banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
 Рейтинг: 0

Məktəb lətifələri

Balaca oğlan televizorda yüngül atletika üzrə çempionata baxan atasına yaxınlaşıb soruşur:

– Ata, bu əmilər nə üçün qaçırlar?

– Ona görə qaçırlar ki, onlardan birinci gələnə priz verəcəklər.

– Bəs onda qalanları niyə qaçırlar?

***

– Oğlum, sən «iki»lərini nə vaxt düzəldəcəksən?

– Ata, mən hər gün bunu etməyə çalışıram. Amma müəllim jurnalı bir an belə nəzarətsiz qoymur.

***

– Ana, olar, mən kinoya gedim?

– Bəs dərslərin?

– Kinodan sonra hazırlayaram.

– Kinodan sonra gec olar.

– Oxumaq, ana, heç vaxt gec deyil!

***

– Oğlum, sən «iki»ni düzəltmisən?

– Hə, ata.

– Göstər, görüm… Belə də düzəltmək olar?! Ver bura, özüm düzəldərəm!

***

Müəllim:

– Uşaqlar, sizcə, ideal məktəb necə olmalıdır?

– Qapıları həmişə bağlı, müəllim!

***

– Oğlum, bu gün məktəbdə nə oldu?

– Müəllim dedi ki, mən riyaziyyatdan heç nə bilmirəm və gündəliyimə nə isə bir rəqəm yazdı.

***

Biologiya dərsində şagirdlərdən biri deyir:

– Timsahın uzunluğu başından quyruğuna qədər 5 metrdir, quyruğundan başına qədər isə 7 metrdir.

– Əvvəl fikirləş, sonra danış, – deyə müəllim onun sözünü kəsir. – Belə şey ola bilər?

– Olar, – deyə şagird cavab verir. ‒ Məsələn, bazar ertəsindən çərşənbəyə qədər 2 gündür, çərşənbədən bazar ertəsinə qədər – 5 gün!

***

Ata oğlundan soruşur:

– Sizə nə tapşırıblar?

– Heç nə.

– Heyif! Deməli, yenə qabları yumalı olacağam.

***

Ata oğlundan soruşur:

– Məktəbdə işlərin necə gedir?

– Əla! 5-ci siniflə saziş bir il də uzadıldı.

***

– Əhməd, sən niyə dəqiqəbaşı saata baxırsan?

– Müəllim, çox qorxuram ki, zəng vurular və bu dəhşətli dərəcədə maraqlı dərs yarıda qalar.

***

Müəllim Nicatdan soruşur:

– Sən niyə dərsə gecikmisən?

– Məktəbə gələrkən yolda mənə quldurlar hücum etdilər və soydular.

– Doğrudan?! Bəs səndən nə aldılar?

– Ev tapşırıqlarını yazdığım dəftəri.

***

– Ay oğlan, niyə ağlayırsan?

– Revmatizmə görə.