Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tol…
“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir. Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda…
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını b…
“Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm –…
XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvv…
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda i…
Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyov Şəki qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-cı illərdə Krımda yaşamış və müxtəlif işlərdə çalışmışdır. 1942-ci ildə Karakanda şə…