banner banner banner
Rübailər
Rübailər
Оценить:
 Рейтинг: 0

Rübailər

Gәzsәm, arasam vüsalın olsun gecәlәr.

«İçsәm o qәdәr şәrab ki, qәbrimdәn onun…»

İçsәm o qәdәr şәrab ki, qәbrimdәn onun,
Çıxsın qoxusu mәzarımı doldursun,
Bir kefli gәlib torpağıma çatsa әgәr,
Ordan saçılan qoxuyla tam mәst olsun.

«Meyxanә diyarında gedib qәlb axtar…»

Meyxanә diyarında gedib qәlb axtar,
Kamillәri tap, onlar ilә ol hәmkar,
Yüz Kәbәdәn artıqdı bir insan qәlbi,
Sәn Kәbәyә getmә, get tәmiz qәlblәrә var[1 - Var – çat, yetiş.].

«Bir gün ki əlimdə parlayır cami-şәrab…»

Bir gün ki əlimdə parlayır cami-şәrab,
Şadlıq mәni eylәyir o gün mәstü xәrab.
Yüz möcüzә icad edirәm sәnәtdә
Tәbim o zaman atәş olur, söz dә gülab.

«Mәşuqә vә meylә bu xarab guşәdә şad…»

Mәşuqә vә meylә bu xarab guşәdә şad,
Rәhmәt vә әzab ümidi, fikri, bizә yad,
Hәr bir şeyi qoyduq girova badә üçün,
Oddan, havadan, sudan vә torpaqdan azad.

«Meyxanәni abad mey içәnlәrdir edәn…»

Meyxanәni abad mey içәnlәrdir edәn,
Min tövbә-günah qanın sorurlar bizdәn.
Mәn işlәmәsәm günah, edilmәz rәhmәt,
Rәhmәt şәrәfin günahımızdır bәzәyәn.

«Dostluq az elə, hər kәsә dil vermә, saqın…»

Dostluq az elə, hər kәsә dil vermә, saqın!
Olma bu zәmanә әhlinә çox da yaxın.
Bir kәs ki onu arxa bilirsәn özünə,
Diqqәt elәsәn, odur hәqiqәtdә yağın.

«O qәsrdә ki verәrdilәr Bәhrama cam…»

O qәsrdә ki verәrdilәr Bәhrama cam,
Ahuya olub doğum yeri, aslana dam.[2 - Dam – tor.]
Bәhram ki, ömür boyunca gur ovlardı,
Gördün necә birdәn gora girdi Bәhram.

«Dilbәrlәrә kim, gülәr dodaqlar vermiş…»

Dilbәrlәrә kim, gülәr dodaqlar vermiş,
Dәrd әhlinin o, bağrına dağlar vermiş.
Qismәt bizә şadlıq etmәmişdirsә, nә qәm?
Yüz minlәrini gözlәri ağlar vermiş.

«Gәlmiş bulud, ağlayır çәmәn üstünә, bax…»

Gәlmiş bulud, ağlayır çәmәn üstünә, bax,
Gülrәngli şәrabsız nәyә lazım yaşamaq.
İndi çәmәnin otlarına biz baxırıq,
Bәs qәbrimizin otlarına kim baxacaq.

«Üsyanım ilә heç kәsi yandırmır odum…»

Üsyanım ilә heç kәsi yandırmır odum,
Bir kimsәnәdәn yaxşılığa yox umudum,
Xalqın sitәmindәn göyә qalxan әl ilә,
Xeyir olmadı heç, hansı әtәkdәn tutdum.

«Çərxin dönüşündə görmürəm bir məfhum…»

Çərxin dönüşündə görmürəm bir məfhum,
Dünya әzabından özgә hәr şey mövhum,
Öz işlәrimә diqqәt edib mәn görürәm
Ömrümdә mәnә olmadı bir şey mәlum.

«Mәndә bu nәfәs saqiyә sadiq qalmış…»

Mәndә bu nәfәs saqiyә sadiq qalmış,
Xalqdansa mәnә bu bivәfalıq qalmış;
Axşamkı şәrabdan bir udum qalmışsa,
Söylә, nә qәdәr ömrdәn artıq qalmış?

«Kafirlik ilә din arası bir andır…»

Kafirlik ilә din arası bir andır,
Şәkk ilә yәqinin arası bir andır.
Xoşluqla keçir sәn bu әziz ömrü bu gün,
Sağlıqla ölüm fasilәsi bir andır.

«Bihudә yerә hәr tәrәfә cummamalı…»

Bihudә yerә hәr tәrәfә cummamalı,
Әsr ilә ayaqlaşmalı, rәhm ummamalı,
Zәrlәr nә verirsә fәlәyin nәrdindә,
Yalnız o naxışlara baxıb oynamalı.