Qapı açıldı içəri Sərdar girdİ, Aylının ardında dayanmış Ramizi görüb dəliyə döndü. Ramiz heç kefini pozmadan – Sərdara: sənə qapını döyməyi öyrətməyiblərmi? Sərdar Aylına baxdı. Aylın Sərdara yad adama kimi baxdı, altdan yuxarı uşaq kimi baxıb – Ramizə: bu bizimləmi çalışır? – Aylına: təssüf ki hə canım, sən bularla iş qurdun mənim narazılığıma baxmayaraq. Aylın qapıda dayanan – Sərdara: bağışlayın xatırlamadım sizi, siz mənə yolda görüb yardım etmisiniz, təşəkkür edirəm çox sağ olun. Ramiz – Sərdara: çantasını əlindən alarkən alçaqlar vurmuşdular başından, unutdunmu? onu deyir canım, Sərdar anladı. Ramiz Aylına gərçəyi deməmişdi, baxdı üzgün baxışlarla – Aylına: bir şey deyil canım, səninçün canımıda verərəm mən. Əlindəki kağızları Aylının masasına qoyub, çıxdı qapını bərk çırpdı.
Aylın qapının səsinə səksəndi, Ramiz Aylının çiyinlərindən tuturaq – Aylına: qorxma canım mən ardındayam. Aylın mehribanlıqla Ramizin əlinin üstünə əlini qoyub – Ramizə: o mənə niyə canım dedi? məndən ötrü canını verərəm nə deməkdi? anlamadım. Ramiz tez başını qatdı – Aylına: canım işimizlə məşğul olaq, boş – boş şeylərlə vaxtımızı keçirməyək, elə deyilmi? Aylın başıyla hə deyə işarə etdi. Ramiz Aylını çox istəyirdi, Aylının başından öpüb, oxx qoxuna qurban olum mən, bax burdadır bütün işlə əlaqəli dokumentlərimiz. Kampyuterdə göstərib, izah etməyə başladı Aylına. Qapı döyüldü içəri Vəfa girdi əlində ikki fincan qəhvəylə. Ramiz – Aylına: bax mədəni insan belə olarlar, gördün qapını döyərək girdi içəri. Vəfa qəhvələri qoydu masaya, anlamışdı Sərdarın oların yaxın durduqlarını görüb əsəblə çıxdığını. Sizə nuş olsun canlarım mənim, Ramizlə Aylın təşəkkür edilər. Vəfa – olara: mən çıxım Sərdar bəyin əsəbinə tuş gəlməyim, tez otaqdan çıxdı.
Sərdar oturub gözlərini bir nöqtəyə zilləyib yumuruğunuda sıxıb tutmuşdu, atası oğlunun düşdüyü bu halına çox yanırdı, dözmədi qalxıb otaqdan çıxıb getdi. Sərdar heç gözlərini belə qırpmadı qapınnın vurulan səsinə.
Rəyis gəldi Aylınla Ramizin çalışdığı otağa, qapını döyüb içəri girdi, Ramiz Aylına hər şeyi izah edib anlatmışdı iş haqda. Aylın kampyuterdə çalışırdı, Ramizdə öz yerində əyləşmişdi. Rəyisin girdiyini gördükdə Aylın ayağa qalxdı, – rəyisə: biz sizinlə bir çalışırıqmış, rəyis üzgün olsada gülümsəməyə çalışdı. Rəyis – Aylına: hə qızım yaxında xatırlayacaqsan hər şeyi. Ramizdə sənə yardımcı olaçaq, elə deyilmi oğlum? Ramiz – rəyisə: mən əimdən gələni edirəm. Artıq kampyuterdə sərbəst çalışmağa başladı, xatırladı tez bəzi şeyləri çox şükür, iş ortağı olan oğlunuzdan başqa. Söz verirəm oğlunuzdan başqa hər şeyi xatırlamasına əlimdən gələni edəcəm, siz narahat olmayın. Rəyis bilirdi Ramiz yardım etməyəcəkdi heç vaxdı Aylın Sərdarı xatırlasın. Rəyis – Aylına: qızım əyləş ayaqda qalma, Aylın əyləşdi, rəyis yaxınlaşıb üzgün baxışlarla baxaraq – Aylına: qızım sən məni qırmassan bilirəm, mən artıq oğlumla işləyə bilmirəm bir otaqda. Yerlərimizin dəyişdirilməsində səndən xayiş etsəm, qırmassan məni elə deyilmi? Ramiz anlamadı nə demək istədiyni rəyisin. Aylın – rəyisə: əlbətdə yoldaş rəyis buyurun, nə etməyimi istəyirsiniz? – Aylına: sən Sərdarla bir otaqda çalışacaqsan, mən isə Ramizlə burda birlikdə.
Ramiz ayağa qalxdı əsəblə – rəyisə: nə münasibətlə sizin oğlunuzla bir otaqda çalışacaqmış Aylın? rəyis – Ramizə: sən bilirsən nə münasibətlə. Rəyis – Aylına: nə deyirsən qızım, razısanmı? Aylın çiyinlərini çəkib – rəyisə: mənə fərqi yoxdur yoldaş rəyis. Bilirsiniz unutduğum çox şeylər var, Ramiz mənə yardım edir burda. Məncə oğlunuzda yardım edər xatırlamadığım şeylərdə, necədə olsa iş ortağıyıq. Ramiz Aylına baxıb başıyla yox getmə deyə işarə etdi. Aylın kreslosunu arxaya çəkib kampyuterni götürdü, – rəyisə: qalanlarıda gəlib aparaçam, otaqdan çıxıb getdi.
Ramiz – rəyisə: yenə göndərdiniz qızı o qəddar oğlunuzun yanına, indi nə edəcək sənin manyak oğlun ona? rəyis Ramizə əsəbləşdi, bəsdir yetər. Hər gün oğlumun halına baxıb üzülürəm, çarəsizəm imanın olsun biraz. Ramiz bağırdı! – rəyisə: sizin imanınız vardımı qızı bu hallara salanda? imandan danışır mənə, əsəblə qapını açıb çıxdı getdi. Rəyis yorulmuşdu bütün olanlardan, keçib əyləşdi Aylının kreslosunda öz – özünə: Allahım sən mənə səbir ver.
Aylın qapını döyüb içəri girdi, Sərdqar hələdə bir nöqtəyə baxıb oturmuşdu. Aylın Sərdarın fikirli olduğunu görüb, qapını birdə döydü içəridən, Sərdar baxdı Aylına. Aylını quxağında kampyuterlə görüb tez ayağa qalxdı, – Aylına: canım nə oldu? – Sərdara: rəyis burda çalışmamı xayiş etdi. Sərdar anlamadı, Aylın keçib kampyuteri masaya qoyub – Sərdara: yəni səndən bezib yerlərimizi al dəyiş etməyimizi xayiş etdi. Sərdar indi anladı atasının nə üçün etdiyini, Aylının yanında çalışmağa razı olmasına sevindi – Aylına: mən artıq səni üzməyəcəm canım. Aylın masadan rəyisin əşyalarını kənara edib – Sərdara: yardım etsənə buları toplayaq. Sərdar tez yaxınlaşıb, əşyaları toplamağa kömək etdi. Aylına baxırdı masadan əşyaları toplayarkən, ancaq Aylın heç Sərdara baxmırdı. Sərdar Aylına baxıb gülümsədi, çox darıxmışdı Aylınçün, onu öpmək bağrına basmaq istəyirdi. Ancaq istəmirdi Aylını qorxuzsun, bu qədər yaxın olma şansı olmuşdu təkrar Aylınla. Sərdar Aylına baxıb pıçıltılı səslə – Aylına: bir gün hər şeyi xatırlayacaqsan canım. Aylın – Sərdara: bax bir daha mənə canım demə əsəb oluram, mən sənin canın filan deyiləm. Sərdar – Aylına: tamam ca,,,, Aylın xanım səhvimizi düzəltməyə çalışarıq. Aylın rəyisin kampyuterini Sərdarın qucağına qoyub – Sərdara: apar atana ver buları, ordan gələrkən mənim əşyalarımıda gətir, işimiz çoxdur. Nə baxırsan? Sərdar gülümsəyib, baş üstə Aylın xanım əmir edərsiniz. Sərdar otaqdan çıxıb getdiyində Aylın az qala nələrisə xatırlayacaqdı, biraz düşündü, yenənə fikirləri qarışdı xatırlamadı. Aylın öz kampyuterini masaya qoyub baxdı ətrafa, öz – özünə: öz otağım yaxşı idi, ancaq nə edək rəyisin sözünü yerə salmaq olmazdı. İnşallah mənidə bezdirməz bunun oğlu, nə atasına oxşamayan oğlanmış.
Axşam olurdu, Nərgiz mətbəxtdə yemək hazırlayırdı. Tahir gəlib Nərgizi qucaqladı arxadan – Nərgizə: canım çox yoruldun sən, biraz dincəlsənə. Nərgiz qazanın qapağını götürüb baxdı yeməyə, – Tahirə: az qaldı hər şey hazırdı canım. Qardaşım gil gələnə yemək hazırdı, sən danışdınmı Sərdarla? nə deyir, Aylın xatırlayıbmı onu? Tahir dərindən nəfəs alaraq masaya söykənib baxdı. Tahir – Nərgizə: yox xatırlamayıb, ancaq bir otaqda çalışmağa başlayıblar. Nərgiz sevindi – Tahirə: inşallah xatırlayar canım bacım mənim, bax sən ya mənidə xatırlamadı yazıq, nə edək incimək olmaz ondan. Biz ona hər şeyi xatırladacağıq, elə deyilmi canım? Tahir gülümsəyib, Nərgizi qucaqlayıb bağrına basıb alnından öpərək, əlbətddə ömrüm yardım edəcəyik dostuma.
İş saatı bitmək üzrə idi, Sərdar saatına baxdı, Aylın kampyuteri söndürüb telefonunu götürüb ayağa qalxdı. Sərdar – Aylına: Aylın xanım mən səni evə çatdırım icazə versən, qapı açıldı Ramiz girdi içəri – Aylına: canım hazırsansa çıxaq. Sərdar əsəblə – Ramizə: sənə içəri girdiyində qapını döyməyə öyrətməyiblərmi? Ramiz heç Sərdarı saymadı. Ramiz – Aylına: canım aç olmuşam, ikimizçün restoranda masa hazırlatmışam gedək, işində yorğunluğu çıxsın canımızdan. Sərdara acıq edirdi Ramiz, Aylın gülümsəyərək, – Ramizə: oh birdənəm elə bil ürəyimi oxumuşsan, çox gözəl etmişsən məndə acdım yoruldum. Ramiz qolunu göstəri, b qoluna girməsini işarə etdi – Aylına: Aylın xanım buyurun. Aylın gülümsəyərək, gedib Ramizin qoluna girib çıxdılar otaqdan. Sərdar baxa qaldı ardlarınca, Aylına vaxt ayıra bilmədiyiçün çox peşman idi indi. Keçən günlərinin qədrini bilmədiyinə görə çox üzüldü.
Ramizlə Aylın şirkətdən çıxıb Dilqəmin maşınına əyləşib getdilər, atasıyla Sərdar şirkətdən çıxarkən gördülər oların necə zarafatlaşıb deyə gülə getdiklərini. Atası – Sərdara: gedək oğlum, maşınlarına tərəf gedib əyləşdilər. Sərdar çox əsəbi idi, burnunun ucundan sevdiyini aparırdı başqası, baxa qalırdı. Maşını işə salıb əsəblə qaza basdı getdi, ardıncada atası getdi öz maşınla.
Ramizlə Aylın restorana gəldilər, Ramiz hazırlatan masaya yaxınlaşdılar, afisant masanı göstərib getdi. Ramiz Aylının əyləşməsi üçün yardım etdi, Aylın əyləşib təşəkkür eti. Ətrafa baxıb – Ramizə: burası çox gözəlmiş. Mənim şəhərimin hər yeri gözəldi, elə deyilmi? Ramiz gülümsəyərək, – Aylına: artıq bizim şəhərimiz deyəcəyik canım. Afisant gəldi şərabı açıb südü bakallara – Ramizə: başqa əmriniz varmı? – afisanta: hələki yoxdur təkkür etdi, afisant getdi. Ramiz şərab bakalını götürüb – Aylına: canım sənin varlığının şərəfinə içək, yaxşı ki varsan mənimçün. Aylın şərab bakalını götürüb – Ramizə: birdənəm mənim hər şey qarşılıqlıdır inan, məndə qürur duyuram sənin kimi dayım oğlu olduğuçün. Bakallarını yavaşdan toqquşduraraq içdilər, Aylın azaçıq içib bakalı qoydu masaya. Ramiz şərabın hammısını içib, ohh çox gözəl oldu, əlindəki boş bakalı masaya qoyub Aylına baxdı. Aylın gülümsəyərək, – Ramizə: birdənəm biraz bu şirkət haqda mənə xatırlatsana, biz hardan tanışıq o insanlarla? necə olarla ortaq şirkərt açdıq biz?
Ramiz istəmədi danışsın Aylına gərçəkləri, elə bu vaxtdı yemək gətirdilər. Ramiz – Aylına: canım bax sənin sevdiyin yeməkləri hazırlatmışam, tez söhbəti dəyişdi, ayağa qalxıb Aylının yanında əyləşdi – Aylına: canım səni mən yedirdəcəm. Aylın Ramizi çox istəyirdi, xətrinə dəymirdi heç vaxtı. Ramiz yeməkdən boş qaba çəkib, əli ilə Aylına yedizdirdi. Aylında Ramizə yeməklərdən verib zarafatlaşa -zarafatlaşa yeməklərini yeyirdilər.
Sərdarda oturmuşdu evdə masa arxasında, fikri Aylının yanında idi, atası iki dəfə təkrar yeməyini ye desədə, duymamışdı. Nərgiz Sərdarın yanında əyləşmişdi, əiylə Sərdarın qolundan sirkələdi – Nərgizə: nə isə dedinmi bacım? atası dərindən nəfəs alıb baxdı oğluna. Mən dedim oğlum yeməyini ye, Sərdar anlayırdı hamı özünə görə yeməyini yemirdi normal. Çəngəli götürüb yeməkdən yedi, mmm bacım nə gözəl olmuş yemək, əllərinə sağlıq. Nərgiz – Sərdara: nuş olsun qardaşım. Sərdar çalışdı gizlətsin dərdini. Sərdar – Tahirə: qardaşım sənə mələk çatmış mələk. Tahir baxdı gülümsəyib, – Sərdara: bilirəm qardaşım bacının mələk olduğunu, sənədə mələk kimi Aylın dostum çatmış, heç paxıllıq etmə. Tahir sözü düşünmədən dedi, Sərdar Tahirə baxdı – Sərdara: bağışla qardaşım dilim alışıqdır. Sərdar gülümsədi, – Tahirə: burda nə var bağışlayacaq? o mənim canımdır, birdənəmdir, kimsə məndən onu ala bilməz. Müvəqqəti çətinlikdi, onunçün dözərəm mən hər şeyə, elə deyilmi mənim gözəl bacım? Nərgiz yeməkdən çəngələ götürüb yedizdirdi Sərdarı. Nərgiz – Sərdara: bacım səni əliylə yedirdirdi həmişə bilirəm, bax özündə bilirsən müvəqqəti çətinlikdir hər şey yaxşı olacaq. Məndə səni yedirdim ki, bacım hər şeyi xatırladıqda səni zəyifləmiş görməsin, yenə cəngəllə yemək verdi Sərdara. Tahir Nərgizin Sərdarın qayğısına qalmasına sevinirdi. Tahir – Nərgizə: qulluq et canım qardaşıma, dostum sevmir zəyifləri bilirik biz. Sərdarın başını qatdılar zarafat edərək, atasıda razı baxışlarla baxdı olara.
Aylınla Ramizdə gözəl vaxt keçirdilər restoranda ikisi birlikdə, – Aylına: canım inan bu gecə tamam başqa oldu mənimçün. Bax səninlə tanışdığımdan bu günə kimi, ən sakit və hüzurlu bir yemək yedik. Aylın – Ramizə: indiyə kimi hüzurumuzu pozanlarmı oldu? Ramiz istəmədi Aylına desin xatırlatsın, yox canım söz gəlişi dedim. Aylın baxdı gülümsəyib, – Ramizə: gedəkmi birdənəm? yorğunuq ikimizdə, hələ bu rəyislə yerimizi dəyişdirməyimiz məni dahada yordu. Nə qəribə xasiyyətli oğlu var rəyisin? atası bambaşqa insandır, oğlu kobut özündən razı birisidir. Ramiz afisanta əl etdi ki, şotu gətirsin – Aylına: sən ona fikir vermə canım. Sən onunla çox danışma, tamammı? – Ramizə: onunla nə danışacam ki mən. Ramiz – Aylına: mən həll edəcəm bu günlərdə narahat olma, sən onun yanında çalışmaq zorunda deyilsən, getsin kiminlə istəyir çalışsın. Afisant gəldi, masaya qoydu şot kitabçasını getdi. Ramiz açıb baxıb cibindən pul çıxarıb qoydu kitabcanın arasına, qalxdılar Aylınla masadan. Ramiz qolunu göstərərək – Aylına: canım gedək. Aylın mehribanlıqla Ramizin qoluna – qolunu salaraq, tutub getdilər yanaşı.
Səhər açılmışdı, Nərgiz qalxıb səhər yeməyini çayını hazırladı Sərdara atasına işə gedincə. Sərdar gəldi mətbəxtdə – Nərgizə: sabahın xeyir gözəl bacım, Nərgiz çayları süzərək – Sərdara: sabahın xeyir qardaşım, keçin süfrəyə indi gətirirəm hər şeyi. Sərdar çay dolu sinini götürüb apardı, Nərgizdə yemək dolu sinini gətirib gəldi Sərdarın dalınca. Sərdar çayları payladı masaya, atasıda gəldi – olara: sabahınız xeyir mənim çanlarım. Nərgiz – Sərdar cavab veridlər, sabahın xeyir ata sabahın xeyir dayı. Atası keçib əyləşdiz, masaya baxıb vay mənim gəlinim bax nələr hazırlamış bizə, əllərinə sağlıq qızım. Aylında sənin kimi idi, Sərdarın üzünün ifadəsi dəyişdi. Nərgiz – rəyisə: nuş olsun dayı, Ayilın çox mərifətli qızdır, canım bacımdır o mənim. Rəyis çayını götürüb içməyə başladı. Nərgiz Sərdarın kefinin olmadığını görüb – Sərdara: qardaşım yeməyini ye, səhər yeməyi çox önəmlidir bilirsən. Olarmı mən bu gün iş yerinə gəlim? Aylının tez bir zamanda hər şeyi xatırlamasını istəyirəm, onsuz bizədə çətindir.
Rəyis gülümsəyib, – Nərgizə: əlbətddə qızım ürəyin nə vaxt istəsə gəl, ancaq Tahirlə tək çıxma evdən. Sərdar dərindən nəfəs alıb – Nərgizə: inşallah gözəl bacım, inşallah xatırlayar tez bir zamanda hər şeyi, yoxsa mənimdə axlım gedəcək az vaxtda, kefsiz çayını götürüb içdi. Nərgiz çörək diliminə pasta çəkib uzatdı Sərdara, götürüb təşəkkür edib yedi. Atasıda çox fikirləşirdi son vaxtlar olanlar haqda, çay fincanını masaya qoyub – Nərgizə: bacın hər şeyi xatırlayan günün sabahı bunları mütləq evləndirəcəm. Nərgiz gülümsəyib baxdı Sərdara, inşallah dayı bacımda tez bir zamanda gəlsin bu evə gəlin, bitsin bu həsrətləridə davalarıda. Elə deyilmi yaraşıqlı qardaşım? Sərdar çörək dilimini yeyib ayağa qalxdı. Zarafatla – Nərgizə: davanı deyə bilmərəm bacım, ancaq həsrət bitərdi atam dediyi kimi etsəydi, – olara: mən çıxdım çatacaq yerim var. Nərgizin üzündən öpüb, görüşərik bacım getdi.
Atası Sərdarın ardınca baxıb, bilirəm sənin çatacaq yerini mən, getdi Aylının dalınca bəlkə Ramiz olmadan işə özüylə gələrmi ümidylə. Burnunun dibində qız olduğunda qədrini bilmədi üzdü, indi isə qalıb həsrət sevdiyinə. Nərgiz Ramizində xətrini qardaşı qədər istəyirdi, ancaq Sərdarın tərəfində idi həmişə Aylına görə. Rəyis – Nərgizə: Tahirə de qızım oyandıqda mənə zəng etsin, – rəyisə: baş üstə dayı deyərəm.
Aylın Ramizlə Dilqəmlə birgə şirkətə gəldilər, Dilqəm öz yerinə keçib əyləşdi. Ramiz – Aylına: çalışıb bu gün həll edəcəm canım, sənin onunla bir işləməməyinçün əlimdən gələni edəcəm. Ramiz öz otağına, Aylında Sərdarın otağına getdi.
Gəlib qapını döyüb içəri girdi Sərdar yox idi, Aylın geçib yerində əyləşdi, az vaxtdan Sərdarda gəldi. Aylınla salamlaşıb oturdu öz yerinə, Sərdar hər dəqiqə ümid edirdi Aylın özünü xatırlasın, çox ehtiyacı vardı Aylına. Gözünün önündə ola – ola ona yaxınlaşa bilməməsi canını acıtırdı. Aylın öz qələmini axtardı tapmadı, – Sərdara: səndə artıq qələm yoxmu? Sərdar Aylına baxdı. Aylın masadakı kağızların arasına baxaraq, qələmimi tapmıram hara oldu bu? Sərdar öz qələmlərindən birini gətirib verdi. Aylın təşəkkür etdi, Sərdar dayanıb baxırdı. Həyatda bəzi şeylər nə qəribə deyildimi? sevdiyi insan qarşısında dayandığı sevgilisini xatırlamırdı. Aylın Sərdarın özünə baxdığını görüb – Sərdara: mən öz qələmimi tapan kimi qaytaracam qələmini. Sərdar fikirdən ayıldı – Aylına: gərək yoxdur ca, canım demək istəyirdi sözü ağzında yarımçıq qaldı. Aylın xanım nə lazım olsa deyin çəkinməyin, mən olmasamda masamdan ala bilərsiniz. Aylın – Sərdara: çox sağolun Sərdar bəy, çalışıb itirmərəm qələmimi bir daha. Sərdar keçib yerinə əyləşdi, Aylın ona baxmadıqda gözünü Aylından çəkmirdi. Aylın özünə baxdıqda tez önünə baxıb kağızlara baxaraq özünü işlə məşğul olan kimi göstərirdi.
Günorta olmuşdu, hamı yeməyə çıxırdılar qapı döyüldü içəri Tahir girdi əlində yemək qabıyla. Sərdar görüb zarafat etdi – Tahirə: ay tezə bəy yuxudan oynmış, gəl qardaşım gəl. Tahir Sərdarla görüşdü, Aylın önünə baxıb çalışırdı, Tahirədə pis təsir edirdi dostunü özünü xatırlamaması. Tahir – Aylına: dostum salam, Aylın baxmadı, Tahir əlindəki yemək qabını masaya qoyub – Aylına: Aylın xanım salam. Aylının başı işə elə qarışmışdı ki, adını duyduqda baxdı -Tahirə: salam, bağışlayın duymadım sizi. Tahir yaxınlaşıb – Aylına: Nərgiz sizə yemək hazırlayıb, Aylın Tahirə baxdı anlamadı heçnə. Nərgizmi? Nərgiz kimdir? yəni çox sağolsun da, ancaq mən xatırlamadım onu bağışlayın. Tahir yazıq – yazıq baxıb – Aylına: artıq can bir dostunuda xatırlamırsan sən. Bu mənə çox ağrıdır dostum, nə olar de zarafat edirsən bizimlə gərçək deyil bunlar, nə olar bir şey de dostum. Aylın Tahirə baxırdı xatırlamırdı onu, – Tahirə: bağışlayın mən sizi tanımıram, mənim çalışmağım lazımdır. Tahir Sərdara baxdı, Sərdar dərindən nəfəs alıb Aylına baxdı üzgün baxışlarla. Tahir keçib əyləşdi boş kresloda, ikisidə həsrətlə Aylına baxırdılar üzgün baxışlarla. Birinin can bir dostu, o birinində sevgilisi, bu qədər yaxınkən necə yad uzaq olmuşdular Aylın üçün.
Nərgiz Ramizin başını qatmaqçün ona gətirdiyi yeməkdən yedirdirdi, – Ramizə: bax öz əllərimlə hazırlamışam ye qardaşım. Ramiz Nərgizin xətrinə dəymirdi yeyirdi verdiklərini, – Nərgizə: çox dadlı olmuş bacım əllərinə sağlıq, artıq vermə mədəm partlayacaq. Nərgiz zorla yenədə Ramizi yedirdi, ye bax necə arıqlamısan, üzündə çəkilib. Ramizin üzünü oyana – buyan çevirib baxdı, vallahidə arıqlamısan sən. Heç etiraz istəmirəm qardaşım yeyəcəksən, Ramiz qalmışdı Nərgizin əlində yeməyi ilə.
Tahir – Sərdara: qardaşım yemək yeməyəcəksinizmi siz? işarə etdi ki Aylına desin. Sərdar yavaşdan öskürdü Aylın baxmadı. Aylını səsləməyədə dili gəlmirdi adıyla, çox çətinliklə – Aylına: Aylın xanım hamı yeməyə çıxmış, bəlkə mənimlə yemək yeyərsiniz. Bax bacım yemək göndərmiş, tək yeməyə iştahım yoxdur. Aylın Sərdarın xətrinə dəymədi – Sərdara: azaçıq yeyərəm. Sərdar yemək qabını açıb baxdı, ohh çox gözəl qoxur, Aylının masasına yaxınlaşıb əyləşdi. Tahir ayağa qalxıb, sizə nuş olsun, mən bir baxım ürəyim nə edir. Sərdar – Tahirə: qardaşım sənə mələk çatıb mələk. Tahir olara baxıb gülümsəyib, çıxdı otaqdan.
Sərdar çəngəlləri götürüb buyurun Aylın xanım. Aylın çəngəli götürüb balaca bükülmüş yarpaq dolamasından götürüb yedi, mmm çox dadlıdır, əllərinə sağlıq bacının. Səndə qardaşı olaraq az şanslı deyilsənmiş, bax necə gözəl yeməklər hazırlayan bacın var. Sərdar gülümsədi, hə canım, tez səhvini düzəltdi, hə Aylın xanım çox şanslıyam bacı cəhətddən. Sevgilim tərəfindən unudulmasaydım, bu dəqiqə məndən xöşbəxti olmazdı. Aylın dolmadan yeyeərək – Sərdara: sevgilindənmi ayrılmısan? çox üzüldüm, mən deyirəm sən niyə belə qaş – qabaqlı durursan. Üzülmə qismətin deyilmiş bəlkədə, necə demişlər? qızın – qatarın, bir də avtobusun ardınva qaçmayın. Hər üççü bir sürəət yığdılarsa, arxalarınca qaçaraq yetişmək qeyri mümkündür.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги