Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların “demokratik” və ya ”avtoritar“ hakimiyyətə nə dərəcədə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq ”Avtoritar Şəxsiyyətin Öyrənilməsi“ (1950) əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənil…
Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir. Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar …
""Yaşıl mezoninlərdən olan Anya"" Kanada yazıçısı Lyusi Montqomerin ilk və ən tanınmış romanıdır. Əsər 1908-ci ildə işıq üzü görmüşdür və ingilis dilli uşaq ədəbiyyatının 20-ci əsrin ortalarına aid ən çox tanınmış yaradıcılıq nümunələrindən olmuşdur. Romandakı hadisələr XIX əsrin sonlarında cərəyan edir. Şahzadə Eduard adasında Avonlee kəndində möcüzəvi adlı «„Yaşıl Mezonin“» evində yaşayan Maril…
Dünya ədəbiyyatının bir çox nümayəndələri öz yaradıcılıqlarında nağıl janrına da geniş yer vermiş, yazılı ədəbiyyatın bu şəklində uşaqların indi də sevə-sevə oxuduqları qiymətli əsərlər qələmə almışlar. Dünya şöhrətli portuqaliyalı yazıçı Joze Qomes Ferreyranın, sehrli nağıllar aləminin ab-havasının ustalıqla canlandıran parlaq “”Cəsur Joanın qəribə macəraları” adlı nağıl-romanı da bu qiymətli əs…
Əsər məşhur teatr aktrisasının həyatından bəhs edir. Əslində əsərin elə də böyük təsiri yoxdur. Culiya məşhur ingilis aktrisasıdır. Qeyri-adi istedadı sayəsində illər ötsə də səhnədəki şöhrətindən heç nə itirmir. İnsanlar onu sevir, ona hörmət edirlər. O, Maykl adlı bir aktyorla ailə qurur. Maykl isə yaraşıqda Culiyadan geri qalmır və Culiya da məhz buna görə onu sevir. Maykl daha sonra aktyorluğu…
Erix Mariya Remark tərəfindən 1945-ci ildə ABŞ-da dərc edilmiş roman, 1946-cı ildə Almaniyada da dərc edilmişdir. Əsərin baş qəhrəmanı Joanın (qadın obrazı) prototipi, Remarkın uzun illər sevdiyi və Parisdə birlikdə yaşadığı Marlin Ditrixdən götürülmüşdür. Hadisələr 1938-39-cu illərdə Fransada cərəyan edir. Cərrah Ravik I Dünya Müharibəsinin iştirakçısıdır. O, II Dünya Müharibəsi ərəfəsində gestap…
Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından biri olan Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” mükalimə tərzində yazılmış bir əsərdir. Əsərdə ata və oğul arasında gedən dialoqlar müxtəlif mövzuları əhatə edir. Hər cümləsində Füzuli zirvəsinin qüdsiyyətini, ucalığını əks etdirən bu mövzular insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin,…
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır. Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir. Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməy…