banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
 Рейтинг: 0

Məktəb lətifələri

– Saat neçədir?

– 6-nın yarısı.

– Daha de ki, üçdür dəə…

***

İki şagird imtahana gedir. İmtahan qurtarandan sonra biri digərindən soruşur:

– Necə yazdın?

– Boş vərəq verdim. Bəs sən?

– Mən də heç nə yazmadım, boş vərəq verdim.

– Eee, onda elə biləcəklər ki, bir-birimizdən köçürmüşük.

***

– Bilirsən, dünən məni zooparka pulsuz buraxdılar.

– Burda qəribə nə var ki? Qəribə orasıdır ki, səni oradan çıxmağa qoyublar.

***

Akvariuma baxan oğul qəzet oxuyan atasından soruşur:

– Ata, balıqlar nəfəs alır?

– Bilmirəm, oğlum.

– Ata, balıqlar gülür?

– Bilmirəm, oğlum.

– Ata, balıqlar danışır?

– Bilmirəm, oğlum.

– Ata, səni narahat etmirəm ki?

– Yox, oğlum, soruş ki, öyrənəsən.

***

– Oğlum, sən niyə daha kamançanı çalmırsan? Axı mən sənə kamança çalmağın üçün hər gün iki manat verirəm.

– Atacan, yuxarıdakı qonşumuz da mənə hər gün üç manat verir ki, kamança çalmayım.

***

Üçüncü dərsin ortasında içəriyə başı bintlə sarınmış şagird daxil olur.

– Yaxşı, bu dəfə nə baş verib?

– Mən beşinci mərtəbədən yıxılmışam.

– Belə de! Özü də düz iki dərs uçmusan, eləmi?

***

– İradə, mənə beş dənə ev heyvanı saya bilərsən?

– Üç pişik və iki it.

***

Uşaq deyir:

– Ata, bu gecə yuxuda gördüm ki, sən mənə balaca şokolad almısan.

Ata:

– Çox yaxşı, oğlum, özünü yaxşı aparıb sözümə baxsan, bu gecə yuxunda sənə lap böyük şokolad alacağam.

***

Ata oğluna:

– Sən o gün mənə söz vermədin ki, yaxşı oxuyacaqsan?

Oğul:

– Verdim, ata.

Ata:

– Bəs mən söz vermədim ki, oxumasan, səni yaxşıca kötəkləyəcəyəm?

Oğul:

– Verdin, atacan. Amma mən sözümün üstündə durmadım. Sən də durma.

***

– Anacan, sən bilirsən, mən müəllimimi nə qədər çox istəyirəm?

– Bilirəm, bilirəm.