banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Nizami ki qulundur, fərəc ver işlərinə.

Yaralı çocuğun dastanı

Hər şeydən azad olan, şən, qayğısız bir bala,
Oynayırdı küçədə iki-üç yaşıdıyla.

Ayağını atarkən yazıq bala sürüşdü,
Yürüdüyü yoldaca üzüüstə yerə düşdü.

Addımlaya bilmədi, özünü şikəst sandı,
Sanki təkcə dizi yox, qəlbi də yaralandı.

Təngnəfəs yürüdü çocuğun yoldaşları,
Əsərlənib, pərt olub, çatılmışdı qaşları.

Onu sevən bir dostu sözünü uda-uda,
Pıçıldadı astaca: – Ataq, qalsın quyuda.

Sirr aşkara çıxmasın Günəş yayılan sayaq,
Atasının yanında xəcalətli qalmayaq.

Bu yerdə uzaqgörən, sərt bir yavru da vardı,
Yaralanmış çocuğa düşmənitək baxardı.

Ciddiləşib, üz tutdu öz arxadaşlarına,
– Örtmək olmaz bu işi! – dedi yoldaşlarına.

Məndən görərlər. Məni düşmən bilirlər ona,
Büdrəyənin suçunu yükləyərlər boynuma.

– Qoy gəlib çarə qılsın! – Yürüdü zirək oğlan,
Uşağın atasına xəbər apardı əlan.

Kimin ki xilqətində hikmət cövhəri vardır,
Hər şeyə çarə tapır, həmişə üz ağardır.

Göylər vuran düyünü, soruş, yerdə kim açar?
Ayağını göylərə cəsarətlə basanlar.

Mən çərxin artığından, əskiyindən çəkdim əl,
Bununçün Nizamiyə fələk olmadı əngəl.

Sirr saxlayan ilə Cəmşidin dastanı

Cəmşidin çox güvənli, yaxın həmdəmi vardı,
Gündən nur alan Aytək şahdan işıq alardı.

Oğlan şaha mehriban, şah oğlanın məftunu,
Bütün saray əhlindən üstün tuturdu onu.

Öz xəlvət işlərini ona açardı bircə,
Etibarda hamıdan sağlam olan o gəncə.

Şaha çox yaxınsa, bir gün o dözməyərək,
Uzaqlaşmaq istədi yayından çıxan oxtək.

Dəliqanlı cavanın könlündə sirr qatbaqat,
Bunları heç bir kəsə aça bilmirdi, heyhat.

Gəldi, bir gün nə gördü qonşu, ağbirçək qarı:
Sönən lalə yanaqlar onunkundan da sarı.

Dedi: – Ey sərvim, sənə əl atdı hansı xəzan?
Sən ki şah irmağından su içmiş bir fidansan.

Sənin ki qismətindir, sarayda zövqü səfa,
Hardandır bu sıxıntı, bu solğunluq, əcəba!

Qocaların kədəri yaraşarmı cavana?
Yanağının laləsi neçin dönüb reyhana?

Sənsən cahan şahının gözdə olan gözdəsi,
Gərək sənin üz-gözün şah təki şölə versin.

Şahı görməklə gülər, şadlıq edər adamlar,
Şaha məhrəm olanlar hamıdan şad, bəxtiyar.

Dəliqanlı söylədi: – Xəbərin yox, ay nənə,
Nələr yatır sinəmdə – sirlə dolu xəzinə.

Od tutdum, külə döndüm səbrimin ucbatından!
Səbrim saraltdı məni, səbrim yandırdı, inan!

Cəlalıtək böyükdür şahın könül aləmi,
Əmanət vermiş mənə sirrini göhvər kimi.

Saxladığım sirlərdən alışıb yanır sinəm,
Heç birini heç kəsə açıb deyə bilmərəm.

Sirri açıb deməsəm, partlayacaq ürəyim,
Dilimi dişlərimlə doğrayımmı, neyləyim?

Bircə gülüşümü də sizdən qızırqanıram,
Sirrin quşu ağzımdan uçub gedər, sanıram.

Xilas ola bilməsəm bu sirlər caynağından,
Qəlbim qana dönəcək, ömrüm zindana, inan!

Hiss edirəm, dözməsəm, atsam sirrin daşını,