Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu-sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oğlanla, qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq (hansı ki, həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), …
İsa Muğannanın 2009-cu ildə yazdığı, lakin sağlığnda işıq üzü görməyən “Türfə” romanı SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndlikdən bəhs edilir.
“ Cəhənnəmə gedən yol” adlı kitabını Dərya Qılıc klassik roman üslubundan istifadə etməklə qəlımə alıb ,həbsxana mövzusuna müraciət etmişdir. Müəllif bu yolun cəhənnəm yolu olduğunu sadə, aydın dillə oxucusuna catdırmışdı. Əsərin qəhrəmanı olan Adiı adlı gənc əslındə ağıllı , dəyanətli, ismətıi oğlandır. Lakin tam təəssadüf nəticəsində həbsxana divarları arasına düşən Adil çox açınaçaqlı duru…
“Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm –…
Bu kitaba İ.S.Turgenevin üç əsəri daxil edilmişdir. “Saat”, “Bədbəxt qız”, “Taqqıldayır”. “Saat” povestində gənc qəhrəman Davıdın güclü xarakterindən bəhs olunur. O, kasıbların, təhqir olunanların havadarıdır. Özünə bəslənən etimadı doğruldan Davıd məşhur Borodino döyüşü zamanı bir qəhrəman kimi həlak olur. “Bədbəxt qız” əsərində öz atalığından sonsuz zülmlər görən bir qızın acınacaqlı həyatı, “Ta…
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illəri…
Kitab leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin vaxtsız ölümünə həsr olunub.
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz …
Bu kitabda Fridrix Bodenştedtin hörmətli müəllii Mirzə Şəfi Vazeh haqqında xatirələri toplanmışdır. Xatirələr filosof-şairin şəxsiyyəti, məhəbbəti, yaradıcılığı barədə oxucuda (dinləyicidə) geniş təsəvvür yaradır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, altmış ildən artıq bir dövrü əhat…
Əsər XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edir. Əsərin adı da S.Ə.Şirvaninin “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürülmüşdür. Romanda şairin həyatı ilə bərabər XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyası göz önünə gətirilir. “”Aləmdə səsim var mənim” romanında Əzizə Cəfər…
Mirmehdi Ağaoğlu: “Mən çalışmışam ki, oxucularıma dəyərli və maraqlı bir kitab hədiyyə edim. Bu kitab iki il müddətinə ərsəyə gəlib və üzərində dəfələrlə çalışıb, yaxşı bir əsər ərsəyə gətirmək istəmişəm. Arzum oxucularımın bu əsəri bəyənməsidir. Ümid edirəm ki, belə də olacaq”. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragiko…