banner banner banner
Əyyaş
Əyyaş
Оценить:
 Рейтинг: 0

Əyyaş


–Mən də indiyədək getməmişəm, amma Paris haqqında çox şeylər oxumuşam. Bulvarlar, böyük meydanlar, yamyaşıl parklar şəhəri… Gəncliyimdə bir az fransızca öyrənmişdim, amma məktəbdən erkən ayrıldım, ailəmin məni oxutmağa kifayət qədər pulu yox idi. Bilirsənmi bu nə deməkdi: “Donnez-moi un baiser, mademoiselle?”

Heç bir reaksiya vermirdi, nə “bəli”, nə də “xeyr”.

– “Bir öpüş verərsinizmi” deməkdir. Amma sənə “donnez-moi un baiser, ma reine!” demək lazımdır. “Reine”, kraliça deməkdir, sən də mənim ürəyimin, içki şüşəsindəki zəhərin kraliçasısan. Ver əlini mənə, Elsabe – sənə Elsabe adını qoyuram, kraliça Elsabe, əlini öpmək istəyirəm…

Qədəhimə içki süzdü.

–Bunu da iç, sonra evə gedərsən. Daha bəsdir, çox içdin, bezdim səndən də. İstəsən şüşəni özünlə götürə bilərsən, bütün şüşənin pulunu ödəməyə məcbursan, əlbəttə, meyxana qiymətinə. Səhər qalxıb, “məni aldatdın”, deyib üstümə gəlmə ha, özün doldurub içdin, nə qədər içdiyini nə bilim…


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 650 форматов)