banner banner banner
Əbuəlisina
Əbuəlisina
Оценить:
 Рейтинг: 0

Əbuəlisina

Lakin onlar başa düşürdülər ki, insan üçün təkcə un kifayət deyil. Unun insana xeyri o qədər də çox olmur.

–Biz gərək zeytun yağı tapaq, ona un qatıb baursaq (undan bişirilmiş xırdaca yağlı kökə) bişirək, – Əbuəlisina təklif etdi.

Qardaşlar zeytun ağaclarından zeytun toplayıb sıxa-raq onun yağını çıxartdılar. Sonra həmin yağla xəmir yo-ğurub onu qoz boyda yumurlayaraq yağda qızartdıqdan sonra gündə qurutdular. Yenə təzədən onları yağa batırıb qızartdılar və yenə qurutdular. Baursaqlar o qədər qidalı idi ki, onun bircə dənəsini yeməklə qırx gün tox qalmaq olardı.

Mağaranı işıqlandırmaq üçün yağ və qalan lazımlı şeylər də hazırlanmışdı.

Mağaraya girəcəkləri gün gəlib çatdı. Əbuəlisina və Əbuharis öz ehtiyatlarını götürüb müqəddəs qapıya yaxın-laşaraq gözləməyə başladılar. Qapı açılan kimi onlar ma-ğaraya girib qaranlıq bir küncdə gizləndilər.

Üç saat çox tez gəlib keçdi. Buraya gələnlərin hamısı tezliklə mağaradan çıxıb getdilər. Qapı bərk çırpıldı, qıfıl cingiltisi eşidildi. Ətraf tamam qaranlıqlaşdı. Bura, hətta zəif işıq da düşmürdü. Gənc oğlanlar çaxmaq daşı ilə çırağı yandırıb kitab saxlanan yeraltı mağaranı gözdən keçirmə-yə başladılar.

Bir neçə iri otaqdan ibarət olan bu mağara böyük çadı-ra bənzəyirdi. Otaqlarda stullar, divar boyunca iri şkaflar, ağzınadək kitabla dolu rəflər var idi. Bax, mağara belə gö-zəl idi…

Qardaşlar bütün otaqları gəzib qurtardıqdan sonra gəlib kitabların yanında oturdular. Onlar əvvəlcədən söz-ləşmişdilər ki, bir-birindən heç nə soruşmasınlar və nə oxuduqlarını bir-birlərinə deməsinlər. Bir azdan onlar bir neçə şeyi qeyd etməyin zəruri olduğunu hiss etdilər. Lakin qeydə almaq mümkün deyildi, çıxanda əllərindən alardı-lar. Amma qardaşlar hər şeyi əvvəlcədən ölçüb-biçmiş-dilər. Onlar özləri ilə soğan suyu götürmüşdülər. Soğan suyunun kağız üzərində izi qalmadığı üçün onunla yazır-dılar.

Qardaşlar çırağı heç söndürmürdülər, özləri də növbə ilə yatırdılar; diqqət yetirirdilər ki, işıq sönməsin. İşıq mən-bəyi onlar üçün eyni zamanda təqvimi də əvəz edirdi. Çı-raqda yağın işlənməsi ilə onlar ilin vaxtını təyin edir, ayı, həftəni, günü müəyyənləşdirirdilər. Bir dəfə onlar bununla müəyyən etdilər ki, il artıq qurtarmaq üzrədir. Bu müddət ərzində onlar çox şey öyrənmişdilər. Lakin onlar öz sözlə-rinə sadiq qalaraq kimin nə öyrəndiyini bir-birlərindən soruşmadılar. Tezliklə mağaranın qapıları açılacaq və üç saat ərzində bura adamla dolacaqdır. Bu müddətdə onlar xəlvətcə buradan əkilməli idilər. Qardaşlar bütün var-yoxlarını götürüb, qapının yanına gəlib gizləndilər.

Nəhayət, səs-küy eşidildi. Camaat qapının ağzına top-laşmışdı. Əbuəlisinanın və Əbuharisin ürəkləri çırpınırdı. Budur, qapılar cırıltı ilə açıldı. Camaat axışaraq kitab saxla-nan yerə doluşdu. Qarmaqarışıqlıqdan istifadə edən qar-daşlar gizlincə mağaradan çıxdılar.

Elə həmin bu vaxtlar şəhərə iki cadugər gəlib, əhalinin arasına pərxaşlıq salmağa başlamışdılar. Onların yaramaz-lıqları, nəhayət, xalqı təngə gətirdi. Lakin cadugərləri tut-maq səyi boşa çıxdı.

Əbuəlisina ilə Əbuharis mağarada olduqları bir il ər-zində tanınmaz dərəcədə dəyişmişdilər: onları saqqal bas-mış, dırnaqları uzanmış, bir sözlə onların xarici görünüş-ləri çox dəhşətli idi.

Qardaşları bu vəziyyətdə görən şəhər əhli onları hə-min cadugərlərə oxşadaraq tutub padşahın yanına gətir-dilər. Padşah sorğu-sual etmədən, qardaşları meydançaya aparıb hər ikisinin boyunlarını vurmağı əmr etdi. Cavanla-rı meydançaya gətirdilər, cəlladlar edama hazırlaşdılar.

Bu vaxt Əbuəlisina Əbuharisə baxaraq dedi:

Biz bir il mağarada əbəs yerə əziyyət çəkib müxtəlif elmlər öyrənməmişik ki. Bu çətin dəqiqədə biliyimiz bizi bəladan qurtarmalıdır.

Bu sözləri deyib Əbuəlisina cəlladların gözündən itdi. Onun belə qəflətən yoxa çıxması, hamını heyrətə salmışdı. Cəlladlar əllərindəki qılıncları yuxarı qaldırmış halda əv-vəlcə yerlərində donub qaldılar, sonra özlərinə gəlib Əbu-əlisinanı axtarmağa başladılar. Bu qarmaqarışıqlıqda onlar Əbuharisi tamam yaddan çıxartmışdılar.

Əbuəlisina isə şah sarayının yaxınlığındakı gölə baş vuraraq gözdən itdi. Onu nə qədər axtardılar tapa bilmədi-lər. Bu vaxt cəlladlar meydançaya qayıdıb Əbu-harisi edam etmək qərarına gəldilər. Gəlib gördülər ki, oba kö-çüb, yurdu qalıb. Cəlladlar Əbuəlisinanın dalınca qaçan zaman Əbuharisin əl-qolu bağlanmış kəndir öz-özünə açı-laraq sarayın damına qədər uzanmışdı. Cavan oğlan bu kəndirlə dama çıxmış və orada gizlənmişdi.

Cəlladlar qorxudan saçlarını yolurdular. Əhalinin ço-xu bərk qorxmuşdu. Onlar şəhərin qara günlərinin başla-nacağından ehtiyat edirdilər. Lakin Əbuəlisina öz biliyin-dən əhalinin zərəri üçün istifadə etməyi xəyalına belə gə-tirmirdi, o heç kəsə yamanlıq etmədi.

Əbuəlisina Misirdə

Əbuəlisina şah sarayının yaxınlığındakı gölə baş vu-rub Nil çayının yanında peyda oldu. Sonra o, Misirə yola düşdü. Orada o, saç-saqqalını qırxdırıb, adam arasına çıxa biləcək ləyaqətli bir görkəm aldı.

O, küçə və bazarları gəzə-gəzə, halva satılan cərgəyə gəlib çıxdı. Oradakı kiçik dükanlarda halvasatanlar öz mallarını tərifləyərək alver edirdilər.

Əbuəlisina bir dükana girdi, piştaxta dalında bir gözəl oğlan dayanmışdı. Məlum oldu ki, bu cavan oğlan halvanı özü bişirir, bazara çıxarıb satır və qazandığı pulla qoca anasını saxlayır. Oğlan həm də əməksevən, işgüzar və utancaq idi. Əbuəlisina onu görcək heyran qaldı, öz-özünə fikirləşdi ki: “Bu oğlanı kasıbçılıqdan və çətin zəhmətdən qurtarmaq lazımdır…”

Halvasatan yad adamın ona diqqətlə baxdığını gör-dükdə özünü itirdi və utandı. “Bu yolçu məndən nə istə-yir?” – deyə düşündü və ona bir parça halva verdi. Əbuəli-sina halvanı dişləyib dərhal tüpürdü.

“Görünür mənim halvam yolçuya xoş gəlmədi, görü-nür onun özü halva ustasıdır. Qoy onu evimə dəvət edib, ondan halva bişirmək məharətini öyrənim”, – deyə cavan oğlan fikirləşdi və Əbuəlisinanı axşam evinə dəvət etdi.

Hər tərəfi qaranlıq bürüyən zaman, yaxud xalq arasın-da deyildiyi kimi, ovçu öz tələlərini gecə qurduğu vaxt, qo-ca qarı – gecə, üzünə qara örtük saldığı zaman Əbuəlisina halvasatanın evinə yollandı. Cavan oğlan onu mehriban-lıqla qarşıladı. Onlar əyləşib söhbət etdilər, oğlanın isə sa-bah satmaq üçün halvası yox idi, buna görə o, söhbəti iş-dən salıb Əbuəlisinadan soruşdu:

– Cənab, siz halvanı nədən hazırlayırsınız?

Əbuəlisina cavab vermədi, guya nə haqda isə fikirlə-şirdi.

Halvasatanın qəlbini narahatlıq bürüdü.

–Mənim çox az vaxtım qalmışdır, cənab, satmaq üçün sabaha halva hazırlamamışam. Bilmirəm nə edim? – cavan oğlan özünü itirmiş halda dilləndi. O yolçunun heç bir şey-dən başı çıxmadığını güman edərək, hətta əsəbiləşdi də. Əbuəlisina müsahibinin fikrini duyub dedi:

–Mən sizi bu ağır zəhmətdən xilas edib, sizə başqa pe-şə öyrətmək istəyirdim. İndi ki, halvaçı olmaq sizə xoş gə-lir, qoy olsun. Mənə bir kisə saman verin, mən sizə ondan necə halva bişirməyi öyrədərəm.

Bu sözləri eşitcək, cavan oğlan qəzəbləndi, az qaldı ki, qonağını qovsun.

Heç samandan da halva bişirmək olar!..

Amma özünü saxladı, gedib saman gətirib Əbuəlisina-nın qabağına tökdü.

Əbuəlisina nə edirdisə, samanın hamısı dönüb halva olurdu. Cavan oğlan qarşısında içi halva dolu bəzəkli qab-lar gördü. İndiyədək heç kəs bu qədər ləzzətli halva gör-məmiş və yeməmişdi. Əbuəlisina cavan oğlana dedi:

–Bax, bu da sənə halva. Sabah bazara apar sat!

Halvaçı gözlərinə inanmadı.

Sonra o başa düşəndə ki, Əbuəlisina çox müdrik adamdır, burada qalıb onunla bir yerdə yaşamasını ondan xahiş etdi.

Bu gündən etibarən onlar bir yerdə ömür sürməyə başladılar.

Halvasatan və şahzadə qız

Əbuəlisina öz dostu üçün bazarın tən ortasında çox otaqlı böyük bir dükan tikdi. Dükan çox yaraşıqlı idi, çar-dağı da vardı. Əbuəlisina ilə halvaçı çardaqda yaşayırdılar.

Halvasatanın alveri artıb genişləndi. Alıcı əlindən dinclik yox idi. Çünki bu dükanda olan halva kimi, heç kimdə dadlı halva yox idi. Şəhərlilərin çoxu bu dükana ta-maşaya gəlir və mütləq halva alıb gedirdilər.

Halvaçı bəzən halvanı tabağa yığaraq aparıb şəhərin küçələrində satırdı.

Bir gün cavan oğlan başında tabaq şah sarayının ya-nından keçərkən şahzadə qız onu görür. Qız o qədər gözəl idi ki, günəşin işığı onun yanında şam işığı kimi zəif görü-nürdü.

Əhvalat belə olmuşdu. Cavan oğlan başında tabaq kü-çə ilə sarayın yanından keçib gedərkən şahzadə qız pəncə-rənin qabağında oturub fikrə getmişdi. Birdən onun nəzər-ləri halvasatana sataşdı. Qız cavan oğlanın gözəlliyinə hey-ran qaldı. “Yəqin ki, şah oğulları arasında belə gözəl tap-maq çox çətindir”, – deyə qız fikirləşdi. O, kənizini göndə-rib cavan oğlanı saraya dəvət etdi.

Halvasatan şahzadə qızın otağına gəldi. Qız misli gö-rünməmiş gözəl sifətindən örtüyü qaldırıb gəncə yaxınla-şaraq onunla danışmağa başladı. Özü isə ona tamaşa edə-rək, gözlərini ondan ayıra bilmirdi.

Halvasatan özünü nəzakətli göstərmək üçün başını aşağı əyib, qıza baxmağa cürət etmirdi. Lakin şahzadə qız hər şeyi ondan ətraflı soruşmağa başladıqda, o, başını bir qədər qaldırıb, gözünün ucu ilə qıza baxdı. Oğlanı həm qızdırma basdı, həm də üşütmə tutdu, alnını iri tər dam-laları bürüdü. “Əgər dünyada belə gözəl varsa, onda gecə-lər bədirlənmiş ay, gündüzlər isə parlaq günəş nəyə gərək-dir,” – deyə oğlan düşündü.

Bəli, gözəllik bəhrəsi yetişmiş, gəncliyin bağında gözəl qönçələr açılmışdı. Halvasatan nə edəcəyini bilmirdi. Onun dodaqları əsdi, əlləri titrəməyə başladı. O, halvasını satıb evinə qayıdarkən məhəbbətdən od tutub yanırdı.

Əbuəlisina dostunun həyəcanlı olduğunu duyaraq onun dərdinə şərik olmaq istəyib soruşdu:

–De görüm nə olmuşdur? Məndən heç nəyi gizlətmə.

Halvaçı onun ayaqlarına düşərək hər şeyi açıb söylədi. –Şahzadə qıza vurulduğunu da ondan gizlətmədi.