banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Saçını taraş edən saray bərbəri – usta,
Çox dadlı bir xəyala qapılmışdı iş üstə.

Dedi: – Ustadlığımdan agahsan, ey xəlifə!
Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə.

Toy-düyün xəbərini çəkək bu aləmə car,
Qızını bu quluna nişanlasan, nə olar?!

Bu təklifdən xəlifə öfkələndi bir qədər,
Cilovladı qeyzini, susub, dözdü birtəhər.

Dedi: “Bəlkə, çaşdırıb onu zəhmim, heybətim,
Bəlkə, vurub başına hamamın hərarəti.

Ağlını itirib ki, sayıqlayır gəvəzə,
Yoxsa dayana bilməz o mənimlə göz-gözə.

Ertəsi gün bərbəri yenə bir az əylədi,
O qəlp pul üstündəki damğa gördü eynidi.

Bir də, bir də xəlifə o bərbəri sınadı,
Gördü bədbəxt ustanın qırılmayıb inadı.

– Vaxtdır, – dedi, – bu işi ayırd eləmək gərək,
Vəzirilə qonuşdu: – Bir məsləhət ver görək.

Adicə bir dəlləyin göz qoyun təlaşına,
Nə cür alın yazısı yazmaq istər başıma.

Mənə damad olmağı heç ona yaraşarmı?
Görün, nə deyir mənə, üzündə həya varmı?

Yəqin, bəla gətirir başıma qəza-qədər,
Gövhərimə atılan daş deyilmi bu məgər?

Öz ülgücü əlində, söz ülgücü ağzında,


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 680 форматов)