banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


– Axmağam ki, meyxanaçının cibini doldurum? – deyə keçəl mırıldandı.

– Axı özgə puluna içirsiniz!

– Nə etməli! Şmul yəhudi olsabelə, o da yaşamalıdır, onu da cənabi allah yaradıb.

– Matsek! – deyə başında önlük olan arvad bağırırdı. – Heç olmasa, bir dəfə qədəhdən qop, evə get, yoxsa uşaqlar təkdirlər, yanğın törədə bilərlər…

– Siz, kirvə, qanınızın alınmasını tapşırın, – dərhal gözünüzdən əl çəkəcək, – deyə kimsə pırtlaşıq saçlı kişiyə məsləhət görürdü.

– Oy, da dana! – skamyanın altında eşələnən bağırırdı.

– Nə olar, əlvida, Malqosya! Atana yarınmaqdan ötrü ya at oğrusu olmalıydım, ya da gizlincə araq alveri etməli idim, – deyə gözəl oğlan qapıda duran qıza belə deyirdi.

– Voytsex, sizin sağlığınıza!

– Sağlığla için!

– Yan, gəl öpüşək! Əgər sənin barəndə beləsini danışmaq istəmişəmsə, əllərim və ayaqlarım qurusun… Ancaq o məni andla qorxutmağa başlayanda – deməli oldum. Öpüşək!.. Həbsxanada öz müddətinin iztirabını çəkmisən, amma eybi yoxdur. Yadında saxla: Iisus Xristos da, oğurlamasa belə, əzabları qəbul etmişdir… Öpüşək, qardaş!..

– Sizə deyirəm, Voytsexdənsə yəhudidən pul borc almaq daha yaxşıdır… O, adamları soymağa ustadır!

– Gözləyin, kirvə, bax mənim Yuzikim məktəbdən gələcək, hər şeyi sizə hər hansı mirzədən daha yaxşı izah edəcək! O elə bir oğlandır ki!

– Oy, da dana!

Boğanaq meyxanada danışıqların belə parçaqırıqları eşidilirdi. Piştaxta arxasındakı qız isə elə hey qədəhlərə araq süzürdü, Şmulun qara atlas paltarlı arvadı isə hey hesab yazırdı.

Birdən kənd ağalarından biri qapının qarşısındakı skamyaya sıçradı və onun ətrafındakı adamlar çığırışdılar:

– Sakit! Dinləyin!

– Nə olub? Ikinci dəfəmi xütbə dinləyəcəyik? – oğlanlardan biri söz atdı.

– Görünür, uzun müddət oturmaqdan Qjibin ayaqları tutulub, onları açmaq istətib!

– Orda sakit, oğlanlar! – deyə Qjibin qonşuları qışqırdılar.

– Qardaşlar! – Qjib belə başladı. – Burda hamı özümüzünküdür… özümüzünkü olmayanlar da var, ancaq bu, dərd deyil. Meşə barəsində Müqəddəs Yan günü üçün panla müqavilə bağlamaq lazım olduğunu özümüzünkülərə xatırladıram. Bu iş barəsində hər kəsin öz fikri var: biriləri razıdır, digərləri yox. Qardaşlar, hamımızın mehribanlıqla nə isə eyni bir şeyə qərar verməkdən və arxasında dayanmaqdan ötrü sizə müraciət edirəm.

– Imzalamamalı! Imzalamamalı! – deyə arvadının güclə qapıya dartdığı Matsek qışqırdı.

Meyxana qəhqəhədən uğuldadı.

– Nəyə gülürsünüz – deyə Matsek soruşdu. – Axı hər dəfə hansısa kağızı imzalayanda ya məktəbə, ya da nahiyəyə pul ödəməli olurduq…

– Gəl sərxoşa qandır! – deyə kimsə söz atdı.

– Heç də sərxoş deyiləm! – Matsek arvadını itələyərək, incidi.

Qjib davam etdi:

– Kirvə Matsey, əlbəttə, bir az o söz… keflidir, amma ağıllı söz dedi. Mən də sizə məsləhət görürəm: imzalamağa tələsməyin. Ən yaxşısı gözləməkdir. Kim gözləyə bilsə, həmişə daha çox götürəcək. Ağalar, beş il əvvəl panla razılaşmanı necə istədiyinizi xatırlayırsınızmı? Onda hər təsərrüfata bir morq xahiş edirdik, o isə vermirdi. Iki il sonra artıq hərəyə iki morq verirdi, indi isə üç verir…

– Axı kim üçə razılaşar! – deyə tənha səs eşidildi.

– Əgər dörd versə, güzəştə gedərik…

– Beş də azdır!

Meyxananın digər ucunda yeni natiq çıxış edirdi

– Adamlar! Mənə belə gəlir, Yuzef danışdığı iş deyil…

– Eləmi!

– Niyə iş deyil ki?

– Bax buna görə: əlimdə olan mənimdir, hələ əlimdə olmayansa mənim deyil!

Doğrudur, hər il bizə daha çox vəd edirlər, ancaq, ola bilsin, bir il sonra artıq üç morq da verməzlər – onu kim bilir? Indi pan güzəştə gedir, çünki ona meşəni satmaq lazımdır. Ancaq əgər meşə yanarsa? Yaxud pan bütün mülkü satmaq istəsə? Bəlkə yeni mülkədar meşəyə görə bizə bir morq da verməyəcək. Yuzefə “gözləyin!” demək asandır – onun, onsuz da, otuz morq torpağı var. Bizə isə adama cəmisi onu çatıb, uşaqlarımız da böyükdür, – evlənəcəklər, onlara nə ilə pay verək? Oğlumu meşəyə yarpaq yeməyəmi yola salacağam? Ona meşə deyil, torpaq və daxma lazımdır.

– Məgər siz üç əvəzinə dörd morq istəməzdiniz? – deyə Qjib soruşdu.

– Aydındır, istəyərdim, – deyə onun rəqibi razılaşdı.

– Əgər dörd istəyirsinizsə, gözləmək lazımdır.

– Adamlar, məni dinləyin! –gözləri ağrıyan kişinin arvadı çığırdı. – Imzalamayın!

– Bax sən! Arvadlar da elə!

– Ağzını yum, ifritə, sənin işin deyil!

– Bəs kimiin işidir? – qadın daha ucadan çığırdı.

– Axı səninki artıq ölüb, niyə ona görə burda boğazını yırtırsan?

– O çox şey anlayır! – arvad etiraz etdi. – Mənə qulaq asın, hamınızdan artıq ağlım var.

– Bax, gözləyin, kirvə, mənim Yuzikim məktəbdən qayıdacaq, onda siz ağlınızı onunla ölçərsiniz! –şəhərli kimi geyinmiş qadın sobanın arxasından səs verdi.

– Arvadlar, orda sakit! Onları vəba aparsın, cığıldaşdılar!

Daz Voytsex skamyanın üstünə çıxdı və qışqırdı:

– Nə qədər gec deyil, razılaşın! Hərənin öz torpaq parçası olacaq, ancaq indi mal-qaranızın özgə torpağında veyllənməsindən sizə fayda çoxdurmu? Öz zolağı olmaq daha yaxşıdır, nəinki…

– Allahdan qorxun, Voytsex! Axı ayağınızdakı mənim uzunboğazlarımdır!