banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
 Рейтинг: 0

Məktəb lətifələri

– Nə! Sən ki hələ balacasan! İndidən revmatizmin var?

– Yox, imlada “rivmotizm” yazdığıma görə “iki” almışam.

***

– Solaxaylığın sənə mane olmur ki?

– Yox, hər kəsin qüsuru ola bilər. Bax, sən, məsələn, çayı hansı əlinlə qarışdırırsan?

– Sağ əllə!

– Bax, görürsən! Normal adamlar isə qaşıqla qarışdırırlar.

***

Müəllim:

– Toğrul! Daha səbrim tükəndi! Sabah məktəbə atasız gəlmə!

– Bəs birigün?

***

Müəllimlər otağında zəng.

– Alo! Danışan Rəfiqə müəllimədir? Sizi narahat edən Nicatın anasıdır.

– Kimin? Mən pis eşidirəm.

– Nicatın! Hərfbəhərf deyirəm: Nadir, İradə, Camal, Arif, Təranə.

– Nə? Hamısı da mənim sinfimdə oxuyur?!

***

– Niyə gülürsən? Mən, şəxsən, burada gülməli bir şey görmürəm!

– Heç görə də bilməzsən! Axı sən mənim cemli buterbrodumun üstündə oturmusan!

***

– Əli, sizin sinifdə neçə əlaçı var?

– Məndən başqa dörd nəfər.

– Məgər sən əlaçısan?

– Yox. Mən ki belə də dedim – məndən başqa!

***

Müəllim yoxlama yazı dəftərlərini paylayır. Şagirdlərdən biri ona yaxınlaşır.

– Müəllim, burada, aşağıda nə yazmısınız? Mən xəttinizi başa düşmədim.

– Yazmışam: “Aydın xətlə yaz!”

***

Müəllim:

– Sizin qanınızı qaraltmalı olacağam, əziz valideynlər, sizin oğlunuz heç nə bilmir!

– Bax elə buna görə də biz onu məktəbə verdik!

***

Müəllim:

– Beləliklə, biz keçən dərsimizdə yaxınmənalı sözlərdən düzələn mürəkkəb sözlərlə tanış olduq. Məsələn, dost-tanış, qoyun-quzu, çəngəl-bıçaq, … . Kim başqa nümunə gətirə bilər?

Zaur əlini qaldırır və deyir:

– Pomidor-yumurta!

***

– Səməd, de görüm, çox danışan və hətta ona qulaq asan olmayanda da susmayan adamı necə adlandırmaq olar?

– Müəllim!

***

– Əhməd, necə fikirləşirsən, balıqlar niyə danışmırlar?

– Müəllim, Siz bir sınayın: başınızı akvariuma salıb mənə həmin sualı verə bilərsinizmi?

***

Müəllim şagirddən soruşur:

– Sən böyüyəndə kim olmaq istəyirsən?

– Alim-ornitoloq.

– Mən heç bilmirdim sən quşlarla belə maraqlanırsan!

– Yox, mən sadəcə olaraq göyərçinlə tutuquşunu birləşdirmək istəyirəm.