Aylın taxsidən düşüb banka tərəf getdi, qapıdan girdi içəri. Ramizdə maşını saxlayıb baxırdı Aylın hara gedirdi, banka girdiyini görüb öz – özünə: nə işin var sənin bankda? maşından düşüb getdi banka tərəf.
Qız Aylını görüb gülümsəyərək, – Aylına: bağışlayın, bu qədər vaxt çəkdi dokumentlərin hazırlanmasıçün. Aylın – qıza: axşamınız xeyir, keçib əyləşdi – Aylına: axşamınız xeyir. Qızda yerinə əyləşdi, – qıza: çox sağolun yardımınız çün, qız gülümsəyərək, – Aylına: borcumuzdur Aylın xanım, kağızları Aylının önünə qoydu. Qız – Aylına: işarə olunan yerlərə imzanızı atın, pulunuzu həmən ala bilərsiniz. Aylın qələmi götürüb imzasını atdı deyilən yerlərə, kağızları qız götürüb baxdı, – Aylına: tamamdır, buyurun bunlar sizdə qlaçaqlar. İndi gedib pulunuzu ala bilərsiniz 2 – ci qapıdan, Aylın ayağa qalxdı, qıza təşəkkür edib pulu almağa getdi qızın göstərdiyi tərəfə.
Ramiz Aylının başqa kabinetə girdiyini görüb qıza yaxınlaşdı. Qız – Ramizə: salam, nəcə yardım edə bilərəm sizə? – qıza: o gələn xanımdan xoşum gəldi çox, onunla məni tanış edə bilərsinizmi? qıza baxıb gülümsədi, zarafatla. Qız gülümsəyərək, – Ramizə: bankımızla əlaqəli bütün suallarınızı cavablandıra bilərəm, təssüflər olsun ki başqa çürə yardım edə bilmərəm. Az vaxtdan Aylın çıxdı kabinetdən, Ramiz arxasını çevirib dayandı ki, Aylın özünü görməsin. Qız – Ramizə: qızı qaçırma əlindən getdi, Ramiz dönüb ehtiyatla baxdı ardınca Aylının.
Aylın qapıya çatıb dayandı, nə fikirləşdisə dönüb gəlirdi qıza tərəf. Ramiz dodağını dişləyib öz – özünə: gəlmə, gəlmə, yavaş səslə pıçıldadı. Aylın gəlib – qıza: az qala gedəçəkdim nə isə demək istəyirdi, birdən yanında dayanan Ramizə gözü sataşdı, – Ramizə: sən nə edirsən burda? Ramiz başını qaşıyaraq qıza baxdı. Ramiz – Aylına: mən bu xanımla tanış olmaqçün gəlmişdim bura, – qıza: xanım siz çox gözəlsiniz, qız anladı Ramizin tutulduğunu. Qız gülümsəyərək, – Ramizə: baxın qismətiniz özü gəlib qarşınıza, fürsəti əldən qaçırmayın sevginizi etiraf edin. Ramizin canından üşütmə bir soyuq keçdi ki, Aylın fikirli idi anlamadı heçnə – qıza: siz tanışsınızmı? Ramiz qıza işarə etdi ki, hə desin. Qız anladı Ramizin çətində vəziyyətdə qalmış halından, yenədə tərslikdən kömək etmək niyyəti ilə – Aylına: sizə vurulub cavan oğlan. Görünür deməyə çəsarət etmir üzünüzə, sevənlərə yardım etmək savabdır demişlər, məndə bir savab işləmiş oldum sizə bunu deyib, yaraşıqlı oğlandır xöşbəxt olun.
Ramiz əli ilə üzünü tutub baxdı qıza, Aylın – qıza: təşəkkür etməyə qayıtmışdım sizə. Cibindən biraz məbləğdə pul çıxarıb masaya qoydu – qıza: əğər tanıdığın yetim və ya xəstə birisi varsa, bu pulu o insana ver. Mənim rəhmətlik valideyinlərimində işləri elələrinə yardım etmək idi, bu pul olarındır halal xoşu olsun alanın. Qız baxa qaldı, söz deməyədə imkan tapmadı, Aylın dönüb getdi. Ramiz – qıza: salamat qalın, qız ayaq üstə qalmışdı yerində baxa, gözləri yaşardı pula baxıb.
Aylın bankdan çıxdı, Ramizdə sakitcə yanınca adımlayırdı, – Aylına: canım bu tərəfə gəl maşınlayam. Aylın Ramizə əsəbi idi arxasınca izlədiyiçün, ançaq nə qədər əsəbi olsada, Ramizin gözlərinə baxdısa onu acılaya bilmirdi heç vaxtdı. Kənara baxıb bir anlıq özünü toparladı, – Ramizə: hanı maşın? Ramiz gülümsəyib, – Ayına: canım mənim qıymassan məni acılamağa bilirəm, gəl qolunu göstərdi yapış deyə. Aylın narazılıqla başını sirkələyərək – Ramizə: birdə sən çıxdın başıma izləmələrinlə filan, Ramizin qolundan tutub maşına tərəf getdilər. Ramiz maşının qapısını açıb – Aylına: buyur canım, Aylın keçib əyləşdi. Ramiz qapını örtüb keçib sükan arxasına əyləşdi. Ramiz – Aylına: bax canım məni qınama bu etdiyimə görə, sən mənim həyatımda qalan tək bir yadigarsan. Aylın gülümsəməyə çalışdı, o anda da gözləri doldu yaşla – Ramizə: anam gildən qalan pulu aldım bankdan, işcilərimizə kreslolar almaqçün. Olarda səhərdən axşama kimi masa arxasındadırlar, yazıqdırlar rahat otursunlar. Ramizin ürəyi göynədi duyduğunda, Aylının nə qədər insaflı biri olduğunu bilirdi. Əliylə Aylının göz yaşlarını sillib – Aylına: sənə yaraşanda bu idi canım, sən bir mələksən, səninlə fəxr edirəm mən, ruhlarını şad etdin oların. Aylın elə yorgun idi ki, – Ramizə: gedək evə yatmaq istəyirəm mən. Ramiz Aylına tərəfə əyilib ehtiyat kəmərini taxdı, indi gedək canım, maşını işə salıb qaza basdı getdilər.
Sərdar atasıyla evə gəldi. əsəbindən nə edəcəyini bilmirdi, telefonunu açarlarını masanın üstünə atıb getdi vannaya. Atası oğlunun halına üzülürdü, bir tərəfdəndə hər şeyə reaksiya verdiyiçün əsəbləşirdi.
Sərdar vanna otağına gəlib soyunub duşa girdi, suyu buraxdı altında dayanıb üzünü suya tutub dayandı. Birdən əsəbləşib yumuruğunu vurdu divara, əlləriylə üzünün suyunu silib baxdı kinli baxışlarla.
Aylında evə çatmışdı Ramizlə, elə yorğun idi ki, pulu telefonunu masaya qoyub – Ramizə: mən bir saat yatacam birdənəm. Ramiz pençəyini çıxarıb atdı divanın üstünə – Aylına: sən yat canım, mən biraz dokumentləri gözdən keçirəcəm. Aylın getdi otağına, Ramiz keçib əyləşdi divana, arxaya söykənib nə isə düşündü. Telefonuna zəng gəldi, baxdı Kamil idi tez cavab vedi, – Kamilə: alo dostum, biraz quaq asıb üzünün ifadəsi dəyişdi, nəə? yerindən ayağa qalxdı. Sən zarafatmı edirsən? dayan bir sakit ol bu ola bilməz, telefonda Kamilin coşduğu – əsəbləşdiyi aydın eşiidilirdi. Ramiz əliylə başını tutub – Kamilə: sakit ol dediyin doğrudursa, səsə Aylın gəldi. Ramizin həyəcanlı olduğunu görüb baxdı narahat baxışlarla.
Ramiz ardında dayanmış Aylını görüb – Aylına: bax sənin o tip dostunun etdiyi işə. Aylın heçnə anlamadı – Ramizə: nə olub? kimi deyirsən? Ramiz – Kamilə: dostum sən sakitləşməyə çalış, harda olsalar tapılacaqlar sonunda. Telefonu söndürüb – Aylına: de canım mənə indi nə edək ki, aslana dönmüş dostumu sakitləşdirə bilək? – Ramizə: anlatsana adam kimi nə olub. Ramiz oturub başını tutdu əlləriylə, öz – özünə: bu yuxudur vallah inanmağım gəlmir. Ramiz – Aylına: bu iki tip özlərini nə hesab edirlər? Aylının səbri çatmadı – Ramizə: desənə nə olub, nə deyinirsən öz – özünə kənt qarıları kimi? anlamıram mən heçnə. Ramiz – Aylına: sənin dostun Tahir iti Nəgizi qaçırmış.
Aylın qulaqlarına inanmadı, nəə? Tahir Nərgizimi qaçırmış? ola bilməz, bu yenə Kamilin oyunudu, bilirəm ki dostuma şər atır. Tahir etməz elə iş, Nərgizlə bir – birilərini sevirlər, niyə qaçırsın ki? yox olmaz elə şey inanmıram. Sadəcə Kamilin dostuma allergiyası var, qaşınır dinc dura bilmir. Ramiz ciddi baxışlarla baxaraq – Aylına: dostunu savununca düşün, onu Kamildən bu dəfə necə qoruyaçaqsan?
Aylın inanmadı, götürüb telefonunu Ramizə baxdı, mən indi Tahirə zəng edərəm soruşaram. Dostum mənə yalan danışmaz, Tahirin nömrəsinə zəng etdi, Tahirin telefonu söndürülmüşdü. Aylın narahat olamağa başladı, təkrar zəng etdi, yenədə telefonun söndürüldüyünü dedi operator. Ramiz – Aylına: ee nə oldu, dostuna zəng çatırmı? Aylın tez Sərdara zəng etdi. Sərdarda vannada oldugundugundan, eşitmirdi zəngin səsini. Aylın nə edəcəyini bilmədi, tez evdən çıxdı getdi.
Ramiz Nəgizə zəng etdi, onunda telefonu sönülü idi, Ramiz əsəbləşib telefonu atdı masaya, çarəsiz qalmışdı nə edəcəyini bilmirdi, öz – özünə: Allah cəzanızı verməsin.
Sərdar vannadan çıxıb gəldi mətbəxtdə, telefonunada baxmadı heç, özünə qəhvə hazırladı. Atasını səslədi, ata ordasanmı? atasından səs çıxmadı, öz – özünə: yatdınmı belə tez, qəhvəsini götürüb əyləşdi, qəhvəsini içməyə istəyirdi qapının zəngi basıldı. Əlindəki fincanı masaya qoyub qapıya getdi.
Gəlib qapını açdı, Aylın dayanmışdı həyəcanlı idi üzündən bilinirdi, – Aylına: canım bu nə gözəl syurprizdir? həmdə tək gəlmisən birdənənsiz. Aylın – Sərdara: niyə bu zibil telefona cavab vermirsən? içəri keçdi dəvətsiz əsəblə. Sərdara nə isə olduğunu anladı, qapını örtüb ardınca gəldi.
Aylın Sərdarın telefonunu götürüb – Sərdara: Tahirin başqa bildiyin nömrəsi varsa zəng et ona. Sərdar narahat oldu qorxdu! – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdara: hələ olmayıb, onu tapmasaq olacaq əmin ol. Sərdar tez Tahirə zəng etdi, telefonu sönülü idi, – Sərdara: sən bilirdinmi bunu? Sərdar Tahirin başqa nömrəsini axtarırdı telefondan. Sərdar – Aylına: nəyi bunu? nədən danışırsan sən? telefonu qulağına tutub gözlədi, Tahir telefonu açmadı. Sərdar – Aylına: nə olub Tahirə tez de ürəyimi partlatma. Aylının gözü Sərdarın əlindəki telefondaydı – Sərdara: nə oldu açmırmı? Sərdar telefonu qulağından kənar tutub – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdra: Nərgizi qaçırıb. Sərdar pərt oldu, nəə? sənin dediyini qulağın duyurmu? Tahir nəyə görə qaçırsın Nərgizi, olar bir – birilərini sevirlər, olmaz səhv duymusan. Aylın – Sərdara: tez tap onu, Kamil zəng etmişdi Ramizə, telefonda çox pis eşedilirdi səsi. Sərdar gərçəkdən narahat olmağa başladı – Aylına: sən nə danışırsan? Aylının telefonuna zəng gəldi Tahirdən. Aylın tez cavab vedi, dostum deyilənlər doğrudurmu? biraz qulaq asıb – Tahirə: off, sən nə etdin dostum. Üzgün baxışlarla baxdı Sərdara, – Tahirə: hardasınız siz? Kamil hər yerdə sizi axtarır indi. Sərdar tez telefonu götürdü Alından, alo Tahir doğrudurmu bu? sən qaçırmısanmı qızı? de zarafatdı qardaşım, biraz qulaq asıb gözlərini yumub dayandı. Off Tahir offf nə etdin sən, hardasan de səni gəlib alsınlar uşaqlar, hardasan? burdamı? Sərdar tez Aylına işarə etdi ki, gedirik. Maşının üstündən açarlarını götürüb – Tahirə: mən indi gəlirəm qal orda gözlə, tələsərək Aylınla evdən çıxdılar.
Aylın Sərdarın yanınca maşına tərəf qaçdı, – Sərdara: nə olub, hardadırlar? Sərdar maşına əyləşdi. Aylında tez əyləşdi, – Aylına: burda hava limanındadırlar, yeni enmişlər. Sərdar tez maşını işə salıb qaza basdı. Aylın – Sərdara: indi mən buna sevinimi, yoxsa kədərlənimi? nədir bunun etdiyi iş bizdən gizlin, adam dostuna xəbər verməzmi. Sərdar maşını sürəətlə idarə edirdi hava limanına doğru, – Aylına: bilmirəm canım bilmirəm, mənə demişmi ki sənə desin. Aylın – Sərdara: sən ayrı – mən ayrı, sən qardaşı sayılırsan, mən isə can bir dostu. Aylın həyəcanlı idi, – Sərdara: bassana qaza nəyə tısbağa kimi gedirik? Sərdar maşının sürəətinə baxıb – Aylına: 160 – la gedən tısbağa harda gördün sən? Aylın susdu yan şüşədən yola baxdı. Sərdar anladı Aylın həyacanlıdır olana görə, artıq bir söz demədən önünə baxıb maşını idarə edirdi. Yol boyunca Aylın susaraq, Sərdara baxmadan yola baxırdı. Sərdar üzülürdü Aylının bu halına, dərindən nəfəs alıb ara – sıra Aylına baxaraq maşını idarə edirdi.
Ramiz Dilqəmin yanına gəlmişdi, özünə yer tapa bilmirdi, əl – qolla danışırdı. Diqləm baxa qalmışdı, Ramiz oyana – buyana gedirdi boynunu əliylə ovub, əlinidə tez – tez açıb yumurdu. Telefonuna zəng gəldi Kamil idi, Ramiz Dilqəmə baxdı. Diləqəm anladı dostudur zəng edən Ramizin baxışlarından, əllərni belinə qoyub kənara baxdı. Ramiz telefona cavab verdi, Kamil necə əsəbdən qışqıraraq danışırdısa, telefonu qualğından kənara tutdu. Diqləmlə Ramiz bir – birinə baxaraq çarəsiz qalmışdılar, bilirdilər Kamil sakitləşməyəcəkdi.
Sərdarla Aylın Tahirin dediyi yerdə maşından endilər, Aylın ətrafa göz gəzdirib baxdı dostunu axtarırdı. Sərdara Tahir hava limanının çıxışındayıq demişdi. Aylın adamların içindən Tahirlə Nərgizi axtarırıdı, tapmırdı. Birdən arxadan səs eşitdi dostum, Aylın Tahirin səsindən tanıdı, bir anlıq sevindi duyduğunda, dönüb baxdı arxsında dayanmış Tahirlə. Aylında çox darıxmışdı olarçün, bir anlıq ürəyindəki həyəcanı unutdu, qaçıb ikisinizdə qucaqlayıb öpdü. Nərgizlə Tahir Aylına sarılıb qucaqlaşıb görüşdülər, Aylın ikisinidə sinəsinə sıxaraq – olara: ay sizi dəlilərim mənim xoş gəldiniz, təkrar öpdü qucaqladı. Tahirlə Nərgiz Aylını təkrar – təkrar qucaqlayıb, üzündən öpdülər. Tahir – Aylına: sənsiz bacarmadıq orda, bağışla bizi belə etdiyimizə görə. Aylının ürəyindən sevinc dolu qurur havası keçdi, – olara: canlarım mənim inanın məndə sizinçün çox – çox darıxmışdım. Nərgizin saçlarından öpüb, oxx canım bacım mənim, ürəyim tək varlığım. Tahir boynuna təkrar sarılıb – Aylına: dostum inan sizsiz oralar bizə dar oldu, başqa çarəmiz qalmadı, bağışlayın bizi.
Aylının gözü qollarını bir – birinə dolayıb olara baxan Sərdara sataşdı, Sərdar ciddi dayanmışdı. Aylın bir anlıq unutmuşdu dərdini və olaçcaqları, Sərdarı elə gördüyündə anladı ki, olacaqlar hələ qarşıdadır ifadəsi vardı Sərdarın baxışlarında. Tahirdə hiss etdi Aylın kiməsə baxır, dönüb baxdı, Sərdarı görüb çiyinlərini çəkib, başqa çarəm yoxdu işarəsini etdi. Nərgizdə baxdı Tahirin baxdığı tərəfə, Sərdarı görüb utandı, başını aşağı salıb dayandı. Sərdar olara baxırdı, heç kim yaxınına getmirdi. Nəgiz utancaq baxışlarıa ona baxdığında Sərdar gülümsədi, qollarını açdı ki gəlsin, darıxmışdı özündə olarçün.
Nərgiz uşaq kimi o anı gözləyirmiş, qaçaraq Sərdara tərəf gedib sarıldı ağladı. Sərdar Nərgizi qucaqlayıb öpüb özünə sıxdı, – Nərgizə: xoş gəldin gözəl bacım mənim, ağlama hər şey yaxşı olacaq. O bir qolunuda açıb Tahirə işarə etdi ki gəlsin, Tahir gülümsəyib, getdi Sərdara sarıldı qucaqlaşıb görüşdülər. Sərdar – Tahirə: xoş gəldin qardaşım. Tahir yavaş səslə – Sərdara: sizsiz alımadı qardaşım çətin oldu ikimizədə, bağışlayın bizi.
Nərgiz göz yaşlarını əlləriylə silib, Tahirə qısıldı uşaq kimi, Sərdar anlayırdı Nərgiz qorxurdu! Tahir Nərgizin alnından öpüb, özünə sıxıb tutdu. Sərdarın gözü özlərinə baxan Aylına sataşdı, Aylın dərindən nəfəs alıb baxdı olara, gülümsədi. Sərdar – Tahirə: gedəyin canlarım mənim, cantalarını götürüb gətirib maşının baqjına qoydular. Tahirlə Nərgiz arxada əyləşdilər, Aylın keçib Sərdarın yanında əyləşdi. Aylın – Sərdara: bizə gedirik, Sərdar təcüblə baxdı – Aylına: zarafat edirsən? – Sərdara: yox nə zarafatı? bizdə qalacaqlar. Sərdar maşını işə salıb qaza basdı.
Sizdə niyə qalırlar ki? sizdə birdənən qalır bəsdi, bizdə ev böyükdür rahat yaşayarlar qardaşının yanında. Aylın – Sərdara: pardon Sərdar bəy, sizin kimi imkanı olamamış atamın böyük ev almağa. Sərdar – Aylına: aydaa, mən eləmi dedim canım? sadəcə bizdə yemək hazırlayan kimsə yoxdur, bilirsən iki kişiyik. Bacım yeməyimizi hazırlayar, həmdə ev darıxdırıcıdır çox. Allah insaf versin səndə, gələndə 5 dəqiqədən qaçırsan qalmırsan, bundan sonra artıq qardaşım və gəlinimiz bizimlə qalsacaqlar bu qədər. Tahir – Aylına: dostum biz həm orda, həmdə səndə qalacağıq üzülmə sən, bundan sonra birlikdəyik vaxtımız olacaq. Tahir Nərgizi qucaqlayıb özünə tərəf çəkdi. Aylın -Tahirə: sağol dostum birdənəsən, Sərdar maşını idarə edərək – Aylına: mən elə bilirdim sənin birdənən başqadır. Tahirlə Nərgizdə bilirdilər, Sərdarla Ramizin bir – birini sevmədiklərini. Aylın yorulurdu Sərdarın bu atmacalı sözlərindən, özünü zorla saxladı ki Sərdarı acılamasın. Arxaya baxıb gülümsəyərək, – Nərgizə: canım bacım doymadım səni öpüb – qucaqlayıb.
Ramiz Aylına zəng edirdi, Aylın Sərdar gilə gəlmişdi Nərgizlə Tahiri gətirib, rəyisdə çox şad olmuşdu Tahirilə Nərgizi görüb. Aylın mətbəxtdə gəldi, telefona cavab verdi alo, az vaxtda gəlirəm evə. Anladım səni danışarıq hər şeyi səbir et, tamam birdənəm əsəbləşmə az vaxtda evdə olacam, nə olar səbir et məndə yorgunam. Telefonu söndürüb dərindən nəfəs alıb baxdı, hamının başı qarışıq idi.
Sərdarın gözü Aylını axtardı, Aylın mətbəxtdən gəldi. Gülümsəyib, zarafatla – rəyisə: yoldaş rəyis artıq evinizdə gəlin var, Nərgiz bundan sonra sizin qızınız sayılır. Bacımda sizin qulluğunuzda bilirəm hörmətlə duracaq. Rəyis gülümsəyərək, – Aylına: sənin bacında sənin kimi hörmətli olacaq qızım, bunu yaxşı bilirəm. Nərgiz mənimdə qızımdır bundan sonra, kimsə qızımı üzə bilməz əmin ol sən. Aylın – olara: mən getməliyəm indi Ramiz gözləyir məni, onada anlatım burda olduğunuzu sakitləşsin.
Sərdarın kefi qaçdı Ramizin adını eşitdikdə, – Aylına: ona nə anladacağıq ki? o kimdir? Nərgiz artıq mənim qardaşımın həyat yoldaşıdır. Gedib anlatarkən dediklərimi yeri – yerində anlat ki birdənənə, sonra lazımsız yerlərə burunu soxub problem yaratmasın özünə. Aylın – Sərdara: o qanacaqlı oğlandır narahat olma anlayar, Nərgizədə qardaş sayılır Ramiz. Sərdar – Aylına: onun artıq bir qardaşı var burda, o da mənəm, anladınmı canım? Sərdarın kobut danışığından hər kəs kefsiz oldu. Aylın – Sərdara: anladım Sərdar bəy, məndə o qədər anlayışsız deyiləm. Yəqin ki bundan sonra mənimədə bacılıq haqqım yoxdur, burda sən varsan artıq, qalanını nəzərə almasanda olar. Sərdar anladı yenə Aylını üzdüyünü, ancaq Aylının ona bacılıq haqqım yoxdur dediyi sözdən əsəbləşdi, – Aylına: son sözünə diqqət et. Aylın – Sərdara: çalışaram diqqət edim.
Gəlib Tahirlə Nərgizə qucaqlaşıb – olara: dincəlin siz, sabah görüşərik Sərdar bəy icazə verərsə, Sərdara söz atdı. Ehtiyatlı olun, mən çalışıb danışacam Kamilnən. Sərdar – Aylına: mən səni çatdırım evə, Aylın qoymadı əliylə işarə etdi ki, dayansın gəlməsin. Aylın – Sərdara: taxsi çağırdım gərək yoxdur. Hər kəs anladı ki, Aylının Sərdar xətrinə dəymişdi, Tahir narazılıqla başını sirkələyib baxdı Sərdara. Nərgizdə üzüldü Aylına görə.
Aylın getdi, Sərdar baxa qaldı ardınca, atası – Sərdara: bravo oğlum bravo, qızın işdə ürəyini qırdığın yetmir, evdədə sakit dura bilmirsən. Sərdar əsəbləşib keçib əyləşdi Tahirin yanında, Tahir Sərdarın dizinə əlini vurub, baxdı ona narazı baxışıarla. Sərdar – Tahirə: mən nə dedim qardaşım? Tahir dərindən nəfəs alıb susdu. Sərdar – olara: anlayın məni istəmirəm o tiplə yaşasın Aylın. Nərgiz Ramizin xətrini çox istəyirdi, ancaq Sərdarın sözünün üstünə söz demədi susdu, kövrək baxışlarla baxdı.
Aylın taxsidə evə gedirdi, çox əsəbi idi Sərdarada, birdən şofer maşını kənara çəkdi. Yanınca gedən maşına baxıb, heyvan oğlu heyvan nə edirsən? Aylın fikirli olduğundan nə olduğunu anlamadı. Şoferin maşınının qarşısına keçib saxlamasını işarə edirdilər, şofer çətinliklədə olsa maşını sağa çəkib saxladı. Şofer maşından düşdü, çavan oğlanlar tez yaxınlaşıb – şofetə: sakit ol yoxsa yeyərsən kurşunu, əllərində tapanca vardı. Şofer qorxub sakit dayandı,
Aylın qapını açıb düşmək istəyirdi, qapını kimsə açdı Aylın baxdı, tanıdı rəyisin barmağını qırdığı oğlu idi. Oğlan – Aylına: salam Aylın xanım, çox gəzdirdin ardınca məni yordun, en maşından tez, əlindəki tapanca ilə işarə etdi. Aylın maşından enib ona baxdı əsəblə, – oğlana: bir sən əksikdin indi. Oğlan əlindəki silahı kimsə görməsin deyə, gizlincə Aylının böyrünə tutaraq işarə etdi ki, özü deyəni etsin. Oğlan – Aylına: keç maşına az danış, Aylın getdi oların maşınına tərəf.
Başqa oğlan qapını açdı Aylın əyləşdi, hamısı tez maşınlarına oturdular, qaza basaraq ordan uzaqlaşdılar. Şofer qorxmuşdu! tez öz maşınına əyləşdi getdi ordan.
Aylının böyrünə silahı dayayayıb oturmuşdu başqa oğlan, rəyisin oğlu qabaqda oturmuşdu. Yol gedərək arxaya çevrilib – Aylına: səni indi elə bir yerə aparacam ki, ürəyincə olacaq inan. Aylın böyrünə silah dayamış oğlana baxdı, oğlan işarə etdi ki sakit dayan. Aylın rəyisin – oğluna: sən baş bəlasısan, bilirdim geci – tezi görüşəcəyik. Ancaq bu gün heç uyğun deyildim, bəlkə başqa günə qalsın? adınıda bilmirəm, neçəncidi qarşılaşırıq səninlə maraqlanmadım. Aylına silah dayayan oğlan – Aylına: adı Əmirdi, sənin ağzını skoçlayaqmı az danışasan? Aylın rəyisin oğlunun adının Əmir olduğunu anladı. Gülməyi tutdu adını duyunca – oğlana: adın Əmirmiş? mən birinci günü şövbəyə aparıldığımda düşündüm, hətta təklifdə etdim polislərə ki, sənə soska alım. Gör ürəyimə necə damıbmış sənin Əmir olduğun. Əmir – Aylına: az qaldı gül sən, necə demişlər? çox gülən və özünə güvənən sonunda ağlayar. Aylın – Əmirə: elə məsəl eşitmədim mən, mən məsələn beləsini duydum. Birdən yanında silah dayanan oğlanın böyründən dirsəyi ilə necə vurdusa, oğlan zarıdı. Aylın məsəlini çəkdi, su çanağı suda sınar demişlər, duydunuzmu? oğlanın əlindən silahı almağa çalışdı, dartışdılar. Əmir şofer – oğlana: maşını saxla tez, oğlan maşını qırağa çəkib saxlayınca, Aylınla arxada oturan oğlan əllərində silah davalaşırdılar. Aylın silahı ondan almaq istəyirdi, birdən silahdan atəş açıldı. Əmirlə şofer oğlan qorxdular! Aylın oğlana güc gələ bilmirdi, silah ikisinin ortasında qalmışdı, əllərindən tutmuşdular bir – birinin. Maşını saxlayıb tez qapıları açıb Aylını tutmağa çalışdılar, Aylının əli oğlanın əlindəki silahın üstündə idi, buraxmırdı. Zorla Aylının əlini tutub, arxaya burdular. Oğlan maşından düşüb böyrünü tutub, – Əmirə: icazə ver vurum öldürüm onu mən indi burdaca. Aylın vuran udar yaxşıca tutmuşdu oğlanı, … səni mən, söydü Aylını. Oğlanı sakitləşdirdilər çətinliklədə olsa. Arxadan gələn maşında dayandı, gəlib Aylının əllərini bağlayıb baqaja atdılar, baqajı bağlayıb tez maşınlarına oturub getdilər.
Gecə saat 11 olurdu, Ramiz Aylına zəng edirdi telefonu sönülü idi, Dilqəmdə Ramizlə idi. Ramiz elə əsəbləşmişdi ki – Dilqəmə: bu nə edir axı? mənə gəlirəm dediyi neçə saat olu? – Ramizə: sakit ol gələr. Ramiz – Dilqəmə: necə sakit olum axı, necə? əlini masaya vurdu. Dilqəm telefonunu çıxarıb – Ramizə: məndə Sərdarın nömrəsi var işlə əlaqəli götürmüşdüm, zəng edib soruşum istərsən Aylını. Ramiz susudu heçnə demədi, Dilqəm zəng etdi Sərdara. Biraz gözləyib – Sərdara: alo Dilqəmdi zəng edən, Aylın Ramizə evə gələcəyini demiş hələ gəlməmiş, onu soruşaçaqdım. Anlamadım necə yəni çoxdan çıxıb sizdən, gəlməyib evə telefonunada zəng çatmır.
Ramiz Diqləmə baxdı narahat baxışlarla, – Ramizə: Aylın çoxdan çıxıb deyir özlərindən. Dilqəm telefonu söndürüb baxdı şüphəli baxışlarala. Dilqəm – Ramizə: hara getmiş olar bu? Ramiz narahat oldu, bəlkə Vəfaya getmişdir? mən indi zəng edib soruşaram Vəfadan. Dilqəm Vəfaya zəng etdi, alo Vəfa xanım axşamın xeyir, bağışla geç zəng etdiyimçün. Aylın səninlə deyil ki? biraz qulaq asıb, gəlmədimi? anladım gevən xeyirə. Yox – yox narahat olma, olan bir şey yoxdur sağol, telefonu söndürüb başını yoxdur deyə sirkələdi. Ramiz narahat oldu – Dilqəmə: bu tip həmişə evə gətirirdi Aylını. Sən inandınmı onun yoxdur deməsinə? Dilqəm çiyinlərini çəkib baxdı. Ramiz əsəbləşdi – Dilqəmə: gedək olara, Aylın ordadırsa mən o tipin ağzını – burnuna qatmasam adam deyiləm. Diqləmlə çıxdılar evdən Sərdar gilə getməyə.
Sərdarda narahat idi, hara getdi bu? atası – Sərdara: qızın xətrinə dəydin acıladın, tək qalmaq istəmiş yazıq. Tahirlə Nərgizdə üzüldülər Aylının evə getmədiyinə. Tahir – Sərdara: qardaşım sən söz vermişdin onu bir daha qırmayacaqsan. Nə olar dilini şirin etsən? – Tahirə: qardaşım mənim danışığım belədir, nə edim? anlasın məni artıq. Uşaq kimi dəqiqə başı küsmələr yaraşırmı sevdiyinə? Nərgizin gözləri yaşardı. Sərdarın gözü qorxub Tahirə qısılıb oturan Nərgizə sataşdı, – Nərgizə: ayy canım mənim qorxma, qardaşın arada əsəblərimə tabe ola bilmirəm, üzülmə sən. Q alxıb Nərgizin yanında oturub, qucaqlayıb alnından öpdü. Sərdar – Nərgizə: sən qorxma, danışdıqmı? Aylınla ara – sıra olur atışmalarımız bilirsən. Ançaq biz bir – birimizi çox sevirik küsülü qala bilmərik, birazdan özü zəng edəcək bilirəm. Nərgiz gözünün yaşını silib, Sərdara qısıldı uşaq kimi.
Atası – Sərdara: uşaqlar yol gəlmişlər yorğunlar, otaqlarını göstər dincəlsinlər. Bu vaxtdı qapının zəngi basıldı. Tahir ayağa qalxıb, mən baxaram getdi, rəyis Tahirə deməyə istəyirdi getmə qapıya sən, gec oldu.
Tahir gəlib qapını açdı, Ramizlə üzləşdi qapıda, Ramiz Tahiri görüb pərt oldu. Ramiz – Tahirə: sən? sən burdasanmı? Tahir söz deməyə imkan tapmadı. Ramiz düşündü ki, Aylında burdadır aldadıblar özünü, əsəbindən Tahirə necə yumuruq vurdusa ağzından, Tahir ağzını tutdu. Səsə tez Sərdarla atası gəldilər. Ramiz Tahirə hücüm çəkdib – Tahirə: alçaq səni bura gəl, qız qaçırmağın bədəlini necə ödəyirlər sənə öyrədim. Rəyis Ramizin qarşısına keçdi, – Ramizə: bəsdir, Ramiz sakit ol. Ramiz – rəyisə: şərəfsizsinizmi siz hamınız? sizin şərəfiniz – mərəfətiniz yoxdurmu heç?
Sərdar irəli keçib Ramizi vurdu bir neçə dəfə, Tahirlə atası tutusalarda alınmadı. Sərdar əllərindən çıxıb Ramizi vurmağa başladı, Sərdar – Ramizə: mən sənə indi şərəfli olmağı öyrədərəm, bura gəl. Ramizi pis – pis vururdu bütün gücü ilə. Nərgiz gəlib bağırdı! ağladı – Sərdara: vurma Ramiz qardaşımı, vurma nə olar. Sərdar Nərgizin bağırıb ağlayan səsinə dönüb baxdı, Nərgiz ikki əlləriylə qulaqlarını tutub hönkürüb ağladı. Tahir tez Nərgizi tutdu qucaqlayıb, qorxma ömrüm qorxma, vurmayacaq qorxma sakit ol.
Ramiz qapının yanında yıxılmışdı yerə, ayağa qalxmağa çalışdı bacarmadı, qarnını tutub dayandı. Nərgiz Tahirdən qaçıb Ramizi qucaqladı ağladı, – Ramizə: bağışıla qardaşım məni nə olar. Ramiz Nərgizə baxdı, Nərgiz Ramizin qanamış ağzını – burnunu sildi əli ilə, elə qorxmuşdu ki Nərgiz, ürəyi az qalırdı həyacandan partlasın. Bunu Ramizdə hiss etdi, ağlayaraq – Ramizə: mən Tahirlə özüm gəldim bura, onun günahı yoxdur qardaşım nə olar bağışla məni. Ramiz zorla qalxıb dizi üstə dayandı. İkki əliylə Nərgizin üzündən tutub baxdı, bi ixtiyar özünündə gözləri yaşardı. Ramiz – Nərgizə: sən nə etdin bacım, bilirsən Kamil sizi yaşatmaz, sən ki bunu bilirsən canım bacım. Səni görməyimə çox şadam, gözlərindən yaş süzüldü Ramizin üzünə – Nərgizə: bacardığım qədər səni qoruyacam Kamildən, söz verirəm. Anxaq nə qədər vaxtı qoruya biləcəm bunu heç axlım kəsmir, Nərgizi qucaqlayıb özünə sıxdı. Nərgiz ağladı hönkürüb başını sinəsinə qoyub. Ramiz – Nərgizə: sənə bir şey olsa ölərəm, bilirsən səni necə çox istəyirəm bacım. Nərgiz – Ramizə: məndə səni çox istəyirəm qardaşım, Ramiz Nərgizi qucaqlayıb ayağa qalxmağa çalışdı. Nərgiz kömək etdi ayağa qalxmağına, gəl qardaşım qanın axır. Ramiz – Nərgizə: Aylın hanı? mənə o lazımdır, – Ramizə: Aylın çoxdan çıxdı taxsi çağırdı getdi, dedi ki sənə olanları anlatacaq. Ramiz narahat idi – Nərgizə: gəlmədi evə o. Vəfadanda soruşduq onada getməmiş, mən bilməyən bir şeymi oldu burda? nədən gəlmədi Aylın evə? Nərgiz Tahirə baxdı. Ancaq heç kim demədi Sərdarla dalaşdığını. Ramiz tez cibindən telefonu çıxarıb zəng etdi taxsi sifariş edən operatora, alo bu ünvana sizdən taxsı çağırılıbmı tez baxın, əlaqə saxlayın hara aparılıb burdan götürülən adam ünvanına çatmayıb. Ramiz əsəbləşdi – operatora: bura baxın adam ünvanına çatmayıb deyirəm necə saat keçib, sizin kantorunuzu başınıza yıxmadan deyin mənə.