Aудиокнига Sezənin sevgisi, Güntay Gəncalp — слушать онлайн или скачать в mp3 (мп3)
bannerbanner
Вы не авторизовались
Войти
Зарегистрироваться
Поиск
Найти

Güntay Gəncalp - Sezənin sevgisi

Sezənin sevgisi
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Автор: Güntay Gəncalp
Название: Sezənin sevgisi
Оценить:

Рейтинг: 0

Добавить отзывДобавить цитату
Автор: Güntay Gəncalp
Название: Sezənin sevgisi
Аннотация на книгу:

Əsərdən bir parça: 1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi. İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.

Слушать онлайн
Добавленo: Рейтинг: Будь первым, кто оценит книгу Комментариев 0 шт.

Оcтавить отзыв