banner banner banner
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Оценить:
 Рейтинг: 0

Beynəlxalq Münasibətlər üzrə bələdçi


Bu, eləcə də bizim fərdi iş yerlərimizə aiddir, özü də bu növ layihələrdə çəkilən xərclərin zaman, pul və başqa mənada təmin edilməsi burada heç də sonuncu yeri tutmur. Bu mənada biz layihənin başlanğıcından surətçıxarma, məktublaşma və digər rahatlıqları təmənnasız təmin edən inzibati mərkəz kimi fəaliyyət göstərmiş və ümumiyyətlə ruhlandırıcı mühit yaratmış Uppsala Universitetinin Hökumət fakultəsinə xüsusilə minnətdarıq. Bələdçini üç ildən artıq bir müddət ərzində bizim peşə həyatımızın dinamik (və arzuolunan) hissəsinə çevirmiş ideyalar mübadiləsi görüşünü keçirməkdə xüsusi qonaqpərvərliyinə görə, ən səmimi akademik mühitlərdən biri olan Florensiyadakı European University Institutu da burada qeyd edilməlidir.

Nəhayət, fərdi müəlliflərə minnətdarlığımızı bildirməmək etikadan kənar olardı. İlk növbədə onların böyük ruh yüksəkliyi ilə yerinə yetirilmiş çətin, məsuliyyətli və təmənnasız əməyi olmadan, bu Beynəlxalq münasibətlər üzrə Bələdçi yəqin ki, heç vaxt işıq üzü görməzdi.

    Walter Carlsnaes
    Thomas Risse
    Beth A. Simmons
    Uppsala, Berlin və Berkeley.

Birinci hissə

BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ TARİXİ, FƏLSƏFİ VƏ NƏZƏRİ MƏSƏLƏLƏR

1

Beynəlxalq münasibətlərin tarixi və tarixşünaslığı haqqında

BRIAN C. SCHMIDT

Beləliklə Beynəlxalq münasibətlərin öyrənilməsi bu gün, əsrin dörddə-biri uzunluğunda fəaliyyətdən sonra da, nəzərəçarpan nizamsızlıq halındadır. Fəaliyyət dairəsi, əməl edilməli təhlil və sintez üsulları, kollec tədris proqramlarına edilməsi lazım olan inzibati dəyişikliklər, tədqiqatların təşkili – bütün bu məsələlər davam edən mübahisələrin mövzusudur. (Kirk, 1947: 7)

Qısası, bu gün bir tədqiqat sahəsi kimi Beynəlxalq münasibətlər bir-birinin təkrarı olan tədqiqat proqram və strategiyalarının rəqabət apardığı, birgə mövcud olduğu, bir-birini təkrar etdiyi və ya təkəbbürlü tənhalığını saxladığı pis mərzlənmiş səhnəyə bənzəyir. (Plating, 1969: 11)

Beynəlxalq tədqiqatlar sahəsi müəyyən mənada müxtəlif səslərin ahəngsizliyi ilə dolu olan Babil qülləsinə (Tower of Babel) və ya, bəzilərinin dediyi kimi, öz ərazisini qoruyaraq yaxın gələnlərə atəş açan, və ancaq özü kimi olanlarla əlaqəyə üstünlük verən tayfalar dəstinə bənzəməyə başlamışdır. Nəticədə Beynəlxalq münasibətlər sahəsi ardıcıl zehni tədqiqatlar sahəsi və ya tədqiqatçılarin icmasından daha çox inzibati səhmdar şirkətə çevrilmişdir. (Hermann, 1998: 606)

Bu iqtibaslar Beynəlxalq münasibətlər (BM) sahəsində fənn tarixinin tədqiq edilməsinin gərəkliyinə şübhə edənlərə ilkin cavabdır.[1 - BM qısaltması təsisatlanmış akademik Beynəlxalq münasibətlər sahəsinə aiddir.] Sahənin müasir vəziy-yətinin ümumi diaqnozu razılaşdırılmış mənsubiyyətin (xüsusiyyətlərinin) çatışmaması olduğu halda, yuxarıdakına bənzər bəyanatlar göstərir ki, sahənin sərhədlərinin müəyyənliyi heç vaxt çoxlarının düşündüyü qədər təhlükəsiz olmamışdır. Son zamanlarda nəşr edilmiş kitabların, günü-gündən artan ixtisaslaşmış jurnallardakı məqalələrin, Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (ISA) və Britaniya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (BISA) proqramlarının səthi xülasəsi qeyri-adi imkanlara malik mürəkkəb bir sahəyə işarə etsə də, onun tarixinin öyrənilməsi məsələsinə şübhə toxumlarının atılması davam edir. Bu məsələnin tədqiqinin qanunauyğun olmasının etiraf edilmə-məsinin bir izahı ondan ibarətdir ki, “biz tarixi onsuz da bilirik”. Digər səbəb ondan ibarət ola bilər ki, sahənin inkişafı haqqında söylənən indiki hekayət hakim meylləri təmin edir. İstənilən halda, fənnə giriş dərsliklərində, sahənin vəziyyəti haqqında məqalələrdə və ISA Prezidentinin müraciətlərində bu tarixin qısa xülasələri ilə əlaqədar qıtlıq yoxdur.

Bu çıxışlarda tez-tez sahənin idealist, realist, davranışçı (behavioralist), post-davranışçı (post-behavioralist), plüralist, neorealist, rasionalist, post-pozitivist və konstruktivist kimi müxtəlif mərhələlər silsiləsindən keçməklə necə inkişaf etdiyi haqqında ənənəvi tarixi söylənilir. Birinci üç mərhələnin təsviri tələbələrin və tədqiqatçıların beyninə o qədər dərindən yeridilir ki, sahənin ibtidai dövrlər tarixinin başa düşülməsi üçün heç bir başqa alternativin olmaması təsəvvürü yaranır. Məsələn Hedley Bull hesab edir ki, «nəzəri fəaliyyətin üç ardıcıl dalğasını ayrıd etmək mümkündür» – 1920-ci illərdə və 1930-cu illərin əvvəllərində üstünlük təşkil edən «idealist» və ya «proqressivist» nəzəriyyə, 1930-cu illərin sonlarında və 1940-cı illərdə inkişaf etmiş «realist» və ya konservativ (mühafizəkar) nəzəriyyə və nəhayət, 1950-ci illərin sonu və 1960-cı illərdə meydana çıxmış və «öz mənşəyini əvvəlki iki növ nəzəriyyənin əsaslandığı metodologiyaların qeyri-kafiliyindən götürən» «ictimai elmi» nəzəriyyələr (Bull, 1972: 33). Sahənin təkamülünün bu tarixi öz növbəsində tez-tez «idealistlər» və «realistlər» arasında sahənin fənni təyini haqqında «böyük debatlardan» başlayaraq, bu gün «rasionalistlər» və «reflektivistlər» arasında aparılan son debatlara qədər genişləndirilən «böyük mübahisələr» silsiləsi vasitəsilə təkamül kimi sıx əlaqəli hesabatla möhkəmləndirilir. (Banks, 1986; Katzenstein və başq., 1999; Keohane, 1988; Lijphart, 1974a; Maghroori, 1982; Mitchell, 1980). Sahə tarixinin bu özünəməxsus quruculuğu, əvvəlki mübahisələri kölgədə qoyaraq, indiki mübahisəni BƏ üzrə bütün ciddi tədqiqatçıların diqqətini cəmləməli olduqları mövzuya çevirməyə meyl göstərir.

Nəhayət, sahənin tarixinin səlnaməsi ənənəvi olaraq beynəlxalq siyasət kimi müəyyənləşdirilmiş səltənətdə baş verən kənar hadisələrə istinad etməklə tərtib edilmişdir. Belə bir güclü inam mövcuddur ki, beynəlxalq siyasətdəki müharibə və ya ABŞ-ın öz siyasətini kəskin dəyişməsi kimi mühüm hadisələr BM-i formalaşmaşdıran başqa amillər dəstindən daha artıq təsirə malik olmuşdur. Məsələn, sahənin yaranması tez-tez Birinci Dünya müharibəsinin dəhşətlərinə cavab olaraq, 1919-cu ildə Aberystwyth-dəki Wales Universitet Kollecinin Beynəlxalq Siyasət fakultəsində beynəlxalq siyasətin öyrənilməsi üzrə dünyada ilk kafedranın təməlinin qoyulması ilə əlaqələndirilir (Porter, 1972).

Bu fəsildə mənim əsas məqsədim sahənin necə inkişaf etdiyi haqqında geniş yayılmış bu rəyləri şübhə altına almaq, və bu tarixin ədəbiyyatın əsas axınında ənənəvi olaraq təsvir ediləndən daha mürəkkəb və daha az öyrənilmiş olduğunu göstərməkdir. Sahənin necə inkişaf etdiyinin birqiymətli anlanılmasını tam əhatə etməyimizin mümkünsüz olduğunu başa düşsək də, BM-in müasir praktikləri və tədqiqatçılarının bu tarixlə lazımi dərəcədə tanış olmalarının həlledici əhəmiyyətə malik olduğunu göstərən bir çox dəlillər vardır.

Birincisi, əsasən unudulmuş alimlərə məxsus çoxlu sayda nəzəri anlayışlar sadəcə olaraq şüurlardan silinmişdir. Buna baxmayaraq onlar, yada salınarsa, indiki vəziyyətə mühüm əlavələr edə bilər. İkincisi, sahə özünün təkamülü haqqında gerçək tarixini kölgədə qoyan güclü əfsanə yaratmışdır (Booth, 1996; Kahler, 1997; Osiander, 1998; Schmidt 1998a, 1998b; Waever, 1998; Wilson, 1998). Üçüncüsü, sahənin tarixinin olduğu kimi başa düşülməsi Beynəlxalq münasibətlərin öyrənilməsi haqqında bizim indiki fərziyyə və ideyalarımızın təbiətinin izahı üçün çox mühümdür. Cari intellektual metodlar və nəzəri mövqelər tez-tez beynəlxalq siyasətin üzləşdiyi son dilemmaların cavabı kimi qələmə verilsə də, daha iti tarixi şüur müasir metodların çox vaxt keçmiş müzakirələrin yeni formada təzahürü olduğunu bizə xatırladır. Sahənin necə formalaşdığını lazımi dərəcədə anlamadıqca, təkəri yenidən icad etmək təhlükəsi qalır. İndi yeni kimi qəbul edilənlərin çoxunun əslində sahənin qeyri-ardıcıl keçmişinin dərinliklərində artıq mövcud olduğu haqqında mülahizəni doğru saymaq üçün kifayət qədər sübutlar mövcuddur. Nəhayət, sahənin bəsirətli tarixi indinin tənqidi təsviri üçün məhsuldar əsas təklif edir. Əfsanəvi əvəzinə faktik olanı bildikdə, tarix bizi sahə haqqında geniş yayılmış təsəvvürlərimizin bir hissəsini dəyişməyə və nəticədə yeni minillikdə beynəlxalq siyasət haqqında fikirləşmək üçün böyük ehtiyacımız olan sahələri açmağa təhrik edə bilər.

Bu fəsildə mənim məqsədim BM-in geniş mənada təyin edilmiş sahəsinin və ya fənninin hərtərəfli tarixini vermək deyildir. Bu məsələnin deyilən formada qeyri-mümkün olmasından əlavə, aşağıda göstərəcəyim kimi, mənşəyi, təsisati yeri və coğrafi sərhədləri baxımından sahənin dəqiq müəyyən edilməsində kifayət qədər çoxrəylik olduğundan, belə problemlərə müfəssəl olaraq müraciət etmədən, BM-in sadəcə şəcərə tarixini yazmaq özünün qeyri-məhsuldar nöqtəsinə artıq gəlib çatmışdır. Bundan əlavə, tarix haqqında əvvəlki işlərin çoxu birqiymətli tarixi dəyərləndirmə məsələsini asanlaşdırmaq yolunda kifayət qədər nəzəri və metodoloji səriştə göstərmədiyindən, son zamanlar bu sahədə görülmüş bəzi işlər tədqiqatçıları çoxlu sayda tarixşünaslıq problemləri ilə üz-üzə qoymuşdur. Ən son tədqiqatçılıq cərəyanı fənnin mənsubiyyəti ilə onun tarixi təsvirinin təqdimatı arasındakı əlaqəni aydın başa düşür. Bundan əlavə, BM tarixinin bərpası tərzi müstəqil dəyərləndirmənin özü qədər mühüm olmağa başlamışdır və ona görə də sahənin tarixinin yazılmasına necə yanaşmaq lazım olduğu haqqında fundamental tədqiqat məsələlərinə müraciət etmək həlledici dərəcədə mühüm olmağa başlayır.

Mən BM-in hansı dərəcəyə qədər fərqləndirilə bilən mənsubiyyətə malik, yaxşı müəyyən edilmiş sərhədləri olması ilə əlaqədar bir sıra köhnə və mübahisəli məsələlərin, eləcə də eyni dərəcədə mübahisəli olan, sahənin tarixinin aşkar milli və təsisati fərqlərə kifayət qədər diqqət verməyən kosmopolit münasibət çərçivəsində yazılmalı olması, yoxsa bu məsələyə dəqiq sərhədlənmiş milli cəhətlərin daxilindən yanaşılmalı olması kimi məsələlərin qısa müzakirəsindən başlayacağam. Hərçənd ki, sahənin yaranması tarixini haradan başlamaqdan asılı olaraq, əlli ildən yüz ilə qədər müddətdəki təkamül nəticəsində BM-in ayrıca akademik sahə olması şübhə doğurmamalı idisə də, həm fənnin mövzusunun xarakteri, həm də sahənin təsisati sərhədləri ilə əlaqədar qeyri-müyyənliklər fasiləsiz meydana çıxırdı. Sahənin mənsubiyyəti faktını əhatə edən qarışıqlığa, BM-in amerikalı tədqiqatçıları icmasının şəksiz və hələ də davam edən üstünlüyünün hərdən «BM-in tarixi onun Birləşmiş Ştatlardakı inkişafının sinonimidir» kimi yanlış fikrə gətirməsi faktını da əlavə edin. Stanley Hoffnann-ın (1977), “çoxlu sayda avropalı alimlərin təsirinə baxmayaraq BM amerikan sosial elmidir” fikri böyük hörmətə layiq olsa da, amerikan modelinin qlobal təsirinə baxmayaraq, özünün unikal fənn tarixinə malik olan çoxlu sayda yerli akademik icmalar mövcuddur. Məsələn, töhfələri yalnız bu yaxınlarda lazımi qaydada sənədləşdirilməyə və qiymətləndirilməyə başlanmış İngilis Məktəbi bu qəbildəndir (Dunne, 1998; Little, 2000). ABŞ-da baş verən nəzəri və metodoloji hadisələr bu icmalara dərindən təsir göstərsə də, fənnin dünyanın müxtəlif yerlərində öyrənilməsində fərqlər olmuşdur (Jorgensen, 2000). Sahənin fənnlərarası xarakteri və milli şəraitlərdəki fərqlər tez-tez belə bir fikrə gətirir ki, dəqiq BM fənni və ya sahəsi mövcud deyildir, lakin fənnin sərhədləri və təsisati mövqeyi ilə əlaqədar qeyri-müəyyənliklərə baxmayaraq, akademik tədqiqat sahəsi kimi BM dəqiq peşəkar mənsubiyyətə və mülahizələrə malikdir.

Mən sonra diqqəti BM-in tarixşünaslığı üzərində, yəni həm sahənin tarixinin tədqiqi, həm də bu tədqiqat və işlərdə istifadə edilən metodoloji prinsiplər üzərində cəmləyirəm. Mən diqqəti iki fundamental problem üzərində cəmləyəcəyəm: birincisi, sahənin tarixinin onun bugünkü xarakteri haqqında müəyyən təsəvvür yaradılması məqsədilə yazılması praktikasını əhatə edən prezentizm (cariçilik), ikincisi isə beynəlxalq siyasət səltənətindəki ekzogen (sistemdənkənar) hadisələrin BM-in akademik tədqiqat sahəsi kimi inkişafını mühüm dərəcədə struk-turlaşdırdığını fərz edən kontekstualizmdir. Mən bu problemləri mövcud ədəbiyyatın şərhi yoluyla təsvir etməyə çalışacağam. Son zamanlar sahənin tarixi haqqında ədəbiyyatda nəzərəçarpacaq kəmiyyət və keyfiyyət artımı müşahidə olunmuşdur və belə bir fikir irəli sürmək olar ki, ümumiyyətlə sosial elmlərin tarixi ayrıca tədqiqat ixtisasına çevrilməyə başlayır. Bu yeni ədəbiyyat BM-in ənənəvi təsvirləri üzərinə artan şübhə toxumları səpməyə başlamışdır. Bu fəsildə mənim əsas məqsədim sahənin inkişafı haqqında ənənəvi təsəvvürləri şübhə altına almaq və BM-in fənn tarixi haqqında daha səriştəli işləri həvəsləndirməkdir.

Mən fəsilboyu dövri olaraq John Gunnell (1998) tərəfindən qurulmuş konseptual struktura iqtibas edəcəyəm. Gunnell-in «mülahizələrin diskursiv tərtibi» adlandırdığı bu struktur BM sahəsində müxtəlif problemlərin təhlilinə tətbiq edilə bilər, çünki digər sosial elmlərlə bağlı çoxlu sayda xarakteristikalardan istifadə edir. Gunnell-in terminologiyasına görə sosial elmlər onların müxtəlif üsullarla bəhs etdiyi faktlarla, bəzən isə birinci tərtib fəaliyyətlə məntiq, funksiya və özünüdərk terminlərində müəyyən edilmiş ikinci tərtib meta-texnologiyalardır (Gunnell, 1998: 22). Təbiət elmləri, din, musiqi, incəsənət və siyasəti əhatə edən birinci tərtib metodları Gunnell əzəli və «verilmiş» hesab edir, çünki onların «müxtəlif formaları və tarixi təzahürləri bəşər fəaliyyətinin funksional zəruri elementlərini təşkil edir (1998: 19). Mülahizələrin tərtibi arasındakı münasibətə gəldikdə, məsələnin çətinliyi ikinci və birinci tərtib metodlar arasında olanla əlaqədardır. Əvvəlki müxtəlif yollarla sonrakı üzərində epistemik və praktik hökmranlıq əldə etməyə çalışırdı. Gunnell yazırdı ki, «sosial elmlərin tarixi mühüm dərəcədə onun idraki iddialarının düzgünlüyünü necə sübut etmək və onları praktik hakimiyyətin əsasına necə qoymaq məsələsi ilə hərəkətə gətirilmişdir». (1998: 3). Biz bu strukturun BM-in intellektual tarixinə tətbiqi prosesində, zaman-zaman beynəlxalq siyasətin praktikası üzərində hökmranlığı əldə etmək üçün, sahənin mövcudluğunun lap əvvəlindən meydana çıxan müxtəlif nəzəri, metodoloji və epistemoloji mövqelərin necə işə cəlb edildiyini görə bilərik. BM-in tarixçələri, başqa sosial elmlərdə təklif edilənlər kimi, çox vaxt elmi yanaşmanın cari təsvirini legitimləşdirmək məqsədilə sahənin konkret təsvirinin yenidən canlandırılmasına xidmət edirdi. Belə təsdiq axtarışı, sosial elmdə sahənin inkişafını qiymətləndirmək üçün qismən daha bir ikinci-tərtib praktikaya – təbiət elmlərinin tarixi və fəlsəfəsinə üz tutmağa olan marağı izah edir. Bu, Gunnell-in terminlərində «üçüncü dərəcəli söhbətə (diskursa, mülahizəyə)» aid edilən, və mənim, BM sahəsinin beynəlxalq siyasətlə münasibətlərində istinad nöqtəsi təmin edə biləcək bilik səlahiyyəti əldə etməyi arzuladığı tərzdə, tədqiq edəcəyim fənnin tarixi mühiti vasitəsilə baş verə bilər. Belə ki, mən BM-in beynəlxalq siyasətlə münasibətdə ona nəzəri və praktik dəyər təmin edəcək bilik səlahiyyəti əldə etməyi düşündüyü tərzi tədqiq edəcəyəm.

BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİK TƏDQİQAT SAHƏSİ KİMİ

Sahənin fənn sərhədlərini müəyyən-ləşdirmək onun mühakimə obyekti üzərində səlahiyyət qazanmağın mühüm şərtidir. Ona görə də ayrıca BM sahəsi və ya fənninin olub-olmaması ardıcıl müzakirə mövzusu olmuşdur (Gurian, 1946; Kaplan, 1961; Neal və Hamlett, 1969; Olson, 1972; Olson və Groom, 1991; Olson və Onuf, 1985; Palmer, 1980; Thompson, 1952; Wright, 1955). Ziddiyyətlər, müəyyən dərəcədə, sahənin mənşəyi və coğrafi sərhədləri ilə əlaqədar mübahisəli məsələlərlə bağlı olsa da, dərindən baxdıqda BM-in ikinci-tərtib mülahizə kimi mənsubiyyəti və onun müzakirə predmetinin vəziyyətini əhatə edir. Bu suala heç vaxt kafi cavab verilməyəcəyi aydın olsa da, fənn tarixi sahənin öz mənsubiyyətini müəyyən etməyə çalışması tərzini nəzərdən keçirmək üçün həqiqətən də bəsirətli müşahidə nöqtəsi təmin edir.

Sahəni ayrıca akademik praktika kimi görməyə başladığımız nöqtədən əvvəlki dövrü onun «tarixə qədərki dövrü» adlandıracağıq. Bu müddətdə «tədricən mülahizələrdən fənnə keçid baş vermişdir» (Farr, 1990). Bu dövr sonradan sahənin iyirminci əsrin ilk onilliklərindəki formasını təşkil etmiş mövzular və problemlərin çoxunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir (Schmidt, 19980). Sahənin keçmişinə beynəlxalq hüquq, diplomatiya tarixi, sülh uğrunda hərəkat, etika, coğrafiya və antropologiya daxil idi (Olson və Groom, 1991). The Study of International Relations-də (1955) Quincy Wright BM-in inkişafına öz töhfəsini vermiş səkkiz «təməl fənn» və altı «dünyəvi nəzər nöqtəsinə» malik fənn müəyyən etmişdi.[2 - Səkkiz təməl fənnə beynəlxalq hüquq, diplomatiya tarixi, hərbi elm, beynəlxalq siyasət, beynəlxalq təşkilatlar, beynəlxalq ticarət, müstəmləkə idarə üsulu və xarici əlaqələrin həyata keçirilməsi daxildir. Dünyəvi fənlərə dünya coğrafiyası, ümumdünya tarixi, psixologiya, sosiologiya, dil və biologiya daxildir.] Wright bir çoxları ilə paralel olaraq bildirirdi ki, belə çox sayda muxtar tədqiqat sahələrini sintez etmək vəzifəsi vahid, ardıcıl BM fənninin yaradılması cəhdlərini mürəkkəbləşdirir (Bailey, 1932; Gurian, 1946; Kirk, 1947; Wright, 1955). Bundan əlavə Kenneth Thompson müşahidə etmişdi ki, Beynəlxalq münasibətlərin predmetinə aid elə bir konkret məsələ olmayıb ki, başqa müstəqil sahələrə düşməsin (Thompson, 1952: 433). Sahənin fənnlərarası xarakteri və digər fənnlərin onun predmetinin müxtəlif mövzularını tədqiq etməsi faktı tez-tez «Beynəlxalq münasibətlər ayrıca fənndirmi» sualının qoyulmasına gətirirdi (Kaplan, 1961). Bu, adətən mərkəzi səlahiyyətin olmadığı halda sahənin siyasət terminlərində ifadə edilən konkret predmetinə iqtibas edilməsi, eləcə də müxtəlif epistemoloji və metodoloji əsaslar gətirməklə cavab verilmiş maraqlı və mühüm sualdır. Lakin bu sualın çox cəlbedici olmasına baxmayaraq, onun beynəlxalq siyasətin öyrənilməsi tarixinin bərpası yolunda maneəyə çevrilməsinə yol verməmək çox vacibdir.

Bununla belə bu problemlər sahənin təsisati kontekstinin aydın müəyyən edilməsinin və diqqəti onun üzərində cəmləməyin vacibliyini ön plana çəkir. Təsisati kontekstin dəyişkənliyi sahənin yaranmasını əsaslandırmaq üçün istifadə edilə biləcək tarixçələrin geniş intervalı üçün qismən məsuldur. Bu, böyük fərqlərə gətirir, məsələn BM, Birinci Dünya Müharibəsindən sonra bir sıra müstəqil kafedralar yaranmış Böyük Britaniyada olduğu tərzdə ayrıca fənn kimi, yoxsa, Birləşmiş Ştatlar, Almaniya və Fransa halında olduğu tərzdə, siyasət elminin alt-sahəsi kimi təsis edilmişdir.[3 - Waever, 1998 Almaniya, Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlarda BM-in inkişafı barədə çox faydalı müzakirələrin təşkilini təmin edir.] Hər bir halda ənənəvi tarixlər sahənin təsisati quruculuğunun xarakterindən daha çox, mühüm siyasi hadisələrin sahənin yaranmasına təsirini qeyd etməyə meyllidirlər. Məsələn, ABŞ halında BM-in tarixini onu amerika siyasi elminin fənn matrisində yerləşdirmədən yazmaq mümkün deyil. Bu, BM-in siyasi elmin bir hissəsindən daha çox, ayrıca ofisə malik yeni tədqiqat sahəsi olduğu Böyük Britaniyadakı tarixi təcrübəsindən fərqlidir (Hill, 1987; Waever, 1998). Bu təsisati fərqlərə əlavə olaraq intellektual iqlim, məlumat əldə etmək, tədqiqata kömək, hökumət və akademiya arasında əlaqə, universitet sisteminin ümumi strukturu və xarakteri ilə əlaqədar çoxlu sayda fərqlər mövcuddur (Simpson, 1998; Smith, 1985).

Təsisati kontekstin əhəmiyyəti sahənin milli konteksti məsələsi ilə sıx əlaqəlidir. Təsisati strukturdakı fərqlər BM-in yerləşdiyi ölkənin milli şəraiti ilə dərindən əlaqəlidir. BM-in sərhədləri bir konkret ölkənin terminlərində müəyyənləşdirilə bilər, yoxsa buna milli fərqlər nəzərə alınmadan, daha kosmopolit əhatə çərçivəsində baxılmalıdır məsələsi sahənin tarixini yazmaq vəzifəsini mürəkkəbləşdirir. İstək həqiqi qlobal fənn yaratmaq cəhdi olsa belə, tədqiqatlar beynəlxalq siyasətin akademik öyrənilməsinin Britaniya, daha çox isə Amerika yerliçiliyi yarlığını daşıdığını göstərməkdə davam edir. Stanley Hoffmann özünün məhşur 'An American Social Science: International Relations' məqaləsini nəşr etdirəndən, Amerika akademik icmasının BM «qlobal fənnində» hansı dərəcədə üstünlük təşkil etməsi və bu üstünlüyün ümumilikdə fənn üçün hansı dərin nəticələrə gətirməsi haqqında müzakirələr davam etməkdədir (Alker və Biersteker, 1984; Crawford və Jarvis, 2001; Goldmann, 1996; Hoffmann, 1977; Holsti, 1985; Kahler, 1993; Krippendorf, 1987; Smith, 1987, 2000; Waever, 1998). Ehtimal edilən amerikan hegemonluğuna baxmayaraq, beynəlxalq siyasətin amerikan tədqiqatlarını «qlobal BM fənni» ilə bağlamaq fundamental səhvdir. Milli BM icmalarının çoxunun amerikan nəzəriyyə, meyl və müzakirələrinə kifayət qədər həssas olmasına baxmayaraq, BM Waever-in qeyd etdiyi kimi «müxtəlif yerlərdə kifayət qədər müxtəlifdir» (1998: 723). Mən hesab edirəm ki, BM-in fənn tarixçələri sahənin qeyri-ardıcıl tarixinin həm qlobal, həm də yerli ölçülərdə yenidən qurulmasına xidmət etməlidir. Yerin məhdud olmasının, dünyanın hər bir ölkəsindəki BM haqqında şərh verməyə mənə mane olmasına və əsas diqqətin ABŞ və Böyük Britaniyada baş verən hadisələr üzərində cəmlənməsinə baxmayaraq, BM quruculuğunda çoxlu miqdarda ölkə xüsusiyyətli tədqiqatların aparıldığını qeyd etmək vacibdir.[4 - Sayı az olsa da, BM-in ayrı-ayrı ölkələrin şəraiti çərçivəsində inkişafını tədqiq edən və gündən-günə artan ədəbiyyat kütləsi mövcuddur. Məsələn, Hugh C. Dyer və Leon Mangasarian-ın (1989) redaktəsində çıxmış məcmuədə digərləri ilə yanaşı BM-in keçmiş Sovet İttifaqı, Çin, Braziliya, Almaniya Federativ Respublikası, Cənubi Afrika, Fransa, Yaponiya, İtaliya və Böyük Britaniyada öyrənilməsi barədə fəsillər vardır. Chan, 1994; Groom, 1994; və Jorgensen-in, 2000 işləri də bu qəbildəndir.]

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TARİXŞÜNASLIĞI

BM-in tarixi məsələsində ən mühüm problemlərdən biri ondan ibarət idi ki, bu tarixçələr sahənin tarixi necə yazılmalıdır sualına birqiymətli cavab verə bilmirdi. BM tarixini sahənin təkamülünün mühüm ölçülərinin tam konsensusunun mövcud olması kimi təsvir etməyə meyl edilirdi. Sahənin inkişafı ilə əlaqədar heç bir əhəmiyyətli ziddiyyətin olmadığı şəraitdə, tarixşünaslıq məsələlərinə çox az diqqət yetirilir və ya ümumiyyətlə diqqət verilmirdi. İstənilən halda, politologiya kimi bir sıra əlaqədar akademik fənlərin öz fənn tarixlərini daha yaxından tədqiq etməyə başlamasıyla, lazımi tarixi təhlilin ümumiyyətlə nədən təşkil olunduğu, xüsusən də fənn tarixinə nəyin daxil olduğu haqqında müxtəlif nəzəri və metodoloji ziddiyyətlər meydana çıxdı. (Bender və Schorske, 1998; Collini və başq., 1983; Dryzek və Leonard, 1988; Parr və başq., 1990; Gunnell, 1991; Ross, 1991; Tully, 1988). Lakin bu ədəbiyyatın qaldırdığı tarixşünaslıq qayğıları BM-in tarixi haqqında fikirləşənlərə çox az təsirə malik oldu, və ya heç bir təsirə malik olmadı. Bu ümumiləşdirmədən yeganə istisna Ole Waever-in ədəbiyyata mühüm töhfə olan 'The Sociology of a Not So International Discipline' (1998) məqaləsidir. Sahənin tarixi haqqında mövcud ədəbiyyatın cari vəziyyəti ilə əlaqədar Waever narazılıqla yazırdı ki, o, «adətən sistemli tədqiqatlara və aydın üsullara əsaslanmır», və onun qiyməti «hər bir yaxşı praktikin fənnin tarixini yaza bilməsini üstüörtülü olaraq güman etməklə, bizim keçmişimiz barədə «ümumi biliklərin» incə şəkildə təkrar bəyan edilməsindən» bir balaca artıqdır. (Waever, 1998: 692). Lakin praktiklərin sahənin tarixini artıq bildikləri haqqında fərziyyənin özündə, nəzəri səriştəsizliyin açıq-aşkar oturması ilə bərabər, tarixi bəsitləşdirmək və beləliklə təhrif etmək meyllərini möhkəmləndirən əlavə amillər də fəaliyyət göstərir.

Analitik və Tarixi Ənənələr

Belə bir ümumi fərziyyə mövcuddur ki, sahənin tarixini klassik Afinadan (Athens) günümüzə qədər uzanan kəsilməz ənənəyə istinad etməklə izah etmək olar. BM ədəbiyyatında beynəlxalq fikrin realizm və liberalizm kimi ardıcıl məktəblərinə, və ya paradiqmalarına gətirmiş epik ənənələrin olması ideyasına çoxlu sayda iqtibaslar mövcuddur (Clark, 1989; Donnelly, 1995; Holsti, 1985; Kugler, 1993; Zacher və Matthew, 1995). Bundan əlavə, və bizim müzakirəmiz üçün daha vacibi, geniş yayılmış belə bir inam mövcuddur ki, bu qədim ənənələr sahənin keçmişinin ayrılmaz hissəsini təşkil edir, və deməli, sahənin müasir sərhədlərinin başa düşülməsi üçün yararlıdır. Bu inamın bir nümunəsini münaqişə və müharibə haqqında ədəbiyyatın Jacek Kugler tərəfindən aparılmış tədqiqində tapmaq olar. O, belə bir fikir irəli sürür ki, «beynəlxalq müharibələrin klassik hesabatı dünya siyasətindəki realist ənənlərdən gəlir» və «müharibənin öyrənilməsində realist metod Thucydides-dən (b.e.ə. 400-cü illər), Machiavelli (1513), Hobbes (1651), Hume (1741), von Clausewitz (1832), Morgenthau (1948), Organski (1958), Waltz (1979) və Gilpin-ə (1981) qədər izlənilməsi mümkün olan uzun bir ənənəyə malikdir» (Kugler, 1993: 483-4). Məsələn, Kenneth Waltz-ın Man, the State and War (1959) əsərində göstərildiyi kimi, nəzəriyyəçilərin Qərbin siyasi fikrinin klassik kanonları ilə bağlı olan tədqiqatları BM praktikasının elementini təşkil etsə də, Thucydides və ya Kant kimi klassik siyasi nəzəriyyəçilərin işlərinə müasir BM ədəbiyyatının konstruktiv keçmişi kimi baxmağın mümkünlüyü kökündən yanlış təsəvvürdür.

Müasir tədqiqatçıların, klassik siyasət nəzəriyyəçilərinin uzun illər ərzində hakim fərziyyələrindən biri «Plato-dan Marx-a qədər klassik mətn kanonları beynəlxalq siyasət haqqında deməli çox az şeyə malikdir» olan yazılarına istinad etmələri kimi geniş yayılmış meylin özündə müəyyən bir istehza vardır. Bu, Martin Wight-ın 1959-cu ildə Beynəlxalq Siyasətin Nəzəriyyəsi barədə Britaniya Komitəsinin (British Committee on the Theory of International Politics) təsis yığıncağında təqdim etdiyi mübahisəli 'Why is There No International Theory?' (1966) essesində populyarlaşdırılmış nəzər nöqtəsi idi. Wight-ın arqumentləri «siyasi fikrin zəngin və dəqiq müəyyən olunmuş, beynəlxalq fikrin isə yoxsul və əslində mübahisəli ənənələri var idi» kimi geniş yayılmış fikrə öz töhfəsini verdi. Bu baxış, kanonun məqsədəuyğunluğunu birbaşa şübhə altına alan davranışçıların (bihevioristlərin) elmi təkəbbürləri ilə birlikdə, siyasi nəzəriyyə və BM sahələrinin ayrılıqda hərəkət etməsinə gətirmiş və yalnız bu yaxınlarda dəyişməyə başlamış soyuqluq hissi yaratmışdı (Boucher, 1998; Brown, 1992; Knutsen, 1997; Schmidt, 2000; Walker, 1993; Williams, 1992). David Boucher belə hesab edir ki, BM-in klassik fənnlərin qurulmuş kanonlarına malik olmamasının səbəblərindən biri də BM nəzəriyyəçilərinin «öz nəzəriyyə və konsepsiyalarını yaratmaq üçün özlərini siyasi elmin əsas axınından ayırmaq» kimi səhvindən irəli gəlir. (1998: 10).

Lakin siyasi nəzəriyyə və Beynəlxalq münasibətlər arasındakı gərgin və narahat münasibətlər tədqiqatçıları klassik siyasət nəzəriyyəçilərinin ideyalarını çeşidləmək üçün çoxlu sayda tipologiya və ənənələr qurmaqdan, onları Beynəlxalq münasibətlərin müasir tədqiqatçılarının işləri ilə əlaqələndirməkdən çəkindirməmişdir. (Boucher, 1998; Donelan, 1990; Doyle, 1997; Holsti, 1985; Kauppi və Viotti, 1999; Wight, 1992). Rəmzi və ya mübaliğəli (metaforik) olaraq müasir praktiklər özlərini Thucydides və ya Kant-ın xələfləri kimi təsvir etməyə ümid edə bilərsə də, sahənin tarixinin klassik Yunanıstandan və ya İntibahdan başlayıb hazırki tədqiqatçıların işləri ilə öz zirvəsinə çatmış epik ənənələr terminlərində yazılmasında ciddi konseptual səhv var. Sahənin tarixinin çoxsaylı sinoptik qiymətləndirilmələrində rast gəlinən bu ümumi praktika, BM-in gerçək tarixi inkişafını izləmək cəhdi zamanı analitik və tarixi ənənələrin böyük maneələrə gətirən qarışıqlığına səbəb olur. (Schmidt, 1994). BM-in ənənləri haqqında müzakirələr geniş yayılmış və Rob Walker (1993) demişkən monolitlikdən uzaq olsa da, onlar faktik tarixi ənənələrə, yəni ideyaların tanınan qaydada inşa edilmiş məntiqi strukturun içərisinə daşındığı adi praktikanın öz-özünə təsis olunmuş nümunələrindən daha çox, əsasən mövcud meyarlar və prooblemlərlə müəyyən olunan analitik retrospektiv konstruktsiyaya müraciət etməyə meyl göstərirlər. BM-in fənn tarixi halında, realizm kimi belə retrospektiv qurulmuş ənənələr elə təqdim edilir ki, sanki onlar sahədəki faktik və ya özü-özünə təsis olunmuş ənənələri təmsil edirlər. Və əvvəlki səhvən sonrakının əvəzinə qəbul edildikdə, və ya sonrakı kimi təqdim edildikdə BM tarixinin başa düşülməsi və yazılmasında ciddi problemlər yaranır.

Yəqin ən böyük çətinlik ondan ibarətdir ki, keçmişin belə epik təsvirləri diqqəti gerçək akademik praktikadan, sahənin müasir inkişafı və müəyyənliyinə töhfəsini vermiş fərdlərdən yayındırır. BM-in peşəkar inşasında şüurlu və təsisati qaydada iştirak etmiş akademik tədqiqatçıların şəcərəsini əks etdirən tarix əvəzinə, keçmişin ideallaşdırılmış variantı bizə qədim zamanlardan indiyə qədər olanı əhatə edən kəsilməz ənənə formasında təqdim edilir. Aparıcı ali məktəb dərsliklərinin çoxunda adi qayda olan bu növ epik dəyərləndirmələr, bizim fənn tarixini guya artıq bildiyimiz haqqında fikirləri gücləndirməyə xidmət edir. Diqqət adətən Thucydides, Machiavelli və Kant kimi «təsisçi atalara» yönəldilir, beynəlxalq siyasətin təsisatlanmış akademik tədqiqinə töhfələrini vermiş fərdlər ordusu isə sadəcə olaraq yaddan çıxarılır. James Bryce, Frederick S. Dunn, Pitman Potter və Paul S. Reinsch kimi akademik tədqiqatçılar tarixi baxımdan cəlbedici olmasalar da sahənin faktik inkişafını izləmək üçün daha yararlıdırlar.

Presentism

Sahənin tarixini, onun qədim və ya klassik fikir ənənəsində iştirakı mənasında yazmaq kimi geniş yayılmış meyl, çox vaxt cari tədqiqat proqramının legitimliyini təsdiqləmək işinə xidmət edir. BM-in müxtəlif tarixçələrinin əsas xüsusiy-yətlərindən biri sahənin mövcud xarakteri haqqında nə isə nüfuzlu bir şey söyləməkdən ibarətdir ki, bu da çox vaxt sahənin tarixinin təhrif edilməsi meylinə özünün əlavəsini edir. Sahə üçün yeni istiqaməti müdafiə, onun cari strukturunu tənqid etmək, və ya əksinə, mövcud vəziyyəti müdafiə etmək məqsədi ilə, öz mövqelərini doğrultmaq üçün tədqiqatçılar tez-tez sahənin ümumi təkamülünə istinad etməyə və onu xarakterizə etməyə məcbur olurlar. Məsələn, realist nəzəriyyənin inkişafı və sonrakı hökmranlığını izah etmək istəyən tarixçələr, tez-tez realist ənənələrin Thucydides və ya Machiavelli ilə başlayan əbədi bəsirətini nümayiş etdirməyi özünə borc bilir. Sahənin çoxrəyli xarakterini dövri olaraq tənqid edənlər kifayət qədər tez-tez ehtimal edilən dominant paradiqma və ya onu birləşdirən metodun olduğu başlanğıc dövrlərə reverans edirlər. Problemin çətinliyi ondan ibarətdir ki, BM-in tarixini əks etdirmək cəhdlərinin çoxu keçmişi əsaslı surətdə və dəqiq bərpa etmək istəyindən daha çox «cari» ('presentist') məqsədlər üçün edilir.

Herbert Butterfield-in (1959: v) «keçmişdəki müəyyən inkişaf prinsiplərini önə çəkmək və indinin şöhrətləndirilməsi olmasa da, ratifikasiyası olan tarix yaratmaq» meyli kimi təsvir etdiyi 'Whig' tarixi («liberalların» tarixi), və ümumilikdə prezentizm problemi, sosial elmlərin tarixini yazmaqla məşğul olanların arasında ziddiyyətə gətirən məsələyə çevrilmişdir. (Collini və başqaları, 1983; Dryzek və Leonard, 1988; Farr və başqaları, 1990; Gunnell, 1991; Ross, 1991). Prezentizmlə əlaqədar problem onda deyil ki, tarixi təhlil indi haqqında rəy yaratmaq üçün istifadə edilir, problem ondadır ki, tarix yazıçının əvvəlcədən müəyyən etmiş olduğu yardım və ya dağıtma mövqeyini əsaslandırmaq və ya tənqid etmək vəzifəsinə uyğun olaraq yenidən qurulmaq yoluyla təhrif edilir. Whig (Liberal) tarixi «tarixi geriyə yazmaqdan ibarətdir», hansına görə ki, «fənnin indiki konsensusu … definitiv (təyinedici) kimi götürüldükdə qüvvədədir və keçmiş, buna gətirən və bunda tam ifadəsini tapan teologiya kimi, insanlar tərəfindən bərpa ediləndir» (Collini və başq., 1983: 4).

Birləşmiş Ştatlarda BM-in əsas axınının nəzərə çarpmayan, lakin təkidli məqsədinin «əsl» elm statusuna çatmaq olduğu nəzərə alınarsa, sahənin tarixinin mövcud olan dəyərləndirilmələrinin çoxunun xaraktercə Whiggish (liberal) olmaqda davam etməsini anlamaq olar. Sahənin tarixçələri və onların təsviri tez-tez nəzəri inkişafı və elmi irəliləyişi əks etdirmək, və ya sahəni elmi inkişafdan saxlayan çətinlikləri müəyyən etmək üçün önə çəkilir (Brecher, 1999). George Stocking peşəkar sosial elm aliminin niyə liberala (Whiggish) bənzəməli olmasının yerinə düşən və inandırıcı izahını vermişdir. Stocking-ə görə «əslində elmin tarixinə, bir qədər də genişləndirsək isə davranışçılığın (biheviorizmin) tarixinə hörülmüş gizli liberal prezentizm mövcuddur» (Stocking, 1965: 213). Elmin 1950 və 1960-cı illər ərzində elm filosofları tərəfindən təklif edilmiş, sosioloqların əksəriyyətinin elmi anlayışlarını əldə etdiyi mühit olan hakim, məntiqi pozitivist hesabatı (hansınınki vasitəsilə nəzəriyyə və fakt arasında uyğunluğu artırmaqla dünyanın daha yaxşı başa düşülməsi mümkün olmuşdur), artan və kumulyativ nailiyyətlərdən biri olmuşdur. Məntiqi pozitivistlər elmi metodun daxili birliyə və ierarxiyaya malik olduğunu iddia etdiklərindən sosiologiya tarixi də gec və ya tez biliyin irəliyə doğru inkişafını təkrarlamağa məhkum idi.

Thomas Kuhn-un The Structure of Scientific Revolutions (1970) əsəri elmin məntiqi pozitivist hesabatını şübhə altına aldı və elmin post-pozitivist filosofları və tarixçiləri üçün əsaslı stimul təmin etdi. Kuhn təkcə pozitivizmin mərkəzində duran nəzəriyyənin və faktın ayrılması, habelə həqiqətin uyğunluğu nəzəriyyəsinə hücum etmirdi, o, sanki elm tarixinin ənənvi dərslik hesabatını elmi inqilabların diskret tarixi, yəni «köhnə paradiqmlərin onlarla bir araya sığmayan yeniləri ilə qismən və ya bütövlüklə əvəz edildiyi, qeyri-kumulyativ inkişaf epizodları» ideyası ilə əvəz etməyə çalışırdı (Kuhn, 1970: 92).

Kuhn-un paradiqmalar və elmi inqilablar nəzəriyyəsi elmi inkişafın ənənəvi hesabatı üçün güclü rəqibdir. Kuhn-un elm tarixinin təftişçi hesabatının mühüm bəndi onun inkişaf meyarlarının paradiqmalara həssas olması səbəbindən, bir paradiqmanı digəri ilə əvəz etməyin «inkişaf» yaratdığına hökm vermək üçün heç bir müstəsna nəzər nöqtəsinin olmaması haqqında arqumenti idi. Kuhn-un çox hissəsi elmi inkişafı sübut etməyə imkan verməyən nisbi arqumentin cəlb edilməsindən narazı qalan filosoflara və elm tarixçilərinə kifayət dərəcədə təsir göstərmiş bu kitabı BM sahəsində də, xüsusən də sahənin tarixini anlamağa başlayan tədqiqatçıların sayı ilə əlaqədar, eyni dərəcədə dramatik təsirə malik olmuşdu. BM tədqiqatçılarının getdikcə daha çox hissəsinin Kuhn-a, və çoxları üçün inkişafın dəyərləndirmə meyarını yenidən qurmağa çağıran kimi görünən Imre Lakatos (1970) kimi elm filosoflarına tərəf dönməsi faktı, sahənin tarixini yazmaq vəzifəsinin sahənin inkişafını göstərmək kimi daha fundamental vəzifəyə tabe olduğunu göstərməyə xidmət edir.

BM-in paradiqmaları və tarixşünaslığı

Xüsusi halda Kuhn-un işinin, ümumi halda isə elmin fəlsəfəsi və tarixindən qaynaqlanan ədəbiyyatın BM-in tarixşünaslığına təsirinin iki başlıca yolu vardır. BM tədqiqatçıları əvvəlcə böyük sürətlə öz paradiqmalarını yaratmağa üz tutdular. Vəziyyət, siyasi elm tədqiqatçılarının söz paradiqmalarını davranışçılıq (biheviorizm) kimi xüsusi fikir məktəblərini qeyd (fiksə) etmək üçün istifadə etməyə başladıqları siyasi elmdəkinə çox oxşar idi (Almond, 1966). Realizm çoxları tərəfindən BM-də paradiqma üçün aparıcı namizəd hesab edilirdi və tədqiqatçılar təkrar-təkrar realist paradiqmanın fundamental fərziyyələrini müəyyən etmək və praktikləşdirmək vəzifəsini yerinə yetirməyə cəhd göstərirdilər (Guzzini, 1998; Keohane, 1983; Lijphart, 1974b; Vasquez, 1983). Realizmin tarixi sosiologiyasında Stefano Guzzini bildiridi ki, ən səlis Hans J. Morgenthau tərəfindən ifadə edilmiş realist paradiqma müstəqil tədqiqat sahəsinin müəyyən edilməsinin fənni funksiyasına xidmət edirdi. Guzzini-yə görə realizm «fənnin paradiqmatik sərhədlərini müəyyən etmişdir» (1998: 27). Morgenthau beynəlxalq siyasətin də ümumi siyasət kimi hakimiyyət uğrunda aramsız mübarizə ilə xarakterizə olunduğunu əsaslandırsa da, hər şeyi əhatə edən mərkəzi hakimiyyətin olmaması səbəbindən, beynəlxalq sahədə mübarizənin keyfiyyətcə fərqli olduğunu müdafiə edirdi (Morgenthau, 1948). Sonradan neorealistlərin əsas müddəasına çevrilən «beynəlxalq sistem anarxiya vəziyyəti ilə xarakterizə olunur» ideyası, daxili siyasəti beynəlxalq siyasətdən fərqləndirməyə kömək edirdi (Waltz, 1979). Beynəlxalq sistemin anarxist strukturuna neorealistlərin etdiyi xüsusi vurğu sonradan beynəlxalq təhlükəsizlik, beynəlxalq təşkilatlanma və siyasi iqtisad sahələrində problemlərin geniş müxtəlifliyinin təhlili üçün dominant struktur təmin etməyə başladı. Realist paradiqmaya edilən istinadların çoxluğu bəzilərini bu ifadəni, Arend Lijphart-ın ifadə etdiyi kimi, «dövlət süverenliyi və onun məntiqi nəticəsi olan beynəlxalq anarxiya anlayışları ətrafında dolanan» «ənənəvi paradiqma» adlandırmağa sövq etmişdi (1974b: 43). Realist paradiqmaya istinadlar tez-tez «realist ənənə» və ya «realist fikir məktəbi»-nə istinadlarla növbələşdirilərək istifadə edilirdi*. Son zamanlar bir sıra tədqiqatçılar realizmin ayrıca, ardıcıl nəzəri mövqeyi təmsil etməsini şübhə altına alır, və faktik olaraq, müxtəlif realizmlərin mövcud olduğunu hesab edirlər (Ashley, 1981; Doyle, 1997; Dunne, 1997; Fraakel, 1996; Goldmann, 1988; Guzzini, 1998). Buna baxmayaraq, bu sahədə işləyən demək olar ki, hər bir kəs realizm ilə bağlı olan, və adətən suveren dövlət beynəlxalq siyasətdə ən mühüm aktyordur; dövlətin davranışını rasional izah etmək mümkündür; dövlətlər unitar aktyorlardır; daxili və beynəlxalq siyasət arasında kəskin fərq vardır; dövlətlər gücü anarxik özünü təkmilləşdirməni daxil etməklə qazanırlar, və müharibə və sülh problemləri əsasdır kimi fikirləri əhatə edən mərkəzi prinsipləri müəyyən etməyə qabildir. Realizmin hökmranlığı Jack Donnelly-ni «realizmin taleyinin izlənməsi Beynəlxalq münasibətlər sahəsinin inkişafının qismən, lakin hələ də faydalı olan tədqiqini təmin edir» fərziyyəsinə gətirmişdir (1995: 175).

Çoxlarının realizmi sahənin rəhbər paradiqmi hesab etməsinə baxmayaraq, o, əlbəttə ki paradiqmatik statusa yeganə namizəd deyildi. Tədqiqatçılar demək olar ki, həmişə, realizmin mülahizələrinə müxalif olaraq müəyyən edilən, və adətən mənşəyi beynəlxalq siyasətdəki hadisələrə bağlanan alternativ paradiqmlər toplusuna istinad edirdilər. Bunun klassik nümunəsi, realist paradiqmdən əvvəl olduğu fərz edilsə belə, müharibələrarası dövrün idealist paradiqması adlandırılan şeydir. John Vasquez hesab edirdi ki, «sahənin qurulması və sülh və müharibəyə vurğu edilməsi mənasında mühüm olan» «Beynəlxalq münasibətlərin mühakimələrinin birinci mərhələsi idealist paradiqmin hakimiyyəti altında idi» (1998:33-4). İdealist adlandırılan paradiqmin, əhəmiyyətli dərəcədə İkinci Dünya Müharibəsindən sonrakı realist tənqidçilər tərəfindən hərtərəfli müəyyən edilmiş əsas xüsusiyyətləri realizmə məxsus prinsiplərin dəqiq antitezisləridir (Bull, 1972; Carr, [1939] 1964; Guzzini, 1998; Hollis və Smith, 1991; Kegley və Wittkopf, 1989; M.J. Smith, 1986; Vasquez, 1998). Realizmə rəqib olan digər paradiqmlərə “davranışçı (beheviorist) paradiqm” (Lijphart, 1974a), «dünya siyasəti paradiqmi» (Keohane və Nye, 1972), «qlobal cəmiyyət və neo-Marksist paradiqm» (Holsti, 1985), «qlobal dövlət quruluşları üçün yeni paradiqm» (Mansbach və Vasquez, 1981) və plüralizm (Little, 1996; Viotti və Kauppi, 1999) də daxildir.

Böyük mübahisələr (debatlar)

Kuhn-un paradiqma anlayışı, eləcə də Lakatos-un (1970) elmin fəlsəfəsi və tarixindən götürmüş olduğu «elmi tədqiqat proqramı» kimi digər anlayışlar, yalnız fərqli «fikir məktəblərini» müəyyən etmək məqsədilə əsas təmin etmək deyil, həm də sahənin ümumi təkamülünü, habelə sahədəki konkret yanaşma üsullarını dəyərləndirmək üçün istifadə edilmişdir (Ferguson və Mansbach, 1993; Guzzini, 1998; Keohane, 1983; Kugler, 1993; Lijphart, 1974b; Smith, 1987; Tellis, 1996; Vasquez, 1998; Walt, 1997). Məsələn, Arend Lijphart belə hesab edirdi ki, Beynəlxalq münasibətlərin İkinci Dünya Müharibəsindən bu yana inkişafı elmi inqilabların Kuhn təsvirinə uyğun gəlir (1974a: 12). Fəlsəfə və elm tarixindən götürülmüş analitik strukturların istifadəsinin başlıca məqsədi əsasən elmi nailiyyətlərin əldə edildiyini və sahənin ümumilikdə inkişafda olduğunu nümayiş etdirmək idi. Beynəlxalq siyasətin mövzusu üzərində idrak hakimiyyəti axtarışında, empirik mülahizələr və qiymətləndirmə üçün əsas təmin edəcəkləri ümidi ilə BM elm filosoflarının öhdəsinə verilmişdi. Məsələn, Ferguson və Mansbach BM-in tarixini təsvir etmək üçün Kuhn-un strukturunun şirnikləndirici tərəfinin «Beynəlxalq münasibətlərin tədqiqatçılarına, nəzəri məntiqsizliklə əhatə olunsalar belə, öz sahələrində baş verən inkişafı görmək» imkanı verməsində olduğunu qeyd edirdilər (Ferguson və Mansbach, 1993: 22). Amma istənilən halda bu, Kuhn-un düzgün istifadə edilməməsidir, çünki sosial elmlər «paradiqmatikə qədərki» olduğundan, o, özünün elmin inkişafı hesabatının onların tarixinə tətbiq edilə bilməyən olduğunu qeyd edirdi. Bundan başqa, idealizm və realizm kimi konstruksiyalar paradiqmin Kuhn-un təsvir etdiyi qaydada meyarına cavab vermir. Kuhn-un strukturu inkişafı göstərmək üçün istifadə edilsə də, onun təməl arqumenti bundan ibarət idi ki, ikinci tərtib mövqedən inkişaf haqqında danışmaq mümkün deyildir.

BM-in ənənəvi tarixşünaslığı çərçivəsində «böyük debatlar» silsiləsi görüntüsünün təşkili vasitəsilə, guya sahənin inkişaf tarixinin əhatə edildiyi barədə təsəvvür yaradılmışdı. Bu müntəzəmliyi və ya əlaqəsizliyi, əksər hallarda isə elmi inkişafı nümayiş etdirməyə xidmət edirdi. Sahənin tarixinin üç böyük ardıcıl debat ilə xarakterizə olunması inamı o qədər geniş yayılmış və hökmrandır ki, Waever-in qeyd etdiyi kimi «fənnin tarixini nəql etmək üçün yaradılmış heç bir başqa vasitə yoxdur» (1998: 715). Sahənin üç böyük debatı hekayəsi, Steve Smith (1995) və Kjell Goldmann-ın (1996) əsaslandırdıqları kimi, sahənin ən hakim avtoportretlərindən biridir. Bütün akademik fənnlər özlərinin fənni ziddiyətlər payına malik olduqları halda, praktiklərin çoxunun, sahənin tarixinin məxsusi olaraq bu müəyyənedici müzakirələrlə təyin edildiyinə inanması baxımından BM nadir hadisədir. Bu mövqe, debatların İkinci Dünya Müharibəsinin alovlanması, OPEC-in meydana çıxması, Vyetnam məğlubiyyəti və Soyuq müharibənin sonu kimi xarici təsirlər terminlərində izahı ilə gücləndirilmişdi. Beynəlxalq siyasət praktikasındakı dəyişikliklərin fənnin öyrənilməsi və tədrisində zəruri və birbaşa dəyişikliklərə gətirməsi sahədə çalışanların çoxu üçün izaha ehtiyacı olmayan kimi görünür. Məsələn, bu, İkinci Dünya Müharibəsindən sonra paradiqmin «idealizmdən» «realizmə» güman edilən dəyişməsinin standart izahıdır. Ola bilsin ki, sahənin ümumi tarixi haqqında iddialardan tənqidi cəhətdən ən çox öyrənilməli olanı üç böyük debatı postulə edəndir (Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Bütün müzakirələrin faktik olaraq aparılıb aparılmadığı tam dəqiq deyil və sahənin pərakəndə süni obyektlərinin (artefaktlarının) tədqiqi, bu çərçivələr daxilində baxılmasının tarixin ciddi təhrifinə gətirib-gətirməməsini soruşmağa sövq edir. Mən sahənin çoxlu sayda mübahisələrə meydan olduğunu inkar etmirəm, mən bunların sahənin üç böyük debatının şərti tarixçəsi anlayışlarında başa düşülməsinin məqbulluğuna şübhə edirəm.

Ənənəvi baxışlara görə Miles Kahler-in (1997) «sahənin təməl əfsanəsi» adlandırdığı ilk böyük debat müharibələrarası «idealistlərlə» müharibə-dən sonrakı «realistlər» arasında olmuşdur.[5 - Özləri-özlərinə ad qoymuş akademik realistlərin ilk nəslinə və onların ən nüfuzlu işlərinə E.H. Can-1939; George F. Kennan, 1951; Hans J. Morgenthau, 1948; Reinhold Niebuhr, 1940; Frederick L. Schuman, 1933; Georg Schwarzenberger, 1941; və Nicholas J. Spykman, 1942 daxildirlər.] Demək olar ki, hər bir tarixi hesabat etiraf edir ki, realistlər ilk debatı udmuşlar və nəticədə sahəni daha praktik və elmi istiqamətdə yönəltmişlər (Dunn, 1948; Fox, 1949; Guzzini, 1998; Kirk, 1947; M.J. Smith, 1986; Thompson, 1960). Realist görüşün ehtimal edilən bu üstünlüyü, sahənin İkinci Dünya Müharibəsindən əvvəlki yazarlarının etdiyi iddiaların təbiətinin, və hətta, erkən realist kimi qəbul edilənlərin çoxunun yazılarının da diqqətlə nəzərdən keçirilməsinin zəruriliyinə sanki ehtiyac olmaması fikrinə gətirmişdi. Son dərəcə cılızlaşdırılmiş müharibələrarası «idealistlər» diqqətlərini millətlər arasındakı siyasətin reallıqlarından daha çox, beynəlxalq siyasəti islah etmək üzərində cəmləşdirən utopik pasifist (sülh tərəfdarları) və leqalistlər (qanunuçular) kimi təsvir edilirdilər. Millətlər Liqası sisteminin pozulmasından sonra baş verdiyi fərz edilən «debat» Kuhn-un ifadələrində təsvir edilirdi. İdealistlərin daimi sülh gözlədikləri bir vaxtda, açıq-aşkar anomaliya kimi təsvir edilən və idealist paradiqmdə ciddi böhran yaradan İkinci Dünya Müharibəsi, son nəticədə idealist paradiqmi millətlər arasında hakimiyyət uğrunda daimi və hər yerdə gedən mübarizəni rasional izah etmək qabiliyyətinə görə ondan üstün olan realist paradiqm ilə əvəz edilməsinə gətirmişdi (Guzzini, 1998; Hollis və Smith, 1991; Vasquez, 1998). Hərdən idealistlər «nə olmalıdır»la məşğul olan kimyagərlər kimi, realistlər isə diqqətini siyasət elmini yaratmağın zəruri şərti olan «nə var» üzərində cəmləşdirmiş alimlər kimi təsəvvür edilirdilər (Carr, [1939] 1964). «İdealistlər» və «realistlər» arasındakı debatların bu tarixçəsi, sahənin öz tarixini başa düşməsinə güclü təsirini davam etdirir, və qismən, BM-in nə vaxtsa idealizmdə cücərdiyi, lakin İkinci Dünya Müharibəsindən sonra realizmi əhatə etmək dərəcəsində uğurlu olması haqqında hekayəni təkrarən söyləməyə olan sonsuz ehtiyacı nəzərə alır.

Ədəbiyyatdakı xarakterik təsvirinə görə, ikinci böyük debat, sosial elmlərə, xüsusən də politologiyaya artıq güclü təsir edən, və «ənənəçiləri» («tradisionalistləri») «davranışçılara», və ya «elmçilərə» qarşı qoyan davranışçı inqilab kontekstində baş vermişdi. Debat, «klassik yanaşma» adlandırdığı şeyi müdafiə etməyi fikirləşən Hedley Bull (1966) ilə, «elmi yanaşma» kimi tanınmağa başlayan şeyin ilk müdafiəçilərindən biri olan Morton Kaplan (1966) arasında intellektual mübadilə ilə rəmziləşdirilir. Amerikalı tədqiqatçılar arasında getdikcə artan hiss bundan ibarət idi ki, sahə elm mantiyası əldə etmək üçün lazım olan təməli itirir. Artıq müzakirə edildiyi kimi, realizm bir sıra paradiqmatik funksiyalar yerinə yetirsə də, bəzi tədqiqatçılar bildirirdilər ki, onun «hakimiyyət uğrunda mübarizə, insanın təbiətinə xas olan əsas bioloji hərəkətverici qüvvələrdən qaynaqlanır» kimi aprior fundamental prinsipi, eləcə də tarixi nümunələrə güclü vurğu edən metodologiyası sahənin elm statusu almasına mane olur.

Debat, siyasi elmdə olduğu kimi, təbiət elmlərinin metodlarının və ya ən azı onların elmin məntinqi-pozitivist filosofları tərəfindən hipotetik-deduktiv model kimi təsvir edilmişlərinin surətinin çıxarılıb, beynəlxalq siyasətdə istifadə etmək üçün uyğunlaşdırıla bilməsinə inananlarla, sosial dünyanın öyrənilməsinin təbiət elmlərinin dəqiq empirik metodlarına tabe olmadığını əsaslandıranlar arasında baş vermişdi. (Knorr və Rosenau, 1969; Morgenthau, 1946; Nicholson, 1996; Reynolds, 1973; Rogowski, 1968; Vital, 1967). Ənənəçilər və davranışçılar arasında debatın getdiyi dövrü George Liska «qəhrəmanlıq onilliyi» kimi təsvir etmiş və fərz etmişdir ki, əsas fikir ayrılığı «hər şeydən əvvəl Beynəlxalq münasibətlərlə maraqlananlar və, ilk növbədə, sosial elmin işlənilməsinə sadiq olanlar arasında» olmuşdur (1966: 7). Əlbəttə, pozitivist yanaşmanın üstünlükləri və məqsədəuyğunluğu haqqında debatlar azalmadı, lakin debatın, beynəlxalq siyasətin kumulyativ nəzəriyyəsinin inkişafı vəzifəsinə yardım edən elmi metodların geniş qəbulu və istifadəsi vasitəsilə, sahənin elmi müəyyənliyini gücləndirməsi haqqında ümumi fikir yarandı. Morton Kaplan-ın (1957) sistem nəzəriyyəsi, Karl Deutsch-ün (1953, 1964) rabitə (kommunikasiya) və kibernetika nəzəriyyəsi, Thomas Schelling-in (1960) erkən oyun nəzəriyyəsi, Richard Snyder, H.W. Bruck və Burton Sapin-in (1954, 1962) qərar qəbul etmə nəzəriyyəsini inkişaf etdirməsi və J. David Singer və Melvin Small-ın (1972) məlumatlar toplaması və Michigan Universitetindəki müharibə layihəsi ilə əlaqələndirməsi, adətən sahənin elmi müəyyənliyinə töhfə kimi baxılır.

Üçüncü debatın tarixi hesabatı digər ikisininkindən daha iddialı olmağa meyl göstərir, lakin ümumi halda, 1980-ci illərin əvvəllərində realist, plüralist və strukturalistlər arasında baş vermiş paradiqmlərarası debat kimi təsvir edilir. (Banks, 1985; Maghroori, 1982; Olson və Groom, 1991; Waever, 1996). Üçüncü debatın tarixi mənşəyinin izahında deyilir ki, 1970-ci illərdə beynəlxalq siyasət sahəsində, xüsusən də iqtisadi sferada, habelə sülh və təhlükəsizlik problemləri ilə əlaqədar baş verən hadisələr, realizmin dövlətlərarası siyasətin təbiəti haqqında əsas fərziyyələri ilə sanki ziddiyyət təşkil etməyə başladıqda, realizm müəyyən çətin dövrlər keçirmışdır (S. Smith, 1987). Ümumiyyətlə belə hesab edilir ki, bu uyğunsuzluğun səbəbindən Robert Keohane və Joseph Nye-nin ([1977] 1989) «mürəkkəb qarşılıqlı asılılıq» nəzəriyyəsi, Immanuel Wallerstein-in (1974, 1980) «dünya sistemi nəzəriyyəsi», John Burton-un «hörümçək toru nəzəriyyəsi» (1972) və «asılılıq nəzəriyyəsi» (Cardoso və Faletto, 1979; Evans, 1979) kimi alternativ «yanaşmalar» yaranmış, və bilavasitə realizmin bir-çox mərkəzi prinsipləri şübhə altına alınsmışdı. Ən əsası, realizmin tənqidçiləri dövlət-mərkəzliliyin özək tələbinə –beynəlxalq siyasətin vəziyyətini müstəqillik qarşılıqlı asılılıqdan daha yaxşı xarakterizə edir, və «yüksək siyasətlə» (yəni hərbi və təhlükəsizlik məsələləri) «aşağı siyasət» (yəni iqtisadi, ekoloji və insan hüquqları məsələləri) arasında dəqiq fərq qoyula bilər fikirlərinə hücum edirdilər. Belə fərz edilirdi ki, ayrıca Beynəlxalq Siyasi İqtisadiyyat alt-sahəsinin yaranması (Katzenstein və başqaları, 1999) qarşılıqlı asılılığa artan diqqət kontekstində baş vermişdir (Cooper, 1968; Rosecrance və Stein, 1973). Waltz-un Theory of International Politics (1979) əsərinin nəşrinin realizmə, sürətlə yeni ortodoksallığa (ehkama) çevrilməyə başlayan neorealizm formasında, yeni həyat verdiyi fikrini əsaslandırmağa çalışsa da, üçüncü debatın hesabatlarının heç də tam əksəriyyəti realizmin qalib gəlməsi nəticəsini çıxarmır. Waever-ə görə ilk iki «böyük debatdan» fərqli olaraq, «üçüncü debat» «qalib gəlmək üçün deyil, çoxrəylik şəraitində yaşamaq üçün debata bənzəyirdi» (Waever, 1996:155). Başqa sözlə, neorealizmin hakim mövqe tutduğunun iddia edilməsi, liberal (plüralist) və ya Marksist (qlobalist) yanaşma metodu tərəfdarlarının BM haqqında mülahizələrə yardımlarını dayandırması mənasını daşımırdı, və bəziləri ümumiyyətlə bu üç «paradiqmin» nə vaxtsa bir-biri ilə yarışdığını şübhə altına alırdı. Fənn tarixinin «üçüncü debat» ifadələrində başa düşülməsindəki qarışıqlığın yarandığı bu dövrə, sahədəki əsas yanaşma istiqamətlərinin hamısına kəskin tənqidi münasibətdə olan çoxlu sayda post-pozitivist yanaşmaların meydana çıxmasını da əlavə etmək olar (Der Derian və Shapiro, 1989; George və Campbell, 1990; Peterson, 1992). Yosef Lapid-ə görə sahənin pozitivist epistemioloji əsasları olacağı gözlənilən şeylərə feministlər, Frankfurt Məktəbinin tənqidi nəzəriyyəçiləri və post-strukturalistlərin hücumu, Lapid-in «post-pozitivist dövrdə nəzəri üsulların yenidən qiymətləndirilməsi üçün cəhdlərdən» ibarət olduğunu iddia etdiyi «üçüncü debatın» başlanmasına işarə oldu (1989: 237). Ədəbiyyatın «üçüncü debat» yarlığı altında yerləşən fundamental fərqli iki mübahisəyə eyni zamanda iqtibas edə bilməsi, sahənin tarixinin belə anlanılmasında nəyinsə ciddi səhv olduğunu göstərmək üçün kifayət olmalıdır.