–Salam. – Bu dəfə öz dilimizcə, azərbaycanca danışırdı.
–Salam. – Əl tutub görüşdük.
–Şefin burdadı? – Mənə elə gəldi ki, sözgəlişi, “xala, xətrin qalmasın” deyə soruşur.
–Problem yoxdur, mən burdayam.
–Özü olsaydı, yaxşıydı.
Belə deyəndə, dalağım sancdı. O dəqiqə başa düşdüm ki, nəsə “yükləmək” istəyir. Havayı deyildi, on beş ildən artıq idi ki, həm Moskva kimi mərkəzi şəhərdəydim, həm də ticarətin mərkəzində. Sistem işçilərinin biznes adamlarından umacaqları olduğundan xəbərdardım. İndi bunu çox adam bilirdi. Ticarətdə işləyəsən, bunu bilməyəsən…
–Narahat olmayın, nə lazımdır, deyin.
–Bilirsən, bu gün bizim şefin ad günüdür. Onun da hər şeyi var, bahalı maşınları, villası, daçası, bir sözlə, heç nəyə ehtiyacı yoxdur. İstəyirdim bir blok bahalı siqaret hədiyyə edim, xarici… Durub atıla-atıla yanına gedəsi deyiləm ki…
–Malboro. – Dərhal təklif etdim, özüm siqaret çəkmədiyimdən, həm də bizdə, bazada olan ən bahalı siqaret bu idi. Odur ki, ağlıma gələni səsləndirdim.
Xəfıfcə gülümsündü.
–Malboro yaramaz. Malboro keçmişin bahalı siqaretiydi. İndi elə siqaretlər çıxıb ki… – dedi. – Həm də damskiy siqaret lazımdı. Boss qadındı.
Həmyerlim hələ şefımizi soruşanda başa düşmüşdüm ki, bu dəfə nə götürsə, qalacaq mənim üstümdə. Bunu “özü olsaydı, yaxşıydı’ deyəndə hiss etmişdim, ancaq geri çəkilə bilməzdim.
–Yenə də özünüz bir baxın. – Hər ehtimala qarşı təklifımi etdim.
İçəri keçdik. Həmyerlim keçən dəfəki kimi vitrinlərə göz gəzdirdi, polkaların arası ilə gəzib dolaşdı. Hardasa iki min, iki min beş yüz rublluq ərzaq malları götürüb kassanın qabağına düzdü. Onları hesablayıb kassa aparatına vurdum. Pulunu ödəmək istəyəndə qoymadım.
–Mənlikdi. – dedim. – Bir dəfə də qonaq olun.
Təklifımə qarşı çıxmadı, dərhal pulunu qatlayıb cibinə qoydu.
–Təşəkkür edirəm. – dedi.
Yenə də onu ötürməyə çıxdım.
–Mən general Varonçova ilə çox yaxınam. – Çöldə astadan pıçıldadı. – FTX-nın generalıdı, nə problemin olsa, çəkinmə, de, buralar bizlikdi.
–Şükürlər olsun. Hələ ki, bir problemim yoxdur, – dilucu təşəkkürümü bildirdim. – Bir də ki, mən kiçik adamam, generallıq nə problemim olasıdı. Elə sizin kimi adamla tanış olmaq mənə bu qərib diyarda dünya boydadı.
Həmyerlimi yola salıb geri qayıdanda yenə də Muradla üz-üzə gəldik.
–Ağbaş həmyerlin polkovnikdir?
Bazanın işçiləri ona ad da qoymuşdular: Ağbaş. Öz aralarında belə danışırdılar: Ağbaş gəldi, Ağbaş burdan keçdi.
–Özün görmədin? – Sualını sualla qarşıladım.
–Gördüm. Harda işləyir? Vəzifəsi nədir?
–Soruşmadım.
–Soruşardın də… – Murad əlini əlinə vurub heyfsləndi. – Bəlkə bir işimizə yaradı.
–Özü də dedi e… fıkir vermədim.
–Nə dedi?
–Dedi ki, general Varonçovanın xidmətindəyəm.
–FTX Varonçovanın?
–Hə… Nədir ki?
–Heç bilirsən o, kimdir?
–Yooxxx…
–Bilməsən yaxşıdır.
Murad bunu deyib getdi. Təxminən bir saat sonra özbək Vaxob yenə başılovlu gəldi yanıma.
–İndi nə olub? – Bu dəfə mən onu qabaqladım.
–Sənin o polkovnik həmyerlin bu dəfə gedib mənim o yetim-yesir kəndçilərimə ilişib, çörəklərinə bais olub.
–Nə kəndçilərinin? Hansı kəndçilərinin? Bir düzəməlli-başlı danış görüm…
Vaxob danışdı. Sən demə, onun üç həmkəndlisi yaxınlıqda “Özbək təndiri” işlədirlər. Cürbəcür şirniyyatlar bişirib satırlar. Orda oturub çay içməyə, piroq yeməyə yerləri də var. Polkovnik həmyerlim burdan gedəndə dönüb özbəklərin işlətdiyi təndirə. Oturub, çay, piroq sifariş verib. Yeyib-içəndən sonra təndiri işlətmək üçün müvafıq sənədlərinin olub-olmadığını soruşub. Özbək əkələr şalvarı batırıblar. Ağbaş polkovnik onları bir az da sıxma-boğmaya salanda deyiblər ki, sahə müvəkkilinə aylıq verirlər. Sahə müvəkkilinə zəng vurub onu haraya çağırıblar. Dişinin dibindən çıxanı deyib sahə müvəkkilinə ağbaş polkovnik, abrını ətəyinə büküb, təcili baş ədliyyə idarəsinə çağırtdırıb. Özbəklərə də tapşırıb ki, sizə üç gün vaxt verirəm, ya adama min dollar hazırlayıb verin, canınız qurtarsın, ya da əlli-ayaqlı gedirsiniz içəri. Odur ki, özbəklər düşüblər əl-ayağa, kömək üçün həmyerlilərindən gümanları gələn hər kəsə ağız açırlar.
–Ağbaş pulun dalınca nə vaxt gələcək? – deyə soruşdum.
–Üç gündən sonra səhər tezdən gələcəyini deyib.
–Gələndə xəbər verərsən, gedib danışaram.
–Bəlkə…
–Nə bəlkə? Onun qaldığı yeri tanımıram, işlədiyi idarənin harda yerləşdiyini bilmirəm, telefon nömrəsini də götürməmişəm ki, zəng vuram, görüşək. Başqa variantımız varmı? Vaxob gözlrini döyüb durdıı.
–Uşaqlara telefon nömrəsini veribmi?
–Yox.
Ağlıma bir ideya gəldi.
–Bəlkə sahə müvəkkilindən nömrəsini alsınlar… Axı deyirsən, ona zəng vurub.
–Sahə müvəkkilinə öz telefonu ilə zəng vurmayıb. Uşaqların telefonu ilə danışıb.
–Yaxşı… onda gözləyək… Gözləməkdən başqa çıxış yolumuz yoxdur. Sən kəndçilərinə de, pulu hazırlasınlar. Gələndə mən danışaram, dediyi məbləğdən nə qədər endirsəm, kəndçilərinin xeyrinədir.
***
Ağbaş polkovnikin pul dalınca gələcəyi günü işə günorta getməliydim. Kirayə qaldığımız evdə oturub zəng gözlıyirdim. Gözləyirdim ki, özbəklər xəbər etsinlər, gedib danışım.
Kirayə etdiyimiz mənzil üç otaqdan ibarət idi. Az xərcimiz çıxsın deyə altı nəfərlə bir yerdə qalırdıq. Dolanışığımız yaxşıydı. Dostluq, həmrəylik şəraitində xidmətlərdən istifadə edirdik. Hər kəs özündən sonra səliqə-sahman yaradırdı. Belə danışmışdıq öz aramızda, çalışırdıq ki, zibilləməyək.
Bazada işləyən bir qırğızla foyedə oturub vaxtın keçməsini gözləyirdik. Divara vurıılmuş televizor özü üçün qırıldayırdı. Qırğız televizorla üzbəüz idi, gözlərini ekrana zilləmişdi. Mən isə televizorun alt tərəfındəki taburetkada oturub divara söykənmişdim. Fikrim özbəklərin, ağbaş polkovnikin yanında qalmışdı. Birdən qırğız qayıtdı ki, bəs həmyerlini tutublar, odur göstərirbr. Taburetkadan qalxıb ekranın qarşısına keçənə kimi göstərib keçdilər. Aparıcı qız qeyri-qanuni polkovnik formasını geyınmiş bir adamın həbsini qeyd edir, dələduzluq yolu ilə sahibkarlardan pul tələbindən danışırdı.
–Sənin o həmyerlinə yaman oxşayırdı.
–Hansı həmyerlimə? – Hər ehtimala qarşı dəqiqləşdirməyə çalışdım.
–Yanına gələn o ağbaş polkovnikə… – Qırğız bir də təkrarladı.
–Sifətini görə bildinmi? – Təəccüblə onun gözlərinə baxdım.
–Göstərməyinə göstərdilər, amma yaxşı baxa bilmədim, diqqətim başqa yerdəydi. – Qırğız gözlərini yayındırdı, elə bil ağbaş polkovniklə şərikinə cinayət törədib, indicə gəlib onu da həbs edəcəkdilər.
–Zalım oğlu, bəs bayaqdan gözlərini ekrana nəyə zilləmisən?
–Heeçç. – Qırğız dilucu cavab verdi, ekrana baxmaqda davam edirdi, gözlərində qəribə təşviş vardı.
Günortaya yaxın varıb işimizə getdik. Daha gözləyə bilməzdik. Özbəklərdən də bir xəbər çıxmadı.
Axşama yaxın Vaxobu çağırdım.
–Bir xəbər varmı?
–Yox. – dedi. – Hələ ki, zəng eləməyiblər. Deməli, ağbaş hələ gəlməyib.
–Yenə də özün bir zəng vur, maraqlan.
Telefonu çıxardıb zəng vurdu. Təndir işlədən kəndçiləri də eyni sözü dedilər, ağbaş gəlməyib, heç bir xəbər-ətəri do yoxdur. Mən yenə də inana bilmirdim ki, həbs olunmuş adam həmin həmyerlimdir. Çox ciddi adama bənzədirdim onu. Çeçen dediyi kimi əsl qurd idi, heç kimə dəri diddirməzdi. Ədliyyə forması da bədəninə kip oturmuşdu, elə bil dərzi ölçülərini götürübmüş, təsadüfən forma geyinən adam belə şux hərəkət edə bilməzdi.
Ertəsi gün işə gələndə bazanın girişində rayon üzrə cinayət-axtarış bölməsinin əməliyyatçılarından biri ilə qarşılaşdım. Azacıq da olsa, köhnədən tanış idik. Bir dəfə əməliyyatda birgə iştirak etmişdik. Kimsə bazaya mal gətirəcək TIR-la Moskvaya böyük partiya narkotik maddə keçirtmək istəyirdi. Əməliyyatımız uğurlu alınmışdı deyə yüngülvarı şadyanalıq eləmişdik, səmimi münasibətimiz yaranmışdı.
Salam verib keçmək istəyirdim ki, məni saxladı.
–Sluşay, tı çto li eqo zemlyak? – Gülə-gülə soruşdu.
–Kimin? – Kimi nəzərdə tutduğunu təxmini bilsəm də özümü xəbərsiz göstərdim, dəqiqləşdirmək istədim. Bir də biz ticarətçilər arasında deyərlər ki, paqonun ipinin üslünə odun yığmaq olmaz, çünki ip onunku deyil, istənilən an alıb başqasına verə bilərlər.
–Yalançı polkovnikin, ağbaşın. – Atmacalı danışdı. – Dünən danaboyun eliyib soxmuşuq qoduqluğa.
–Xahiş edirəm, ədəbli danışın. Arada xətir-hörmət var, tapdalayıb keçməyin. Bir də mənim həmyerlim deyildiyi kimi hərəkətləri heç vaxt eləməz.
–Yaxşı, yaxşı, qızışma. – Əməliyyatçı qoluma girib maşına tərəf apardı. – Siz azərbaycanlılar da bir söz deməmiş qızışırsınız. Bilirik ki, istiqanlısınız, yerli təəssübkeşi çəkənsiniz…
–Həm də dostcanlıyıq. – Mən əlavə etdim ki, başa düşsün nəyə eyham vururam.
–Elə mən də buna görə sizin xətrinizi çox istəyirəm. İstəməsəydim, durub bura gəlməzdim. Çağırış göndərib şöbəyə çağırtdırardım.
Baxdım ki, məsələ deyildiyi kimidir, ciddidir.
–Nə lazımdır?
–O, səni görmək istəyir.
–Kim?
–Kim olacaq? Ağbaş. – Əməliyyatçı bir az acıqlı cavab verdi.
–Niyə ancaq məni?
–Mən nə bilim niyə? Görüşəndə özündən soruşarsan. Məndən belə xahiş etdi.
–Necə? – Yenə dətTəəccübümü büruzə verdim, amma bu dəfə gülümsəyərək. – Biz axı təzə taııış olmuşuq. Cəmisi ikicə dəfə görüşmüşük. Qarşı-qarşıya oturub bir stəkan çay da içməmişik, hələ çörək kəsməyi demirəm. Onun məndən başqa Moskvada dost-tanışı, başqa həmyerlisi yoxdurmu?
–Bilmirəm. – Əməliyyatçı başını buladı. – Özü məndən xahiş etdi ki, heç kim bilməsin.
İndi mənə hər şey aydın oldu. Deməli, o, iş gördüyü heç bir dostunu, tanışını ələ vermək istəmir…
–Qoy, onda uşaqlara xəbər edim. – dedim. – Bir saata gedib-qayıda bilərikmi? Borclu qalmaram.
–Əlbəttə. – Əməliyyatçı gülümsündü, gözləri işıldadı.
Tələsik iş yoldaşlarımdan qabağıma çıxanları xəbərdar edib geri qayıtdım. Əməliyyatçının maşınına əyləşəndə o, artıq sükanın arxasında məni gözləyirdi.
–Getdik. – dedim.
Əməliyyatçı mühərriki işə salıb sükanı hərlədi. Polis şöbəsi istiqamətində yola düşdük.
–Bilirsənmi ağbaş polkovniki necə həbs etmişik? – Əməliyyatçı soruşdu.
İstədim deyim ki, mənim üçün maraqlı deyil, ancaq demədim, birdən gedib çatdırar, o da məndən inciyər, deyə düşündüm.
–Mən hardan bilim?
–Yaxşı, onda qulaq as, danışım. Gör sənin həmyerlin necə qarmağa keçib. – Əməliyyatçı özünəməxsus bir məzə ilə danışmağa başladı. – Srağagün günortaüstü yoldaşlarımla yolun kənarındakı kafedə nahar edirdik. Həyətdəki masaların birində oturmuşduq. Özün bilirsən də milisin gözü həmişə orda-burda olur. Bizim də gözümüz yoldaydı, yemək yeyə-yeyə yol ilə gəlib-gedənə baxırdıq. Birdən “nolyeddi” markalı ağ rəngli “Jiquli” diqqətimizi çəkdi. Sükan arxasında ədliyyə polkovniki əyləşmişdi. Ağbaş polkovnik, “nolyeddi” “Jiquli” – düz gəlmir axı… “nolyeddi”-də indi ancaq avtoş gənclər xuliqanlıq edir. Ədliyyə polkovniki hara – “nolyeddi” hara… Saçı da bir az uzun idi, sistem adamının priçoskasına oxşamırdı. Bizə baxma, boçjdan betərik, saqqal da buraxa bilərik, fəhlə paltarı da geyinərik, özümüzü batırana qədər alkaşlıq da edərik, heç kim bir söz deməz. Ədliyyədə bu məsələ bir az ciddidir, nəzarətdədir. Nəsə, diqqətimizi çəkdi. Bir də baxdıq ki, o, əsas yoldan çıxıb meşə yolu ilə getdi, hansı ki, o yol ilə nadir hallarda maşınlar gedir. Nəsə ciddiyə almadıq, yeyib-içməyimizdəydik. Az olur belə? Polkovnik adamdır, bəlkə, nəsə solaxay işi var orda, durub güdməyəcəydik ki… Hardasa on beş-iyirmi dəqiqə keçmişdi ki, “nolyeddi” qayıtdı, sükan arxasında həminki ağbaş kişi idi, ancaq bu dəfə mülki geyimdəydi. “Jiquli”nin üstündə “taksi” işarəsi vardı. Bilirsən də, Moskvada yalnız azərbaycanlı taksi sürənlər bu işarəni qoyurlar, qalanları “taxi” işarəsi gəzdirirlər. “Aha, burda nəsə var”, deyib düşdük arxasınca. Yolda bu barədə dərhal rəhbərliyə məlumat ötürdük. Həbsinə razılıq alandan sonra maşına “saxla” işarəsi verdik. O, sürəti aıtırıb bizdən qaçmaq istədi. Birtəhər onu ötüb qabağa keçdik və yolu kəsdik. Tabe olmaq istəmədi, maşını geriyə verib qaçınaq istəyirdi. Məcbur olub silahlarımızı çıxartdıq. O, bundan sonra da tabe olmaq istəmir, bizə hədə-qorxu gəlirdi. “Atəş açmaq” xəbərdarlığını etdik. Yenə labe olmadı. Azca şüşəni endirib polkovnik olduğunu, əməliyyat keçirdiyini, kimisə izlədiyini bildirdi, mane olmamağımızı xahiş eldi. Dedik ki, əgər doğrudan da belədirsə, istiqamət versin, birlikdə izləyək. Razı olmadı. Yenə də bizə hədə-qorxu goldi. “Generalın məxfi əmridir, general bilsə, bizi sistemdən qovdurar”, dedi. Ə1 çəkmədik. O, bu dəfə elə bir adamın adını çəkdi ki, quruyub yerimizdə qaldıq. O adam "O"nun ən yaxın adamı sayılır, daxili təhlükəsizlik məsələlərində sağ əli hesab olunur. FTX-da hamı ondan tük tökür, generallar da onun adı gələndə yerlərindən dik atılırlar. Odur ki, tez rəisə xəbər verdik. Əvvəlcə rəis də duruxdu. Onunla telefonla danışmaq istədi, lakin ağbaş polkovnik bundan imtina etdi. “Rəis qarışıq hamınızın başı ağrıyacaq”, dedi. Yalnız bundan sonra rəis bütün məsuliyyəti öz üzərinə götürərək həbs etməyə tapşırıq verdi. Dedi ki, kobudluq etməyin, tutub idarəyə gətirin, burda hər şeyi araşdırıb yoluna qoyarıq. Beləcə, onu tutub idarəyə gəlirdik.
–Onun dediklərinin düz olub-olmadığını dəqiqləşdirə bildinizmi? – Maraqlandım.
–Yox, hələ. Onu yaxşı danışdıra bilmədik. Kimi izlədiyini, nə məqsədlə izlədiyini, hansı işlərlə məşğul olduğunu demədi. – Əməliyyatçı dilinin altında mızıldandı. – Admı çəkdiyi böyük rütbəli adam barədə də yuxarı rəislərimizə məlumat vermişik. Hələ ki, bir səs-soraq yoxdur.
–Mənim yerlim yalan danışınaz.
Əməliyyatçı maşını saxladı. Düşüb piyada yolumuza davam etdik. İzolyator idarənin arxa tərəfində – əlli-altmış metrliyində yerləşirdi. Şaqqaşaraqla açılan qapılar məndə vahimə yaradırdı. Biz zirzəmiyə düşdük.
–Beş dəqiqə bəsdirmi? – Əməliyyatçı soruşdu.
–Bilmirəm axı o, nə üçün mənimlə görüşmək istəyir. – dedim. – Bir də siz iştirak etmək istəmirsiniz?
–Yox.
Nəsə… Məni o saxlanılan kameraya gətirdilər. Bəli, o, özüydü həbs olunan, daha heç bir şübhəm qalmadı. Nə qədər yaxın münasibətim olmasa da ona ürəyim yandı. Qəribçilikdə olasan, gəlib düşəsən zindana, arxanca gələnin də olmaya… ağır dərddir.
Görüşdük, uzun müddət bir-birini görməyən doğmalar kimi qucaqlaşdıq. Onun güclü, qüvvətli qollarını kürəyimdə hiss elədim. Kövrəldim. Belə bir oğulun yeriydimi zindan? Dilim titrəyə-titrəyə nəsə bir kömək-zad lazım olduğunu soruşdum, elə-belə, sözgəlişi. Mənim nə köməkliyim dəyə bilərdi? Uzaqbaşı üç-beş min toplayıb verərdim, həmin məbləğlə də onu içəridən çıxartmaq mümkünsüz idi. Yüksək rütbəli bir adamın adından sui-istifadə etmək, xüsusi geyimdə gəzmək, hələ başqa hansısa işləri də varsa, araşdırıb tapsalar… əlli-ayaqlı gedəcək. Bura Moskvaydı, Moskvanın qanunları isə sərt yox, lap amansızdır. Gözümün önünə özbəkləri gətirdim…
–Bilirəm, bu məsələ özbəklərlə sahə müvəkkilinin işidir. – Ağbaş özü məlumat verdi. – Bircə burdan çıxım, vaylarını verəcəm. Sahə müvəkkilini iti qovan kimi dərhal sistemdən qovduracam. Özbəkləri də… hayana dönsə özümüzünkülərdi, yazıqdılar, bir səhvə görə tutdurmaq istəmirəm, yəqin ki, sahə müvəkkilinin fitnəsinə uyublar, deportasiya etdirəcəm, qoy gedib qışlaqlarında qoyunlarını otarsınlar, Moskva yetim-yesirin yeri deyil.
–Əməliyyatçı yolda mənə hamısını danışdı. Onların bu məsələdən xəbəri yoxdur.
–Bəlkə səndən söz almaq istəyib?
–Yox.
Mən ona yol boyu əməliyyatçı ilə aramızda olan söhbəti danışdım. Gülümsədi, rəngi açıldı. Mənə özü haqqında bəzi şeylər damşmağa başladı. Ağbaş həmyerlim, sən demə, Sabirabadlı imiş. Orda doğulub boya-başa çatıb. Müstəqil Azərbaycanın Polis Akademiyasını bitirib, ilk məzunlarından biri olub. Öz rayonlarına təyinat alıb, orda əməliyyatçı, təhqiqatçı, müstəntiq vəzifələrində çalışıb, polis kapitanı rütbəsinədək yüksəlib. Heç vaxt rüşvət almayıb, dələduzluq əməllərini ağlına belə gotirməyib. Həmişə haqqın tərəfındə, haqlının müdafıəsində dayanıb. Rəisin “solaxay” tapşırıqlarını yerinə yetirmədiyinə görə elə rüşvət ittihamı ilə şərlənib. İş yoldaşları üzünə dirənib. İşdən də olub, rütbədən də, həbsə göndərilib. Dörd il yatıb çıxıb. Türmədən çıxandan sonra nə qədər çalışsa da köhnə işinə bərpa oluna bilməyib. Doğma vətəndə qalıb işləyib-yaşamaq mümkünsüz olub. Ailəsi dağılıb. Yüzlərlə başqa həmyerliləri kimi çıxış yolunu Moskvaya üz tutmaqda görüb. “Moskva böyükdür, orda hamıya yer tapılar. Bir də kim-kimi tanıyır, kimin nə işinə başqası nə işlə məşğul olur”, deyə özünə təsəlli verib. “Rüşvət, dələduzluq maddəsi də ikinci pasport kimi alnına möhürlənib!” Ağbaş beləcə taleyi ilə barışıb və bu istiqamətdə köhlənməyə çalışıb. Polisdon çıxıb gedib bazarda kartof-soğan sata bilməzdi, istəsəydi belə bunu bacarmazdı. Ailəsi Sabirabadda yaşayır. Boşansalar da əlinə imkan düşdükcə ailəsinə pul göndərib. Qızı ailə qurub. Oğlu isə Polis Akademiyasının axırıncı kursundadır. “Nə qədər çalışsam da onu inadından döndərə bilmədim. Qorxuram ki, onu da mənim taleyim gözləsin…” Yalnız bu sözləri deyəndə azacıq kövrəldi. “Qorxma, qurd oğlu qurd olar, deyiblər”, təsəlli vermək istəsəm də dinmədim, sadəcə düşündüm özlüyümdə…
–Bəs nə yaxşı halal-hümbət qazandığınız “kapitan” rütbəsində deyil, “polkovnik» rütbəsində fəaliyyət göstərirsiniz? Bəlkə kapitan kimi daha asan “işləyərdiniz…” – Ağlıma gələn ilk sualı şappıldatdım getdi.
–Daha yaş o yaş deyil. – dedi. – İndi kim inanar ki, bu yaşda, bu başın sahibi hələ kapitandır.
Görüş vaxlı bitdiyindən ayrılınalı olduq. Nikbin idi, lezliklə çıxacağına, görüşəcəyimizə ümidliydi. Nə bilim?! Ona heç yazığım gəlmirdi, Murad demişkən, qurd idi, harda olsaydı, baş çıxaracaqdı. Məni məyus edən başqa şeydi. İndi gör onun kimi nə qədər qurd ürəkli oğullar yaltaqların, xainlərin, satqınların, üzəduranların ucbatından ailəsindən ayrı düşüb, doğma vətəndən didərgin salınıb. Heyf sənə, Vətən! Bu cür oğullar sənin üzünə həsrət qalıb. Sən də onların ehtiyacında qovrulursan, cızdığın çıxır.
Özümdə-sözümdə deyildim, sanki şoka düşmüşdüm.
Növbəti iş günü də belə oldum. Ağbaşın həbsi ilə heç cürə barışa bilmirdim. Əlimdən bir kömək eləmək də gəlmirdi. Kimi tanıyırdım bu qərib ölkədə, qərib diyarda…
Axşam işdən çıxıb evə getmək istəyirdim ki, giriş qapısının ağzında yenə həmin əməliyyatçı ilə qarşılaşdım. Məni gözləyirmiş, görən kimi gülə-gülə özü yaxınlaşdı. -Sənə bir şad xəbərim və xahişim olacaq. – dedi və qoluma girib maşınına tərəf apardı.
Maşına oturduq.
–Bilirsən, sənin həmyerlin haqlıymış. Bu gccə onu buraxacaqlar.
–Necə? – Təəccüblə bir də soruşdum, eşitdiyimə inana bilmirdim. – Haqlıymış?..
–Görünür, beləymiş. – dedi. – Bəzən belə də olur. Bizim yuxarı rəis general Varonçovanın köməkçisinə bu barədə məlumat verib. Köməkçisi də gülümsəyib. Deyib ki, madam xanımın adını çəkib, deməli, ərki çatır, buraxın, getsin işinin arxasınca. Daha rəis dəqiqləşdirə bilməyib, general onu şəxsən tanıyır, ya tanımır. Bilirsən də… buna xüsusi cəsarət lazımdı, o da… özün başa düşürsən… indi heç kim özünü yandırmaq istəmir… bizə baxma, biz aşağı təbəqəyik, qara qul yerinə də işləyirik.
–Şad xəbər olasan! – Sözünü kəsib təşəkkiirümü bildirdim.
Əməliyyatçı bardaçoku açıb ordan bir kağız bağlaması çıxartdı.
–Bunu da bizim adımızdan həmyerlinə çatdırarsan. Üzrxahlıq da elə. De ki, uşaqlıq eləmişik, ağ saçlarına bağışlasın bizi. Hər halda özü başa düşər. Polisdon çıxandan sonra iş tapmaq çətin məsələdi. Gedib hansısa dəllalın, alverçinin qabağında qul kimi durası deyilik ki… Səni başa düşər, eşidər…
Sözün düzü, əvvəlcə qorxdum. Düşündüm ki, qurğudur. Həmyerlimi başqa cür ilişdirə bilməyiblər, bu cür qandallamaq fıkrinə düşüblər. Ancaq əmoliyyatçı elə yalvarırdı ki, inanmamaq mümkünsüzdıi. Bağlamanı alıb baxdım, pul idi.
–Qulaq as. – dedim. – Birdən nömrələnmiş, işarələnmiş pul olar ha… Sonra deməzsən ki…
–Qorxma, o qədər də axmaq deyiləın. Bir də ki, qanunu mən səndən yaxşı bilirəm. Ancaq elə şeylər var, qanunla həll olunmur, bunu biz hamıdan yaxşı bilirik. Bura Moskvadır, burda rüşvət verən də, alan da eyni cür məsuliyyət daşıyır. Ağlın Azərbaycana getməsin…
Bağlamanı götürüb qoltuq cibimə basdım.
–Çalışaram. – deyib maşından düşmək istədim, əməliyyatçı qoymadı.
–Otur, aparıram. – dedi.
Yenə də ürəyimə şübhələr doldu. “Yəqin yaşadığım evin yerini öyrənmək istəyir? Gərək düşüb taksi ilə gedərdim. Eh… taksini də güdüb öyrənə bilərdi…” Düşündüm.
–Gedək.
Maşın yerindən tərpəndi. Yolu göstərməsəm də əməliyyatçı məni qaldığım binanın qabağına gətirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «Литрес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на Литрес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги