəzəriyyənin və doktrinanın faktlar və təcrübə işığında təshih edilməsini; cəmiyyətə tətbiq edilə biləcək elmi metodu» səmərəsiz edirik (Angell, 1947: 23). Angell-in idealist yanaşması və Carr-ın daha realist meylləri arasındakı bənzərliklər nəzərə alındıqda, Carr-ın elm/kimyagərlik dixotomiyasına, Angell-in də iddialı olduğu yüksək «elmi» ərazidən müəyyən hissə qoparmaq üçün şüurlu cəhd kimi baxmaq mümkündür.

Hadisələrin belə inkişafı baxımından Hans Morgenthau maraqlı fiqurdur, çünki fənnin öz daxilindən, BM-in bir elm kimi əleyhinə açıq arqumentlər söyləyən ilk şəxslərdən biridir. Lakin onun elmin əleyhinə dönməsi çox konkret mənşəyə malikdir. Onun əvvəlki işi «beynəlxalq mübahisələrin elmi baxımdan şəksiz olan» sinifləşdirilməsini yaratmaq cəhdi kimi düşünülmüşdü (Honig, 1996: 289). Və elmə olan bu sədaqət onun 1940-cı ildə yazdığı 'Positivism, Functionalism and International Law' (Honig, 1996; Morgenthau, 1940) essesində hələ qalmaqda idi. Bu hissədə o, texniki səviyyədə elmi prinsiplərdən məhrum olan beynəlxalq hüquq yaratmaq cəhdlərinə acıyırdı (Morgenthau, 1940: 284). Elmi BM barədə bütün ümidləri rədd etdiyi Scientific Man and PowerPolitics əsərində isə onun mövqeyi tam əksinə çevrilmişdi (Morgenthau, 1946, 1972). Lakin Morgenthau-nun elmdən, və qondarma, metafizik, ehkamçı olduğunu iddia etdiyi pozitivizmdən açıq-aşkar imtina etməsi (Griffiths, 1992), tədqiqatçıları onu BM elmi ilə bir cərgəyə qoymaqdan çəkindirə bilməmişdi (Hollis və Smith, 1990: 23), bəziləri isə ona pozitivist yarlığı vurmağa qədər gedib çıxmışdılar (George, 1994; Hollis və Smith, 1990: 28; alternativ baxış üçün bax Bain, 2000, Gamett, 1984; Nicholson, 1996a).

Ümumiyyətlə, Morgenthau BM elminə sadiq kimi nəzərdən keçirilməlidir gümanı, onun «siyasət kökləri insan təbiətində olan obyektiv qanunlar» əsasında idarə edilirdi bəyanatı əsasında edilmişdir. (George, 1994: 93; Hollis və Smith, 1990: 23-4; Morgenthau, 1948: 4). Lakin bu bəyanatı elmi BM-ə sədaqət kimi yozmaq mövqeni itirmək deməkdir. Siyasətin insan təbiətinin obyektiv qanunları ilə idarə edildiyini qəbul etməklə, Morgenthau əslində BM elminə ehtiyacın olmadığını deyir, çünki bu halda BM sosiologiya yox, biologiyanın izah etdiyi qanunlar əsasında idarə edilir (Griffiths, 1992: 39). Burada artıq BM elminin kəşf edəcəyi bir şey qalmır. Morgenthau-nun nəzəriyyəsi dövlət başçıları üçün təlimat kimi daha yaxşı qavranılır. Bu, insan davranışını idarə edən qanunların başa düşülməsinə əsaslanan siyasət üçün texniki rəhbərlikdir. Daha vacibi budur ki, Morgenthau özünün insan təbiəti haqqında arqumentini elmi deyil, metafizik məzmunda əsaslandırır (Griffiths, 1992:38, 43; Honig, 1996: 305).

Bu mövzu ilə bağlı, elmin təbiəti barədə irəli sürülən və ya rədd edilən heç bir davamlı müzakirənin olmaması çox maraqlıdır. Elm barədə bəyanatların legitimləşdirilməsi üçün başqa fənlərdə yaradılmış ədəbiyyata müraciət etməklə çox zəif cəhdlər göstərilmişdir, lakin elmin faktiki məzmununun dərindən açılması üçün heç bir gerçək cəhd təklif edilməmişdir. Doğrudan da, Herbert Butterfield kimi bəziləri üçün elm sadəcə olaraq tədqiqatın ənənəvi forması idi (Butterfield, 1951; Dunne, 1998: 123). Həmin dövrdə elmin fəlsəfəsinin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, elmin fəlsəfəsi baxımından bu cür cılız legitimləşdirmə başa düşüləndir. Lakin hadisələr sürətlə davam edir, konsensus yaranır və, istənilən halda, BM-ə öz möhrünü bəzən qabaqcadan nəzərdə tutulmamış üsullarla vururdu. BM elmi müəyyən fəlsəfəni yenidən kəşf etməyə hazırlaşırdı.

YENİYETMƏ BM: ELMİN LEGİTİMLƏŞMƏSİ

Elmin fəlsəfəsinin BM daxilində müntəzəm işlədilməsi John Vasquez-in «davranışçı qiyam» (Vasquez, 1998: 39) adlandırdığı hadisəylə başlamışdır. Politologiya və digər ictimai elmlərdə belə «qiyamın» 1950-ci illərin əvvəllərində baş verməsinə baxmayaraq, 1960-cı illərə qədər o, BM-də özünü əhəmiyyətli dərəcədə göstərməmişdi (Knorr və Rosenau, 1969a). Onu BM-ə daxil etmək üçün çağırışlar bundan əvvəl də olmuşdu (Guetzkow, 1950) və bəziləri hesab edirlər ki Quincy Wright-ın müharibə haqqında 1942-ci il kitabı kimi bəzi işlər davranışçıdır (Knorr və Rosenau, 1969b: 5; Schmidt, bu kitabda Fəsil 1). Lakin Vasquez bu hadisələrə, öz məramına görə, davranışçı kimi baxsa da, onların baş verəcək «qiyama» mühüm bir təsir göstərmədiyini hesab edir (Vasquez, 1998: 40). «Qiyamı» mərhələlərə bu cür bölməklə, «davranışçı qiyam» mənbələri ümumi şəkildə Deutsch (1953, 1964), Kaplan (1957), Schelling (1960) və Snyder, Bruek və Sapin-in (1954, 1962) işlərində verilmişdir; (Hollis və Smith, 1990; Vasquez, 1998; Schmidt, bu kitabda Fəsil 1). Lakin Schmidt 1-ci Fəsildə bildirir ki, davranışçılığın inkişafının hakim hesabatlarında Chicago Politologiya Məktəbinin rolu ümumiyyətlə yaddan çıxarılmışdır. Və elmin fəlsəfəsi baxımından yanaşanda Schmidt-in mövqeyi ümumilikdə haqlı görünür.

1950-ci ildə Harold Lasswell və Abraham Kaplan birqiymətli olaraq bildirirdilər ki, onların politologiya üçün struktur yaratmaq cəhdləri elmin məntiqi pozitivist fəlsəfəsindəki hadisələrlə şərtləndirilmişdir.[16 - Hərdən məntiqi empirizm, elmi empirizm və ardıcıl empirizm adlandırılan məntiqi pozitivizm 1920-ci illərdə Vyanada Vyana Dərnəyi kimi tanınan bir qrup alim, riyaziyyatçı və filosof tərəfindən yaradılmış fəlsəfi məktəbdir. Onun ən görkəmli üzvlərinin arasında Moritz Schlick, Rudolf Camap və Kurt Godel də var idi. Onlar ilhamlandırıcı ideyalarının çoxunu Ernst Mach, Gottlob Frege, Bertrand Russell, Ludwig Wittgenstein və George Edward Moore-un əsərlərindən çıxarmışdılar. Məntiqi pozitivistlər elmi nəzəriyyələrin məzmununun məntiqin və riyaziyyatın həqiqətləri, və hissi təcrübəyə aid olan təkliflərə gətirilə biləcəyini göstərməklə, elmin dilini daha anlaqlı etmək üçün razılaşdırılmış cəhdlər göstərmişlər. Qrupun üzvləri metafizik mülahizələrə ikrah hissini bölüşdürür və gerçəklik barədə metafizik təkliflərə mənasız kimi baxırdılar. Məntiqi pozitivist üçün biliyin yalnız iki növü – səbəbə və təcrübəyə əsaslanan forması doğrudur. Məntiqi Pozitivizmin əsas tezislərini qısaca aşağıdakı kimi ifadə etmək olar. (1) Yalnız yoxlanılması mümkün olan təklif və ya hökmün faktik mənası vardır. Burada təklifin doğruluğunun təcrübə vasitəsilə tam sübuta yetirilməsi deyil, onun müəyyən ehtimalla qiymətləndirilə bilməsi nəzərdə tutulur. (2) Təklif yalnız o vaxt yoxlanıla biləndir ki, ya təcrübəyə əsaslanan təklif olsun, ya da ondan, digər fərziyyələrlə birlikdə, təcrübəyə əsaslanan hansısa bir təklif çıxarıla bilsin. (3) Yoxlanıla (sınaqdan keçirilə) bilməyən haqqında mövcuddur demək mümkün deyil. Nəzəri obyektlər instrumental (vasitəli, dolayısıyla), «sanki» mövcud olan kimi emal edilir. (4) Təklif yalnız onun terminlərinin tərifləri əsasında doğru olduqda, yəni tavtoloji olduqda formal mənaya malikdir. (5) Məntiq və riyaziyyatın qanunlarının hamısı tavtolojidir. (6) Təklif yalnız yoxlanıla bilərsə və ya tavtolojidirsə bilavasitə mənaya malikdir. (7) Metafiziki bəyanatlar nə yoxlanılan, nə də tavtoloji olmadıqlarından sözün hərfi mənasında mənasızdırlar. (8) Etik, estetik, teoloji (dini) bəyanatlar da bu şərtlərə cavab verə bilmədiklərindən idraki baxımdan mənasızdır, hərçənd ki, «hissi» mənaya malik ola bilərlər. (9) Metafizika, etika, dinin və estetikanın fəlsəfəsi hamısı aradan qalxdığından, fəlsəfənin yeganə məsələsi aydınlaşdırma və təhlildir. Beləliklə, fəlsəfənin təklifləri linqvistikdir, faktik deyildir və fəlsəfə məntiqin bölməsidir; buradan da məntiqi pozitivizm yarlığı alınır.] Elmin fəlsəfəsi istiqamətindəki bu dönüş, BM-də «davranışçı qiyama» çox aydın təsir göstərmiş David Easton (1953, 1965) və «elmin fəlsəfəsinin sosial tədqiqatların əsası kimi hamı tərəfindən qəbul edilməsi, sosioloji yozumda davamlı inkişaf vəd edən «uçuş» fenomenidir» (Lane, 1966) deyən Robert Lane tərəfindən təsdiqlənmişdir.[17 - Easton, müasir «normativ nəzəriyyəyə qayıtmaq» (Frost, 1986, 1996; Smith, 1992) çağırışlarının güzgü əksi olan bəyanatında hesab edirdi ki, «tarixi və etik nəzəriyyənin hökmranlığı» empirik nəzəriyyəni fənndən kənarda qoymuşdur (Easton, 1953, 1965: ix).]

Məntiqi pozitivizmin elmin fəlsəfəsinə doğru dönüşün legitimləşdirilməsinə xidmət edən həlledici toplananı, onun «elmin vəhdəti tezisi» idi (Nagel, 1961). Əlbəttə ki, bu özünütəsdiq idi; məntiqi pozitivizm elan edirdi ki, elmlər birləşdirilə bilər və məntiqi pozitivizm elmin məzmununu müəyyən edir. Belə ki, elm yarlığına layiq olan hər bir ictimai elmə məntiqi pozitivizm tələb olunur, çünki məntiqi pozitivizm elmin fəlsəfəsinə dönüş üçün legitimləşdirməni təmin edir. (Bhaskar, 1986). Elm yarlığının bu cür qəsb edilməsi «böyük debatlarda» (Dunne, 1998) ənənəçilər (traditionalists) və elmçilər (scientists) arasında mühüm hadisə olmalı idi, çünki elm yarlığı (adı) faktik olaraq məntiqi pozitivizmə verilmişdi.

Bu çox mühüm məqamdır, və BM-in öyrənilməsi ilə əlaqədar fənni müzakirələrdə tez-tez yaddan çıxarılan bir şeyə aydınlıq gətirir; BM-də «davranışçı qiyamı» möhkəmlədən elm modeli alimlərin praktikasına deyil elmin çox konkret fəlsəfəsinə əsaslanır (Gunnell, 1975: 19). Elmi metodlara riayət etmək tələblərinə baxmayaraq, əslində davranışçılıq o vaxt hökmran olan müəyyən elmi fəlsəfəni həyata keçirmək (tətbiq etmək) cəhdi idi. Tədqiqatçıların faktik praktikası ilə məntiqi pozitivizm arasındakı münasibət hələ şübhə predmeti ola biləcək məsələ deyildi (Chalmers, 1992). Öz metodlarını legitimləşdirmək üçün BM artıq üzünü elmin fəlsəfəsinə çevirmişdi və elmin fəlsəfəsi məntiqi pozitivizmin gətirdiyi hesabatı şübhə altına almağa başlayanda BM-in də onun ardınca getməsi qaçılmaz idi. Bu, məntiqi pozitivizmin müxtəlif modifikasiyalarına aparırıdı və «məntiqi» termini son nəticədə pozitivizm yarlığı altındakı daha yumşaq variantın xeyrinə zəiflədilə bilərdi (S. Smith, 1996: 14-18).