Aудиокнига Əxlaqi nasiri, Насир ад-Дин ат-Туси — слушать онлайн или скачать в mp3 (мп3)
bannerbanner
Вы не авторизовались
Войти
Зарегистрироваться
Поиск
Найти

Насир ад-Дин ат-Туси - Əxlaqi nasiri

Əxlaqi nasiri
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Название: Əxlaqi nasiri
Оценить:

Рейтинг: 0

Добавить отзывДобавить цитату
Название: Əxlaqi nasiri
Аннотация на книгу:

XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M.Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir. Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir. Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində “Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır.

Слушать онлайн
Добавленo: Рейтинг: Будь первым, кто оценит книгу Комментариев 0 шт.

Оcтавить отзыв