Aудиокнига Ədəbiyyat dərsliyi. 10-cu sinif, Коллектив авторов — слушать онлайн или скачать в mp3 (мп3)
bannerbanner
Вы не авторизовались
Войти
Зарегистрироваться
Поиск
Найти

Коллектив авторов - Ədəbiyyat dərsliyi. 10-cu sinif

Ədəbiyyat dərsliyi. 10-cu sinif0
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Оценить:

Рейтинг: 3

Добавить отзывДобавить цитату
Поделиться

Bu sinifdə qədim və zəngin ədəbiyyatımızı tarixi-xronoloji ardıcıllıqla öyrənəcəksiniz. Başqa sözlə, araşdırma aparmaqla söz sənətimizin müxtəlif tarixi dönəmlərdə inkişafı və görkəmli nümayəndələrinin yaradıcılığı barədə yeni bilik və bacarıqlara yiyələnəcəksiniz. Araşdıracağınız problem və suallarla bağlı dərslikdə geniş məlumat verilməmişdir. Bu yığcam məlumatları hər mövzu üzrə göstərilmiş mənbələrdən əldə etdiklərinizlə zənginləşdirəcək və tamamlayacaqsınız. Həmin mənbələrin sırasında göstərilmiş elektron vəsait sizin üçün hazırlanmışdır. Öyrənəcəyiniz mövzularla bağlı oradakı məlumatı mənimsəməyiniz digər mənbələrlə işinizi asanlaşdıracaqdır. Bu mənbələr Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə latın qrafikası ilə nəşr olunaraq ölkəmizin bütün kitabxanalarına yayılmış kitablardan seçilmişdir. Mənbə qismində göstərilən kitabların dili aydın, məzmunu anlaşıqlı olduğu üçün onlardan istifadə edərkən çətinlik çəkməyəcəksiniz. Müxtəlif mənbələrdəki məlumatları öyrənmək, təhlil və müqayisə etmək, ümumiləşdirmə aparmaq müstəqil düşüncənizin dərinləşməsinə, bacarıqlarınızın inkişafına müsbət təsir edəcəkdir. Vəsaitə X sinifdə öyrənilən bədii əsərlər də daxil edilmişdir. Bu, vaxt itkisinin qarşısını alacaq, bütün bədii əsərləri bir mənbədən oxumağınıza imkan yaradacaqdır. Unutmayın ki, bədii əsərlərin hər birini hələ sinifdə öyrənməyə başlamazdan əvvəl müstəqil oxumalısınız. Klassik ədəbiyyatla bağlı lüğətlər, şərh və izahlar oxuda köməyinizə gələcəkdir.

Слушать онлайн
Добавленo: Рейтинг: 3 Комментариев 0 шт.

Оcтавить отзыв

Другие книги автора

Все книги