Abdulla Qədiri 1919-cu ildə “Ötən günlər” romanını yazmağa başlayır. Romandan parçaları qəzet və jurnallarda çap etdirir. “Ötən günlər” romanı 1922-ci ildə “İnqilab” jurnalında, 1924-1926-cı illərdə isə ayrı-ayrı fəsillər halında kitabçalar kimi nəşr edilir. Əsər böyük əks-səda yaradır. Azərbaycan ali məktəblərində və texnikumlarında dərs deyən, Bakıda dilçiliyə dair “Qazax, özbək və türk dillərin…
Əlfi Qasımovun povestlərinin bir qismi Böyük Vətən müharibəsi illərində qəhramanlıq və fədakarlıq göstərən gənclərin həyatına həsr olunmuşdur. Belə əsərlərdən biri də “Qızburunda tək məzar” povestidir. Yazıçı bu povestini Kabardin-Balkar torpağında Qızburun kəndinin müdafiəsində əfsanəvi qəhrəmanlıq göstərmiş həmyerlimiz Kamil Zülfüqarovun əziz xatirəsinə həsr etmişdir. “Qızburunda tək məzar” sənə…
Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, “Çevrilmə” , “Kənd həkimi”, “Akademiya üçün hesabat”, “Balaca qadın” əsərləri yer almışdır. Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, an…
Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin “İblislə savaşanlar” adlı kitabı XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin – Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir.
“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir. Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda…
Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.
Adamın dirilməsi” müəllifin ən parlaq əsəridir. Romanda qaz sobasında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reabilitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasın…
Jerminal dünya ədəbiyyatı tarixində ən vacib əsərlərdən biridir. İnsanların son dərəcə real və universal, həm də təsir edici bir dildə əzab çəkdiyini söyləyən Zolya, bu romanla bir dastan yaratdı. Romanda hadisələr 1860-cı illəri əhatə edir. Fransanın şimal hissəsində mədən işçiləri ağır şərtlər altında yaşamaq üçün mübarizə aparırlar. Hər an aclıq və səfalətlə, həm də iç-içə yaşadıqları yerlərin …
Hindistanda və dünyada tam yetkin və realist istiqamətli yazıçı, görkəmli ictimai xadim, Nobel mükafatı laureatı kimi tanınan Rabindranat Taqorun “Fəlakət” romanında real həyatla mühafizəkarlıq ənənələri, feodal ailə əxlaqı ilə demokratik meyllər arasındakı konflikt, müstəmləkəçiliyə, zülm və istibdada qarşı mübarizə psixoloji inandırıcılıqla göstərilmişdir.
Hər zaman qəlbi və ağlı arasında qalanlar! Qərar vərməkdə çətinlik çəkənlər! Sevgini hislərin ən müəmmalısı hesab edənlər! Sosial şəbəkələrin istifadəçiləri! Müasir texnalogiyaların əsirləri ! Fəlsəfənin elmlə və insanla ortaq cəhətlərini axtaranlar! Reallıqla virtuallıq arasında çarpışanlar! Bu kitab sizin üçündür! Cavabsız suallarınızın izahı, bitməyən xəyallarınızın mənası, bir ömür bəs etməyən…
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər i…
İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «„altmışıncılar“» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli şəkildə göstərilmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə d…