banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

– Bəs dəyirmançının axırı nə oldu? – deyə maraqlandı.

Kətanquşu:

– Eh, mən nə bilim. O məni heç maraqlandırmır da.

– Sözlərindən belə çıxır ki, sən heç kimin halına acımırsan.

– Deyəsən, sən əhvalatın əxlaqi nəticəsini başa düşməmisən.

Susiçovulu çığırdı:

– Nəyi başa düşməmişəm?

– Əhvalatın əxlaqi nəticəsini.

– Demək istəyirsən ki, danışdığının əxlaqi nəticəsi də var?

Kətanquşu:

– Əlbəttə, – deyə cavab verdi.

Susiçovulu acıqlı-acıqlı dedi:

– Zənnimcə, sən bunu söhbətə başlamazdan əvvəl deməli idin. Belə etsəydin, sənə heç qulaq da asmazdım. Sözün düzü, mən də tənqidçi kimi öz narazılığımı bildirərdim. Hər halda, mən bunu indi də edə bilərəm.

Bunu deyən susiçovulu hirslə yerə tüpürdü və quyruğunu hərləyib yuvasında gözdən itdi.

Bir az sonra üzə-üzə gəlib çıxan ördək dedi:

– Sən bir buna bax! Ancaq hər halda, onun yaxşı cəhətləri də çoxdur. Özümə gəldikdə isə onu deməliyəm ki, subay görəndə gözlərim yaşarır, çünki mən anayam, məndə analıq hissiyyatı var.

Kətanquşu cavab verdi:

– Deyəsən, söhbətimlə onu dilxor etdim. İş orasındadır ki, mən ona mənası olan əhvalat söylədim.

Ördək:

– Belə şeylər danışmaq həmişə təhlükəlidir!

Ördəyin bu fikri ilə mən də şərikəm.

QEYRİ-ADİ FİŞƏNG

Böyük şənlik idi. Padşahın oğlu evlənirdi. Düz bir il nişanlısının yolunu gözlədikdən sonra, nəhayət, qız gəlib çıxmışdı. Nişanlısı rus şahzadəsi idi. Özü də Finlandiyadan sonrakı yolu altı şimal maralı qoşulmuş kirşədə gəlmişdi. Kirşə qızıldan ququşu şəklində düzəldilmişdi. Balaca şahzadə qız bu böyük qu quşunun qanadları arasında əyləşmişdi. Çiynində ətəyi yer süpürən bahalı sincab dərisindən tikilmiş bürüncək, başında nazik gümüşdən düzəldilmiş kiçicik papaq vardı. Yanaqları isə indiyədək həmişə divarları arasında yaşadığı Qar sarayı kimi dümağ idi. Ona görə də küçələrdən keçən şahzadə qızın ağ çöhrəsini görən camaat: “Bu ki lap ağ qızılgüldür”, – deyə təəccüblənir və onun üstünə eyvanlardan çiçək səpirdilər.

Sarayın darvazaları ağzında qızı şahzadə oğlan gözləyirdi. Onun xumar baxışlı bənövşəyi gözləri və qızılı rəngdə qəşəng saçları vardı. Nişanlısını görən şahzadə oğlan dizinin birini yerə qoyub onun əlindən öpdü. Balaca şahzadə qız nişanlısının:

– Sənin şəklin gözəldi, amma özün şəkildəkindən daha gözəlsən, – sözlərini eşitcək utandığından qıpqırmızı oldu.

Zadəgan nəslindən olub sarayda qulluq edən bir oğlan uşağı – balaca paj bunu görüb yanında dayanan saray əyanına dedi:

– Ağ qızılgül dönüb qırmızı oldu!

Bu hadisəyə bütün saray adamları heyran qalmışdı.

Sonrakı üç gün ərzində bütün saray əyanlarının ağzından “ağ qızılgül, qırmızı qızılgül, qırmızı qızılgül, ağ qızılgül” sözləri yerə düşmədi. Padşah bundan xoşlanıb gənc saray qulluqçusunun maaşının ikiqat artırılmasını əmr etdi. Ömründə maaş almağın nə demək olduğunu bilməyən padşah üçün belə bir əmr vermək adi şeydi. Lakin hamı onun hərəkətini alicənablığına daha bir sübut kimi yozdu. Elə həmin gün saray qəzeti öz səhifələrində bu alicənab hərəkət barədə lazımi şəkildə məlumat verdi.

Üç gündən sonra toy məclisi başlandı. Hər şey olduqca təmtəraqlı və gözəl idi. Əl-ələ tutan bəylə gəlin xırda mirvarilərlə bəzədilmiş al-qırmızı mahud çətirin altında addımlayırdılar. Bundan sonra düz beş saat davam edən saray ziyafəti başlandı. Şahzadələr ziyafət zamanı böyük saray otağının baş tərəfində oturub xalis büllur qabdan şərab içirdilər. Bu qabdan yalnız əsl sevgililər içə bilərdilər. Qaba xain dodağı toxunsa, o bozarar, şəffaflığını itirər, üstü qara ləkələrlə örtülərdi.

Gənc saray qulluqçusu deməyə bu dəfə də söz tapdı:

– Şahzadələrin bir-birini sevməsi tamamilə aydındır. Onların məhəbbəti büllur kimi safdır.

Padşah onun maaşını yenə də ikiqat artırdı. Bundan sonra bütün saray adamları bir ağızdan:

– Bu, böyük alicənablıqdır! – deyə padşaha tərif yağdırdılar.

Ziyafətdən sonra rəqs gecəsi olmalı idi. Bəylə gəlin birgə “Qızılgül rəqsi” adlanan rəqsi ifa etməli idilər. Padşah da ney çalacağına söz vermişdi. Çox pis çalğıçı olmasına baxmayaraq, padşah olduğu üçün heç kim indiyədək cürət edib həqiqəti ona deməmişdi. Sözün doğrusu, o, vur-tut ikicə hava bilirdi. Özü də heç vaxt iki havadan hansını çaldığını dəqiq bilmirdi. Amma bunun bir o qədər də əhəmiyyəti yoxdu. Çünki o nə edirdisə, hamı bir ağızdan:


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 640 форматов)