banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Kaska sobanın arxasına, Matsek onun ardınca…

Ən çox isə hamıdan ucadan eşidilirdi:

– Sizin sağlığınıza, kirvə!

– Allahla için!

Meyxanadan kandara kəskin tənbəki, tər və araq buxarı qoxusu gəlirdi. Toz uçurdu. Şandakı arıların vızıltısını xatırladan səs-küydə zaman-zaman skamya və bufet piştaxtası arasındakı tüpürcəkli döşəmədə uzanmış şən sərxoşun qışqırığı seçilirdi:

– Oy, da dana!

Sobanın yanında əyləşmiş kənd qadınlarından biri onu bu, insan ləyaqəti üçün aşağılayıcı halda görərək, şəhərlisayaq geyinmiş qonşusuna dedi:

– Belə ağnamaqdan ötrü kişi deyil, donuz olmaq lazımdır!

– Kişilər ilk dəfə deyil ki, döşəmədə sürünürlər, – deyə hansısa boz kaftanlı qırmızıburun kəndli müdaxilə etdi.

– Yox bir! Mənim Yuzikim heç bir halda etməzdi! – şəhərlisayağı geyinmiş qadın onun sözünü kəsdi.

– Sizin Yuzik kimdir ki! – deyə qırmızısifət donquldandı və əlini yellədi. Sonra bulanıq gözlərini piştaxtaya zillədi.

– Yox, gözləyin, kirvə, dinləyin, – qadın, görünür. “şəhərlilər”ə oxşamağa çalışaraq, dil boğaza qoymadı. –Mənim Yuzikim hələ məktəbdə oxuyanda bir dəfə evə gəlir, kandarda dayanan kimi, mən qablardan düz ona sarı atılıram. Qucaqlamaq istəyirəm, o isə, mənim qızılım, necə də məndən kənara sıçrayır! “Görmürsünüzmü, ana, əynimdə təmiz mundir var?” – “Görürəm, oğul” – “Ona görə də çirkli əllə ondan yapışmaq olmaz, yoxsa heç nəyə yaramayacaq!” Mən ona deyirəm: “Oğul, səni qucaqlaya bilməyimdən ötrü mundiri çıxar”. O isə: “Anacan, mənim köynəyim də yaxşıdır, onu çirkləndirərsiniz…”

– Oh, belə bir şey toqquşdursaydı, mən özümkünə bildirərdim! Mundiri ona göstərərdim! Qanla yuyunardı! – deyə əlində qədəh olan qadın səsləndi.

– Bəs siz nə etdiniz, kirvə? – digər, çəpgöz qadın maraqlandı.

– Dinləyin, indi sizə danışaram. Deməli, Yuzikə deyirəm: “Yaxşı, oğul, indi yuyunaram”. O isə çiynindən asılmış çantasından gümüşü kağızdakı sabun çıxarır və mənə verir. Inanırsınızmı, bu sabunla yuyunanda məndən elə bir iy gəlirdi ki, hətta insanların qarşısında da ayıb idi…

Qadınlar başlarını yelləyərək, dinləyirdilər və biri cavab verdi:

– Görünür, oğlanı nahaq yerə məktəbə göndərmisən! Sənin Yuzikinin anasına söylədiyini bəzi pan uşağı, muzdura belə, həmişə deməz.

– Düz olan doğrudur! Onları məktəbə göndərməyə dəyməz! – digər arvadlar da onu müdafiə etdilər.

– Siz hələ durun, kirvə, dinləyin! – deyə nağılçı etiraz etdi. – Başqa oğlum olsaydı, onu göndərməzdim, ancaq Yuzik… Oho! Necə olmuşdusa, onunla plebaniyaya getmişdik və keşiş ona latınca yazılmış kitab verdi, – o, səhvsiz oxuyurdu və orda nəyin necə yazıldığının hamısını keşişə izah etdi. Ksöndz hətta heyrətləndi və dedi: “Əgər gənclik illərimdə latınca belə bilsəydim, heç nə etməzdim, yalnız tavana tüpürərdim”.

Həmin dəqiqədə bir qadın bulanıq gözlü kişinin yanına soxuldu. Onun başında yaylıq əvəzinə çənəsi altından düyünlənmiş əlvan önlük vardı.

– Hə, Matsek, nəhayət, evə gedəcəksən, ya yox?

– Əl çək, psyakrev! – deyə kişi onu dirsəyi ilə sıxışdıraraq, donquldandı.

– Sənin nə acıman, nə də vicdanın var! Bütün günü meyxanada əyləşməyə və lənətə gəlmiş arağı başına çəkməyə hazırsan! Tezliklə Iqnati kimi olacaqsan, bütün yaxşı adamların gülüşü altında skamya altında uzanacaqsan! Özünə gəl, heç olmasa, bir dəfə mənə qulaq as!

Kişi piştaxtaya yaxınlaşdı və bir qədəh araq götürdü.

– Matsek! Matsey! – arvadı ona yalvardı. – Özünə gəl!

– Al, iç! – əri qədəhi onun əlinə basaraq, cavab verdi.

– Gördünüz? – deyə qadın yaxında dayananlara müraciət etdi. – Mən onun içməməsini deyirəm, o isə hələ məni də qonaq edir!

– Qonaq edirsə, için! – kimsə məsləhət gördü.

– Nə olar! Içərəm! Bir halda pulu ödənib, axıdılmayacaq ki!

Başqa qrupda, dovşandakı kimi, qırmızı gözlü hansısa pırtlaşıq saçlı kişi dayanmışdı. Yaxınlaşan arvadı özünün axıra kimi içilməmiş qədəhini ona uzatdı.

– Gözlərinizlə bağlı bu bədbəxtçilik çoxdanmı baş verib? – deyə naxışlı kaftanlı qonşusu ondan soruşdu.

– Deyəsən, beşinci gündür, – deyə o biri cavab verdi.

– Düz deyil, – arvadı söhbətə qarışdı. – Məhz gələn çərşənbə günü həftəsi keçəcək.

– Bəs nə iləsə müalicə edirsinizmi? – deyə şapkalı kişi maraqlandı.

– E…hansı müalicə… – pırtlaşıq saçlı sözə başladı.

– Niyə boşuna uydurursan? – yenə arvadı onun sözünü kəsdi. – O cümə günü çoban onun gözünə kül səpib – yalnız bir dəfə, gələn cümə günü isə yenə gələcək və nə isə yaxacaq.

– Kömək etdimi?

– Atəş kimi yandırdı, xeyli də irin axdı, amma, deyəsən, daha pis oldu…

– Axmaq! – deyə arvadı hirsləndi. – Əgər o, irinini axıdıbsa, deməli, artıq yaxşıdır. Əgər bu irin gözlərdə qalsaydı, sən kor ola bilərdin…

Ən böyük masanın arxasında rənglənməmiş dəridən olan uzunboğaz çəkməli kəndli digərini, gözəl sifətli və uzun çal bığlı dazı dilə tuturdu:

– Voytsex, mənə üç manat borc verəydiniz! Biçindən sonra sizə üç manat və beş zlotı qaytararam, üstəlik də arağa qonaq edərəm.

– Bu gün iki manat verə bilərəm, biçindən sonra isə siz mənə üç manat verərsiniz, – keçəl tənbəki qoxulayaraq, cavab verdi.

– Yox, siz üç verin, biçindən sonra isə üç manat və beş zlotı alarsınız.

– Elə alınmaz.

– Yaxşı, üç manat, beş zlotı və…üstəlik toyuq da verərəm.

– Razı deyiləm! – deyə keçəl inad etdi.

– Yaxşı, istəyirsiniz, üç manat, beş zlotı, toyuq və… on beş yumurta?

– Əgər otuzsa, onda razıyam, – deyə keçəl elan etdi. – Araq da verin.

Onlar bir-birinə əl verdilər.

– Ey, Voytsex! –masa arxasındakı qonşulardan biri, göy gödəkçəli gənc kəndli keçəli səslədi. – Bəs siz nə vaxtsa öz pulunuza içirsinizmi?