banner banner banner
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Оценить:
 Рейтинг: 0

Beynəlxalq Münasibətlər üzrə bələdçi

Böyük Debatların təsvirində düzgün olmayan nədir?

Fənn tarixçilərinin ən yeni dəstəsinin bütün üzvləri sahənin portretinin təkrar debatlar silsiləsi ideyasından çıxarılmasının özünəməxsusluğunu qeyd edir, və sahənin tarixinin bu tərzdə nəzərdən keçirilməsində müəyyən prolemlərin olduğunu vurğulayırlar (Goldmann, 1996; Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Sahənin tarixinin üç böyük debat çərçivəsində başa düşülməsində o qədər problem və çətinliklər mövcuddur ki, sahənin inkişaf etməsi haqqında bu hesabatın müzakirəsini sadəcə olaraq kənara qoymaq bizim üçün daha yaxşı olardı. Əvvəla, diqqət sahənin tarixinin detallarına yönəldildikdə, üç debatın hamısının faktik olaraq baş verdiyi, heç də tam aşkar deyildir. Bu, xüsusilə birinci «böyük debatla» əlaqədardır (Wilson, 1998). İkincisi, debatların stilizə edilmiş variantları, faktik olaraq, baş vermiş mübahisələrin xarakterinə kifayət qədər diqqət yetirmir. Üçüncüsü, diqqətin yalnız üç böyük debat üzərində cəmləşdirilməsi nəticəsində çoxlu miqdarda başqa, və son dərəcə mühüm fənni müzakirələr diqqətdən kənarda qalmaqda davam edir. Nəhayət, sahənin tarixinin tərtib edilməsi üçün böyük debatların analitik çərçivəsinin istifadə edilməsi, sahəyə onun faktik tarixinin təmin etdiyindən daha artıq məntiqi əlaqəlilik görkəmi verən mühafizəkar addımdır. (Waever, 1998).

Sahə tarixinin son tədqiqatlarının gözlənilməz tapıntılarından biri ondan ibarət olmuşdur ki, geniş yayılmış inamın əksinə olaraq, idealist paradiqm kimi təsvir edilənə bənzər hər hansı bir şeyin tərəfdarı olan Utopik tədqiqatçıların sahədə heç vaxt hökmranlığı olmamışdır (Baldwin, 1995; Kahler, 1997; Little, 1996; Long, 1991; Long və Wilson, 1995; Osiander, 1998; Schmidt, 1998a, 1998b; Wilson, 1998). Çox hallarda BM sahəsinin şüurlu və təsisati üzvü olan, eyni zamanda da, adətən «idealizm» və ya «utopiyaçılıq» ('utopianism') adlandırılan konstruksiyalarla əlaqəli prinsipləri rəhbər tutan tədqiqatçı tapmaq çətindir. İki müharibə arasındakı dövrün alimlərinin beynəlxalq siyasətin praktikasını yenidən qurmaq vəzifəsini daşıdıqları bir faktdırsa da, ikinci tərtib meta-praktikaların təbiətinə xas olan bu məqsəd sahənin tarixini canlandırmaqda davam edirdi. Mən bildirirəm ki, bu məqsəd öz-özlüyündə utopik deyil, və görülən işləri Utopik kimi qiymətləndirmir. Yaxından nəzər saldıqda, «idealist» yarlığı yapışdırılanların çoxu onların köməkçi ədəbiyyatda təsvirindən kifayət qədər fərqlənən mövqeyə aid olurlar. Müharibələr arası dövrün BM tədqiqatlarına yapışdırılmış sıravi idealizm yarlığı, beynəlxalq siyasətin başa düşülməsinə yönəlmiş müzakirələrin faktik xarakterini ciddi surətdə təhrif edir (Osiander, 1998; Schmidt, 1998a; Wilson, 1998). İdealist yarlığı, sahənin tarixinin formalaşdığı illəri ciddi surətdə təhrif etməkdən başqa, indi və keçmiş arasında mövcud olan dərin məntiqi varisliyi başa düşməyi çətinləşdirir.

Ola bilsin ki, ən mühüm miras BM sahəsinə fərqləndirilə bilən məntiqi (diskursiv) mənsubluq vermiş anarxiya anlayışıdır. BM-in təsisati tarixi ilə yaxından tanış olmayanlara anarxiya yeni kəşf edilmiş, və özünü ictimai elmi tədqiqatların son alətlərinə icarəyə verən hansısa bir tədqiqat tapmacası kimi görünə bilərsə də, anarxiya və onunla sıx əlaqədə olan suverenlik anlayışı sahənin təkamülü boyu əsas təsisati prinsip kimi xidmət göstərmişdir. (Schmidt, 1998b). Müharibələrarası tədqiqatçılar müharibə və sülhün səbəblərinin təhlilini əhatə edən müzakirə predmetinin anarxiya şəraitində suveren dövlətlərin mövcud olmasından doğan problemlərlə birbaşa əlaqəsi olduğunu dəqiq bilirdilər (Dickinson, 1916,1926). Müharibələrarası dövrdə yazanların çoxu başa düşürdülər ki, suverenlik və anarxiya mürəkkəb qaydada əlaqəli, və bir-birini qarşılıqlı təsis edəndir, və bu, müharibələrarası dövrdəki müzakirələrin çoxunun niyə dövlət suverenliyi anlayışı üzərində cəmləndiyini izah edir. Dövlət haqqında tədqiqatlarında siyasət alimləri dövlət süverenliyinin daxili və xarici aspektləri, eləcə də daxili və beynəlxalq siyasət arasında nəzəri əlaqə yaratmışdılar. 1900-cü illərin əvvəllərində siyasi elmi öyrənmək üçün ən təsirli paradiqm (anlayışlar sistemi) olan dövlətin hüquqi nəzəriyyəsi, beynəlxalq şəraiti dövlətlərin müstəqil və izolə edilmiş həyat sürdüyü mühit kimi təsvir edirdi (Willoughby, 1918). Hüquqi nəzəriyyənin tərəfdarları, dövlətlərin xarici vəziyyətini təsvir etmək üçün təbiət şəraitində yaşayan fərdlərin müqaviləyə (demokratiyaya) qədərki obrazına müraciət edir, realistlərin mərkəzi hakimiyyətin olmadığı şəraitdə aparılan siyasət haqqında çıxardıqlarına bənzər bədbin nəticələrə gəlirdilər.

1920-ci illərin əvvəllərində hüquqi nəzəriyyə həm politologiya, həm də BM barədə mülahizələri fundamental surətdə dəyişdirən plüralizm nəzəriyyəsini kollektiv surətdə irəli sürmüş mütəfəkkirlərin yeni qrupu tərəfindən şübhə altına alındı. (Gunnell, 1993; Little, 1996; Schmidt, 1998b). Harold Laski (1921, 1927) və Mary Parker Follett ([1918] 1934) kimi plüralistlər bildirirdilər ki, hüquqi nəzəriyyə müasir qarşılıqlı-asılılıq şəraitinə heç cür uyğun deyil və bu da aydınca göstərir ki, dövlət artıq hər şeyə qadir və hakimiyyətin bütün digər mənbələrindən asılı olmayan deyildir. Beynəlxalq siyasətin, plüralistlərin aksioma kimi qəbul etdikləri qarşılıqlı asılılıq xüsusiyyəti və çoxlu sayda beynəlxalq dövlət ittifaqlarının mövcudluğu (Reinsch, 1911), digər aktyorlarla münasibətdə hər bir milli dövlətin tam suveren olması haqqında fərziyyələrin doğruluğuna ciddi şübhə yaradırdı. Hüquqi nəzəriyyənin plüralist tənqidi ilə qarşılıqlı asılılıq barədə 1970-ci illərdə aparılmış debatlar arasında çoxlu oxşarlıqlar olsa da, sonrakılarda əvvəlki mülahizələrin mövcud olması barədə heç bir etiraf yoxdur (de Wilde, 1991). Richard Little belə mühakimə yürüdür ki, plüralizmin intellektual mirasının kölgədə qoyulmasının əsas səbəblərindən biri «fənnin bu orijinal ədəbiyyata idealist yarlığı vurulmasını qəbul etməyə hazır olmasından» irəli gəlirdi (1996: 69). «İdealist yarlıq» müharibələrarası tədqiqatçıların beynəlxalq təhlükəsizlik (Baldwin, 1995) və beynəlxalq təşkilatların öyrənilməsinə yanaşması tərzinə də kölgə salmışdı. Müharibələrarası tədqiqatlar çox vaxt Millətlər Liqasının uğursuzluğu ilə əlaqələndirilsə də, bu dövrdə yazanların heç də hamısı belə hesab etmirdi ki, bu yeni beynəlxalq təşkilatın yaradılması öz-özlüyündə beynəlxalq siyasətin məntiqini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir (Duggan, 1919; Hicks, 1920). Beynəlxalq təşkilatların öyrənilməsi ilə məşğul olanlar üçün ən təxirə salınmaz nəzəri problem, dövlət suverenlyi haqqında müxtəlif konsepsiyaların Millətlər Liqasının fəaliyyəti ilə hansı tərzdə uyğunlaşdırılacağı ilə bağlı idi. Əlbəttə bu, Birləşmiş Ştatlarda beynəlxalq təşkilatların öyrənilməsinə müəyyən forma vermək üçün məsul şəxs olan Pitman Benjamin Potter üçün də belə idi (Potter, 1923, 1925).

Lakin müharibələr arası dövrü digərlərindən idealizmin fərqləndirdiyi barədə fikrin təkzib edilməsi, heç də İkinci Dünya Müharibəsindən sonra sahənin vurğuların dəyişməsinə məruz qalması fikrinin rədd edilməsinə əsaslanmır. 1940-cı illərin əvvəllərinə artıq aydın idi ki, sahədə keçid baş verir və bunun ən bariz ifadəsi sahədə aparılan tədqiqatların mərkəzi obyektinin beynəlxalq siyasətin yox, beynəlxalq təşkilatların öyrənilməsi olmalı olduğu haqqında mübahisələr idi (Dunn, 1948; Fox, 1949; Kirk, 1947; Schuman, 1933; Schwarzenberger, 1941). Sahənin vurğularının dəyişməsinə ixtisasa saxta «realist» mənsubiyyəti altında daxil olanlar cavabdehlik daşısalar da, BM haqqında müharibədən əvvəlki və sonrakı mülahizələr arasındakı fərqləri həddindən artıq şişirtmək lazım deyildir. İkinci Dünya Müharibəsindən əvvəl yazanlar kimi, «realistlərin» də çoxunun məqsədi güc (hakimiyyət) haqqında həqiqəti demək idi. Həm politologiya, həm də BM mülahizələrinin dərin təsirinə məruz qalmış emiqrant alimlər üçün bu xüsusilə belə idi. E.H. Carr ([1939] 1964), Hans J. Morgenthau (1948) və Frederick L. Schuman-ın (1933) yazdıqlarının diqqətlə oxunması, onların işlərinin, idealizm və realizm arasındakı şübhəli dixotomiya (haçalanma) terminlərində nəzərdən keçirilməsi səbəbindən tamamilə kənarda qalmış əvvəlki mülahizələrlə çoxlu sayda əlaqələri aşkarlayır. Morgenthau və digər «realistlərin» «beynəlxalq siyasəti» sahənin nüvəsinə çevirməyə kömək etdikləri həqiqət olsa da, İkinci Dünya Müharibəsindən əvvəlki dövrün müəlliflərinin «yeni» güc siyasəti modelinin təməl fərziyyələrinin əksəriyyəti ilə tanış olmaması həqiqət deyildir (Bryce, 1922; Reinsch, 1900). Sahənin tarixinin ardıcıl olmayan eksponatları nəvaxtsa müharibələrarası və İkinci Dünya Müharibəsindən sonrakı dövrün tədqiqatçıları arasında, müxalif nəzəri mövqelər və ya anlayışlar sistemlərinin intellektual mübadiləsi mənasında, debatın baş verməsi fikrinin lehinə kifayət qədər dəlil vermir.

Sahə tarixinin müharibələrarası dövrünün bu yaxınlardakı tədqiqatları ilə müqayisə etsək görərik ki, adətən «ikinci böyük debat», və ya «ənənəvilik elmiliyin əksinə debatı» ilə əlaqələndirilən detallar diqqətlə və sistemli tədqiq edilməmişlər. Deməli bu daha sonrakı dövr kifayət qədər yaxşı başa düşülməmişdir, və əlavə tədqiqata ehtiyac vardır. Adətən sahənin elmi statusu haqqında debat kimi nəzərdən keçirilən ikinci debat haqqında mövcud olan ədəbiyyatda ziddiyyətlərin xarakterinin iki müxtəlif hesabatı irəli sürülmüşdü. Ziddiyyətlərin başlanğıcdakı hesabatlarının çoxu bunu sahədəki əsas dəyişikliklərə öz töhfəsini vermiş «böyük debat» elan edirdi (Bull, 1972; Kaplan, 1966; Lijphart, 1974a, 1974b). Məsələn Lijphart iddi edirdi ki, 1960-cı illərin «ənənvilik-elmilik» debatı əvvəllər idealizm və realizm arasında aparılmış olandan daha əhəmiyyətli və fundamental olmuşdur (1974a: 11). O, iddia edirdi ki, BM-də davranışçı inqilab ənənəvi realist paradiqmanın müstəqil tələbləri ilə böyük fikir ayrılığına malik yeni «davranışçı paradiqma» ilə nəticələnmişdi.Bu baxışa görə, ənənəçilər, yəni beynəlxalq siyasətin öyrənilməsinə hüquqi, fəlsəfi, tarixi və ya induktiv nöqteyi nəzərdən yanaşanlar, təbiət elmlərinin metodlarına bənzəməyə çalışan elmi yanaşma kimi qəbul edilmiş şeydə uğursuz olmuşlar. Nəticədə BM daha elmi olmuş, realizm özünün hakim mövqeyini itirmiş və sahə başqa ictimai elmlərlə daha da uyğunlaşdırılmışdır.

John Vasquez-in nüfuzlu The Power of Power Politics (1983) kitabı ilə «ikinci debat» barədə alternativ təsəvvür – əslində mübahisənin daha çox metodoloji məsələlərlə məhdudlaşmış və beynəlxalq siyasətin müzakirə obyektinin mühüm cəhətlərini əhatə etməyən psevdo debat olduğunu iddia edən təsəvvür, meydana çıxmağa başladı. (Guzzini, 1998; Hollis və Smith, 1991; Holsti, 1985, 1998; Vasquez, 1998). Vasquez (1983) göstərməyə çalışırdı ki, davranışçılar əsasən realist anlayışlar sistemi çərçivəsində işləyir və sahənin metodoloji mandatlarını irəli aparmağa çalışırdılar. Bu mənada, debat «yeganə [realist] nəzəri istiqamət daxilində» aparılan «metodoloji debat» şəklində qurulmuşdu, və «bu yanaşma daxilində tədqiqatı necə aparmaq haqqında» idi (Hollis və Smith, 1991: 31). Holsti bu mövqeni təsdiq edir və bildirirdi ki, «davranışçı inqilab dünyaya baxışın yeni yolunu, yeni anlayışlar sistemini, və ya normativ problemlərin yeni dəstini yaratmamışdı» (1998: 33). Bu təftişçi yozumun ən əhəmiyyətli nəticələrindən biri, «sahənin özü mübarizə aparan yanaşmalar və nəzərdə tutduğu nəzəriyyələr haqqında mülahizələrin hamısından daha ardıcıl, sistemli və hətta ümumi olmuşdur» mövqeyidir (Vasquez, 1998: 42).

Mən bu hesabatların hər birinin müəyyən məziyyətə malik olduğunu qəbul etsəm də, fikrimcə onlardan heç biri 1950 və 1960-cı illərdə aparılmış mübahisələrin xarakterini kifayət qədər əhatə etmir. Bu dövrü əhatə etməyin bir yolu hadisələri mülahizələrin tərtibi haqqında Gunnell strukturu çərçivəsində nəzərdən keçirməkdir. Davranışçı debatı xarakterizə edən əsas məsələ BM-in, ikinci tərtib mülahizə kimi, idraki hakimiyyəti problemi idi. Xüsusən də Amerika kontekstində, getdikcə daha çox qəbul edilməyə başlanırdı ki, elm biliyin hakimiyyətini təmin etmək üçün model verir; və 1950 və 1960-cı illər dövründə, eləcə də bu dövrdən əvvəl və sonra, axtarışlar təbiət elmlərində tədqiqat qanunları hesab edilənlərin oxşarını tapmaq istiqamətində idi. Beynəlxalq siyasət barədə elmi cəhətdən etibarlı və praktikaya rəhbərlik edə biləcək biliklər toplusunu əldə etmək vəzifəsi həmişə sahənin müəyyən edilmiş məqsədi olmuşdu. Zaman keçdikcə dəyişən isə elmə aid ideyanın məzmunu idi.

Sahənin tarixinin diqqətlə öyrənilməsinə laqeyd yanaşmanın nəticələrindən biri Chicago politologiya Məktəbi üzvlərinin işlərinin layiq olduğu səviyyədə tanınmaması olmuşdur. 1920 və 1930-cu illərdə Harold Lasswell, Charles Merriam və Quincy Wright hesab edirdilər ki, onlar universal siyasət elmi yaratmaq fəaliyyətinin mərkəzindədirlər (Fox, 1975; Kahler, 1997). William T.R. Fox-un qeyd etdiyi kimi, 1948-ci ildə World Politics nəşr edilməyə başlanarkən, BM-in akademik öyrənilməsini formalaşdıran iki müxtəlif fikir məktəbi mövcud idi: realist məktəb və Merriam-ın başçılıq etdiyi, «kökləri vətəndə istehsal edilmiş Amerika politologiyası, plüralist anlayışlar sistemi və insan zəkasının tədricən daha yaxşı dünya yaratmaq gücünə möhkəm inamda olan» məktəb (1975: 597). Chicago məktəbinin beynəlxalq siyasət elmi ilə əlaqədar ideyası, Beynəlxalq münasibətlərə, diqqəti yerli səviyyədən qlobal səviyyəyə qədər assosiasiyaların geniş diapazonunda gücün (hakimiyyətin) rolu üzərində cəmləyən daha əhatəli yanaşmanın ayrıca alt-bölməsi kimi baxmaq idi .

Davranışçıların 1950 və 1960-cı illərdə sahəyə gətirdiyi elm ideyasının niyə başlıca olaraq beynəlxalq sistem üzərində cəmləşməsinin çoxlu sayda izahı mövcuddur (Kaplan, 1957; Rosenau, 1969). Davranışçı hərəkat üçün sistem ideyası mərkəzi olmuşdur, lakin onun BM-ə tətbiqi bir sıra fərqli və problematik xüsusiyyətlərə gətirmişdir. Politologiyada sistemli yanaşmanın (Easton, 1953) təyinatı, davranışçıların arxaik və fənnin geridə qalmasının səbəbi hesab etdikləri dövlətin öyrənilməsini əvəz etmək idi. Bununla belə, sistem anlayışının davranışçı fikrin təsirinin sonradan meydana çıxdığı, və realizmin hakim olduğu BM-in daxilində qəbul edilməsi, dövlətlər arasındakı qarşılıqlı təsirin mərkəzi rolunu əvəz etmirdi, çünki bu, sahənin müəyyənliyinin özünü zərbə altına qoymaq olardı (Little, 1978, 1985). «Beynəlxalq sistemə» aid edilən xassələr başlıca olaraq vahidlərin (dövlətlərin) müfəssəl və getdikcə artan kəmiyyət təhlillərindən alınırdı. (Buzan və Little, 2000). Sistemlər metodu ümumi sistemin əksi kimi vahidlərə aid edilməli olan nisbi çəki məsələsini əhatə edən, «təhlil səviyyəsi problemi» adlandırılmış şeyə gətirirdi (Buzan, 1995; Hollis və Smith, 1991; Singer, 1969). Sistemlər nəzəriyyəsini yaratmaq üçün Waltz-ın (1979) sonrakı cəhdi mikro-iqtisadiyyat modelinə əsaslanır, və sistemçi alimlərin əvvəlki nəslinin ayağına yazdığı reduksionizm (ixtisar etmə) problemini aradan qaldırmağa çalışırdı. Beynəlxalq sistem anlayışının son dərəcə mübahisəli olduğunu deməkdə Buzan və Little (2000) haqlı görünsələr də, hesab edirəm ki, ikinci debat terminlərində nəzərdən keçirilmiş bu dövrün diqqətli təftişi hazırki söhbətə aydınlıq hissi əlavə edə bilər.

«Böyük debatın» olması fikrini qəbul edib-etməməyimizdən asılı olmayaraq mühüm olan odur ki, biz, «elmiliyin artan tətbiqi sahənin inkişafı üçün edilmişdi» nəticəsinin rolunu kiçiltmirik. Bu, birinci növbədə, BM-in öz intellektual muxtariyyətini, yeni meydana çıxmış və hansı səbəblərdənsə daha elmi təsir bağışlayan çoxlu sayda qohum sahələrə uduzması ilə nəticələndi. Bu açıq-aşkardır və mən təəssüflə sahəni saran mikro-iqtisadi təhlil modellərindən, və onlardan kəsilməz olaraq alınan borclardan danışıram. İkincisi, elm qarşısında məsuliyyət biliyə pozitivist yanaşmanı təqlid etmək istəyən Amerika tədqiqatçıları icması ilə, qalan dünyanın beynəlxalq siyasətin bu tərzdə öyrənilməsinə dərin şübhə ilə yanaşan əsas hissəsi arasında uçurumun genişlənməsinə öz payını verdi. Məsələn, İngilis məktəbinin üzvləri Hedley Bull, Herbert Butterfield, John Vincent, Martin Wight və başqaları «Beynəlxalq münasibətlərin elmi öyrənilməsi imkanına bədbin yanaşırldılar» (Dunne, 1998: 7). Onlar diqqəti «beynəlxalq cəmiyyət» adlandırdıqları, tarix, mədəniyyət, din və fəlsəfənin öyrənilməsini əhatə edən şeyin üzərində cəmləmək istəyirdilər. (Dunne, 1998; Epp, 1998; Grader, 1988; Little, 2000). İstənilən halda, Britaniyadan olan bütün tədqiqatçılarınkı kimi, onların da işlərinə Amerika tədqiqatçıları tərəfindən bu yaxınlara qədər məhəl qoyulmurdu. Üçüncü nəticə politologiya və Beynəlxalq münasibətlər nəzəriyyələri arasında boşanma oldu (Boucher, 1998). Siyasi fikir tarixi politologiyadakı davranışçıların hücum-larının mərkəzi obyektinə çevrilən kimi, beynəlxalq siyasi nəzəriyyənin öyrənilməsinin sahənin elmi mandatını artıra biləcəyi ideyasından imtina edildi. Dördüncüsü, siyasi nəzəriyyə və beynəlxalq nəzəriyyənin haçalanması normativ məsələlərin izoləsinə gətirdi, və vasitəsilə «özləri müstəqil olaraq təhlilin obyekti olmayacaqları halda normativ məsələləri təhlilə daxil etməyin, sadəcə olaraq, dəbdən düşmüş və qeyri-akademik» olmağa başladığı və Steve Smith-in «qırx illik dolayı yol» adlandırdığı şeyə öz payını verdi (1992: 489). Sahə yalnız bu yaxınlarda bu dolayı yoldan geri qayıtmağa başlamış və nomativ beynəlxalq siyasi nəzəriyyəni yenidən kəşf etmişdir.

Sahənin tarixini anlamaq üçün «böyük debatlar» strukturunun istifadə hüdudları, 1980-ci illərə, «üçüncü böyük debat» adlandırılan şeyə nəzər saldığımız zaman açıq-aşkar görünür. Qismən özünün təsisati inkişafı nəticəsində sahə getdikcə daha çox plüralist olmağa başladığından, debatlar bolluğunun olacağı görünür. «Üçüncü debatın» əvvəllər gətirilmiş iki variantına – anlayışlar sistemləri arasında və post-pozitivist debatlara əlavə olaraq neorealizm və neoliberalizm (Baldwin, 1993; Kegley, 1995); rasionalistlər və reflektivistlər (Keohane, 1988; Walker, 1989); rasionalistlər və konstruktivistlər (Katzenstein və başqaları, 1999; Ruggie, 1998; Wendt, 1999; bax, habelə Fearon və Wendt, bu kitabda Fəsil 3); «hücumçu» və «müdafiəçi» realistlər (Mearsheimer, 1994/1995; Schweller, 1996); kommunaçılar və kosmopolitlər (Brown, 1987, 1992; Hoffinan, 1988) arasında da debatlar mövcuddur. Konstruktivizm, feminizm, realizm və post-strukturalizm kimi konkret yanaşmaların özlərinin daxilində də çoxlu sayda debatlar olduğundan, gətirilmiş siyahı ümumi mənzərənin kiçik bir hissəsini əks etdirir.

Əgər bu son hadisələr üçün adekvat tarixi baxışı təmin etmək çətindirsə, bütün mübahisələri bir nəhəng debatın ümumi kütləsinə qatmaq, sadəcə olaraq, qeyri-mümkündür. Debatlara bizim hansı ümumi xüsusiyyətlər aid edəcəyimizdən asılı olmayaraq, bu, sahənin ən son tarixini başa düşməkdə bizə kömək etməyəcəkdir. Waever bildirirdi ki, son dövrlərdəki quruculuğun ayrıca götürülmüş üçüncü debat terminlərində baxılmasının yaratdığı qarışıqlıqdan qaçmağın bir yolu, «dördüncü debata» qədəm qoyduğumuzu etiraf etməkdir (1996). Sahədəki bir sıra başqaları kimi (Lapid, 1989; Smith, 2000; Vasquez, 1995), Waever də güman edir ki, biz tənqidi nəzəriyyə, post-strukturalizm, post-modernizm, eləcə də konstruktivizm və feminizmin post-pozitivizm yarlığı altına düşən xüsusi variantları kimi yanaşmalarla, onun rasionalist ortodoksallığa sadiq olduğunu iddia etdiyi əsas cərəyan arasında dəqiq fərq qoyuruq. Belə görünür ki, sonuncu Waever-in (1996) “neo-neo-sintez” adlandırdığı şeyin (hansının ki, çərçivəsində 1980-ci illərdə neoliberalizm və neorealizm rasionalist tədqiqat proqramına ümumi uyğunlaşmaları nəticəsində faktik olaraq fərqləndirilə bilməyən hala gəlmişdi) nəticəsidir. Konstruktivizmə edilən yeni vurğuya baxmayaraq, bu “neo-neo-sintez” baxışları sahənin təməl bölmələrini hələ də neoliberalizm və neorealizmin təmsil etdiyi ABŞ-ın daxilindən onun xaricində daha populyardır.

Post-pozitivizm sahənin hazırki mənsubiyyəti və tərkibinə əhəmiyyətli miqdarda meta-nəzəri işıq salmışdır. Nəzəriyyənin təbiəti üzərində fikirləşmək fəaliyyəti, BM-dəki mülahizələrin əhəmiyyətli hissəsini əhatə edirdi. Pozitivizmin şübhə altına alındığı başqa sahələrdə olduğu kimi, BM-dəki post-pozitivistlər də sahənin başlanğıcını İntibah dövründən götürdüyü güman edilən ənənəvi epistemoloji təməllərini qiymətləndirərkən, artıq onlara siyasi tədqiqatda legitimlik barədə nüfuzlu qəraralar çıxarmaq üçün fəlsəfi mənada müdafiə edilməsi mümkün olan əsaslar kimi baxmırdılar. Bununla da, «post-pozitivizm dünya siyasətinin elmi öyrənilməsini ciddi böhrana salmışdı» (Vasquez, 1995:234). Belə «alternativ» və ya «dissident» yanaşmalardan çoxu sahənin ənənəvi pozitivist təməllərinin ziddiyyətlərini açmağa, və daha çox səslərin və ya nəzər nöqtələrinin eşidilməsinə imkan verəcək radikal anti-təməlçiliyi daxil etməyə çalışır. Bəziləri buna BM-in, hazırda sahənin predmetini əhatə edən məsələlər haqqında fikirləşmək üçün əlavə yer ayıracaq qaydada, yenidən qurulmasına gətirəcək tədbir kimi baxırlar (George, 1994; George və Campbell, 1990; Neufeld, 1995). Digərləri üçün, post-pozitivizm, xüsusən də postmodernizm relyativizmlə bağlı təhlükəni ortaya çıxarmışdır, çünki alimlərin həqiqət üçün trans-contekstual bazis təmin etmək səlahiyyətlərini sarsıdır (Rosenau, 1990; Vasquez, 1995).

Müxtəlif post-pozitivist yanaşmaların sahənin plüralist xarakterinə öz payını verməsinə, çoxlu sayda maraqlı ədəbiyyat kütləsi yaratmasına və sahəni yeni meta-nəzəri suallar ləşkərinə qarşı dayanmağa vadar etməsinə çox az şübhə olsa da, sahənin hakim nüvəsinə onların təsirinin nə dərəcədə böyük olması hələ də aydın deyildir. Əvvəlki «alternativ» yanaşmalarda olduğu kimi post-pozitivist tənqidin də başlıca hədəfi realizm idi, lakin realizm bu və ya digər formada yaşayır və BM sahəsinin ənənəvi qaydada müəyyən etdiyi beynəlxalq siyasəti izah etmək üçün çoxlarının zəruri ilkin fərziyyələr kimi müzakirə edəcəyi şeyləri təmin etməkdə davam edir (Grieco, 1997; Jervis, 1998; Mearsheimer, 1994/5). Bu, hazırki əsas cərəyanın 1980-ci illərin əvvəlindən sahəyə qədəm basmış alternativ yanaşmaların hamısından daha artıq konstruktivizmin realizm barədə fərziyyələrin çoxunu qəbul edən xüsusi Wendt konsepsiyasını niyə ciddi qəbul etməsini qismən də olsa izah edə bilər. Sahədəki tənqidçi alimlərin bəzilərinin narahatçılığına rəğmən Wendt (1999) bəyan edir ki, konstruktivizmin ona məxsus olan variantı ideyaların, normaların və mənsubiyyətin formalaşdırılması prosesinin rolunu nümayiş etdirməyə, eyni zamanda realist dünyagörüşünə və pozitivist epistemologiyaya abunə olmağa qabildir. Bunula da, sahənin vəziyyəti haqqında ən son ədəbiyyatın bəziləri konstruktivizmi sahənin ən yeni metodu, və ya beynəlxalq siyasəti öyrənmək üçün anlayışlar sistemi elan edir (Katzenstein və başqaları, 1999; Walt, 1998).

NƏTİCƏ

Bizdə sahənin tarixini artıq bilirik kimi bir hiss olsa da, mən sahənin inkişafı haqqında geniş yayılmış tarixçədə çoxlu problemlər olduğunu göstərməyə çalışmışam. BM-in tarixi haqqında ən son işlərdən bəzisi fərz edir ki, sahə barədə bizim hakim təsəvvürlərimizdən çoxu əfsanədən başqa bir şey deyil (Booth, 1996; Kahler, 1997; Wilson, 1998) və belə əfsanələrlə bağlı olan problemlərdən biri onların tez-tez keçmişi təhrif etməsi ilə yanaşı, indini də yanlış məlumatlandırmağı davam etdirməsidir. Sahənin tarixinin öyrənilməsi sadəcə olaraq antikvarlıq məşqi deyil, onun yarandığı intellektual köklərin başa düşülməsi vasitəsilə sahənin müasir xarakterini tənqidi yoxlamaq imkanlarımızı artırmaq cəhdidir. Fənnin müəyyənliyi ilə sahənin tarixini başa düşmək tərzimiz arasında sıx daxili əlaqə vardır. Daim müəyyənlik böhranlarına məruz qalmış kimi görünən sahənin əvvəldə müzakirə etdiyimiz müəyyənliklərinin bəzilərinin diqqətlə nəzərdən keçirilməsi məhsuldar tədqiqat gündəliyi təmin edir. Özünün məxsusi intellektual köklərini tədqiq etmək və belləliklə də keçmiş və gələcək arasında müəyyən varisliyi aşkar etmək üçün müxtəlif yanaşmalardan istifadə etməyə sahənin kifayət qədər imkanları var. Belə bir işin görülməsi, kifayət qədər köhnə bir şeyin təzə kimi qələmə verilməsi meylinin qarşısını almağa da kömək edərdi.

Sahənin tarixini digər tədqiqat sahələrinə edilən intellektual hörmət səviyyəsində tədqiq etmək üçün, cəlb edilən nəzəri və metodoloji fərziyyələrə xüsusi diqqət verilməlidir. Sahənin tarixi barədə mövcud olan ədəbiyyatın böyük hissəsində belə diqqətin çatışmaması, BM-in tarixinin öz-özünə məlum və ya bəsit olması fikrini gücləndirməyə xidmət edir. «Sahənin inkişafının əksər ənənəvi hesabatlarını xarakterizə edən aşkar və ya qapalı kontekstualizmdir» fikri misallardan biridir. Çox vaxt müəyyən tarixi keçiddə «real dünyanın» siyasi hadisələrinin yaratdığı xarici şəraitin sahənin xarakterini izah edən müstəqil dəyişən kimi götürülə biləcəyi fərz edilsə də, bu ikisi arasındakı gerçək əlaqə çox nadir hallarda göründüyü qədər birbaşa və öz-özünə aydın olandır. Xarici hadisələr və konseptual və ya nəzəri dəyişikliklərdə özünü göstərən daxili fənni reaksiya (cavab) arasındakı əlaqə artıq fərz edilməli yox, təcrübi qaydada göstərilməlidir. BM-in beynəlxalq siyasətin öyrənilməsinə həsr edilmiş akademik tədbir kimi fikirləşilməsi hələ, (fənnin) predmetini daxilində saxlayan sistemdənkənar hadisələrin zamanın istənilən anında sahənin daxilində nə baş verdiyini avtomatik olaraq, izah edə biləcəyini nəzərdə tutmur. Fənnin tarixi mövqeyindən məsələnin məğzi, xarici amillərin sahənin daxilindəki dinamikanı nə dərəcədə izah edə bilməsi yox, sahənin xarici amillərə nə dərəcədə şüurlu reaksiya verə bilib-bilməməsi olmalıdır. Sahənin universitet sistemində oturuşması, maliyyə mənbələri və peşəkar qaydalar kimi daxili məzmununa daha çox fikir verilməlidir. Xarici ilə müqayisədə daxili baxış sahənin inkişafındakı fərqli milli müxtəlifliyi başa düşməyə daha çox yardım edə bilər.

Özlərinin diskursiv inkişaflarının salnaməsini aparmağın müxtəlif səbəblərə görə sahədəki müxtəlif yanaşmalar və ya fikir məktəbləri üçün faydalı olacağını hesab etməyim o demək deyildir ki, fənn tarixi sadəcə olaraq legitimləşdirmə və tənqidi analiz üçün nəqliyyat vasitəsi kimi xidmət göstərməlidir. Gunnell-in qeyd etdiyi kimi, çox vaxt həqiqət əfsanədən daha inandırıcı olur və çox böyük həyati qüvvə daşıyır (1991). Sahənin tarixçələrinin prezentist olması meylinin tez-tez ciddi təhriflərə gətirdiyi aydın olmuşdur. Sahənin keçmişi haqqında dəqiq bir şey söyləmək cəhdi, sahənin hazırki xarakteri haqqında nüfuzlu bir şey söyləmək istəyindən daha faydalı olardı.

Kifayət qədər aşkardır ki, BM-in fənn tarixini bərpa etmək üçün çoxlu sayda yanaşma və metodologiyalar istifadə edilə bilər. Mən başqa bir yerdə ardıcıl olmayan daxili tənqidi tarix kimi təsvir edilə biləcək tarixşünaslıq yanaşmasını (Schmidt, 1998a, 1998b) müdafiə ediyim halda, Guzzini (1998) tarixi-sosioloji yanaşmanı müdafiə edir, Waever (1998) elmin sosiologiyası baxışını qəbul edir, Smith (1995) isə Foucault tərəfindən işlənmiş genealoji metodu müdafiə edir. Sahədə bu yanaşmaların hamısına çatacaq qədər və daha artıq yer vardır, lakin vacib məqam ondan ibarətdir ki, fənn tarixi, həlledici anlayışların yaradılmasının və beynəlxalq siyasətin öyrənilməsinin qarşısında durmaqda davam edən mərkəzi dilemmalar haqqında düşünmək üçün əlavə fəza açılması işində nəqliyyat vasitəsi ola bilər. Lakin bu anlayışlar BM-in tarixi barəsində əvvəllər görülmüş işlərə əziyyət verən yanlış təsəvvürləri aradan qaldırmaqdan asılıdır.

Qeydlər

Bu fəslin əvvəlki variantları barədə faydalı şərh və təkliflərinə görə John G. Gunnell, Steve Smith və redaktorlara təşəkkürümü bildirmək istəyirəm.

Ədəbiyyat

Alker, Hayard R. and Biersteker, Thomas J. (1984) "The Dialectics of World Order: Notes for a Future Archeologist of International Savoir Faire', International Studies Quarterly, 28 (2): 121-42.

Almond, Gabriel A. (1966) 'Political Theory and Political Science', American Political Science Review, 60 (4): 869-79.

Ashley, Richard K. (1981) 'Political Realism and Human Interests', International Studies Quarterly, 25 (2): 204-36.

Bailey, Stanley H. (1932) The Framework of International Society. New York: Longmans, Green, and Co.

Baldwin, David (ed.) (1993) Neorealism and Neoliberal-ism: The Contemporary Debate. New York: Columbia University Press.

Baldwin, David (1995) 'Security Studies and the End of the Cold War', World Politics, 48 (I): 117-41.

Banks, Michael (1985) 'The Inter-Paradigm Debate', in Margot Light and A.J.R. Groom (eds), International Relations a Handbook of Current Theory. London: Francis Pinter Publishers, pp. 7-26.

Banks, Michael (1986) 'The International Relations

Discipline: Asset or Liability for Conflict Resolution?', in E. Azar and J. Burton (eds). International Conflict Resolution: Theory and Practice. Boulder: Lynne Rienner. pp. 5-27.

Bender, Thomas and Schorske, Carl E. (1998) American Academic Culture in Transformation: Fifty Years, Four Disciplines. Princeton: Princeton University Press.

Booth, Ken (1996) '75 Years On: Rewriting the Subject's Past – Reinventing its Future', in S. Smith, K. Booth and M. Zaiewski (eds). International Theory: Positivism and Beyond. Cambridge: Cambridge University Press, pp. 328-39.

Boucher, David (1998) Political Theories of International Relations: From Thucydides to the Present. Oxford: Oxford University Press.

Brecher, Michael (1999) 'International Studies in the Twentieth Century and Beyond: Flawed Dichotomies, Synthesis, Cumulation', International Studies Quarterly, 43 (2): 213-64.

Brown, Chris (1987) 'Not My Department? Normative Theory and International Relations', Paradigms, 1 (2): 104-30.

Brown, Chris (1992) International Relations Theory: New Normative Approaches. New York: Columbia University Press.

Bryce, James (1922) International Relations. Port Washington: Kennikat Press.

Bull, Hedley (1966) 'International Theory: The Case for a Classical Approach', World Politics, 18 (3): 361-77.

Bull, Hedley (1972) 'The Theory of International Politics, 1919-1969', in Brian Porter (ed.). The Aberystwyth Papers: International Politics 1919-1969. London: Oxford University Press, pp. 30-55.

Burton, John W. (1972) World Society. London: Cambridge University Press.

Butterfield, Herbert (1959) The Whig Interpretation of History. London: G. Bell and Sons.

Buzan, Barry (1995) 'The Level of Analysis Problem in International Relations Reconsidered', in Ken Booth and Steve Smith (eds). International Relations Theory Today. University Park: Pennsylvania State University Press, pp. 198-216.

Buzan, Barry and Little, Richard (2000) International Systems in World History: Remaking the Study of International Relations. Oxford: Oxford University Press.

Cardoso, Femando Henrique and Faletto, Enzo (1979) Dependency and Development in Latin America. Berkeley: University of California Press.

Carr, E.H. ([1939] 1964) The Twenty Years' Crisis, 1919-1939: An Introduction to the Study of International Relations. New York: Harper & Row.

Chan, Stephen (1994) 'Beyond the North-West: Africa and the Rest', in A.J.R. Groom and Margot Light (eds), Contemporary International Relations: A Guide to Theory. London: Pinter Publishers, pp. 237-54.

Clark, Ian (1989) The Hierarchy of States: Reform and Resistance in the International Order. Cambridge: Cambridge University Press.