Mehr və Müştəri – 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi janrında formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır. Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən “Mitra”dır. O, yazır: “Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan s…