banner banner banner
Koroğlu
Koroğlu
Оценить:
 Рейтинг: 0

Koroğlu

Koroğlu
Xalq yaradıcılığı (Folklor)

Uşaq ədəbiyyatı #36
“Koroğlu” Azərbaycan xalqının qəhrəmanlıq eposudur. Koroğlu – əfsanəvi xalq qəhrəmanının, mehtər oğlu Rövşənin ikinci adıdır. O, sadə adamların bəy, xan, paşa zülmündən azad olması üçün igidliklə vuruşur. Zülm, istismar, feodal əsarəti əleyhinə ölüm-dirim mübarizəsində özünə arxadaşlar tapır. Koroğlu hərəkatına rəğbət bəsləyən müxtəlif xalqların oğulları onun başına toplaşırlar.

KOROĞLU

DASTANI

(UŞAQLAR ÜÇÜN)

KOROĞLU

Ölkəni istila etmiş türk işğalçıları – paşalar və xanlar ca-maatı çapıb-talayırdılar.

Xalqın qəzəbi aşıb-daşırdı.

Vətənin qəhrəman oğullarını öz ətrafında toplamış Ko-roğlu uca bir qayaya söykənib gələcək mübarizələr haqqında fikirləşirdi. O, bilirdi ki, qarşıda çox çətin vuruşmalar var.

Koroğlu adı ilə məşhur olan bu qəhrəman, Həsən xanın ilxıçısı Alı kişinin oğlu idi. Ömrü boyu xana qulluq etmiş Alı kişi xanın qəzəbinə gəlmişdi: xan gözlərini çıxartdırmışdı. Elə buna görə də onun oğlu Rövşəni xalq Koroğlu adlandırmışdı. Əhvalat belə olmuşdu:

Bir gün Həsən xan Alı kişini çağırıb dedi:

– Dostlarımdan biri mənə qonaq gəlib. Ona iki yaxşı at bağışlayacağam. Səhər ilxıdan iki at ayır.

Alı kişi iki yaxşı qulun ayırdı. Bunların atalarının dərya ayğırı olduğunu yaxşı bilirdi.

Səhər Həsən xan bir paşa ilə ilxıya baxmağa gəldi. Bu adam Bağdad paşası Hasan paşa idi. Qəddarlıqda, zülm-karlıqda tayı-bərabəri yox idi. Osmanlı sultanının sağ əli idi. Harada üsyan qalxsa, hansı camaat vergi verməsə sultan ora-ya Hasan paşanı göndərərdi. Odur ki, yerli xanlar, satqın feodallar onun adı gələndə tir-tir əsər, qulluq göstərmək üçün əllərindən gələni əsirgəməzdilər.

Hasan paşa qulunlara baxıb xana istehza ilə dedi:

– Mənə bunları verirsən? Belələri bizdə nə qədər istəsən var. Səni bu qədər xəsis bilməzdim…

Xan qəzəbləndi. O, Alı kişini danışmağa belə qoymadı:

– Hanı mənim nər-nər nərildəyən bədölərim? Hanı ay-ğırlarım?!

Alı kişi qorxa-qorxa dedi:

– Həsən xan, paşaya bunları layiq gördüm. Mən at sər-rafıyam, gələcəkdə bunlara quş da çatmayacaq…

Hasan paşa özündən çıxmışdı. O, cəlladı çağırıb dedi:

– Bu axmaq qoca deyir ki, yaxşı at sərrafıyam. Bu qulu-nun hərəsinə onun bir gözünü qurban elə.

Cəllad əmri yerinə yetirdi: ağsaçlı qocanın gözlərini çı-xardıb yerə atdı.

Xan gedəndə dedi:

– Bu qulunları ona zəhməthaqqı verin!

TƏZƏ YURD

Bir qədər keçdikdən sonra qoca ilxıçı qulunları çəkə-çəkə evinə qayıtdı. Oğlu Rövşəni çağırdı. O, atasını belə görüb yerindəcə dondu. Əhvalatı dinlədikdən sonra intiqam almaq istədi, lakin Alı kişi razılıq vermədi.

– Əgər mənim oğlumsansa, dünya görmüş qoca atanın məsləhəti ilə hərəkət et, – dedi. – Oğul, biz daha burada qala bilmərik, tez ol, yola hazırlaş.

Ata-bala atları da götürüb yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir çay kənarına çat-dılar.

Rövşən dedi:

– Atacan, gəl, burada yurd salaq.

– Oğul, bura nə cür yerdi?

– Çay kənarıdır, səfalı yerdir.

Alı kişi dedi:

– Yox, oğul, burada yurd salmaq olmaz. Həsə xan xəbər tutar, namərdlik edər.

Onlar yenə xeyli yol getdilər. Gəlib səfalı bir çəmənliyə çatdılar. Rövşən buranı bəyəndi.

– Atacan, gəl, burada yurd salaq, – dedi.

– Oğul, bura haradır?

– Göz işlədikcə düzənlik, çəmənlikdir. Yaxşı yurd sal-malı yerdir.

Alı kişi dedi:

– Oğul, dayanma, sür. Evində atlanan burada düşəcək. Karvan ayağı altında qalarıq. Dağ yerinə sür.

Onlar yollarına davam etdilər. Uca dağlar, sıldırım qaya-lar aşıb, at ayağı, insan əli dəyməmiş bir yerə gəlib çıxdılar.

Atası soruşdu:

– Oğul, bura necə yerdir?

– Atacan, bura hər tərəfi sıldırm qayalı, çənli-çiskinli bir dağın belidir.

Sanki alı kişinin gözlərinə işıq gəldi. Sevinclə:

– Hə, bax, burada yurd salaq, – dedi. – Buranın yazı səfalı olar. Tez ol, özümüzə və atlara yer hazırla.

SINAQ GÜNÜ

Rövşən qoca və sevimli atasının dediklərini can-başla yerinə yetirirdi. Atlara ürəklə qulluq edirdi. Vaxtlı-vaxtında arpa-saman verir, tez-tez onları tumarlayır və sulayırdı.