Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır. Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin roma…
Bəşəriyyət nə zamana qədər Hammurapi məcəlləsinin qana-qan, dişə-diş prinsipləri ilə yaşayacaq? Bazini oğurluq edir. Yoldaşlarısa onu cəzalandırır. Şantaş edir, alçaldır, hətta cinsi zorakılığa məruz qoyurlar. Törless sadə bir kəndli ailəsinin nümayəndəsidir, şöhrət zirvəsinə qalxmaq üçün təhsil almaq, kübar mühitə qoşulmaq sevdasına qapılır. Yeni şəraitə asanlıqla uyğunlaşsa da valideynləri üçün …
Görkəmli nasir, publisist, dramaturq xalq yazıçısı Anarın «Seçilmiş əsərləri»nin bu cildinə müxtəlif illərdə qələmə aldığı «Asılqanda işləyən qadının söhbəti», «Taksi və vaxt», «Gürcü familyası», «Mən, sən, o, və telefon», «Yaxşı padşahın nağılı», «Dantenin yubileyi», «Keçən ilin son gecəsi», «Ağ liman» hekayə və povestləri daxil edilmişdir.
Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Müəllif “Taxtalıköyd…
Mirzə Fətəli Axundzadə 1857-ci ildə yazdığı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur[1]. Povestdə Avropa maarifçilərinin «dünyanı sağlam aqil idarə edir» konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və…
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda i…
Yasəmən Fateh Teymurun nəvəsi böyük Moğol hökmdarı Əkbərin milliyətcə ingilis olan qırxıncı arvadı Kandradan doğulan qızıdır. İlahi gözəlliyə malik olan Yasəmən şahzadə olsa da çox keçməkeşli həyat tərzi keçirmişdir. O, 14 yaşında ikən 30 yaşlı qardaşı Səlimin ehtiraslı məhəbbəti ilə üz-üzə gəlmişdir. Hökmdar oğlunun niyyətindən xəbərdar olduğu üçün Yasəməni Hindistandan anasının vətəni İngiltərəy…
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar…
Fransız yazıçısı və filosofu , ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında “Qərbin vicdanı” adlandırılmış Alber Kamünün həyat və yaradıcılığına həsr olunmuş “Atılmış insanın pənahı”nda Kamyünün keçməkeşli həyatından, bəhs olunur. A.Kamü o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndin…
Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları” adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı il…
Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən on…
"Kazanova" adlı bioqrafik hekayə Sveyqin «Öz nəğməsini oxuyanlar» kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və Tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqında amansız etirafların müəllifidir. Bütün həyatını eyş-işrətə xərc…
"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarş…
Azərbaycan oxucusu ilə ilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən məşhur çağdaş yazıçılarından biridir, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. Franz Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə 2002-ci ildə Kassel mükafatına layiq görülü…
“Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir. Müsə…