banner banner banner
Rübailər
Rübailər
Оценить:
 Рейтинг: 0

Rübailər


«Xәyyam, günah üçün bu matәm nә demәk…»

Xәyyam, günah üçün bu matәm nә demәk?
Qәm çәkmәyinin faydası varmı, de görәk?!
Onlar ki günahsızdır, edilmәzlәr әfv,
Әfv mәhz günahkarlaradır, qәm nә gәrәk!

«Xәyyam ki tikәrdi xiymәlәr6 fәlsәfәdәn…»

Xәyyam ki tikәrdi xiymәlәr[6 - Xiymə – çadır.] fәlsәfәdәn,
Qәm tәndirinә düşüb kül oldu birdәn,
Kәsdi әcәlin qayçısı ömrün ipini,
Satdı onu dәllali-qәza heç neçәdәn.

«Tәrkibini bu tәbiәtin böylә edәn…»

Tәrkibini bu tәbiәtin böylә edәn,
Öz etdiyini qüsurlu etmiş o nәdәn?
Yaxşı elәmişsә nә üçün bәs dağıdır?
Pisdirsә әgәr bu eybi bәs kimdir edәn?

«Sirlәrdәn iraqda heç kimin yoxdu yolu…»

Sirlәrdәn iraqda heç kimin yoxdu yolu,
Bu qanqaralıqda hәr kәsin qәlbi dolu.
Yalnız qara torpaqdır әsl mәnzilimiz,
Mey iç ki, bu әfsanәlәrin yoxdu sonu.

«Zövqün qәdәhindә meyi-gülrəng xoşdur…»

Zövqün qәdәhindә meyi-gülrəng xoşdur,
Ud nәğmәsi ilә naleyi-çəng xoşdur,
Zahid ki xәbәrsizdi şәrab camından,
Bizdәn uzaq olsa әlli fәrsәng[7 - Fərsəng (fərsəx) – məsafə ölçüsü, təxminən 5-6 km-ə bərabər idi.] xoşdur.

«Haqq axtarana gözəl, ya çirkin birdir…»

Haqq axtarana gözəl, ya çirkin birdir,
Aşiqlәr üçün küfr vә ya din birdir,
Mәcnuna geyim ya atlaz olsun, ya palaz,
Vurğunlar üçün kasıbla zәngin, birdir.

«Bir arifi gördüm, mәnә röyada dedi…»

Bir arifi gördüm, mәnә röyada dedi:
– Yatmaqla heç insanın açılmaz bәxti,


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 610 форматов)