banner banner banner
Koroğlu
Koroğlu
Оценить:
 Рейтинг: 0

Koroğlu

Bir gün Alı kişi onu çağırıb soruşdu:

– Oğul, atlar necədir?

– Ata, atlara arpa-saman çatdırmaq olmur. Qırat lap qi-yamətdir, nər-nər nərildəyir. Dürat ondan az yeyir, özü də bir az sakitdir.

Alı kişi tövləyə gəlib atları öz əli ilə yoxladı:

– Oğul, atlar mən deyən at olub. İndi bunları sınamaq lazımdır. Min, əvvəl sulanmış şumda, sonra qaratikanlıqda, axırda sıldırım qayalıqda çap, görək bərkə-boşa dözürlərmi?

Rövşən atasının dediyi kimi etdi. Əvvəl Qıratı minib su-lanmış şumda çapdı. Qaytarıb atasının yanına gətirdi. Alı kişi Qıratın burnunu tutdu. Ürəyinə qulaq asdı, dırnaqlarını yox-ladı, at burnu sıxılanda öskürmədi, dırnaqlarında isə zərrə qədər də palçıq yox idi.

Rövşən Düratı mindi. Ağzını şuma saldı, çapdı. Dürat da imtahandan yaxşı çıxdı. O da öskürmədi, tövşümədi, ancaq dırnağına bir balaca palçıq bulaşmışdı.

Rövşən Qıratı bu dəfə qaratikanlığa sürdü, qaytarıb gə-tirdi. Alı kişi onun ayaqlarını əli ilə yoxladı, heç bir yerində tikan izi tapmadı. Düratı yoxladıqda isə ayağının bir yerini tikan cızdığını hiss etdi.

Rövşən atları sıldırm qayalara çapdı. İlxıçı onların döşü-nü sıxdı. Qırat tərpənmədi. Dürat isə qırpındı.

Qoca ilxıçı sevinərək dedi:

– Atlar sınaqdan yaxşı çıxdı. Qırat Düratdan yaxşı at olacaq. Oğul, ağır davalara gedəndə, paşalardan, xanlardan xalqın intiqamını almaq üçün uzaq səfərlərə çıxanda həmişə Qıratı min, onun qədrini bil, onu da canın kimi əzizlə:

Oğul, atı yaxşı saxla,

At igidin qardaşıdır.

Gündə muğayat ol, yoxla,

At igidin qardaşıdır.

Yaz olanda dağa yolla,

Yay olanda ifçin nalla,

Qış olanda məxmər çulla,

At igidin qardaşıdır.

İNTİQAM

Yaz gəldi. Təbiət oyandıqca Çənlibel də gözəlləşirdi. La-kin Rövşənin ürəyi açılmır, nə isə düşünür, nə isə gözləyirdi. Başına da xalqın igid oğullarını toplamışdı.

Alı kişi bir gün oğlunu çağırıb dedi:

– Bala, durun, atlanın, düşməndən intiqam almaq vaxtı-dır.

Koroğlu atasının fikrini bilirdi. O, bu günü çoxdan göz-ləyirdi. Minlərcə məzlumu öz pəncəsində əzən, qoca atasını işıqlı dünyaya həsrət qoyan Həsən xandan intiqam almaq çağı yetişmişdi. Durub geyindi, qılınc qurşandı, qalxan taxdı, əmud götürdü. O, Qıratın belinə qalxıb igidlərə dedi:

İgidlərim, bu gün dava günüdür,

Müxənnət ölkəsi talanmaq gərək.

Qoç igidlər yarasından tanınar,

Şərbət tək qanına yalanmaq gərək.

Mərd igidlər nərə çəkər davada,

Şahin kimi şikar tutar yuvada.

Misri qılınc qoy oynasın havada,

Bağırsaq cəmdəyə dolanmaq gərək.

Koroğlu içəndə düşmən qanını,

Meydanlarda nərəsindən tanını,

Qıraq vəzirini, tutaq xanını.

Leş-leşin üstünə qalanmaq gərək.

Alı kişi Düratı, Koroğlu isə uzun müddət tövlədə yeyib yatmış Qıratı mindi. Yola düşdülər. Qayaları, dağları, səhra-ları, düzləri keçdilər. Dərələrdən sel kimi, təpələrdən yel kimi ötdülər. Gəlib Həsən xanın imarəti qarşısında dayandılar.

Rövşən bir tərəfə çəkildi. Qoca Alı at belində lap qabağa keçdi. Həsən xanı səslədi.

Adamlar xana xəbər verdilər ki, onu bir atlı çağırır. Xan yayxana-yayxana eyvana çıxdı. Eyvana çıxmış xan gözlərini çıxartdırdığı Alı kişini və oğlu Rövşəni gördü. Atlar xanı hey-rətə saldı. Gəlin kimi bəzəkli, pələng qollu, ceyran duruşlu Qırata xanın gözü düşdü.

Alı kişi dedi:

– Bu atlar sənin bəyənmədiyin qulunlardır. Yaxşı bax! Mən sənə yaxşılıq eləmək istədim. Sən yamanlıq başa düş-dün. İndi intiqama gəlmişəm, cavab ver!

Həsən xan qəzəbləndi. O, acığından bığlarını çeynəyirdi. Adamlarına əmr etdi ki, Alı kişini tutsunlar. Dava başlandı.

Rövşən özünü döyüş meydanına yetirdi. Koroğlu əldə Misri qılınc qoşuna hücum etdi. Soldan vurub, sağdan çıxdı, sağdan vurub, soldan çıxdı. Bir zərbə ilə Həsən xanın başını bədənindən ayırdı. Sonra sağ-salamat Çənlibelə qayıtdılar.

Alı kişi artıq rahat idi. O, öz intiqamını almışdı.

Günlər keçdi, aylar dolandı. Koroğlunun şöhrəti hər tə-rəfə yayıldı. Ağasından intiqam almaq istəyən, paşalardan zülm görən, xanlardan əziyyət çəkənlərin hamısı Çənlibelə yığıldı. Koroğlunun qüvvəsi gün-gündən artır, adamları ço-xalırdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 540 форматов)