banner banner banner
Dədə Qorqud dastanları
Dədə Qorqud dastanları
Оценить:
 Рейтинг: 0

Dədə Qorqud dastanları

– Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun! Mən atıma minmədən o minmiş olsun! Mən döyüşə getməmiş o mənə baş gətirsin! Ata, mənə belə bir qız al!

– Oğul, sən qız yox, özünə bir yoldaş-silahdaş istəyirsənmiş. Oğul, bəlkə, istədiyin qız Baybican bəyin qızı Banıçiçəkdir?

– Bəli, ağsaqqallı əziz ata, mənim istədiyim elə odur.

– Ay oğul, Banıçiçəyin bir dəli qardaşı vardır, adına Dəli Qarcar deyirlər. Qızı istəyəni öldürür.

– Yaxşı, bəs nə edək?

– Oğul, Qalın Oğuz bəylərini evimizə dəvət edək. Necə məsləhət görərlərsə, ona uyğun da iş görərik.

Baybörə bəy belə də etdi. Oğuz bəyləri də qərara gəldilər ki, Banıçiçəyi istəməyə yalnız Dədəm Qorqud gedə bilər. Dədə Qorqud da bu işə razı oldu.

***

Dədə Qorqud dedi, dostlar madam ki, məni göndərirsiniz, barı Bayındır xanın tövləsindən iki şahanə yüyrək at gətirin. Bir Keçi başlı Keçər ayğır, bir də Toğlu başlı Duru ayğır, verin mənə. Birdən qaç-qov olarsa, birisini minim, o birisini yedəkləyim.

Dədə Qorqudun sözü bəylərin ağlına batdı. Getdilər, Bayındır xanın tövləsindən o iki atı gətirdilər. Dədə Qorqud birini minib, birini yedəkləyib getdi elçiliyə.

Bu vaxt Dəli Qarcar da öz uca evində yoldaşları ilə nişan qoyub atırdı. Dədəm Qorqud da bu yandan gəldi. Baş endirib təzim etdi. Dil-ağız edib, hörmətlə salam verdi. Dəli Qarcar ağzını köpükləndirdi. Dədə Qorqudun üzünə baxdı. Dedi:– “Əlekəssalam! Ay əməli azmış, yolundan dönmüş, qadir Allah ağ alnına qada yazmış! Əcəlinmi gəldi? Buralara niyə gəlmisən?”

Dədə Qorqud dedi:

– Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm.

Tanrının əmriylə, peygəmbərin rəyi ilə

Aydan arı, gündən duru bacın Banıçiçəyi

Bamsı Beyrəyə istəməyə gəlmişəm!

Dədə Qorqud belə dedikdə Dəli Qarcar igidlərinə dedi: – Əyə, Qara ayğırı yaraqlı gətirin! Dəli Qarcar atlandı. Dədə Qorqud Dəli Qarcardan ümidini üzüb gözləmədi, qaçdı. Dəli Qarcar da onun ardınca düşdü. Toğlu başlı Duru ayğır yoruldu. Dədə Qorqud Keçi başlı Keçərə sıçrayıb mindi.

Dəli Qarcar arxadan Dədə Qorquda çatdı. Bu zaman el ağsaqqalı, bilicisi Dədənin yaddaşı canlandı, tanrıya sığınıb, dua oxudu.

Dəli Qarcar qılıncını əlinə aldı. Qolunu yuxarı qaldırıb hücum etdi. Dəli Qarcar Dədəni vurmaq istədi. Dədə Qorqud dedi: Ağsaqqala əl qaldırsan, əlin qurusun!

Allahın əmri ilə Dəli Qarcarın əli yuxarıdan asılı qaldı. Dədə Qorqud Oğuzların ruhani ağası olduğu üçün diləyi qəbul olundu. Dəli Qarcar dedi: – Amandır, kömək et! Sən mənim əlimi sağaltsan, Tanrının əmri ilə, peyğəmbərin rəyi ilə bacımı Beyrəyə verirəm. Dediyini üç dəfə təsdiq elədi. Günahına tövbə etdi. Dədə Qorqud dua eylədi. Allahın əmri ilə dəlinin əli sapsağlam oldu.

Sonra dedi: “Dədə, bacımın yolunda mən nə istəsəm, verərsənmi?

–Verərik, de, görüm nə istəyirsən?

– Min buğra gətirin ki, maya görməmiş olsun. Min də ayğır ki, ilxıya girməmiş olsun. Min də qoyun üzü görməmiş qoç gətirin. Min də quyruqsuz-qulaqsız köpək gətirin. Min də birə gətirin mənə! Əgər bu dediyim şeyləri gətirərsinizsə, bacımı verdim. Amma gətirməsən, bu dəfə öldürmədim, o vaxt öldürərəm!”

Dədə döndü, Baybörə bəyin evinə gəldi. Baybörə bəy dedi: – Dədə, oğlanmısan, qızmısan?

– Oğlanam!

– Bəs Dəli Qarcarın əlindən necə xilas oldun?

– Allahın köməyi, ərənlərin səyi ilə qızı aldım.

Beyrəyə, anasına və bacılarına müjdəçi gəldi. Sevindilər, şad oldular. Baybörə bəy dedi: “Dəli nə qədər mal istədi?”.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 570 форматов)