banner banner banner
Rübailər
Rübailər
Оценить:
 Рейтинг: 0

Rübailər

Mütriblә şәrab, bir dә nigar varsa әgәr,
Bir yanda da bağ, axar sular varsa әgәr,
Bәsdir sәnә bu, cәhәnnәmi salma yada,
Cәnnәt dә fәqәt böylә olar, varsa әgәr.

«Hәr rast gәlәnә sirrini açmaz hәr kәs…»

Hәr rast gәlәnә sirrini açmaz hәr kәs,
Qәlbindәkini özgәyә derkәn qısa kәs!
Bir türfә halım var, acizәm şәrhindәn,
Bir sirrim var ki, heç kimә söylәnmәz.

«Bütxanә vә Kәbә qulluğun sәhnәsidir…»

Bütxanә vә Kәbә qulluğun sәhnәsidir,
Naqus[4 - Naqus – zəng.] vә әzan әsirliyin nәğmәsidir,
Mehrab ilә, mәscid, kilsә, xaç, tәsbeh,
Bunlar hamısı әsarәtin pәrdәsidir.

«Ruhumla sәmadan aradım ilk gündәn…»

Ruhumla sәmadan aradım ilk gündәn
Lövhü, qәlәmi, cәhәnnәmi, cәnnәti mәn.
Sonra mәnә anlatdı müәllim düzünü:
Sәn bunları axtar fәqәt öz qәlbindәn.

«Novruz şehi xoşdur düşә gül çöhrәsinә…»

Novruz şehi xoşdur düşә gül çöhrәsinә,
Xoşdur çıxa bir gözəl çәmәn sәhnәsinә,
Ondan ki dünәn keçib, danışmaq boşdur,
Xoşdur qulaq asmaq bu günün nәğmәsinә.

«Üzmә özünü sәn, canına qәsd elәmә…»

Üzmә özünü sәn, canına qәsd elәmә,
Öz qismәtinә razı ol, artıq dilәmә,
Azdır demә sәn, hәr nә qәdәr bәhrәn var,
İlk gündәn alınmış o adınla qәlәmә.

«Söz-sov nәyә lazım bizә, dur badә gәtir…»

Söz-sov nәyә lazım bizә, dur badә gәtir,
Qönçә kimi ağzın bu gecә ruzimәdir,
Mey ver mәnә, ey can, gül üzün rəngindә,
Tövbәm dağınıq zülfünә bәnzәr, o nәdir?!

«Bir әldә qәdәh, birindә canan saçı… xoş…»

Bir әldә qәdәh, birindә canan saçı… xoş!
Bir bağda sәadәtlә könül mәst olmuş,
Salmır yadına bu alәmin dәrdlәrini,
İşrәt meyini içir olunca sәrxoş.

«Başdan-başa dünyanı tamam gәzdik biz…»

Başdan-başa dünyanı tamam gәzdik biz,
Sonsuzluğunu üfüqlәrin sezdik biz,
Bir kәsdәn eşitmәdik bu yoldan dönәni,
Hәr kim bu yolu keçib gedib, qoymamış iz

«Yad dost olacaq mәnә, әgәr etsә vәfa…»

Yad dost olacaq mәnә, әgәr etsә vәfa,
Bәdxahımdır dostum, әgәr etsә cәfa,
Nuşun ziyanı olsa әgәr, niş olacaq,
Padzәhr[5 - Padzəhr – zəhərin əksi.] olacaq zәhәr, әgәr versә sәfa.

«Şeyxi gördüm meyxanadan mәst çıxır…»

Şeyxi gördüm meyxanadan mәst çıxır,
Qolda canamaz, әldә dә bir şişә çaxır,
– Ey şeyx, – dedim, – nә var, nә üz verdi sәnә?
– Mey iç, – dedi, – dünyanın işi sel tәk axır.

«Bizdәn dә qabaq gecә-günüz olmuşdur…»

Bizdәn dә qabaq gecә-günüz olmuşdur,
Göylәr dә yenә bu cür dönüb durmuşdur,
Bu torpağa, gözlә, asta bas addımını,
O, bir gözəlin göz bәbәyi olmuşdur.

«Bәsdir bu cәfәngiyata aldandım hey…»

Bәsdir bu cәfәngiyata aldandım hey,
Bizar elәdi mәni yalan hәr bir şey,
Bundan sonra mәnәm vә şux dilbәrlәr,
Cәnnәt-duzәx demә, de mәşuqә vә mey.

«Bәsdir daha mәscid odu, kilsә dumanı…»

Bәsdir daha mәscid odu, kilsә dumanı,
Bәsdir bu behişt xeyri, cәhәnnәm ziyanı,
Get lövhünә bax, gör ki qәza ustadı
Yazmışdır әzәl gündәn olub-olmayanı.

«Şadlıq mәndәn olur ayıqlıqdan nihan…»

Şadlıq mәndәn olur ayıqlıqdan nihan,
Mәstlik isә olur ağılda nöqsan,