banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Qaralt küsuf kimi sən Günəşi də, Ayı da.

Dünya çadırı göydə Ay qulyabanı kimi,
Azdırıb İbrahimi yolundan etmədimi?[80 - Beytin məzmunu Qurani-şərifin “əl-Ənam” surəsinin 77-ci ayəsindən iqtibas olunub: “O (İbrahim) çıxan Ayı görəndə dedi: “Bu, mənim Tanrımdır!” O batandan sonra isə (İbrahim) dedi: “Mənim Tanrım məni düz yola hidayət etməsə, mən yolunu azmış adamlardan olacağam.]

Gəncliyinə dağ çəkib, fələk sürüklər hara?
Nəşəli günlərini dərdli, qəmli çağlara!

İşıqlandıra bilsən, inan, könlünü bir gün,
Ağ günü, səadəti qaytarmaq yenə mümkün…[81 - Nizamiyə görə, könlü işıqlandıra bilmək – maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç də maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir.]

Ümid gülabı kimi təmiz göz yaşı tök ki,
Təmizləyə biləsən bu qara, ağ lövhəni.[82 - Ağ, qara lövhə – gündüz, gecə. İnsan öz ömrünün gecəsini, gündüzünü təmizə çıxardıb pak etmək üçün tövbə qılmalı, suçlarının, günahlarının bağışlanmasını sidq ürəkdən ulu Tanrıdan diləməli və tövbəsinə layiq yaşamalıdır. Bu halda göz yaşı tökmək mənən təmizlənməyin rəhnidir və bu göz yaşı ümid gülabıdır. Başqa sözlə desək, sən bağışlanacağına və bundan sonra insan kimi yaşayacağına ümid bəsləyə bilərsən.]

Ölçüb-biçsən işini bu dünyada sən əgər,
Məhşər tərəzisində qazancın artıq gələr.[83 - Nizamiyə görə, ölçü-biçi əsasında yaşamaq özünü nəfsə, tamaha, yırtıcı ehtiraslara təslim etməməyi bacarmaq deməkdir. Yalnız bu dünyada gözəl yaşamaqla, o dünyanı qazana bilərsən.]

O din ki, qüvvət verir qoluna axşam-səhər,
Sənin tərəzinin də əyarını düzəldər.

Düşüncəli, hünərli, qəlbi azad olan kəs,
Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.

İstəsən ki, bu aləm daim məskənin olsun,
Dini Nizamiyə ver, dünya qoy sənin olsun.

Xain sofu ilə hacının dastanı

Bir Kəbə mübtəlası hazırlaşdı səfərə,
Öyrənib bələd oldu qaydalara, dəblərə.

Ehtiyacından artıq bir az qızılı vardı,
Öz halal dinarını kisəsində saxlardı.

Düşündü: filan sofu əl çəkibdir dünyadan,
Tanrı bəndəsidir o, azdır bu cür düz adam.

Ürəyimə damıb ki, dəyanət də ondadır,
Qoy verim zəri, deyim: əmanət də ondadır.

Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,
Kisəsini əmanət verdi ona gizlicə.

– Yaxşı saxla bu sirri, – tapşırdı dönə-dönə,
– Qayıdaram, kisəni yenə verərsən mənə.

Xacə səfərə çıxdı, düşdü yolun ağına,
Şeyx də sərin qızılı basdı yanan bağrına.

Titrəyirdi ürəyi neçə illərdən bəri,
Bu qızılın sapsarı şöləsindən ötəri.

– İşlərimi bununla düzəldərəm! – söylədi,
– Yolunu gözlədiyim xəzinəm əlimdədi.

Tanrının mənə bir az gec verdiyi neməti,
Gərək tez ötürüm ki, qaçırmayım fürsəti.

Kisənin boğazından ilgəyi açdı səfil,
Neçə gecə kef çəkib, şadlıqdan uçdu sofu.

Yaxasına keçirdi qızıl dolu kisəni,
– Göbəyimin üstündə görüm, – dedi, – qoy səni.

Cingildətdi pulları, bu səsdən xumar oldu,
Gözəllərin saçları boynunda zünnar oldu.

Heyhat, parçalanınca şeyxin dərviş xirqəsi,
Zövqün yerini tutdu günah, qəm düşüncəsi.

Sofu elə yedi ki, əlinə düşən ovu,
Çırağı da bir gilə yağın möhtacı oldu.[84 - Yəni əmanət pulu son qəpiyinədək xərclədi. Keçmişdə başqalarının heyvanı ilə qarışıq salmamaq üçün mal-qaranı damğalarmışlar. Bununla bağlı ideomatik ifadə yaranmışdır. “Filankəs ovunu elə yedi ki, heç damğa yeri də qalmadı”. Şeyx də əlinə keçən əmanəti ilə bu cür davranır.]

Bizim hacı elə ki, Kəbədən geri döndü,
Öz hindlisi önündə bir Türk kimi göründü.[85 - Burada “hindli” anlayışı “üzüqaralıq”, “Türk” ifadəsi isə “cəsurluq”, “tələbkarlıq”, “öz haqqını tələb edən qüdrət sahibi” ifadələrinin sinonimi kimi işlənmişdir.]

– Gətir, ey zahid! – dedi, – gətir görək bir onu.
– Zahid soruşdu: – Nəyi? Hacı dedi: – Altunu!

Sofu işarə qıldı: – Sus, lütf elə bir qədər,
Xaraba kənddən axı kim xərac ala bilər?

Sağlığına qızılı sərf elədim bazara,
Mənimtək müflis hara, dinar kisəsi hara?

Türk ki yəğma elədi, kim dayanar önündə?
Evini hindli qula ismarlar hansı bəndə?

Belimi qırdı mənim o rükni qızılların[86 - Rükni qızıl – öz xalisliyi ilə məşhur olan və hökmdar Rükn-əd-Din Deyləmi tərəfindən zərb edilmiş qızıl pul],
Dözə bilmədim, yedim, boynumdadır vəbalın.

Min bir sevinc içində sofu malı yemişdi,
Min bir göz yaşı töküb üzr istəyirdi indi.

– Kərəm eylə, lütf qıl, yaman peşman olmuşam,
Kafər idim, dönmüşəm, bir müsəlman olmuşam

Cahanın təbiəti min fəsada boyludur,
Bir fəsad da yarandı, təkcə mənimmi qüsur?