banner banner banner
Xəmsə
Xəmsə
Оценить:
 Рейтинг: 0

Xəmsə

Bu zülmü, bu əzabı yerdə qoysan, səndən qiyamətdə hesab çəkəcəklər.

Adillik eşqindəsənsə, bəs ədalətin hanı? Haçan sitəmin, qəbahətin sona yetəcək?

Sultandan qaydadır ki, xalqa güc qüvvət gələr. Bəs niyə daim səndən bizə həqarət gəlir?

Məgər yetim malını yemək ədalətdirmi?!

Buna görə Abxazda qarətçilər hələ də lənətlənir. Ağ saçlarımdan utan, dulların əmlakını soyub-çapıb, talama, olub-qalanına dəymə.

Qul olduğun halda, sən şahlıq sevdasındasan. Ey haqqı dardan asan, canidən şah olarmı?

Şah gərək ölkədə hər işi sahmana salsın. O gərək xalqın səadətinə keşikçi olsun. Şah adil olsa, könüllər ona məhəbbət bəslər.

Sən taxt başına gələndən nə hünər göstərmisən? Bu eli ancaq alt-üst edib taladın. Türk dövləti bir zaman dağ kimi ucalmışdı. Onun ədaləti, şəfqəti bütün məmləkəti sarmışdı. O şöhrəti sən yıxdın. O ad-sanın batıb getməyi səndən oldu. Demək, sən türk deyilsən, yağmaçı

bir hindusanmış. Sənin əllərinlə şəhərlərin bünövrəsi, biçinçinin xırmanı, əkinçinin tarlası dağıldı. Əcəl gəlib yetişməmiş ağlını başına yığ, əlindən iş gəlirsə, bir ədalət qəsri tik. Ədalətin gecəni çıraq kimi işıqlatsın, həmişə bəxtiyar etsin. Ağbirçək qarının sənə söylədiklərini yadda saxla: yetimlərə, dullara qol-qanad ol, onları sevindir. Sən yoxsulların başından qapazı geri çək. Yoxsa məzlumların qarğışından oxlanacaqsan. Sən ki bu qədər hər guşəyə ox yağdırırsan, ancaq girəcəyin guşədən bixəbərsən. Şah cahan qalalarını açan bir açardır. Agah ol, sən qapılar bağlamağa gəlməmisən. Səni şah seçiblər ki, cəfanı azaldasan, bir könül yaralansa, sən ona dərman olasan. Zəiflərin adəti nazla sənə sığınmaqdır. Sənin borcun isə onların telinə sığal çəkməkdir. Qulağını geniş aç, bu möhtac, yalavac zavallıların komasına işıq saç.

Xorasan ölkəsinin hökmdarı Səncərə bu sözlər kar etmədi, başı cəncələ düşdü. İnan ki, bu dövrdə ədalət ərşə çəkilmiş, o yalnız Simurqun qanadından asılmışdır. Bu torpaq üstə daha sevincdən əsər yoxdur. Bu göy qübbə altında həyadan bir xəbər yoxdur.

Ey dərdli Nizami, qalx bu dünyanı qucaqla! Ürəklər qana döndü, sən də gəl qan ağla!

KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

Şam şəhəri yaxınlığında qoca bir kişi yaşayırdı. O, insanlardan uzaqlaşaraq mələk kimi tənha həyat sürürdü. Qoca özünə ot-əncərdən köynək toxuyurdu. Heç kəsdən minnət götürməyən qoca kərpic kəsməklə dolanırdı. Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda və məğlub edildikdə ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyət edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclərlə örtülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər

onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.

Bir gün qoca yenə tərini silə-silə palçıqla, samanla, su ilə əlləşirdi. Bu zaman kənardan qəfil bir gözəl dəliqanlı gənc çıxaraq dili ahla, amanla qocaya müraciət etdi:

– Bu nə işdir ki, sən görürsən? Belə əzaba və zillətə yalnız qullar dözə bilər. Ayağa qalx, torpağa bu qədər qılınc vurma! Bir qarınlıq (doyumluq) çörəyi səndən kim əsirgəyər?!

Sən bu qəlibi odda yandırıb külə döndər. Başqa bir qəlib seç, onunla özünə gün ağla. Sən axirət dünyasını qazanmaq üçün çalış. Özünü heydən salma, bu daş-kəsəkdən əl çək! Sən qocasan, ancaq qocalarla otur-dur. Bu iş cavanların işi ola bilər, qoy onlar bununla məşğul olsunlar.

Qoca cavabında dedi:

– Ay oğul, dəliqanlılıq etmə! Öz işinlə məşğul ol, mənə ağıl öyrətməyin əbəsdir. Hər sənətin sahibi öz sənətiylə yaşayar. Qocalar kərpic kəsər, kölələr isə yük daşıyar. Mənə əziyyətli olsa da, bu sənəti öyrəndim. Ona görə bu sənəti seçdim ki, boynumda bir kimsənin minnəti qalmasın. Kiməsə əl açıb bundan xəcalət çəkməyin.

Mən xəzinə, var-dövlət yığmıram ki, məsxərəyə qoyulum. Ay oğlum, mən əlimin zəhmətilə dolanıram. Günahımı götürmə, mən çörək qazanıram. Birgünlük halalımı mən min harama dəyişmərəm.

Qocanın bu sözlərindən həmin gənc alovlandı. O, qocanın yanından gedərkən gözlərindən gildir-gildir yaş axıtdı.

Ey Nizami, yetər ki, dünya qapısını çox döydün. İndi məqamı çatıb ki, axirət qapısını döyəsən.

OVÇU, İT VƏ TÜLKÜNÜN HEKAYƏSİ

İti görmə bacarığı və uzağı görməkdə usta olan bir ovçu vardı. O, biyabanları, çölləri gəzərək öz ov yerini tapardı. Ovçunun bir bəd iti var idi. Bu it çeviklikdə, ayıqlıqda şirə bənzəyirdi. İt günəş şüalarını ceyran belində tutmağa qadir idi. Onun boynunun qüvvətindən kərgədan tük salardı. Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən vahiməyə düşürdü. Bu it ovçunun yolçuluqda, çöldə-bayırda dostu və arxası idi. Gecə ayıq-sayıq keşik çəkən it gündüz əmrə müntəzir olardı. Bir gün aslan kimi ovçunun aslan iti yox oldu. Ovçunun bu nisgili, göz yaşları ciyərlərini diddi. Miyançısı qəza olan bu ovlağı gördü. Burada şir başından itin ayağı dönsə də, ciyərini dişində tutub tab gətirməkdən başqa bir çarə yoxdu. Ovçu dözdü. Səbrinin misqal boyda arpası, bəlkə, bir dirhəm qədər azı xeyir gətirdi. Qəfildən ovçunun qarşısına bir tülkü çıxıb dedi:

– Ey səbirli insan, bu qədər səbir etmək olmaz. Eşitdim ki, qüdrətdə hünər yolçusu olan itin dünyadan köçüb gedib. Nə etmək olar, başın sağ olsun. O it bir anda yüz cüyürü və ceyranı yaxalardı. İt zirəkliyinin və cəldliyinin qurbanı oldu. Bilirəm ki, bu dərd sənin üçün hər şeydən betərdi. Sənə bu iki ayda ovladığın qəm-kədər yetərincədir. Qalxaraq bu ovdan kabab çək, könül ziyafəti ver. Dərisi dərvişlərin, əti isə ovçunun qisməti olsun. Dadlı, ləzzətli xörəklər yediyini bilirəm. Bir də yağlı tülkülər heç vaxt əlinə düşməyəcək. Yağlı-yavan olmağımız səni heç düşündürmür. İştahanın əlini bizim süfrəmizdən çəkmisən. Nə yaxşı ki daha sənin torundan uzağam. Şikarından nə yaxşı ki azadam. Sən şikarından ayrı düşmüsən. Bu məgər vəfasızlıq deyilmi? Bundan qəmlənmirsən də. Bəs nə üçün ciyərlərin yaradır?

Ovçu dedi:

– Bədənim qəm-qüssəyə hamilədir. Bu da birgünlükdür, keçib gedəcək. Mən bircə bundan şadam ki, bu ölümlü-itimli dünyada sevinclə kədər həmişə bir-birini qovur. Bu boş və fani dünyada, xidmət də, sərvət də, səltənət də elə dəyişərək, bir-biri ilə bəhsəbəhs edərək gəlib-gedib. Ay da, ulduz da, fələk də, dünyada nə varsa, hər şey keçib gedəcək. Rahatlıq da, möhnət də onlar kimi bir gün sona yetəcək. Dərdim, qəmim olanda mən bir azca şadlanıram. Çünki qəm cahanda həmişə sevinc müjdəsi gətirir. Mən Yusif kimi bu qəmdən bəlaya düçar oldum. Ancaq mən qurd deyiləm ki, dərimi də dərddən yırtmağa başlayım. Ey tülkü, fələyin mənə dağ çəkməyinə şad olma. Çünki sənin kimi şikar hələ əlimə çox düşəcək.

Ovçunun ağzından bu sözlər çıxarkən yolları toz bürüdü. Bu toz pərdəsinin altından cəsur köpək göründü. O, əvvəlcə tülkünün böyrünü, başını dolandı. Birdən tülkünü sorğu-suala tutaraq dedi:

– Bir az gecikdiyim üçün məni pislədinmi? Gecikməyimə baxmayaraq, bura özümü aslan kimi yetirdim. Mənim ləkəsiz xaltam sənin dinin kimi təmizdir. Yəqin ki, tülkünün peysərini yeyəcəksiniz. O kimsə ki yəqinliyə dərin inam və sədaqət bəsləyir, onun işinin sonu səadətlə tamamlanır. Sən yəqinlik yolunu bu kainatda tut ondan mübarək iş (mənzil) bu həyatda yoxdur. Yəqin ki, o da inamın gücü ilə saf qızıla dönür. Belə olan halda ayaqda olanlar (əyləşənlər) addım da keçə bilirlər. İnamla, yəqinliklə, qorxu bilmədən addın atsan, oddan su, dəniz dalğasından toz çıxararsan. Yəqini təvəkkülə qarışdırıb yoğuran, onları vəhdət halına gətirən kəs kərəm əlilə “Ruzu yalnız Tanrıdan”dır yazar. Yəqin əhli daşdan yumşaq hər nə var nuş edər. Daha quyruqda gənə kimi qan sormaz. Tanrı yolu ilə getsən, nə qəm yeyərsən, nə də qüssə çəkərsən. Yavanlığın, ruzun heç vaxt evindən əskilməyəcək. Tanrı qapısında ol ki, o hər kəsdən uludur. Ruzunu yalnız Tanrıdan istə, ruzunu verən ancaq odur! Tanrının qapısından kim içəri girdisə, inan ki, səbəbsiz yerə o, əliboş qayıtmadı. Yəqin əhli misilsiz dərəcədə kamildirlər. Biz isə onların əksi olaraq naşıyıq. Biz onların ayağı timsalındayıq. Onlar bizim başımızdır. Səccadənin

ucunu təmiz suya salsalar, o, al-qırmızı şəraba belə bal dadı verər. Sənə bir günlük ömür möhlət verər, israf edirsən. O gün ki bizim surətlərimiz xəlq olundu, elə dərhal da ayrı-ayrı qismətlərimiz ayırd edildi. Sənə o Tanrı süfrəsindən pay göndərilmişdir. O da sənin qismətinə veriləndi ki, süfrənə gətirilir. Hər kəs ki gecə-gündüz dolanmaq üçün əlləşir-vuruşur, o öz qismətindən artıq inan ki, heç nə yeyə bilməz. Əvvəldə söz verdiyin din uğrunda çalış. İşləməklə insanın nə dövləti, nə də ruzusu çoxalmamışdır. Əgər istəyirsənsə, hamıdan əziz insan olasan, onda gərək çalışasan. Sənin arzunu gerçəkləşdirmək yalnız Tanrının əlindədir.

Nizami çox əlləşdi, sonda nə qazandı? Soyuq ah-amandan başqa heç bir şey! Nə etdisə, isti, nəfəsli Allah ona yol açdı.

FİRİDUN ŞAHIN CEYRAN OVU HEKAYƏTİ

Firidun şah səhər-səhər bir neçə həmdəmilə sarayı tərk edib seyrə çıxdı. Ovçu duyğusu onu bir çəmənə gətirdi. O, burada bir ceyran balası gördü. Ceyran balasının qulaqları, gərdəni (bədəni) o qədər zərif idi ki, gözləri, ayaqları sanki adamdan mərhəmət umurdu.

Şah ceyran balasına heyran-heyran baxdı. Bu dəm ceyran balası sıçrayaraq bircə göz qırpımında ovçudan uzaqlaşdı.

Ov ovçunu ovladı. Şahın ürəyi ceyranla bir uçdu. Onun bütün marağı, eşqi ovun ardınca getdi. Ovçunun yanan ürəyi kimi atı Rəxşi də od-alov aldı.

Şahın əlindəki kaman ahunun göbəyi kimi yumşaldı. Ceyranın tozuna nə at çatır, nə də onu ox tutur. Rəxşin şimşək sürətli ox sürəti bəs hanı?

Ox da, at da yorulmuşdu. Heç biri kara gəlmirdi; ot yeyən bir heyvanın önündə məğlub olmuşdu.

– Ey şah, məgər belə idisə, – deyə kaman dil açıb söylədi, – bəs sənin qarşında dilsiz-ağızsız heyvan deyildimi? Bu ceyran balası sənin nəzərinin himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə tərəf ox tuşlasın?!

Sən çalğıçısan, şahım, məgər razı olarsanmı ki, sənin ceyranını ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə döyəclənsin?!

Ey şahım, dağları, ucaları həmişə ara, axtar. Sən də ucaların qərar tutduğu dağdan yüksəkdə durarsan. Hər nə yaxşılıq duysanız, insanlıq sifətidir. Kişiyə yalnız şərəf gətirən əməllər onun xidmətidir. Hünəri olan məğrur insan qoy desin ki, ilkin yaranışdakı əhdə sadiq olmaqdan ülvi nə var? Vəfa əlini hər an əhdin kəmərinə qoy ki, heç vaxt verdiyin sözü pozmayasan.

Keşik çəkən ilanın xəzinədə gözü yoxdur. Çünki o, başdan-ayağa xidmət kəməridir. Xidmət edən kəhkəşan kainatın tacıdır. Binadan-başdan hər şey xidmət kəməri bağlamışdır. Hünər yolunu tutan dilavərlər, qoçaqlar bellərinə öz əliylə xidmət kəməri bağlayar. Mum işıq qaynağıdır. Bal da şanının zinətidir. O, bu dövləti arıya xidmətlə qazanmışdır.

Qalx, ey Nizami, sən ki xidmət yolunda kəmərini bağladın, yüksəl, qol-qanadın açıqdır.

MEYVƏSATANLA TÜLKÜNÜN VƏ CİBKƏSƏNİN HEKAYƏTİ

Yəməndə dükançı bir meyvəsatan yaşayardı. Onun dükanını bir tülkü balası qoruyardı. Bu tülkü balası təlim-tərbiyə görmüş gözətçiydi. O, sahibinin malını ayıq-sayıq və diqqətlə qoruyurdu.

Cibkəsən dükanı soyub-talamaq üçün yüz cür oyun çıxardı, fənd işlətdi. Ancaq bu, bala tülküyə əsla təsir etmədi. Nə etdisə də, bala tülkünü aldada bilmədi. Onda cibkəsən növbəti hiyləyə əl atdı. Bir kənara çəkilib gözlərini yumdu. Özünü yatmış kimi göstərdi. Guya o, şəkər, bal kimi çoxdan şirin yuxudadır.

Tülkü qoca qurdu yatmış bilib yumşaldı. O da başını yerə qoyub yuxuya getdi. Cibkəsən tülkünü yatmış görüb, fürsətdən istifadə edərək pul kisəsini oğurladı. Sonra oradan uzaqlaşaraq gözdən itdi.

Keşikdə duranların yatmağı qorxuludur. Ya onların başı əldən gedər, ya da başındakı papaq.

Nizami, dünya yatacaq yer deyil, oyan! Hər şeyi tərk etməyin məqamı çoxdan çatıb!

TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ

Bir gün məscid əhli şeytana uydu. O, məsciddən üz çevirdi. Meyxana onu qoynuna aldı. Mey dilinə dəyən kimi meytək nalə çəkərək dedi: