Romanı Ermənistanla I Qarabağ müharibəsi illərinin başlanğıcında Azərbaycanın daxilində baş verən hadisələrdən bəhs edir. Eyni zamanda, “İdeal” romanından bizə tanış olan mərhum Səməd Rəhimlinin ruhu ilə (daha doğrusu, bizim təsəvvürümüzdə fantastik olan “o dünyadan” gəlmiş Səmədlə) oğlu, polis işçisi Səminin arasında gərgin, dramatik, elmi mübahisədən danışılır. Romanın adı – “Qəbiristan” kəlməsi…
Əsərdə Əmir Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
İsa Muğannanın 2009-cu ildə yazılmış, lakin sağlığında müəyyən səbəblərdən çap edilməyən «Türfə» romanı ilk dəfə nəşr edilir. Roman müəllifin SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndilikdən bəhs edilir.
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Saz” və “Tütək səsi” təqdim edilib. Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşanan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadl…
Salam Qədirzadənin sonuncu əsəri olan “Hər gün ömürdən gedir” kitabı ilk dəfə 1987-ci ildə – yazıçının ölümündən sonra nəşr olunub. Yazıçının bir çox əsərləri kimi bu kitab da ailə-məişət mövzusuna həsr olunub, amma əvvəlkilərdən fərqli olaraq insan taleyinə fəlsəfi baxış da öz əksini tapıb. Keçmiş taksi sürücüsü olan Seyfəl indi qocalıb, oğlunu evləndirib və həyat yoldaşını götürərək bağ evinə is…
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Şəppəli” və “Quru budaq” təqdim edilib. “Şəppəli”də sovet dövrünün tipik xarakterlərindən biri – hesabdar Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə “Quruyan budaq”ın əsas mövzusu…
Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.
Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin yazdığı “Dəhnamə” (On məktub) əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. 1506-cı ildə Azərbaycan dilində qələmə alınan bu poema bütövlüklə 1532 beytdən ibarətdir. Bu kitabda ilk dəfə olaraq Xətainin “Dəhnamə” və “Nəsihətnamə” əsərlərinin filoloji (nəsrlə) çevrilməsi yer alıb. Kitab əsasən …