Aудиокнига Makulatura , Чарльз Буковски — слушать онлайн или скачать в mp3 (мп3)
Вы не авторизовались
Войти
Зарегистрироваться
Поиск
Найти

Чарльз Буковски - Makulatura

Makulatura
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Название: Makulatura
Чтец: Mahir Mirişov
Оценить:

Рейтинг: 5

  • Литрес:1
  • Livelib:1
Добавить отзывДобавить цитату
Поделиться
Название: Makulatura
Чтец: Mahir Mirişov

Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım. – Eşidirəm. – Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim. – Hmm-m, – dedim, – Selin… – Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır. Səsinin çılğınlığı ona olan marağımı artırdı. – Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm… – Şalvarınızın miyançasını bağlayın. Şalvarıma baxdım. – Hardan bildiniz qabağı açıqdır? – soruşdum. – İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır. – O, ölüb axı… – Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır. – Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə? – Ay səfeh, gicləmə, Selin yaşayır. – Harda yaşayır? – Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır. – Elə isə, özünüz niyə tapmırsınız? – Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır. – Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki? – Con Barton məsləhət gördü. – Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm. – Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi. Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.

fb2.zip
fb2.ziptxttxt.ziprtf.zipa4.pdfa6.pdfmobi.prcepubios.epubfb3
Скачать
Слушать онлайн
Добавленo: Рейтинг: 5 Комментариев 0 шт.

Оcтавить отзыв

Другие книги автора

Все книги
img
Чарльз Буковски
Qadınlar
img
Чарльз Буковски
Почтамт
img
Чарльз Буковски
Музыка горячей воды
img
Чарльз Буковски
Макулатура