banner banner banner
Əbuəlisina
Əbuəlisina
Оценить:
 Рейтинг: 0

Əbuəlisina

Əbuəlisina cavan oğlana bir ata məhəbbəti ilə dedi:

–Şahlarla nə işin var, özünü əziyyətə salıb, böyük bəlalar çəkərsən, heç vaxt məqsədinə nail ola bilməzsən, sən gəl şahzadə qız haqqındakı fikirləri başından çıxart…”

Lakin oğlan sakit olmurdu, gözəl qızı bir an da olsun unuda bilmirdi.

Qız da oğlana vurulmuşdu. Halvaçı saraydan çıxan ki-mi qız öz kənizlərini oğlanı axtarmağa göndərdi, onlar nə qədər axtardılarsa da, onu heç yerdə tapa bilmədilər. “Bəl-kə, halvasatan əcinnə imiş”, – deyə qız özlüyündə düşün-dü.

Əbuəlisina halvasatanla bacarmadı. O, yalvar-yaxar edib ondan kömək istəyirdi. Əbuəlisina xeyli düşünüb nə isə elədi. Birdən göy guruldadı, yer titrədi, otaqda sərin meh əsdi. Qəflətən qapılar açıldı və gözəllər gözəli şahzadə qız qapıda göründü. Əbuəlisina onu bura özünün hər şeyə qadir olan biliyinin qüvvəsi ilə gətirmişdi.

Otağa girərkən qız bir an huşunu itirdi. Ayılıb gözləri-ni açdığı zaman halvasatanı yanında gördü.

–Ey, məhəbbət eşqilə gənc ürəkləri yandıran gözəllər gözəli! Mənim sarayımdakı halva satan siz deyildinizmi? – deyə o, təsadüfi görüşə mat qalaraq soruşdu.

–Bəli, – deyə halvaçı cavab verdi. – Mən həmin ada-mam. Nə əmriniz var? Qulunuz olmağa hazıram.

Əbuəlisina gənc könüllərə mane olmamaq üçün qonşu otağa keçdi.

Qız oğlana baxıb soruşdu:

–Bunlar nə deməkdir? Siz pərisiniz, yoxsa cin, bəlkə, elmin ağlasığmaz qüvvəsi ilə əhatə olunmuş müdrik adamsınız? Mən bura necə gəlib çixmışam?

–Siz, ey qəlbimin şəfa şərbəti, mənim incə bülbülüm, – deyə oğlan dilləndi. – Siz mənim ürəyimi parçalayan yara-sınız! Şübhələrinizdən əl çəkin, mən də sizin kimi adicə adamam. Mən sizə bədxahlıq etmək fikrində deyiləm, mi-silsiz gözəlliyinizi görüb sizə vurulmuşam. Heç olmazsa, bircə dəfə sizə baxmaq, incə səsinizi eşitməklə ürəyimi sakit etmək istəyirəm. Sizə zəhmət verdiyim üçün məni ba-ğışlayın, amma yalvarıram, bura necə gəldiyinizi soruşma-yın…

Qızın dili tutuldu. Onun özü də halvasatanı görəndən sonra yuxu və dincliyin nə olduğunu bilmirdi. Sübh açılan-da da, günəş doğub şəfəq saçanda da, günəş çəhrayı rəngə boyanıb batanda da halva ilə saraya gələn oğlanın surəti onun gözləri qarşısında dururdu. Gözlərini yuman kimi onu görürdü, elə bil lap aşkarda görür…

Gözlənilməz görüş onu sevindirdi. O, qəlbində şölə çəkib yanan məhəbbət alovunu oğlandan gizlətməkdə aciz qalaraq oxudu:

Ovladı qəlbimi bir igid oğlan,

Getdi sakitliyim mənim o vaxtdan.

Pəncərə önündə otururam tək,

Şəfəq söküləndən, gün batanadək.

Hakimdir könlümə saf məhəbbəti,

Gözümdən çəkilmir bir an surəti.

Bir dəfə görünüb, sonra yox oldu,

Qəlbimi sönməyən odlara saldı.

Ancaq bircə dəfə görəydin barı,

Gözümdən tökülən qanlı yaşları!..

Yox! Hələ duymazsan, mənim sinəmi,

Göynədib yandıran bu dərdi, qəmi!..

Bu sözlər oğlanı sarsıtdı. O, təsəvvür belə etmirdi ki, şahzadə qız sadə bir halvaçını sevə bilər. Oğlan gözlərini qızdan çəkməyərək oxudu:

Əzizim, bu qədər köks ötürmə sən,

Duyar bir-birini ürəklə sevən.

Keşikçi dayanır qapında yenə,

Onunçun yanına gələmmədim mən.

Sevgililər gözlərini bir-birlərindən çəkmədən bir anlı-ğa dinmədilər. Sonra yenə oğlan öz qəmli mahnısını da-vam etdirdi:

Qızıl bir zolaq çəkib, al geyinir dan yeri,

Günəşin şəfəqləri salamlayır bəşəri.

Dərd əlindən bilmirəm gün çıxır, batır necə,

Qara örpək bürünüb, görürəm düşür gecə.

Birdir gecəm-gündüzüm,

Qəm kəsib qərarımı.

Gecə-gündüz həsrətlə,

Çağırıram yarımı.

Hicran əzabı ağır –

Deyəndə dilim yanır.

Yuxum yoxdur gecələr,

Ahım ərşə dayanır.

Bütün gecəni onlar söhbət etdilər, bir-birlərinə mahnı oxuyaraq həyatın kəşməkeşlərini unutmaqla, büllur kimi saf məhəbbətdən, daimi dostluqdan danışdılar. Onlar gecənin necə keçdiyini belə hiss etmədilər!..

Sübh açıldı. Göyün üzündəki qara pərdə yavaş-yavaş qalxır, hava işıqlaşırdı. Əbuəlisina gəlib onlara xəbər verdi ki, ayrılmaq vaxtı çatmışdır.

Şahzadə qız yenidən öz sarayına gəldi.

Qız evlərinə qayıdıb gözlərini açdı və uzun müddət özünə gələ bilmədi. O başa düşə bilmirdi ki, onun başına gələn bu hadisələr yuxudur, yoxsa həqiqətdir. Çox fikirlə-şəndən sonra belə qərara gəldi ki, bu heç də yuxu deyil. Bu vaxt qız narahat olmağa başladı. O, böyük şah qızıdır, ca-maat arasında danışılan dedi-qodulardan qorxurdu. Eyni zamanda o, halvaçını sevdiyi və onunla görüşdüyü üçün ürəyində sevinirdi.

Qız iki od arasında qalaraq xeyli düşündü, amma heç bir nəticəyə gələ bilmədi. “Atam özgələrdən eşitməmiş, yaxşısı budur, özüm hamısını ona açıb deyim”, – deyə qərara gəldi, bir qaz lələyi götürüb onu mürəkkəbə batırdı və nəhayət cəsarətsizliyi bir yana atıb, əlləri əsə-əsə gecə baş vermiş əhvalat haqqında uzun bir məktub yazdı və kənizlərin biri ilə atasına göndərdi.

Şah məktubu oxuyub qəzəbləndi, öz vəzirlərini, müd-rik adamları, hakimləri və qəhrəmanları çağırtdırdı. Qızı-nın etiraf məktubunu bir daha hamı bir yerdə oxudu. Ha-mını ağlasığmaz heyrət bürümüşdü. Bəziləri elə güman edirdi ki, bu “cin-şeytan” işidir, digərləri isə bunu cadu-gərlərə isnad edirdilər.