banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət


Cavab verdi ixtiyar: – Mən ki ayığam, nə qəm,
Sənin dediklərindən beş qat artıq demişəm.

Qocalar da, gənclər də qan ağlayır əlindən,
Kənd, şəhər – bütün ölkə dad çəkir əməlindən!

Mən ki eyiblərini bircə-bircə sayanam,
Yamanını, yaxşını göstərən bir aynayam.

Düz, dəqiq göstərirsə ayna səni özünə,
Özünü qır, aynanı qırmaq yaraşmır sənə.

Sözlərimi araşdır, dinlə ağıl deyəni,
Düz demirəmsə, əmr et, dara çəksinlər məni.

Qoca ki öz fikrini mərdanə, şax söylədi,
Düz sözü məğrur şaha bir az əsər eylədi.

Yumşaltdı hökmdarı işin qarası, ağı,
Özünün haqsızlığı, qocanın haqq olmağı.

– Kəfənini çıxarın, xələt geydirin ona, –
Hökm elədi hökmdar: – Ətir səpin başına.

İstibdaddan, zülmdən o gündən əl çəkdi şah,
Əziz tutdu xalqını, dərdindən oldu agah.

Şahın dürüst işini heç kəs etmədi inkar,
Doğruluğu danmağa axı kimin şövqü var?

Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.

Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq – acı, fəqət hamı həqiqət möhtacıdır.

Sözü yerli-yerində, mətləbi düz söyləsin,
Həqiqətin hamisi Tanrı tutar əlindən.

Nizaminin ki düzdür xilqəti də, qəlbi də,
Başa çatar, inşallah, hər işi, mətləbi də.

Gənc şahzadə və onun qoca düşmənlərinin hekayəti

Mən bir dastan eşitdim: uzaq Şərq ölkəsində
Yaşarmış bir şahzadə, sərvlərtək azadə.

Varlıların zülmündən iztirab çəkən diyar,
Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar.

Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,
Şah özü də qorxarmış oyanan fitnələrdən.

Uyumuşdu bir gecə səksəkəli, nigaran,
Röyasında bir qoca ona dedi: – Ey cavan!

Sən ey tazə doğmuş Ay, köhnə bürcü dağıt, qır,
Ey yeni açılan gül, köhnə budağı sındır.

Köhnəni məhv elə ki, yeni əlində qalsın,
Həyatın da özüntək işıqlı, gözəl olsun.

Şahzadə oyanınca verdi bir yeni fərman,
İki-üç müxalifi çıxartdırdı aradan.

Qanad verdi yeniyə, qələm çəkdi köhnəyə,
Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə.

Bəli, fəsad əhlinin gərək kəsilsin başı,
Andı pozan ordunu ləğv etmək daha yaxşı.

Qartımış kötüklərin sən vurmasan boynunu,
Sərvlər bəzəyərmi gülşənlərin qoynunu?

Bağlamasan kökünə tazə bulağı, arxı,
Tufanla güləşərmi çinarın qol-budağı?[94 - Köhnəlmiş, sozalmış, qurumuş arxın lili, üfunəti təzə fidanın köklərini yandırıb çürüdə bilər, sən onun kökünə can verəcək yeni arx, yeni bulaq çək ki, qalxıb qanadlansın, qasırğalarla güləşə biləcək əzəmətli çinara çevrilsin!]

Arıtmasan, açmasan gözlərini bulağın,
Gözü gülə bilərmi bağrı yanan torpağın?!

Özünü dərk edənin öz könül vaizi var,
Ən gözəl öyüdləri qulağına pıçıldar.[95 - Nizami Gəncəvi burada “özünü dərk edən” hökmdar deyərkən Bəhram şah Ərzincanlını, “ən gözəl öyüdləri” onun qulağına pıçıldamağa qadir “könül vaizi” dedikdə isə özünü nəzərdə tutur.]

Ağlını – qılıncını çıxar qınından bir an,
Nə vaxtacan onu sən qında saxlayacaqsan?[96 - Bəhram şah Ərzincanlıya üz tutan Nizami özünü zəka qılıncına bənzədir və şahdan tələb edir ki, bu qılınc qında qalmasın. Zira bu sənət qılıncı köhnə mücrüdən çıxarılmayıb, Tanrı tərəfindən göndərilmiş ülvi bir töhfədir. Pak nəfəsli ilham, istedad sahiblərindən hökmdarlar gərək heç nəyini əsirgəməsin.]

Gənclik zəka qılıncı, pak, ülvi bir həmnəfəs,
Köhnə mücrüdən deyil, o qında qala bilməz.

Var-yoxunu bəxş elə, sovqat yolla, pay göndər,
Ta ki sənə səxavət, kərəm əhli desinlər.

Vardan murad götürmüş varlılar, dövlətlilər
Yalnız səxa gücünə var-dövlətə yetdilər.

Yalnız səxa toxumu verir bəhrə, bərəkət,
Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət.

Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,