Книга Günahsız günahkar. Roman. Hissə – 3 - читать онлайн бесплатно, автор Fatma Axmed kızı Nabieva. Cтраница 6
bannerbanner
Вы не авторизовались
Войти
Зарегистрироваться
Günahsız günahkar. Roman. Hissə – 3
Günahsız günahkar. Roman. Hissə – 3
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Оценить:

Рейтинг: 0

Добавить отзывДобавить цитату

Günahsız günahkar. Roman. Hissə – 3

Biraz gözlədi ağzının qanını silib Sərdara tərs – tərs baxdı. Nərgizi özünə sıxıb tutmuşdu qucaqlayıb. Tahirədə baxdı kinli baxışlarla, öperatorun cavab verəyəcəyini gözləyirdi qulağında telefonla. Eşidirəm sizi, biraz qulaq asıb, nəə? siz nə danışırsınız? kim, kim, qaçırmış? Ramizin dili dolaşdı danışa bilmədi. Anlamadım, necə – nəə? – necə yəni hüçum olub qaçırılıb, hamı bir – birinə baxdılar. Ramizin halı qurtardı yıxılacaqdı ki, Nərgiz tutudu ağladı.

Tez Tahirlə rəyis tutub gətirdilər içəri, divan uzandırdılar Ramizi. Rəyis Ramizin üzünü şillələyərək – Ramizə: oğlum nə olub anlat? Ramiz yavaş səslə – rəyisə: Aylını qaçırıblar silahlı adamlar. Sərdar analdı kimin işi olduğunu, öz – özünə: mən səni yer üzündən silmərəmmi? tez qaçıb getdi evdən çıxıb. Tahir – Nərgizə: sən burda qal çıxma heç yerə, getdi Sərdarın ardınca qaçaraq. Nərgiz tez Ramizə su gətirdi iç qardaşım, nə olar özünə gəl, sudan Ramizin sinəsinə vurdu. Rəyis qalmışdı baxa, necə yəni qaçırıblar? kim qaçırıb? Nərgiz ağlayırdı. Rəyis – Nərgizə: qızım ağlama qorxma, biraz vaxtda tapacağıq Aylını. Sən Ramizin yanında qal, qapını kimsəyə açma, getdi tez evdən çıxıb.

Nərgiz Ramizin yanında əyləşdi – Ramizə: nə olar qorxuzma məni, Ramizin ağzının – burnun qanını sildi yavaş – yavaş dəsmalla. Ramiz gözlərini açıb baxdı Nərgizə, ayağa qalxmağa istədi qoymadı. Nərgiz – Ramizə: Murad dayı dedi indi tapacaqlar Aylını, Ramiz zorla oturdu yerində – Nərgizə: mən tapmalıyım Aylını. Ayağa qalxmağa istəsədə bacarmadı başı döndü, başını tutub oturdu geri yerinə. Nərgiz yanında oturub qısıldı uşaq kimi – Ramizə: məni tək qoyma nə olar, qorxuram. Ramizin yazığı gıldi Nərgizə, qorxduğunuda hiss edirdi, Nərgiz titrəyirdi həyəcandan. Ramiz Nərgizin saçından öpüb sakitləşdirməyə çalışdı, şş sakit ol hər şey yaxşı olacaq, yanındayam qorxma. Mənim telefonum hara düşüb bax canım. Nərgiz ayağa qalxıb qapıya tərəf getdi, tez qayıtdı əlində telefonla, gəlib qısılıb oturdu Ramizin sinəsinə. Ramiz Dilqəmə zəng etdi, alo Dilqəm Aylını qaçırmışlar yoxdur burda, şüphələndiyim birisi var. Məncə sənin o tip dostunun işi olmalıdır, qoruya bilmədim Allah bəlamı versin mənim. Zəng et o tipi tap, tez ol mənə bildir gözləyirəm, telefonu yanına qoyub Nərgizin kürəyini sığallayaraq sakitləşdirməyə çalışdı.


Sərdar Tahirlə rəyisin evinə gəldilər, qapının zəngini basmadı Sərdar yumuruğu ilə vurmağa başladı. Qapını xadimə açdı – Sərdara: kim lazımdır, Sərdarı görüb tanıdı. Rəyis gəldi, nə olur burda kimdi? qapıda Sərdarı görüb pərt oldu, Sərdar? nə olub nə xəbərdi?

Sərdar – rəyisə: küçüyünə tez zəng et Aylını gətirsin. Rəyis anlamadı – Sərdara: nə küçük? Sərdar bağırdı! oğlun Əmirdi nə itdi Aylını qaçırmış, onun bir telinə belə zərər gələrsə yaşatmaram onu, tez tap zəng et bağırdı!

Rəyis – xadiməyə: tez telefonumu gətir, xadimə qaçaraq getdi, rəyis həyəcanlı idi – Sərdara: Sərdar bəy səhv anlayış olmasın sonra. Sərdar kinlə baxdı rəyisə gözləri qızarmışdı əsəbdən, dişlərini bir – birinə sıxıb – rəyisə: bu şəhərdə ondan başqa düşməni yoxdur Aylının. Oğlun demişdi ondan heyif çıxacam, sonunçu dəfədə kağız yollamışdı təhtit edərək. Ama mən oğluna tapşırdım qıraq olsun anlamadı, əsəbdən bağırdı! Tahirdə dayanmışdı arxasında, nifrətli baxışlarla baxırdı rəyisə, xadimə telefonunu gətirdi rəyisin verdi. Rəyis tez oğluna zəng etdi, oğlu telefonu açmadı, öz – özünə: aç bu zəhrimarı Əmir, açç bağırdı! Başqa yerə zəng etdi, tez mənə Əmirin nömrəsinə baxaraq harda olduğunu tap de. Soruşma tap dedim, bağırdı! biraz gözlədi telefonda, hardadır? tamam anladım. Sərdarla – Tahirə ardımca gəlin bilirəm hardadırlar, qaçaraq getdilər maşınlarına oturub sürəətlə.


Aylını yaxşıca döymüşdü böyründən vurulan oğlan, altı nəfə idilər. Əmir gəlidi, Aylını qan içində görüb baxdı dostlarına, kim bu günə qoydu qızı? böyründən vurulan oğlan – Əmirə: mən vurdum. Əmir oğlana yaxınlaşıb, sənə dedimmi mən onu vur? oğlan – Əmirə: demədin, ancaq mən vurdum. Unutdunmu sənində barmağını qırmışdı, nə oldu yazığınmı gəldi? Əmir oğlana alnı ilə vurdu burnundan. Oğlan burnunu tutub baxdı – Əmirə: ona görə mənimi vurdun sən?

Əmir əsəblə – yanındakılara: ona lazım olan cəzanı özüm verəcəm, anladınızmı? mən demədən telinə belə zərər gəlməməli idi, ama görürəm gəlmiş. Obirlər başlarını aşağı salıb dayandılar, Əmir gəlib Aylının üzünü şillələdi – Aylına: ey sən möhkəm birisən bilirəm, aç gözlərini mənə bax. Aylın açmadı gözlərini, Əmir – oğlana: səni eşşək heyvan, oğlanın burnu qanamışdı Əmirin vurduğu zərbədən. Əmir Aylını yerdən qucağına alıb divana uzandırdı, su gətirin mal kimi baxmayın üzümə, gedib su gətirdilər bakalda. Əmir sudan əlinə töküb Aylının sinəsinə üzünə – vurdu, uzünə sığal çəkib – Ayılına: əsəb oluram aç gözlərini. Aylının üzünü sığalladı əlinin arxası ilə, baxdı gözlərini açmasını gözlədi. Aylının dodağı qanamışdı, Əmir barmağı ilə Aylının dodağının qanına toxunub, ehtiyatla əyilib dodağının qanamış yerindən öpdü.

Bu vaxtdı qapıya təpik vurub açdılar, içəri birinci girən Sərdar idi, Sərdar gördü Əmirin Aylının dodoğından öpdüyünü, dəliyə döndü. Ardınca Əmirin atası girdi gördü, oğluna bağırdı! Əmir sən dəlimi olmusan? Tahirdə girdi içəri. Sərdarın üzünün ifadəsi dəyişdi, kəssələr qan çıxmazdı canından, birdən Əmirə bağırdı! eyyy. Sərdar hucum çəkdi Əmirə tərəf, qabaqda dayanan dostları Sərdarı tutub saxlamağa calışdılar, Tahir gəldi köməyə, oları vurmağa başladılar. Arxadan Sərdarın atasıda gəldi, atası Əmirin qaçmasına imkan yaratmağa çalışırdı ki, arxadan silahını dayadı böyrünə Sərdarın atası. Sərdarın atası – ona: tərpənmə sənidə, oğlunuda vuraram gözümü qırpmadan. Bizdə namus üstə vurmaqda var, öldürməkdə bil.

Əmiri tutdu Sərdar, vurmağa başladı təpiklə yumuruqla, Sərdar Əmiri elə vurudu ki, atası bağırdı! – Sərdara: vurma öldürəcəksən oğlumu. Sərdar fikir vermədi, təpklə yumuruqla vururdu, Əmirin üstünə oturudu yaxasından tutdu – Əmirə: sən nə cürəətlə onu öpdün? sənə demişdimmi ondan uzaq dur? Əmirin dodağına yumuruqla vurmağa başladı. O qədər vurdu ki, sonunda ağzından qan gəldi, Tahir silahla o birilərinin yerə yatmalarını tələb etdi. Tahir- olara: yatın əlləriniz başınızın arxasına tez olun, yatmadıqlarını görüb silahdan yuxarı atəş açıb bağırdı! – olara: yatın şərəfsizlər. Qorxub tez hammısı uzanıb, əllərini başlarının arxasına tutdular.

Tahir – Sərdara: öldür şərəfsizi vur, Əmirin atası – Sərdara: öldürmə oğlumu bəsdi yalvarırdı. Sərdar vurduqca atası pis olurdu, yalvardı təkrar – təkrar ağlayırdı. Sərdar bəy nə olar öldürmə oğlumu, Sərdar vurmaqdan yorulmuşdu. Əmirdən səs gəlmirdi, ya özündən keçinmişdi, yada ölmüşdü vurulmaqdan. Atası üzünü tutub ağlayırdı, oğlunu öldüyünü düşünürdü. Sərdarın atası gəlib, Sərdarı Əmirin üstündən zorla qıraq etdib – Sərdara: bəsdi oğlum aldı cəzasını şərəsiz. Əmirin atası tez gəlib oğlunun yanında dizləri üstə dayanıb oğlunu səslədi, Əmir oğlum aç gözlərini, nə olar oğlum ölmə, ağladı oğlunu qucaqlayıb.

Sərdar tez gedib Aylını qucağına alıb apardı, Tahirdə silahı yerdə uzananlara tuşlayıb dayanmışdı, rəyisədə işarə etdi ki çıxsın, rəyis nifrətlə olara baxıb, Sərdarın ardınca çıxdı. Tahirdə silahı olara turşlayaraq dala – dala gedərək çıxdı getdi ordan. Atası oğlunun cansız bədənini qucaqlayıb ağlayırdı, tez ayağa qalxıb tibbi yardım çağırın. Hansısa oğlan tez qalxıb yanına gəlib yardım etməyə çalışdı, Əmirin atası hanmısını qovdu kənara, – olara: rədd olun dəyməyin oğluma. Sizin hamınızı salacam içəri oğluma bir şey olsa, hammısı baxa qalmışdılar peşman çarəsiz.


Aylını xəstəxanaya gətirmişdilər, həkim Aylını yoxlayıb çıxdı. Sərdar özünə yer tapa bilmirdi əsəbdən, gözünün önündən getmirdi Əmirin Aylının dodağından öpdüyü o an. Atasıyla Tahir həkimə yaxınlaşdılar, Sərdar – həkimə: görə bilərəmmi? həkim bir söz deyincə, Sərdar içəri girdi. Həkim – olara: əzikləri var xəstəmizin, başqa narahat olunacaq bir şeyi yoxdur. Artıq ayılıb, özündən getməsinə səbəb başında keçmişdən qalan travmanın səbəbidir, eyni yerdən vurulmuş təkrar. Mən lazım olan ilacları yazıb bir azdan sizə verəcəm, bir daha keçmiş olsun, həkim getdi. Tahirlə rəyis olanlardan və gördüklərindən şokda idilər hələdə. Tahir qapını açıb içəri girmək istəyirdi, rəyis qolundan tutub qoymadı. Tahirə başıyla işarə etdi ki, Sərdala biraz vaxt tək qoysunlar. Tahir anladı, keç ib divara söykənib dayandı, rəyis dərindən nəfəs alıb getdi ordan. Tahir yumuruğunu bir neçə dəfə divara vurdu.

Sərdar Aylıana baxırdı qapının yanında dayanıb, gözü önündə idi hələdə gördüyü. Aylına bildirməməkçün özünü topladı yaxınlaşdı, Aylın uzanmışdı Sərdara baxdı. Sərdar gəlib yanında əyləşdi, heç bilmrdi nə deyəcəyini, sanki dili tutulmuşdu. Özünü günühkar sanırdı, tək qoymuşdu Aylını evə getməyə. Aylın başını tutub baxdı, Sərdar əlini tutub – Aylına: bağışla məni. Aylın əlini Sərdarın əlindən çəkdi – Sərdara: sən kimsən? niyə tutursan mənim əlimi? Sərdar Aylının özünə küskün olduğunu düşündü. Haqlısan canım səni qırdım yenə, baxmayaraq söz vermişdim. Aylın yerində əyləşməyə çalışdı, Sərdar yardım etmək istəyirdi qoymadı. Aylın -Sərdara: toxunma mənə, kimsən sən? nə lazımdır sənə? Sərdar Aylına baxdı. Sərdar – Aylına: canım üzür istədim, bax olanlardan o qədər əsəbiyəm ki, o şərəfsiz ölmədisə gedib öldürəcəm indi. Aylın biraz dala oturdu – Sərdara: mən səni tanımıram kimsən sən, məni kiminləsə səhv salmışsan hər halda. Ətrafa baxdı, mən hardayam? bura xəstəxanadırmı?

Sərdar qorxdu! Aylının belə danışığından, tez ayağa qalxıb otaqdan çıxdı, dərindən – dərindən nəfəs alıb baxdı Tahirə. Tahir Sərdarı elə halda görüb qorxdu! nə oldu? Sərdar udqunub həyəcanla – Tahirə: hanı həkim? həkimi çağır. Tahir tez qaçaraq getdi həkimi çağırmağa, Sərdar əlləriylə dizlərindən tutub gözlərini yumub dayandı. Atası gəlib – Sərdara: oğlum nə oldu? Səradar ikki əliylə başını tutub kövrəldi, – atasına: o məni tanımır ata. Atası – Sərdara: kim tanımır oğlum, sən nə danışırsan? Sərdar çarəsiz idi, – atasına: Aylın məni tanımır. Atası inanmadı Sərdarın dediyinə, tez qapını açıb içəri girdi.

Aylın yerində oturmuşdu, rəyiisi görüb ayağa qalxmağa çalışdı, – Aylına: qalxma qızım otur, tez yaxınlaşıb qolundan tutub otuzdurdu. Aylının başında ağrı vardı, başını rəyisin sinəsinə dayayıb dayandı. Rəyis yanında oturub – Aylına: qızım necəsən? – rəyisə: başımda ağrı var, rəyis Aylını özünə sıxıb qucaqladı, – Aylına: keçəcək qızım, keçəcək.

Bu vaxtı içəri həkimlə Tahirlə və Sərdar girdilər. Həkim gəlib – Aylına: Aylın xanım özünüzü necə hiss edirsiniz? varmı narahat edən bilmədiyim birşəylər? Aylın rəyisin sinəsindən başını qaldırıb – həkimə: başımda küt ağrı var. Həkim – Aylına: onu bilərəm, burdakı insanlar sənin kimlərindir? Aylın baxdı, bular mənim, biraz dayanıb fikirləşdi – həkimə: bu rəyisdir. Sərdarla Tahirə baxıb – həkimə: olarda mənim, deyə bilmədi kiləridir. Aylın – rəyisə: olar kimim olurlar? rəyis pərt halda dönüb Tahirlə Sərdara baxdı. Rəyis – Aylına: qızım ikisidə mənim oğullarımdır, biri Tahir yaxın dostun, o biridə sevgilin Sərdar. Aylın Sərdara baxdı, sevgilimmi?

Həkim Aylının gözlərini işıq salıb yoxladı, mən indi sənin başının tamaqrafyasını etmələrini tapşırım, otaqdan çıxdı getdi. Aylın başında pis ağrı hiss etdi, uşaq kimi rəyisin sinəsinə qısılıb dayandı. Rəyis elə pis odu ki, gözləri yaşardı. Sərdar baxa qalmışdı Aylına, Tahirin canından – can aldılar elə bil, gözlərini yumub yavaş səslə öz – özünə: Allahım nə olur gerçək olmasın. Sərdar yaxınlaşdı baxdı, birdən Aylının qolundan tutub sirkələdi, – Aylına: canım bax məni incidirsən bilirəm. Aylın məndən heyif almaqçün belə edirsən, etmə yetdik çəkdim mən, Allah verdi cəzamı. Aylının qolu acıdı, qolunu dartıb Sərdarın əılindən çıxarmağa çalışdı – Sərdara: sən kimsən, nə istəyirsən məndən? rəyisə qısıldı. Yoldaş rəyis baxsana qolumu acıtır, atası Sərdara baxdı üzgün baxışlarla, gözlərindən yaş süzüldü yanaqlarına, Aylını qucaqlayıb tutudu. Sərdar anladı hər şeyin gərçək olduğunu, öz – özünə: ola bilməz yox – yox, bu ola bilməz.

Həkimvə yanında tibb bacısı gəldilər. Yaxınlaşdı tibb bacısı – Aylına: gəlin bizimlə, qolundan tutub qaldırdı ayağa. Aylın rəyisə baxdı, sanki hər kəsdən qorxurdu, rəyis işarə etdi ki getsin qorxmasın, artıq Aylının yaddaşında problem vardı. Aylını apardılar aparata salmağa.

Sərdar gözlərini yumub dayandı, gözünün axan yaşı sel kimi üzünə süzüldü. Atası ayağa qalxıb, oğlunun çiyninə əlini vuraraq otaqdan çıxıb getdi. Tahir şokda idi olanlardan, Sərdarın halınada acıyırdı, bir tərəfdən ən yaxın dostu yaddaşını itirmişdi. Ən yaxın sandığı can bir dostunu tanımırdı Aylın artıq. Bir yandada çarəsiz gözü yaşlı qalan qardaşı Sərdar idi, Tahirdə çarəsiz üzgün çıxdı otaqdan. Qapını örtmüşdü ki, içəridən Sərdarın ağlayan səsini eşitdi. Tahir qapıya söykənib dayandı, çox pis olmuşdu nə edəcəyini bilmirdi. Sərdar içini çəkə – çəkə elə ağlayırdı ki, adamın ürəyinə toxunurdu səsi və bi çarə ağlaşı.


Aylının aparatdan keçirmişdilər başını, həkim cavablara baxıb başınnı narazılıqla sirkələdi. Həkim – olara: bu yeni travma deyil dediyim kimi, vaxtında müalicə edilməmiş və indi isə özünü biruzə verməyə başlayır, yaddaşında problemlər olaçaq. Bundan sonra tanımaya, unuda bilər tanıdıqlarını. Siz ona yardımcı olmalısınız, xatırlatmağa çalışın çox ehtiyatla yormadan, müalicəsini davam edəcək, bu dəfədə etməssə dahada qorxulusu ola bilər. İstirahətə ehtiyacı var, beynini yormamalıdır. Burda qalıb müalicə olmasını çox istəyərdim, ancaq deyirsiniz xəstəxanada hövsələ etmir, o üzdən evdə keçəcək müalicəsini və mənimlədə tez – tez əlaqə saxlayıb bildirəcəksiniz halını. Rəyis başı ilə yaxşı deyə işarə etdi, heç kimin danışmağa nə halı, nədə sözü vardı.

Sərdarla Tahir çıxdılar həkimin otağından üzgün, Aylında otaqdan çıxıb gedirdi, arxadan Sərdar səslədi, Aylın. Aylın dönüb baxdı, Sərdarı görüb ondan qaçmaq istədi, tez – tez addımlamağa başladı. Sərdar arxasınca qaçıb yetişib qolundan tutudu, – Aylına: canım dursana. Aylın Sərdarı xatırlaya bilmirdi – Sərdara: buraxsana qolumu, Tahirdə gəlib atdı. Aylın qolunu Sərdarın əlindən çıxarmağa dartındı, burax qolumu acıtırsan. Tahir Sərdarın əlindən çıxardı qolunu, Aylın Tahirə yaxın dayandı. Aylın – Sərdara: sən kimsən, mənim canımı niyə acıtırsan? sənə nə pislikmi etmişəm mən? Sərdar pis olurdu. Canım mən sənin, Tahir tez ortaya girdi, Sərdara işarə etdi ki Aylını yormasın. Tahir – Aylına: gedək evə biraz dincəl dostum, Nərgizdə səni gözləyir. Tahir Aylının qolundan tutub apardı, Aylın gedə – gedə dönüb yerində ardınca baxan Sərdara baxdı. Sərdar Aylına elə peşman baxışlarla baxırdı ki, arxadan atası gəlib oğlunun qolundan tutub apardı.


Aylını evə gətirdilər, Ramizlə Nərgizdə çox narahat idilər. Nərgiz Aylını görüb tez qaçıb qucaqladı, canım bacım yaxşısanmı? Ramizinlə Nərgizin xəbəri yox idi olanlardan. Aylın Nərgizi xatırlya bilmədi, anacaq Ramizi xatırladı tək. Aylın – Ramizə: birdənəm dedikdə Sərdar Aylına elə baxdı ki, qalan umududa itdi, ürəyi titrədi həyəcandan. Ramizin agzını yaralı görüb Nərgizdən ayrılıb yaxınlaşdı, əliylə Ramzin dodağına toxunub baxdı üzünə. Nə oldu dodağına? Ramiz demədi Sərdar vurub. Aylının əlindən öpüb, sən yaxşısanmı canım? harda idin? Aylın xatırlamadı nə olduğunu, deməyə çətinlik çəkdi.

Mən sənə gələcəkdim birdənəm, bilmirəm niyə xəstəxanaya getdim. Arxaya çevrilib rəyisə baxdı, yoldaş rəyis biz nəyə görə xəstəxanadaydıq?

Ramiz narahat oldu – olara: nə xəstəxanası? rəyis dərindən nəfəs alıb – Ramizə: gəl mənimlə, mətbəxtdə getdi. Ramizdə rəyisin ardınca getdi mətbəxdə. Nərgiz baxa qalmışdı Aylının soyuqluğuna, Tahirə baxdı, Tahirində yanında Sərdar dayanmışdı. Sərdar gölərini dikib baxa aqalmışdı Aylına. Tahir işarə etdi ki gəlsin özü ilə otağa, Nərgiz getdi Tahirlə. Aylın Sərdardan çəkinirdi, mətbəxt tərəfə baxdı ki Ramiz gəlirmi. Sərdar anlayırdı Aylının özündən çəkindiyini və bu onu dahada dəli edirdi. Aylının ən sevmədiyi insanı xatırlaması ürəyini ağrıdırdı. Sərdar – Aylına: əyləşsənə canım, Aylın başıyla yox deyə işarə etdi, yenə mətbəxt tərəfə baxdı, az vaxtdan Nərgizlə Tahir qayıtdılar. Nərgiz özünü zor tuturdu ağlamamaqçün Tahir danışmışdı olanları, Nərgiz Aylının qolundan tutub mehribanlıqla əyləş. Aylın əyləşdi, Nərgizdə yanında əəyləşdi.

Aylına üzgün baxışlarla özünə baxan Sərdara baxdı, Sərdarın gözləri yaşardı, Aylın görməsin deyə kənara baxıb göz yaşını sldi. Tahir – Aylına: dostum sənə çay hazırlasınmı Nərgiz? Aylın – Tahirə: dostunmu? biz dostuqmu? Nərgiz Aylının əlindən tutub, – Aylına: həmdə can bir dostsunuz Tahrlə. Məndə sənin bacınam, ayaq üstə dayanıb baxan Sərdarı göstərib – Aylına: oda sənin sevgilin Sərdardı, mənədə qardaş sayılır. Aylın Sərdara baxdı, sevgilimmi? Nərgiz – Aylına: çoxdan səni sevir, ancaq bunu biz bilirik sən yox. Mən bilirəm ki qardaşım ürəyini sənə açınca özü qocalar, elə sözləri söyləməkdə tənbəlliyi var, elə deyilmi qardaşım? Sərdar yavaş səslə – Nərgizə: elədi gözəl bacım. Aylın yavaşca – Nərgizə: yaman kobut qardaşın var, Nərgiz gülümsəməyə çalışdı. Nərgiz – Aylına: elə görünsədə ürəyi çox gözəldir bacım, işiylə əlaqəli ciddidir sadəcə üzünün ifadəsi. Aylın – Nərgizə: harda işləyir o? Nərgiz yavaş səslə – Aylına: polisdir Sərdar. Aylın polisdir sözünü duyduğunda, axlından olub keçənlər keçməyə başladı. Xatırladı Sərdarın özünə silah tutumağa öyrətməsini, bir anlıq beynindən o qədər şeylər keçdi ki, oturduğu yerdən ayağa qalxıb ağrıdan gözlərini yumub dayandı. Nərgizdə ayağa qalxdı, Aylın heçnə eşitmirdi, gözlərini açıb baxdı. Başı dönürdü yıxılacaqdı ki, Sərdar anladı cəld yaxınlaşıb tutdu, qucağına alıb otağına apardı Aylını. Tahirdə – Nərgizdə ardınca getdilər.

Ramiz eşitdiklərindən dəhşətə glmişdi, – rəyisə: siz bu qızın başına bəla oldunuz bəla. Baxsana sizin üzünüzdən başına gəlməyənlər qalmadı, birdə bular yetmirmiş kimi, yazığın axlınıda aldı başından oğlun sonunda. Rəyis – Ramizə: bax bizdə üzgünük oğlum, Sərdar Aylını sevir bilirsən, Aylında Sərdarı sevir. Səni xatırladı Sərdarı xatırlamadı, bu oğlumçün ağız bir zərbə oldu, səndə yardımcı ol gərçəkləri xatırlamasına qıza. Ramiz – rəyisə: sizin gerçəyinizədə o birinizədə, Allah bəlanızı versin. Mətbəxtdən çıxıb getdi əsəblə, rəyis dərindən nəfəs alıb, başınnı narazılıqla sirkələdi.


Sərdar Aylını yatağına uzadıb yanında əyləşdi, – Aylına: canım indi həkim çağıracam, Aylın yavaş səslə, lazım deyil. Ramiz gəldi otağa, Aylın Ramizi görüb kövrəldi – Ramizə: hardaydın birdənəm? apar məni burdan. Ramiz Aylına yaxınlaşıb, qucaqlayıb öpdü üzündən. Sərdara tərs – tərs baxıb – Aylına: indi gedirik burdan evimizə və bizə kim isə mane ola bilməz. Sərdar Aylının Ramizi xatırlamasından çox əsəb olurdu, ayağa qalxıb Ramizin qolundan tutaraq nifrətlə baxdı ona. Ramiz qolunu Sərdarın əlindən çəkib – Sərdara: baxmaram bu dəfə kimsən nəçisən, səni öldürərəm bu qızın başına birdə xəta gəlsə. Aylını qucağına alıb əsəblə baxdı Sərdara, gedək canım evimizə burdan.

Nərgizlə Tahir baxa qaldılar Ramizin ardınca. Sərdarı kəssələr qanı çıxmazdı, elə əsəbləşmişdi ki Ramizin sevdiyini qucağına alıb aparmasına, əli – qolu bağlı qalmışdı çarəsiz. Aylın Ramizi xatırlayırdı, başqalarını xatırlamağa çalışsada, alınmırdı.

Ramiz Aylını qucağında evdən çıxarıb aparırıdı, Aylın Ramizin üzünə baxıb, əli ilə üzünə sığal çəkib saçlarını qarışdırdı. Aylının bu hərəkəti Ramizin çox xoşuna gəlirdi, qucağında apardığı Aylına baxdı çarəsiz gülümsəyərək.

Sərdar isə hələdə yerində qalmışdı donub, Nərgiz kövrəldi bütün olanlardan, yaxınlaşıb Sərdarı qucaqlayıb ağladı hönkürüb. Tahirdə dərindən nəfəs alıb kənara baxıb üzüldü, həm qardaşının bu halına, həmdə bircəçik dostunun yaddaşını itirməsinə.


Ramiz Aylını evə gətirmişdi, isti limonnu çay hazırlayıb gətirdi yatağına, Aylın yerində oturdu. Ramizdə yanında əyləşib – Aylına: iç canım limonnu çay hazırladım sənə. Aylın ikki əli ilə çay fincanını tutub bir qurtum içib – Ramizə: dayım çox darıxmışdır indi bizimüçün. Ramiz istəmirdi atasının haqda eşitsin, ancaq Aylının bu halında deyə bilmirdi gerçəkləri. Ramiz – Aylın: sən onu düşünmə canım, iç çayını yaşı olacaqsan. Aylın – Ramizə: biz bura nə vatı gəldik? o adamlar kim idi? biz niyə oların evindəydik? Ramiz Aylının suallarına cavab verməkdə çətinlik çəkirdi. Ramiz – Aylına: olar bizim iş yoldaşlarımızdı canım, Aylın əllərini sıxıb xatırlamağa çalışdı. Aylın – Ramizə: biz hardasa işləyirikmi? Ramiz pis olurdu Aylının yaddaşının itməsinə görə, – Aylına: hə canım, səninlə ikimiz olarla ortaq şirkət açmışıq. Aylın xatırlamadı – Ramzə: yadımda deyil birdənəm, niyə mən xatırlamıram? nə oldu mənə?

Ramiz dərindən nəfəs alıb baxdı. Aylının üzünə sığal çəkdi əliylə – Aylına: sənin çantanı oğurlamaq istəmişlər yolda. Səndə dava etmisən alçaqlarla və olarda səni vurmuşlar başından, o üzdən xatırlamırsan canım, üzülmə yaxşı olacaqsan mən yanındayam.

İçəri Bahar girdi həyəcanla – Aylına: qızım yaxışanmı? gəlib Aylını qucaqlayıb öpdü. Aylın gülümsəyərək, baxdı Bahar xalasını tanıdı. Bahar xala xəsislik etmişəm yolda çantamı verməmişəm, ona görədə başımdan zərbə almışam. Necə deyəllər? xəsislər iki qat ödəyəllər, mənimkidə ondan olmuş. Əlimdən çantamı buraxsaydım olmazdı belə, əli ilə başının vurulan yerinə toxundu, ofuldadı.

Bahar Ramizə baxdı anlamdı yazıq arvad nə dediyini. Ramiz işarə etdi ki, gərçəyi deməməkçün yalan danışıb Bahar anladı, üzgün baxışlarla baxıb – Aylına: ah qızım ah, bu nə bəladır sənin başından çəkilmir heç qara bulud kimi. Aylın əlindəki çayı Ramizə verdi, Baharın əllərindən tutub mehribanlıqla gülümsəyərək, canım Bahar xalam mənim üzülmək yox, yaxşıyam bax. Hər kəsin başına gələ biləcək bir hadisədi, Dilqəm neynir sözünə qulaq asırmı? hardadıq o. Bahar əllərindən öpüb – Aylına: Dilqəm yaxşıdı qulaq asır sözümə, evdədir qızım. Aylın-Bahara: bu nədir xəstə kimi yerimdə qalmışam, gedək birdənəm çox qəşəng çay hazırlamış içəyin birlikdə. Gülümsəyib, baxıb zarafatla – Ramizə: çaylar səndən birdənəm. Ramiz gülümsəyərək, – Aylına: sən qalx canım mən hazırlayıram indi. Aylın ayağa qalxdı, Baharı qucaqlayıb gülümsədi, vallah yaxşıyam Bahar xala narahat olma. Baharı mehribanlıqla özünə sıxaraq, otaqdan çıxdılar, Ramiz Aylınçün canınıda verərdi, ardlarınca çıxdı otaqdan.


Sərdar özünə yer tapa bilmirdi, evdə oyana – buyana gəzirdi düşünürdü, düşüdükçədə axlı oynayırdı az qala yerindən. Birdən bağıraraq, vurub otağındakı əşyaları qırmağa başladı. Səsə qaçıb Tahirlə atası gəldilər, Tahir Sərdarı tutub saxlamağa çalışdı. Sərdar əl – ayaqla vurub sındırırdı hər şeyi, Tahir saxlaya bilmirdi Sərdarı. Atası tutub boynundan ikki əlləriylə sıxıb çağırdı oğlunu. Sərdar oğlum özünə gəl, sən vurub qırmaqla iş həll olunmaz, Sərdar atasını özündən kənara itələyə bilmədi. Dərindən – dərindən nəfəs alaraq baxdı kövrəldi, – atasına: mən nə edim ata? nə edim mən? gözləri yaşardı. Gözümün önündən apardı o tip Aylını, həmdə qucağına alaraq apardı, sanki onun sevgilisiymiş kimi. Sərdar bağıraraq danışırdı, – olara: sevdiyimdə məni deyil o tipi xatırladı, de mən nə edim? varmı verəcək məsləhətin? atası oğlunu bərk – bərk tutub qucaqladı. Atası – Sərdara: bu dəqiqə sakitləşməkdən başqa çarən yoxdur oğlum, Sərdar əsəbindən atasını qucaqlayıb bağıraraq ağladı. Tahir otaqdan çıxdı dözmədi dostunun bu halına. Nərgizdə kənarda dayanıb ağlayırdı olanları duyub.

Beləcə günlər keçirdi, bir sabah Aylın Ramizlə işə gəldi. Dilqəm oları görüb ayağa qalxıb gülümsəyərək, qarşılarına getdi – Aylına: vayy mənim qonşum gəldin sonunda iş yerinə, xoş gəldin. Aylınla qucaqlaşıb görüşdülər, işçilərdə – Aylına: xoş gəldin Aylın xanım, – olara: sağolun xoş gününüz olsun. Aylın xatırlamırdı çalışdığı yeri, Vəfa gəldi qaçaq, amanda kim gəlmişşş, gəlib sarıldı Aylına,. Vəfanıda xatırlamırdı Aylın, Ramizə baxıb çiyinlərini çəkdi. Vəfa Aylının üzündən öpüdü, dodağının pomadasının izi qaldı Aylının üzündə. Vəfa gülümsəyərək, Aylının üzünü sildi – Aylına: darıxdıq canım bacım sənsiz. Aylın heç kimi xatırlamırdı qalmışdı çətin vəziyyətdə. Ramiz – Aylına: gedək canım otağımıza, Ramiz – Vəfaya: Vəfa xanım işlə əlaqəli bizə ayid hər şeyi gətir. Vəfa gülümsəyərək, – Ramizə: baş üstə Ramiz bəy.

Ramiz Aylının qolundan tutub apardı çalışdıqları otağa, qapını açıb içəri keçdilər. Aylın otağa baxdıb – Ramizə: burda bizmi çalışmışıq? Ramiz əynindəki pencəyini çıxarıb asdı. Hə canım orası sənin masandır, Aylın keçib öz kreslosuna – masasına baxdıb əyləşdi, biraz düşündü xatırlamadı heçnəyi. Ramizdə yerinə keçib əyləşdi, qapı döyüldü, içəri Vəfa gələb əlindəki pafkanı qoydu Ramizin qarşısına. Vəfa – Aylına: sənə qəşəng bir qəhvə hazırlayım bacım, sən mənim hazırladığım qəhvəni özləmişsən bilirəm. Aylın Ramizə baxdı xatırlamırdı, çətin vəziyyətdə qalırdı. Ramiz gülümsəyərək, – Aylına: Vəfa xanım bizim katibəmizdir canım, həqiqətən sən sevirdin onun hazırladığı qəhvəni, yəni məndə Vəfa xanım.

Vəfa gülümsəyərək, – Ramizə: anladım Ramiz bəy iki qəhvə hazırlayım mən sizə, çıxdı otaqdan. Aylın – Ramizə: sizin aranızda nə isə varmı Vəfa xanımla? Ramizi öskürük tutdu – Aylına: yox canım o bizim sadəcə katibəmizdir. Sən indi xatırlamırsan, əslində Vəfa xanımı sən almısan işə. Aylın dərindən nəfəs alaraq – Ramizə: xatırlamıram canım heç kimi, necə pis bir şeydir xatırlamamaq, Aylın üzüldü. Ramiz ayağa qalxıb gəlib Aylının arxasında dayandı. Əyildi masaya tərəf – Aylına: bax canım bu kampyuteri açmaq lazımdır, düyməsini basdı kampyuterin açıldı, bütün işlər burdadır. Aylın uşaq kimi Ramizə baxdı altdan yuxarı, Ramiz Aylının alnından öpüb gülümsədi. Ramiz – Aylına: mən sənə yardım edəcəm çalışa bilməsən, Aylın başını qaşıyıb baxdı kampyuterə. Barmaqlarını oynadaraq dümələrin üstündə tutudu, ancaq hardan başlayacağını bilmədi. Ramiz anladı – Aylına: sən yorma özünü mən sənə yardım edəcəm, bax bunu basırıq, sonra bunu. Aylına yardım etməyə başladı arxasında dayanaraq.