banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
 Рейтинг: 0

Məktəb lətifələri

– Elə bax ona görə də mən bu il sinifdə qaldım. Bildim ki, ondan ayrılsam, çox darıxacağam.

***

Müəllim Rasimin sağ əlini yuxarı qaldırıb deyir:

– Rasim, bu sinifdə mənə bundan çirkli əl göstər, sənə “afərin” deyim.

Rasim dərhal sol əlini qaldırıb deyir:

– Müəllim, indi “afərin” deyin.

***

Müəllim:

– Fərid, elə bir heyvan adı deyə bilərsən ki, indi mövcud olmasın?

– Bəli! Fondik!

– Bu hansı heyvandır?

– Bizim pişiyimizin adı idi. Keçən həftə maşının altında qalıb öldü.

***

İki müəllim kimin sinfinin daha tənbəl olmasıyla bağlı mübahisə edirdi. Onlardan biri öz şagirdlərini yığdı və dedi:

– Ən tənbəl olan – bir addım irəli!

Hamı irəli addım atdı.

Bunu görən ikinci müəllim öz sinfinə üz tutdu:

– Ən tənbəl olan – bir addım irəli!

Hamı yerində qaldı.

– Təkrar edirəm, ən tənbəl olan – bir addım irəli!

Yenə heç kəs tərpənmədi.

– Eşitmirsiniz məni, ən tənbəl kimdirsə – irəli bir addım atsın!

Bu yerdə oğlanlardan biri yoldaşına dedi:

– Bəlkə, çıxaq irəli?

– Dəli olmusan, elə uzağa getmək olar?!

***

– Domrul, əgər bir ət tikəsini yarıya bölsək, nə alınar?

– İki tikə.

– Bəs onları da yarıya bölsək?

– Dörd tikə.

– Yenə bölsək?

– Qiymə.

***

Müəllim şagirddən soruşur:

– Şahin, de görüm, alma yığımı üçün ən əlverişli zaman nə vaxtdır?

– İt zəncirlə bağlı olanda!

***

Müəllim çətin bir sualla sinfə müraciət edir və heç vaxt əl qaldırmayan Kamilin hamıdan qabaq əl qaldırdığını görüb təəccüblənir.

– Buyur, Kamil, sualın cavabını ver görək.

Kamil ayağa qalxıb deyir:

– Müəllim, Rizvana deyin də, məni çimdikləyir.

***

Murada hovuzla bağlı bir məsələ qurmaq tapşırdılar. Məsələdə 90 və 40 rəqəmləri olmalı idi. Murad bir qədər fikirləşib dedi:

– Doxsan nəfər hovuza girdi, qırxı çıxdı.

***

Şagirdlərdən biri müəllimə deyir:

– Atam dedi ki, biz meymundan törəmişik.

– Otur! Sizin ailənizin tarixçəsi məni maraqlandırmır!

***

– Məryəm, iki üstəgəl üç neçə edir?